  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə59/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   55   56   57   58   59   60   61   62   ...   113

                                                     

 

  



                                                                            

                                                    

215 

-  Sergey  Vladimiroviç,  bizim  keşişlərin  fəaliyyətini 



görəndən  sonra  mənim  onlara  olan  inamım  tam  ölübdür. 

Əgər, mən ağlımı itirib daxilimdəki sirri kilsələrdə Yarada-

nın  xidmətində  duran  keşişlərə  və  ya  rahiblərə  açıqlasam, 

onlar məni şişə çəkmək üçün kilsədən çıxmağa belə imkan 

verməzlər.  

-  Təəssüflər  olsun  ki,  mən  sizin  dediklərinizi  anlaya 

bilmədim.  –  deyə  çaşqınlıq  içərisində  olan  tarixçi  pedaqoq 

çiyinlərini çəkərək, Artura qəribə nəzər yetirdi.  

- Əziz alim, mənim daxilimdəki sirr həqiqətin açılmasın-

dan  ibarətdirsə,  bu  onların  xoşuna  gəlməyəcək.  Ona  görə 

ki, onlar həqiqətlərin üzə çıxmasından, türklərdən qorxduq-

ları  kimi  qorxurlar.  Amma  şəxsən  sizə,  səmimi  insan 

olduğunuza  görə,  mənim  quldur  niyyətli  soydaşlarımın  əsl 

iç  üzünü  açmaqdan  ötrü,  həmin  həqiqəti  söyləməyə  hazı-

ram. Çünki neçə illərin yalanı məni rahat yatmağa qoymur 

və istəmirəm, daim mənə yaxşılıq edən insanların adları ən 

çirkin əməllərdə hallansın.  

- Janna Albertovna, siz bununla nə demək istəyirsiniz? – 

deyə Sergey təəccüblə soruşdu. 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

216 

      XX fəsil. Erməni qadını uzun illərdən  

       sonra həqiqəti söyləməyi qərara alır 

 

Janna  özünü  narahat  hiss  etdiyindən  əsl  həqiqəti  söyləə 



bilmirdi.  Sergey  də  fikir  verdi  ki,  qadın  sözlü  adama 

oxşayır. Qadın bir badə də spirtli içki qəbul edib dərindən 

ah çəkdi və bir qədər ara verəndən sonra dedi:  

-  Sergey  Vladimiroviç,  bu  neçə  illər  yalan  danışdığım 

üçün  mən  vicdan  əzabı  çəkmişəm,  lakin  bu  gün  özümdə 

cəsarət  tapıb  əsl  həqiqəti  söyləyəcəm.  Mənə  dar  gündə 

Sumqayıtda  arxa  duran  qonşularımın  ünvanına  şər  və 

böhtan  atmaqla  onları  sizin  sizin  kimi  rus  ziyalılarının 

gözündən  salmağa  çalışmışam.  Mənim  üçün  doğma  olan 

həmin şəhərdə başıma gətirilən bütün müsibətlərin baiskarı 

erməni  ekstremistləri  olubdur.  İş  ondadır  ki,  Sumqayıt 

hadisələri  başlayanda  mənim  evimə  ilk  növbədə  Eduard 

Qriqoryanın  başçılığı  ilə  bir  neçə  erməni  gəlib  əvvəlcə 

ərimi öldürdülər, ondan sonra isə özümü zorladılar. Həmin 

hadisələr  zamanı  Janna  körpə  idi  və  gözümün  qabağında 

onu da mənimlə birlikdə öldürmək istədilər. Lakin azərbay-

canlı  qonşularımın  müdaxiləsindən  sonra  biz  qurtulduq  və 

iki gün həmin qonşuların evində gizləndik. Elə həmin həftə 

SSRİ  DTK-nın  əməkdaşları,  onların  yarısından  çoxu 

ermənilər  idi,  bizə  bildirdilər  ki,  izahatda  məhz  azərbay-




                                                     

 

  



                                                                            

                                                    

217 

canlıların  bizə  hücum  edib  zor  tətbiq  etdiyini  izahatda 



göstərim. Əks təqdirdə  bizi fiziki cəhətcə  məhv edəcəkləri 

ilə hədələdilər. Məhz həmin hadisələrdən sonra mən erməni 

olduğum üçün özümə nifrət etdim. Belə bir siyasətlə biz nə 

əldə  etmək  istəyirik?  Bu  suala  mən  hələ  də  cavab  tapa 

bilmirəm.  

