  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə60/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

                                                     

 

  



                                                                            

                                                    

219 

Xüsusilə  qeyd  etmək  istəyirəm  ki,  Jannanın  ailəsi  Edu-



ard tərəfindən fiziki məhrumiyyətlərə məruz qalsa da qadın 

bu haqda heç bir yerə müraciət etməmişdi. Belə ailələrin isə 

sayı az deyildi. Bu cür faktlar çoxdur.  

-  Yaxşı,  bəs  həmin  Qriqoryanın  aqibəti  necə  oldu?  – 

deyə tükürpədici faktları eşidən rus ziyalısı maraqlandı. 

-  Erməni  təşkilatları  bu  cür  cinayətlər  törətmiş  Qriqor-

yanı ağır cəzadan da qurtara bildilər. – deyə Abram təəssüf 

hissi  ilə  dilləndi.  -  Ona  yalnız  12  il  iş  verildi  və  bir  neçə 

ildən  sonra  Ermənistana  deportasiya  edilən  kimi  dərhal 

azadlığa buraxıldı.  

Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından 

həmişə  məharətlə  istifadə  edirdilər.  Onlar  Sumqayıt 

hadisələrindən  öz  məkrli  niyyətləri  üçün  yararlanmaq 

məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal 

dünya  ictimaiyyətində  yanlış  rəy  formalaşdırmağa,  anti-

azərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. 

-  Sumqayıt  hadisələrində  zərərçəkənlər  -  Lyudmila  və 

Karina Melkumyan bacıları Yerevanda keçirilən məhkəmə 

prosesində  Eduard  Qriqoryanın  iğtişaşçıların  önündə 

getdiyini  deyiblər.  –  deyə  arada  yaranan  fasilədən  istifadə 

edən  Janna  tələsik  halda  dilləndi.  -  Vaxt  gələcək  mən  də 

mətbuata çıxıb əsl həqiqəti söyləyəcəm. Bəlkə ondan sonra 




                                                     

 

  



                                                                            

                                                    

220 

yırtıcı  Qriqoryan  tərəfindən  öldürülən  ərimin  qisasının 



aldığını hesab edərəm.  

-  Janna  Albertovna,  şəxsən  sizin  söylədikləriniz  mənim 

üçün yuxu kimi görünür. İnsanlar da bir-birilərinə qarşı bu 

dərəcədə  qəddar  münasibət  bəsləyərlərmiş?  Hansısa 

məqsədlərə nail olmaq üçün nəyisə qurban vermək, əqidəsi, 

vicdanı,  qeyrəti  olmayan  adamlara  xas  olan  hisslərdir. 

Amma  hər  şey  sizin  dedikləriniz  kimidirsə,  onda  bu 

cinayətin ictimailəşdirilməsi üçün nəyə görə sonrakı günləri 

gözləyirsiniz? 

-  Sergey  Vladimiroviç,  hazırda  mənim  yeganə  balam 

universitetdə oxuduğundan mən, bu məsələni ictimailəşdirə 

bilmərəm.  Ona  görə  radikal  mövqedə  duran,  adam 

öldürməkdə göz qırpmayan soydaşlarım var ki, ilk növbədə 

onlar  bizi  yer  üzündən  yox  edərlər.  Gec  də  olsa,  mən 

həqiqəti  sizə  söləməliydim  və  bildirmək  istəyirəm  ki, 

bundan  sonra  erməni  millətçiləri  ilə  heç  bir  əməkdaşlıq  və 

onların  tədbirlərində  iştirak  etməyəsiniz.  Bu  sizə  şərəf 

gətirməz.  İndiki  zamanda  mən  yalnız  ərimin  qisas  gününü 

səbirsizliklə gözləyirəm.  

Bundan  sonra  kövrələn  qadın  göz  yaşlarını  saxlaya 

bilməyib  ağlamağa  başladı.  Abram  onu  sakitləşdirməyə 

çalışsa da, heç bir şey alınmadı. Əvəzində isə Janna havaya 

çıxmaq  üçün  üzrxahlıq  bildirdi.  Abram  arvadını  həyətdə 



                                                     

 

  



                                                                            

                                                    

221 

müşayiət  etmək  üçün  Arturdan  xahiş  etdi.  Onlar  otaqdan 



çıxan kimi Sergey hüznlə dedi: 

-  Eşitdiklərim  məni,  həqiqətən  də  dəhşətə  gətirir. 

Maraqlıdır, bəs necə olur ki, onlar belə bir çirkin siyasətlə 

Avropa tribunalarına yol tapırlar? 

-  Sual  verilir,  nəyə  görə  ermənilər  bir  çox  ölkələrə 

yayıldığı halda, dünyanın ən inkişaf etmiş ölkələrindən biri 

sayılan  Böyük  Britaniya  krallığında  kütləvi  şəkildə 

məskunlaşmayıblar?  –  Abram  istehza  ilə  dilləndi.  -  Ona 

görə  ki,  ingilislərin  öz  siyasəti  var  və  onlar  əksər  hallarda 

həqiqətin aşkarlanması, ədalətin bərpa edilməsi üçün bütün 

səy  və  bacarıqlarından  istifadə  edirlər.  Yalan  ayaq  tutub 

yeriyər, amma çox davam etməz. Uzun sözün qısası, özləri-

ni dilənçi kimi aparan bir çox ermənilərin yalanı, uydurma-

sı, şəri və böhtanı bu ölkədə təşəkkül tapa bilməyəcəyindən 

onlar, bu ölkədə lazımi şəkildə kök salmağa cəhd göstərmə-

dilər.   

Qulaq as gör A. Qriboyedov Rus imperatoruna ermənilər 

haqda  məktubda  nə  yazır:  “Ermənistan  bir  dövlət  kimi 

bəşəriyyət  tarixində  heç  bir  mühüm  rol  oynamamış,  onun 

adı  ermənilərin  səpələndiyi  coğrafi  termin  olub  güclü 

dövlətlərin  -  assuriyalı,  midiyalı,  iranlı,  yunanların,  mon-

qolların, rusların ərazisində öz mübahisələrini həll etdikləri 

yer olmuşdur. Mən onlarla, (ermənilərlə) heç zaman dil ta-



                                                     

 

  



                                                                            

                                                    

222 

pa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı 



olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”. 

- Deyəsən, Qriboyedovun ermənilərdən xoşu gəlmirdi. – 

deyə rus ziyalısı rişxəndlə dilləndi. - Elə harada gəldi onları 

təhqir edirdi. 

- Yaxşı, bəs fransız səyyahı qraf De-Şolyenin söylədiklə-

rinə  nə  deyə  bilərsən?  –  deyə  yəhudi  biznesmen  bir  qədər 

coşsa  da  səsini  qaldırmadı.  –  O,  deyir:  “Ermənilər  yerli 

əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənmə-

yərək  gəlmə  ermənilər  yerli  müsəlman  əhalisinin  şan-

şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları 

qovub  torpaqlarına  sahib  ola  bilsinlər...  Eçmiadzin  kilsəsi 

bir  müddət  saxta  pul  düzəldənlərin  yuvası  olmuşdur.  Bu 

monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı 

yaratdı”. 

-  Abram,  hər  millətdə  murdar  insanlar  tapmaq  olar. 

Lakin  sənin  dediklərindən  belə  çıxır  ki,  ermənilər  ümumi-

likdə də olmasa, tam əksəriyyəti mənfur millət kimi sayıla 

bilər.  Bilmirəm  nəyə  görə,  amma  mən  yenə  də  tərəddüd 

qarşısındayam. Axı, təbiətin qanununa görə ana doğan bən-

də bu dərəcədə  mənliyini alçaltmaz və özünə  hörmət edən 

hər bir millət, kimlərisə gözdən salmaq üçün araqızışdıran-

lıqla məşğul olmaz. Erməni kilsəsinin fəaliyyəti isə hər bir 

kəsdə ikrah hissi doğurar.  



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə