  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

                                                     

 

  



                                                                            

                                                    

195 

dava baş verəcək. Lakin son anda Robert həmin adamı razı 



salandan sonra dərhal Abramgilə tərəf yollandı. 

Sergey  arada  yaranan  narazılığı  analiz  etməmiş,  həmin 

an  düşündü  ki,  onlara  yaxınlaşan  naməlum  adam  belə  bir 

şərt qoymaqla başqasının hüququnu tapdalayır. Pedaqoqun 

fikirincə, milliyyətindən dinindən asılı olmadan hər bir kəs 

harada istəsə dincələr və təamlardan qəbul edə bilər. Demə-

li, burada böyük bir ayrıseçkilik hökm sürürdü. Qarabağda 

baş vermiş müharibənin üstündən 20 ilə yaxın vaxt keçmə-

sinə  baxmayaraq,  ermənilər  hələ  də  türk  soyuna  aid  olan 

hər  bir  kəsə  qarşı  ifrat  düşmənçilik  münasibəti  bəsləyir-

dilər.  Belə  çıxırdı  ki,  həmin  türk  adlandırılan  qonaq 

Robertin  qohumu  olmasaydı,  buradakı  ermənilər  ona  qarşı 

fiziki zor tətbiq edəcəkdilər.  

Bir neçə dəqiqə keçəndən sonra Robert həmin tanıdıqları 

şəxslərlə  birlikdə  restoranın  daxilində  yerləşən  ayrıca 

kabinetlərin  birinə  tərəf  getdi.  Sonra  isə  o,  qanı  qaralmış 

halda  Sergeyin  özünü  həmin  kabinetə  apardı  və  onu 

oradakılarla tanış etdi. Elmi işçi Abramla Jannadan başqa o 

biri  cütlüklə  tanış  olanda  bir  qədər  sevindi.  Müəyyən 

mənada  Sergeyin  beynəlmiləl  ailə  sayılan  Nazim  (Robert 

Nazimi Norik kimi təqdim etmiş və xüsusilə bildirmişdi ki, 

o,  kürd  millətinin  nümayəndəsidir)  və  Klara  ilə  bir  yerdə 

söhbət  etmək  onun  çoxdankı  arzusu  idi.  Necə  olsa  da 



                                                     

 

  



                                                                            

                                                    

196 

azərbaycanlıları  həddindən  artıq  vəhşi  kimi  qələmə  verən 



ermənilər,  həmin  “vəhşilərin”  arasında  necə  yaşayır?  Edu-

ard  hər  dəfə  Klara  bacısından  söz  düşəndə  Sergeyin 

beyninə  yeridirdi  ki,  azərbaycanlılar  onun  bacısını  girov 

götürüblər.   

Klara ortaboylu, qara qıvrım saçlı, kök, enlisifət, 56 yaşlı 

qaraqabaq  bir  qadın,  Nazim  isə  elə  həmin  yaşda,  arvadın-

dan azacıq hündür, sallaq qarınlı, qarabuğdayı, daz başlı bir 

kişi idi.  

Onlar elə hərəkət edirlər ki, yanlarında olan rus ziyalısı 

burada  darıxmasın.  Sergey  gördü  ki.  kifayət  qədər  spirtli 

içki  qəbul  edən  həmin  adamlar  öz  hərəkətlərini  nəzarət 

altında saxlamırlar. Onlar bərkdən deyib-gülür, bir-birilərilə 

qucaqlaşır, öpüşür və zarafat edirdilər. Onların bir-birilərilə 

özlərini  belə  şən  aparması  Sergeyin  ürəyindən  idi.  Axı, 

necə  olsa  da,  burada  uzunmüddətli  ədavətdə  iştirak  edən 

millətlərin nümayəndələri vardı və onların qarşılıqlı atmaca 

sözləri heç kimin xətrinə dəymirdi. Rus ziyalısı fikir verdi 

ki,  Abram  da  onlarla  həddindən  artıq  sıx  mehriban  və 

dostluq münasibətdədir.  