Jannanın  bu  etirafından  sonra  dəhşətə  gələn  Sergey 

inana bilmirdi ki, qadının ağzından çıxan sözlər əsl həqiqət-

dir.  O,  aydınlıq  gətirmək  üçün  sual  vermək  istəyəndə 

Abram onu qabaqlayaraq həvəslə dedi: 

- Mən çox şadam ki, Janna özündə cəsarət tapıb həqiqəti 

söylədi.  Hörmətli  tarixçi,  bu  ifadələr  məndən  çox  sənə 

lazımdır.  Ona  görə  ki,  sən  tarixçisən  və  tarixçilər  öz 

əsərlərində əsl həqiqəti yazmalıdırlar.  

-  Həmin  hadisələrlə  bağlı  olan  detallar  maraq  kəsb 

edirsə,  mən  dinləməyə  hazıram.  –  deyə  Sergey  dostuna 

sualedici nəzər saldı. 

- Məlimat üçün deməliyəm ki, 1988-ci il fevralın 19-dan 

etibarən İrəvanda kütləvi mitinqlər başlanır. – deyə Abram 

aludəliklə  dilləndi.  -  Mitinq  iştirakçıları "Ermənistanı 

türklərdən  təmizləməli!", "Ermənistan  yalnız  ermənilər 

üçündür!" kimi  şüarlar  irəli  sürürdülər.  Mitinqlərin  üçüncü 

günü  İrəvanda  salamat  qalmış  yeganə  məscid  binası  (XX 

əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdur) yandırıldı. 



                                                     

 

  



                                                                            

                                                    

218 

-  Sumqayıtda  bu  hadisəni  təşkil  etmək  üçün  seçilmiş 



şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqor-

yan idi. – deyə Janna səbirsizliyini nümayiş etdirərək əsəbi 

halda əlavə etdi. - Yəni, bunu təkcə mən demirəm. İllər ötsə 

də  mən  onun  yırtıcı  sifətini,  qatil  hərəkətlərini  heç  vaxt 

unutmayacağam.  Bundan  əlavə  bildirmək  istəyirəm  ki, 

Sumqayıt  faciəsi zamanı yüzlərlə azərbaycanlı  ailəsinin öz 

həyatlarını təhlükə qarşısında qoyaraq, məni və digər ermə-

ni  qonşularını  qəzəblənmiş  kütlənin  təhlükəsindən  xilas 

etmələri haqqında mətbuatda çox yazılıbdır. 

-  Ermənistanın  tanınmış  siyasi  xadimlərindən  Paruyr 

Hayrikyan  etiraf  edirdi  ki,  “Sumqayıt  hadisələri  Moskva 

tərəfindən təşkil olunmuşdu”. – deyə Abram rəsmi qaydada 

izah  verməyə  başladı.  -  Bu  hadisələrin  Moskva  tərəfindən 

törədilməsini  SSRİ  Dövlət  Təhlükəsizlik  Komitəsinin  o 

vaxtkı sədri N. Kryuçkov da etiraf etmişdir. 

Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri 

dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 

erməni,  5 azərbaycanlı, 1 ləzgi öldürüldü. O da məlumdur 

ki,  öldürülən  ermənilərin,  demək  olar  ki,  hamısı  erməni 

terror  fondlarına  pul  keçirməkdən  imtina  edənlər  idi. 

Qriqoryan  Sumqayıt  hadisələri  zamanı  5  ermənini  şəxsən 

özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə