  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə63/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   59   60   61   62   63   64   65   66   ...   113

                                                     

 

  



                                                                            

                                                    

231 

-  Atam  universitetin  pedaqoqu  olduğu  üçün  hamı  belə 



düşünür. – deyə qız tərəddüd etmədən dilləndi. 

- Hələ bu harasıdır? – deyə Sergey istehza ilə dilləndi. – 

Həmkarlarım mənə deyir ki, tələbələrin ağzından çıxan söz-

söhbətə  görə  guya  mənim  Skandinaviya  ölkələrin  birində 

böyük  bir  villam  və  bir  neçə  mağazalarım  var.  Camaatın 

ağzını yığışdırmaq mümkün deyil.  

-  Sergey  Vladimiroviç,  hamı  bilir  ki,  siz  elmli  bir 

adamsınız və tələbələr arasında böyük hörmətə maliksiniz.  

Elə bu vaxt qapının zəngi vuruldu və Yelizaveta otaqdan 

çıxdı.  Gözlənilməz  olmasa  da  gələn  Robert  idi  və  onun 

gəlişi qızı xeyli dərəcədə təəccübləndirdi. Sergey eşitməsin 

deyə,  o,  elə  dəhlizdə  gəlişinin  məqsədini  izah  etməyə 

başladı.  

-  Əzizim,  yaxşı  gəlir  əldə  etmək  üçün  sərfəli  imkan 

yaranıbdır.  Amma  bunun  üçün  özümdə  olan  pul  çatmaya-

caq. 


- Nə baş veribdir axı? – deyə oğlanın fikrini qismən başa 

düşən Yülizaveta fəhmsizliklə soruşdu. 

- Bir kommersant dostum, Qarabağda yığdığı əntiq mal-

ları  satışa  çıxarmaq  üçün  İrəvanda  auksion  təşkil  etmək 

istəyir. Mən isə ona bildirdim ki, istədiyi məbləği ona verə-

cəm, amma malları auksiona çıxarmasın.  

- Sən pulu atamdan almaq istəyirsən? 



                                                     

 

  



                                                                            

                                                    

232 

-  İstəməzdim  ki,  bu  məsələ  ilə  bağlı  Sergey  Vladimiro-



viçi  narahat  edim.  Ümumi  işimizin  xətrinə  sən  mənə 

köməklik edə bilərsən.  

Əzizim, sənin şəhərə qeydiyyatın olduğu üçün, bankdan 

pul götürməyə çətinlik çəkməyəcəksən.  

- Mən, bankdan pul götürmyəliyəm? – qız təəccübləndi. 

- Əlbəttə!  

-  Nə  qədər  pul  lazımdır?  Bəlkə,  mən  həmin  pulu  atam-

dan ala bildim. 

- İnanmaram ki, həmin məbləğ sənin atanda olsun. 

- Axı, nə qədər lazımdır? 

-  80  min  dollar.  Təxminən  40  min  dollara  yaxın  pul 

mənim özümdə var, əməliyyatın keçirilməsi üçün elə bir o 

qədər də pul lazımdır.  

- 40 min dollar? – deyə qızın gözləri bərələ qaldı və bir 

qədər  ara  verəndən  sonra  sözünə  davam  etdi.  –  Həmin 

məbləği mən bankdan necə ala bilərəm? Bunun üçün banka 

böyük məbləğli girov qoymalıyam.  

-  Sənin  ixtiyarında  özəl  salon  var.  salonu  girov  qoysan, 

onda işimiz irəli gedər. 

-  Robik,  sən  yaxşı  bilirsən  ki,  həmin  salonu  mənə  atam 

hədiyyə  edibdir.  Məhz  buna  görə  də  bu,  məsələ  ilə  bağlı 

mən, mütləq atamla məsləhətləşməliyəm.  




                                                     

 

  



                                                                            

                                                    

233 

-  Sergey  Vladimiroviç  bu  haqda  bilsə,  inanmıram  ki,  o, 



mənə  kömək  əlini  uzadacaq.  Ona  görə  ki,  o,  Eduardgilə 

lazımi  yardım  göstəribdir  və  bundan  sonra  ondan  əlavə 

yardım istəmək, mənim tərəfimdən sırtıqlıq sayılacaq. 

-  Lakin  buna  baxmayaraq  cəhd  etmək  lazımdır.  Atam 

xoşlamır  ki,  kimsə  onun  başı  üzərindən  risqli  hərəkətlər 

etsin.  Açığını  desəm,  mənim  özümdə  6  min  dollara  qədər 

pul  var.  Əgər  həmin  pul  sənə  müəyyən  qədər  köməklik 

göstərəcəksə, mən həmin məbləği sənə verməyə hazıram. 

- Həmin məbləğ nəzərə çarpacaq dərəcədə azdır.  

Söbətin uzandığını görən qız qarşısındakı adamı mətbə-

xə  dəvət  etdi.  Robert  məmnuniyyətlə  içəri  daxil  oldu  və 

masa arxasına keçən kimi tələsik halda dedi: 

-  Bu  əməliyyat  zamanı  mən  bir  evin  pulunu  qazana 

bilərəm.  Onda,  toyumuz  olmamışdan  əvvəl,  biz  özümüzə 

şəhərin kənarında bir ev ala bilərik.  

-  Robik,  məgər  biz  evlənirik  ki,  sən  bizim  toy  etmək 

fikrini ortaya atırsan? – deyə qız çiyinlərini çəkərək daha da 

təəccübləndi. 

- Məgər, mən fırıldaqçıya oxşayıram? – oğlanın üzündə-

ki ifadə ciddiləşdi. – Səninlə mütəmadi olaraq görüşürəmsə, 

deməli biz evlənəcəyik. 

-  Mən  razılıq  bildirməsəm  də,  belə?  –  soyuqqanlığını 

itirməyən  Yelizaveta  kofe  hazırlaya-hazırlaya  istehza  ilə 



                                                     

 

  



                                                                            

                                                    

234 

dilləndi  və  kofeni  qonağın  qarşısına  qoyan  kimi  kürəyini 



pəncərəyə tərəf çevirib, oğlanı dinləməyə başladı. 

-  Anlamadım?  –  deyə  Robert  vəcdə  gəldi.  –  Mənimlə 

ailə qurmaq istəmirsən?  

-  Mən  bu  haqda  heç  düşünməmişəm  də.  –  Yelizaveta 

tərəddüdlə  dilləndi  və  bir  qədər  fikirləşəndən  sonra  həmin 

tərzdə sözünə davam etdi. – Bilirsən Robik, mən əvvəl elə 

zənn edirdim ki, vaxt ötdükcə biz bir-birimizə bağlı olaca-

yıq.  Lakin  həmin  hal  baş  vermədi,  ona  görə  ki,  bizim 

xasiyyətlərimiz  xeyli  dərəcədə  bir-birindən  fərqlənir.  Sən 

bizneslə məşğul olmaqla, bütün diqqətni ticarət əlaqələrinə 

yönəldir və mənimlə məşğul olmağa demək olar ki, vaxtın 

qalmayacaq.  Bu  ondan  xəbər  verir  ki,  xoşbəxtliyin  işığı 

görünməyən  izdivac  nəticəsində,  ailəmiz  tez  və  ya  gec 

dağılacaq.  

Qızın  obyektiv  fikri  oğlanın  kefinə  soğan  doğradı.  Bir 

anlığa Robert yerindəcə donub qaldı. Qız sanki qarşısındakı 

oğlanın  məkrli  niyyətini  başa  düşüb,  belə  bir  gözlənilməz 

cavab vermişdi.  

 

 

 



 

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə