  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə52/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

                                                     

 

  



                                                                            

                                                    

187 

-  Bu  rayondan  keçərkən  mən  fikir  verdim  ki,  Alpaşa 



dağında yerləşən VIII-IX əsrə aid olan “Cəbrayıl Ata” türbəsi, 

Araz  çayı  sahilində  Diridağın  üzərində  XII-XIII  əsrlərdə 

tikilmiş  “Qız  qalası”  və  V-VI  əsrə  aid  edilən  “Sirik  qalası” 

yerlə yeksan edilibdir. Yaxşı bəs, buna nə ad vermək olar? 

-  Əziz  Sergey  Vladimiroviç,  -  deyə  sürücünü  qabaqlayan 

Robert  bütün  fikrini  cəmləşdirərək  ciddi  halda  dilləndi.  – 

yadınıza salmaq istəyirəm ki, 90-cı illərin əvvəllərində burada 

müharibə  gedibdir.  Əlbəttə  ki,  qızğın  döyüşlərin  getdiyi  bir 

müharibədə  böyük  bir  dağıntılar  baş  verməli  idi.  Elə 

gördüyünüz dağıntılar da həmin müharibənin nəticəsidir. 

-  Onların  əksəriyyətini  də  türklərin  özləri  geri  çəkilərkən 

partladıblar.  –  deyə  sürücü  tələsik  halda  soydaşına  dəstək 

verdi.  –  Həm  də  yadda  saxlayın  ki,  bizim  əsas  məqsədimiz 

türklərin  bütün  izlərini  bu  torpaqdan  silib-süpürməkdən 

ibarətdir. Elə meşələri də ona görə qırırıq ki, türklərin həmin 

meşələrdə  qalan  iyi-qoxusu  birdəfəlik  yox  olsun  və  orada 

ermənilərin öz əlləri ilə əkəcəyi yeni meşəyə sahib olaq. 

Rus  ziyalısı  bilirdi  ki,  Robertin  və  sürücünün  danışıqları 

yalan  topludan  və  ruhi  xəstələrin  söylədikləri  xüliyalardan 

ibarətdir. Ona görə ki, burada bir neçə kilsə vardı ki, onların 

divarında  bir  dənə  də  olsun  güllə  izi  yox  idi.  Deməli, 

azərbaycanlıların  yadigarı  olan  həmin  tarixi-mümarlıq  abidə-

ləri  ermənilərin  Qarabağda  həyata  keçirdikləri  vandalizm 

aktlarının nəticəsidir.  




                                                     

 

  



                                                                            

                                                    

188 

Maşındakı  ermənilərin  həyasızlığını  görən  Sergey  bundan 



sonra susmağa üstünlük verdi. 

 

 



 

 

    XVIII fəsil. Ermənistandan Pyatiqorskiyə gələn  



         rus ziyalısı, orada köhnə tanışları ilə  

                               rastlaşır  

 

Hazırda Stavropolda yaşayan ermənilər həmin qondarma 



işlə  bağlı  ictimai-siyasi  konfrans  təşkil  etmişdilər.  Ora  öz 

millətindən başqa, ermənilərə rəğbəti olan elmi, pedaqoji və 

ictimai vəzifələrdə çalışan başqa millətin nümayəndələri də 

dəvət  olunmuşdu.  Yuxarıda  qeyd  olunduğu  kimi  belə  bir 

dəvət  Eduard  tərəfindən  Sergeyə  də  verilimişdi.  O,  da 

Robertlə birlikdə Ermənistandan birbaşa Stavropolun Pyati-

qorsk şəhərinə gəldi.  

Rusiyada  yaşayan  ermənilərin  əsas  təbliğatı  elə  köklən-

mişdi ki, hər il yox, hər gün onlara rəğbət bəsləyən ziyalı-

lar,  ictimai  birliklərin  sədrləri,  qəzet  orqanlarında  və  tele-

viziya  şirkətlərində  çalışan  jurnalistləri  öz  tərəflərinə 

çəkməli idilər.    




                                                     

 

  



                                                                            

                                                    

189 

Şimali Qafqazdakı Pyatiqorsk, Jeleznovodsk və Kislovo-



dsk  müalicəvi  kurortlar  və  Soçi,  Arxız,  Dombay,  Teberda 

kimi  turizm  mərkəzləri  Avropada  lazımi  qədər  tanındığın-

dan,  SSRİ  dağılandan  sonra  həmin  yerlərə  çoxsaylı  xarici 

turistlər təşrif buyururdu. Bu regionda kök salmağa çalışan 

ermənilər  adı  çəkilən  yerlərdə  cürbəcür  işlərlə  təmin 

olunaraq  özlərini  bu  ərazilərin  sahibi  kimi  aparırdılar.  İlk 

növbədə,  kurortların  və  turizm  mərkəzlərindəki  münasib 

qiymətlər,  turistlərin  axışmasına  yaxşı  zəmin  yaradırdı. 

Belə  bir  axından  istifadə  edən  ermənilər  hərtərəfli  olaraq 

özlərini məzlum göstərə-göstərə azərbaycanlılara və türklə-

rə  qarşı  əks  təbliğat  kompaniyası  aparırdılar.  Bir  sözlə, 

onlar  çirkin  siyasətlərini  davam  etdirərək,  bütün  Qafqazda 

qonaqpərvər  və  sülhpərvər  millət  kimi  tanınan  azərbay-

canlıları gözdən salırdılar. 

Pyatiqorskidə  Sergeygil  avtovağzala  gələn  kimi  oradan 

birbaşa  şəhər  mədəniyyət  mərkəzinin  binasına  yollandılar. 

Əvvəlcədən  nəzərdə  tutulduğu  kimi  orada  ermənilərin 

uydurduqlar  “1915-ci  il  soyqırımı”  ilə  bağlı  tədbir  keçiril-

məli və Sergey həmin tədbirdə məruzə ilə çıxış etməli idi.  

Mədəniyyət  mərkəzi  çoxsaylı  müsəlmanların  yaşadığı 

şəhərdə  yerləşsə  də,  həmin  idarədə  bir  nəfər  də  olsun, 

xristian  dininə  aid  olmayan  adam  işləmirdi.  Maraqlı  o  idi 

ki,  Eduardın  vəhşi  adlandırdığı  müsəlmanların  arasında 



                                                     

 

  



                                                                            

                                                    

190 

kifayət  qədər  erməni  ailələri  yaşayırdı  və  onlar  özlərini 



burada əsl köklü vətəndaşlar kimi aparırdılar.  

Erməni  diasporasının  təşkil  etdiyi  tədbirdə  çıxış  edən 

erməni  ziyalıları  həm  türklərin,  həm  də  azərbaycanlıların 

ünvanına  ziyalıya  yaraşmayan  tərzdə  təhqiramiz  ifadələr 

işlədərək,  birmənalı  şəkildə  vurğuladılar  ki,  1915-ci  il 

”soyqırımına”  görə  yaxın  zamanlarda  ermənilər  öz  qisas-

larını  alacaqlar.  Ermənilərin  nəyə  qadir  və  siyasətlərinin 

nədən  ibarət  olduqlarını  bilən  Sergey  belə  bir  çikin  aksi-

yada çıxış etməmək üçün həddindən artıq yorğun və halsız 

olduğunu bəhanə gətirdi. Qarabağa getməklə demək olar ki, 

onun gözləri açılmış və o, ermənilərin nə dərəcədə həyasız, 

şər atan, böhtan yağdıran, törətdikləri cinayətləri başqaları-

nın boynuna yıxmağın şahidi olmuşdu.  

Ermənistana səfər zamanı Robertin də iç üzü açılmış və 

o, rus pedaqoqunun gözündən düşmüşdü. Sergey bilirdi ki, 

həmin  hiyləgər  erməni  onun  qızına  göz  dikmiş  və  qohum 

olmaq  barəsində  Elizabetin  vasitəsilə  bir  neçə  dəfə  söz 

eşitmişdi. Hazırda pedaqoq başa düşmüşdü ki, Robert kimi 

bir rəzil adamla qohum olmaq hansı fəsadlara səbəb olacaq-

dı.  Bu  məsələdə  ilk  növbədə  Sergeyin  qızını  bədbəxtlik 

gözləyirdi. 

Hava  qaralana  yaxın  teatr  tamaşasını  xatırladan  həmin 

toplantı  başa  çatdı  və  Robert  Sergeylə  birlikdə  Maşuk 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə