247
Evində oturan Sergey bir ata kimi oğlunun sonuncu
məqaləsindən narazı idi və narazılığını bildirmək üçün
səbirsizliklə onun gəlişini gözləməyə başladı.
Nizami perspektivli tələbə kimi dekanın sevimlisi sayı-
lırdı. Ayda iki dəfə onlar görüşüb tarixin müəyyən dövrü ilə
bağlı maraqlı müzakirələr aparırdılar. Sergey istəyirdi ki,
onun tələbəsi əsl tərixçi mütəxəssisi kimi yetişsin. Buna
görə o, Nizamiyə universiteti bitirəndən sonra aspiranturaya
daxil olmaq təklifini vermişdi.
Bundan əlavə dekanın azərbaycanlıların əksəriyyətinə
böyük rəğbəti artmışdı. Artıq o, başa düşmüşdü ki, Qaf-
qazın cənubunda yaşayan ən qonaqpərvər millət heç nədən
ermənilərin qurduqları çirkin siyasətinin qurbanına çevrilib-
dir, halbuki ictimai qınağa, kəskin tənqidlərə məruz qalası
millət elə ermənilərin özləri idi. Sergey təəssüf hissi
keçirirdi ki, belə bir haqsızlıqda bir çox rus siyasətçiləri, o
cümlədən mədəniyyət, ədəbiyyat, incəsənət, elm və təhsil
sahəsində çalışan rus ziyalıları da mühüm rol oynamışdılar.
Hal-hazırda azərbaycanlı tələbə ali təhsil ocağını bitir-
mək üçün diplom işi üzərində işləyirdi. O, çar Rusiyasının
Qafqaz siyasəti, həmin ərazilərin Rusiyaya birləşdirilməsi
ilə bağlı araşdırma işi aparır və bu məsələdə öz müəllimin-
dən və həmin təhsil ocağında tarixdən dərs verən digər
248
müəllimindən, gürcü milliyyətinin nümayındəsi olan David
Çoxadzedən məsləhətlər alırdı.
David ilə Sergey həmkar olsalar da onlar tarixin müəy-
yən dövrlərinin mütəxəssisləri sayılırdılar. Bu vaxta kimi
rus pedaqoqu heç vaxt Qafqazla bağlı olan bəzi hadisələrin
incəlikləri ilə maraqlanmamış və onun bu biganəliyi başına
bəla olmuşdu. Əgər, o, Qafqaz siyasəti ilə dərindən
maraqlansaydı, onda erməni millətinin kimliyindən, onların
tarixindən hali ola bilərdi və belə olan halda, 18 il bundan
əvvəl əsl simasını gizlətmiş Eduardın məkrli niyyətindən
xəbər tuta bilərdi. Lakin indiki məqamda Sergey hələ də
dilemma qarşısında qalmışdı; Rusiyada, Avropada və
Amerikada yaşayan bir çox tanınmış insanlar, o cümlədən,
siyasətçilərin ermənilərin indiki vəziyyətini nəzərə alıb
onların dedikləri haqdır, yoxsa ermənilər həqiqətən də türk-
lər və azərbaycanlıların təzyiqinə məruz qalaraq, yaşadıq-
ları torpaqdan didərgin düşməyə məcbur olublar.
Ermənistanda və Qarabağda olarkən o, ermənilərin yaşa-
dıqları ərazidə bir nəfər də olsun azərbaycanlı görmədi və
bu o demək idi ki, həmin millət heç də təzyiq altında yaşa-
mırdı. Bəzi məsələlərə aydınlıq gətirmək üçün Sergey həm-
karını Nizami ilə birlikdə şəhərdəki evinə çay süfrəsinə də-
vət etdi. Onlar da həftənin sonu dekanın evində toplaşdılar.
249
David həmkarından hündür, iri qamətli, azacıq kök,
lakin çevik hərəkətli idi. Bir həftə bundan əvvəl onun 53
yaşı tamam olmuşdu. Nizami yaşda kiçik olduğuna görə
cəld mətbəxə gedib çay hazırladı və bir neçə şirniyyatla
yanaşı süfrəni bəzədi. Hər ehtimala qarşı ev sahibi masanın
üstünə iki şüşə moldovan çaxırı da qoydu. Nizami çayları
süzən kimi hər iki pedaqoqdan icazə alaraq onların arasında
əyləşdi.
Sergey bir-iki dilim rulet yeyib, həmkarı ilə birlikdə bir
badə çaxır içəndən sonra özünü maraqlandıran suallara
cavab tapmaq üçün mətləbə keçdi.
- David, mən Ermənistanda olanda başa düşdüm ki,
ermənilər torpaq uğrunda canlarından keçməyə hazırdırlar,
lakin onların öz torpaqlarında yaşamağa heç bir maraqları
yoxdur.
- Ona görə ki, həmin torpaqlar onlara məxsus deyil. –
deyə fikirini cəmləşdirən gürcü tarixçisi qətiyyətlə dilləndi.
– İllər ötdükcə, ermənilərin əsas məqsədi başqa millətlərin
torpağında sığınacaq tapmaq, ondan sonra isə həmin
torpağı həyasızcasına ələ keçirməkdən ibarətdir.
- Necə yəni torpaqları həyasızcasına ələ keçirməkdən
ibarətdir? - deyə Sergey həmsöhbətinə sualedici nəzər saldı.
- Məgər, indiki Ermənistan ərazisi onlara məxsus deyil?
250
- Dostum, hər şey Rusiyanın XIX əsrin birinci rübündə
Osmanlı Türkiyəsi və İranla olan müharibələrdən sonra baş
verir.
İmperator I Nikolayın 21 mart 1828-ci ildə verdiyi
fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı
ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən
idarə olunan “Erməni mahalı” adlanan yeni inzibati qurum
yaradılmışdır. 1849-cu ildə həmin mahalın adı dəyişdirilə-
rək Yerevan quberniyası qoyulmuşdur.
- Bilirəm ki, həmin dövrdə Rusiyanın İrandakı səfiri
Aleksandr Qriboyedov ermənilərin Qafqazda olan maraq-
larını müdafiə etmişdir.
- Əziz dostum, sən ermənilərin Qafqaza köçürülməsi
barəsində sənədləri nəzərdən keçirsən, onda tüklərin biz-biz
durar. Həmin siyasətdən sonra onlar sanki gəlib bizim
boynumuzda oturdular.
- David, həmin dövrdə böyük bir milləti bir məkandan
başqa bir məkana köçürmək reallığa uyğun deyil. – deyə
Sergey eşitdiyi sözlərə şübhə ilə yanaşdı. – Çünki ermənilər
bir əsrdən yuxarıdır hamıya bildirirlər ki, onlar hələ
qədimdən həmin ərazidə məskunlaşıblar.
- Əziz dostum, ermənilər hansı tarixi hadisəni saxtalaş-
dıra və hansı millətin tarixini istəsən, məvəqqəti də olsa
özününküləşdirə bilərlər. Amma faktlar tamamilə başqa bir
Dostları ilə paylaş: |