Laikn  bir  qədər  keçəndən  sonra  həmin  yekəpər  erməni 

yenə  də  Robertə  yaxınlaşıb,  içəridəkilərin  həddindən  bərk 

gülmələri  matəm  içərisində  olan  digər  erməniləri 

qıcıqlandırdığını bildirdi. Sergey kənardan gələn erməninin 



                                                     

 

  



                                                                            

                                                    

197 

yersiz  müdaxiləsinə  görə  öz  iradını  bildirmək  istəyən 



zaman Nazim buna imkan vermədi və o, Klara ilə birlikdə 

acıqlı  tərzdə  restoranı  tərk  etdi.  Robert  rus  qonağını  o  biri 

cütlüyün  yanında  qoyub,  inciyənləri  ötürmək  adı  altında 

buradan uzaqlaşdı. O, ehtiyat edirdi ki, buradakı ermənilər 

Nazimi  yolda  izləyib  ona  ağır  xəsarət  yetirə  bilər,  hətta 

qohumunu öldürəcəklərini də istisna etmirdi. 

Abramla  Janna  vaxtlarını  xoş  keçirməyi  xoşlasalar  da, 

başqa  bir  adamın  yersiz  müdaxiləsi  onların  da  qanını 

qaraltmışdı.   

-  Başa  düşmürəm,  nə  vaxta  qədər  bu  adamlar  özlərini 

vəhşı  kimi  aparacaqlar?  –  deyə  Abram  məyus  halda  öz-

özünə dilləndi. – bu dərəcədə ifrat düşmənçilik olar? 

-  Elə  buna  görə  də  acından  ölərək,  ölkəni  tərk  etməli 

olublar. – deyə Janna da dərdini bölüşmək fikirinə düşdü. – 

Ruslar,  fransızlar  və  amerikanlar  olmasa,  onlara  kim  arxa 

duracaq?  Başqalarını  qoymurlar  öz  ev-eşiklərində  yaşasın-

lar, özləri isə başqa ölkələrdə rifah axtarırlar. 

Janna  ortaboylu,  o  qədər  də  kök  olmayan,  uzun  sifətli, 

gözəl  bənizli,  iri  ağızlı,  qalın  dodaqlı,  qalın  qaşlı,  nəlbəki 

gözlü,  42  yaşında  yaraşıqlı  bir  qadın  idi.  Yaşının  qırxı 

ötməsinə baxmayaraq o, 7-8 il cavan görünür və yaraşığına 

görə  hər  bir  kişini  özünə  cəlb  edə  bilirdi.  Sergeydə  olan 

məlumata görə vaxtilə həmin qadın Sumqayıtda yaşamış və 



                                                     

 

  



                                                                            

                                                    

198 

1988-ci  ildə  həmin  şəhərdə  azərbaycanlıların  təcavüzünə 



məruz  qalaraq,  həyat  yoldaşını  faciəvi  şəkildə  itirmiş,  özü 

isə cinsi zorakılığa məruz qalmışdı. Bu Jannaya əsas verirdi 

ki, onu bədbəxt edən millətə nifrət hissi bəsləsin. Lakin rus 

ziyalısı  onun  danışığından  hiss  etdi  ki,  qadın  azərbay-

canlılardan çox öz millətindən narazıdır.    

Sergey  bir-iki  tikə  çörək  yeyib  hər  iki  həmsöhbətinə 

ötəri nəzər saldı və sakit tərzdə dedi: 

-  İrəvanda  və  Qarabağda  olana  qədər  elə  zənn  edirdim 

ki,  mən  dünyanın  əksər  hissəsini  gəzmiş  və  xristianlar, 

müsəlmanlar,  yəhudilər  və  bütpərəstlər  barəsində  kifayət 

qədər məlumatlıyam. Lakin anladım ki, bu belə deyil. Ona 

görə ki, ermənilər barəsində məndə olan təsəvvür başqa cür 

idi,  indi  isə  həmin  təsəvvürlər  yavaş-yavaş  alt-üst  olmağa 

başlayır.  

-  Dostum,  deyəsən  gördüklərinlə  eşitdiklərin  arasında 

böyük  bir  fərqin  olduğunu  başa  düşmüsən?  –  deyə  Abram 

qeyri-müəyyən tərzdə dilləndi. 

-  Sən  çox  yaxşı  bilirsən  ki,  mən  postsovet  məkanından 

çıxan millətlərdən ukrainlər, belaruslar və ermənilərlə çoxlu 

ünsiyyətdə  olmuş  və  həmin  respublikaların  indiki  durumu 

barəsində mən onlardan məlumat toplayırdım. – rus ziyalısı 

təəssüf  hissi  ilə  dilləndi.  -  Eduardla  bütün  münasibətlər 

yüksək  səviyyəyə  qalxanda,  mən  onun  dediklərinə  heç  bir 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə