  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə58/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

                                                     

 

  



                                                                            

                                                    

211 

ikimərtəbəli mülklə yanaşı, iki hektara yaxın torpaq ərazisi 



də  aldım.  Bundan  əlavə  Bakıda  da  mənim  özəlləşdirilmiş 

şəxsi evim var. 

- Sən bunu ciddi söyləyirsən? – deyə Sergey təəccübünü 

gizlətmədi. 

-  Bunu  Janna  da  təsdiqləyə  bilər.  Hər  il  mən  öz  evimi 

yoxlamaq  və  istirahət  etmək  üçün  Qubaya  gedir  və  əsla 

özümü oranın camaatı arasında yad hesab etmirəm.   

-  Hər  şey  də  bir  parça  torpaq  üstündə  baş  verdi.  –  deyə 

Janna  söhbətə  müdaxilə  etdi.  -  Qorbaçov  fərman  imzala-

saydı  ki,  bu  torpaq  filan  millətin,  o  biri  torpaq  isə  digər 

millətindir,  onda  bizim  aramızda  qan  tökülməzdi.  Lakin 

bütün bu ədavətə və düşmənçiliyə baxmayaraq, ildə ən azı 

iki-üç dəfə biz Nazim və Klara ilə burada görüşürük. 

- Qorbaçov nəinki sizi bədbəxt etdi, hətta nəhəng SSRİ-

ni siyasi xəritədən sildi. – ziyalı başını təəssüflə yellətdi və 

həmin  an  üzünü  Artura  tutub  maraqla  soruşdu.  –  Artur, 

məni  bir  şey  maraqlandırır,  Bakıda  iğtişaşlar  baş  verən 

zaman siz evinizi qoyub qaçdınız, bəs əvəzinə kompensas-

siya almadınız?  

-  Gərək  erməni  höküməti  Ermənistandan  qovulan 

azərbaycanlılar  üçün  kompensassiya  verəydi  ki,  Azərbay-

can  höküməti  də  adekvat  addımlar  ataydı.  –  deyə  Artur 

qəzəblə  dilləndi  və  ara  vermədən  sözünə  əlavə  etdi.  - 



                                                     

 

  



                                                                            

                                                    

212 

Amma  elələri  də  vardı  ki,  evini  dəyişməklə,  özü-özünə 



kompensassiya əldə edə bilmişdi. Məsələn, Janna Azərbay-

canı tərk edəndə evini dəyişməyə nail olmuşdu.  

- Artur, mənə sataşırsan? – deyə Janna sir-sifətini turşut-

du  və  aydınlıq  gətirmək  üçün  üzünü  rus  ziyalısına  tutub 

səbirsizliklə  sözünə  davam  etdi.  –  Sergey  Vladimiroviç, 

mənim  Sumqayıt  şəhərinin  mərkəzində  üçotaqlı  yenicə 

təmirdən  çıxmış  mənzilim  vardı.  Həmin  mənzili  Spitakın 

kənarında  yerləşən  ikiotaqlı  mənzilə  dəyişdilər  və  iki  ay 

keçməmiş  həmin  mənzil  zəlzələ  nəticəsində  yerlə  yeksan 

oldu. Düzdür, ondan sonra Ermənistanın Quqark rayonunun 

bir  kəndində  mənə  ev  təklif  olundu.  Lakin  həmin  kənd 

bizimkilər  tərəfindən  qarət  edildiyindən,  orada  demək  olar 

ki,  adam  yaşamırdı.  Mən  orada  bayquş  kimi  tək  qalmalıy-

dım? 


-  Mən  orada  olanda,  gözlərimə  inanmadım  ki,  həmin 

yaşayış  məskəni  Ermənistanda  yerləşir.  –  deyə  Abram 

Jannaya  təsəlli  vermək  üçün  aramla  dilləndi.  –  Ermənilər 

həmin  kəndi  elə  qarət  etmişdilər  ki,  sanki  ora,  intensiv 

şəkildə təyyarələrlə bombardıma məruz qalmışdı.  

-  Mənə  isə  təzminat  əvəzi  Qarabağda  işğal  olunmuş 

Azərbaycan  kəndində  ev  təklif  etmişdilər.  –  deyə  Artur 

istehza  ilə  dilləndi.  –  Ora  getsəydim,  bir  növ  mən  orada 

girov qalmalı idim. 



                                                     

 

  



                                                                            

                                                    

213 

-  Necə  yəni  girov  qalmalıydın?  –  deyə  ziyalı  başa 



düşmədi. 

-  Hazırda  Qarabağ  elə  biz  ermənilər  üçün  böyük  kolo-

niya sayılır. – deyə dərindən köksünü ötürən Bakı ermənisi 

aludəliklə dilləndi. – Məndə olan məlumata əsa-sən, 2003-

cü  ilin  yanvar  ayından  oranı  tərk  edənlərin  qarşısının 

alınması  məqsədilə  müəyyən  olunmuş  qaydalara  görə, 

daimi  yaşamaq  üçün  xaricə  gedən  ailələr  təxminən  15, 

hərbi  çağırışçılar  10  min  ABŞ  dolları  məbləğində  rüsum 

ödəməlidirlər.  Koçəryanla,  Sarkisyan,  sanki  orada  açıq 

səma altında koloniya yaradıblar. 

-  Eşitdiklərimin  hamısı  mənə  qəribə  görünür,  -  deyə 

Sergey  fikirli  halda  dilləndi.  –  elə  bil  bu  vaxta  qədər  mən 

yuxuda  olmuşam.  Sizin  danışıqlardan  mən  belə  başa  düş-

düm  ki,  Ermənistanda  yaşayan  ermənilər  nəinki  azərbay-

canlılara  qarşı  düşmənçilik  mövqeyi  nümayiş  etdirmiş, 

hətta Azərbaycanda yaşayan ermənilərə qarşı saymamazlıq, 

biganə münasibət bəsləyiblər. Deməli, başqa yerdə yaşayan 

ermənilərin taleyi onları qəti olaraq narahat etmir. 

-  Bizim  siyasətçilər  bizim  xoş  xatirələrlə  dolu  olan 

keçmişimizi, uşaqlıq illərini əlimizdən aldılar. – deyə Janna 

içi araqla dolu olan stəkanı başına çıkib həqarətlə dilləndi. 

–  Onlar  olmasaydı,  biz  indiyənə  kimi  azərbaycanlılarla 

birlikdə xoş və firavan yaşayırdıq.  



                                                     

 

  



                                                                            

                                                    

214 

-  Janna  Albertovna,  belə  bir  fikirdən  sonra  mənim  sizə 



böyük  qibtəm  artdı.  –  deyə  qadının  dediklərinə  heyran 

qalan  rus  ziyalısı  təəccüblə  dilləndi  və  hörmət  əlaməti 

olaraq  onun  əlindən  öpərək,  hərarətlə  sözünə  əlavə  etdi.  – 

Siz Sumqayıtda  yaşayarkən azərbaycanlılar tərəfindən ağır 

fiziki  məhrumiyyətlərə  məruz  qalsanız  da,  onlara  qarşı 

nifrət hissi bəsləmirsiniz.  

-  Hörmətli  Sergey  Vladimiroviç,  mən  qadın  olsam  da, 

heç vaxt mənə və ailəmə qarşı edilən pislikləri unutmaram. 

–  deyə  Janna  bir  stəkan  da  arağı  başına  çəkən  kimi  acıqlı 

halda  dilləndi.  –  Artıq  iyirmi  beş  ilə  yaxındır  ki,  mən 

daxilimdə  mühüm  bir  sirri  gəzdirirəm.  Həmin  sirri 

saxlamağa mənim taqətim qalmayıbdır.  

-  Sirri  uzun  müddət  gizlətməyin  də  mənası  yoxdur.  – 

deyə  rus  ziyalısı  qadına  təsəlli  verdi.  –  Bunun  üçün  kilsə 

mövcuddur.  Daxildə  yüngüllük  hiss  etmək  üçün  kilsəyə 

gedib, həmin sirri rahibə söyləmək kifayətdir. 

Elə  bu  vaxt  Jannanın  üzündə  istehza  sezildi  və  o,  ara 

vermədən giley-güzarla gülməyə başladı. Sanki o, ziyalının 

sözünü  qulaqardına  vururdu.  Sergey  elə  başa  düşdü  ki, 

Janna  normasından  artıq  spirtli  içki  qəbul  etdiyindən  belə 

bir  ərköyün  hərəkətə  yol  verir.  Lakin  buna  baxmayaraq 

qadın son məqamda özünü ələ alıb ciddi halda dedi: 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə