181
axtarırlar. Onun fikirincə, bunların hamısı mənası olmayan bir
uşaq nağılına bənzəyir.
-
Sanki bu əraziyə dünyanın ən qatı cinayətkarı yığılışıbdır.
– deyə arxeoloq həmsöhbətini düşüncələrdən ayırdı. - Mənşə-
yi bilinməyən
narkobaronların gəlişi mütəmadi xarakter alıb-
dır. İşğal edilmiş Qarabağ ərazisində məskunlaşmış əfqanlar
ermənilərlə birlikdə orada narkotik xassəli bitkiləri əkib
becərərək, onlardan narkotik vasitələr istehsal edir və bu mad-
dələr yaxın region ölkələrinə, xüsusən də Rusiyaya göndərilir.
-
Yolda gələrkən, sürücü mənə həmin plantasiyaları
göstərdi. – deyə Sergey təəssüf hissilə dilləndi. – Narkotik bit-
kilərin aşkar şəkildə əkilməsi məni xeyli dərəcədə təəccüblən-
dirdi. Onlar bunu onunla əsaslandırırlar ki, guya həmin
narkotikanı düşmənlərini məhv etmək üçün əkirlər.
-
Qarabağdakı qanunsuzluqlar o həddə çatır ki, hətta 2001-
ci ildə ABŞ Dövlət Departamenti hesabat da verməli olmuş və
həmin hesabat nəinki burada olanları, o cümlədən dünyanın
hər bir yerində yaşayan ermənilərin hamısını hiddətləndirmiş-
di. Lakin buna baxmayaraq onlar arsızlıqlarına vurub, cinayət
əməllərini davam etdirirlər.
Bu məsələ ilə bağlı hər iki ziyalının fikri üst-üstə düşürdü.
Separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik
maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf
etməsi üçün bütün zəruri şərait yaratmışdır. Bu faktlar ABŞ
Dövlət Departamentinin 2001-ci ilin martında açıqlanmış
hesabatında öz əksini tapmışdır.
182
Ətrafını diqqətlə süzən arxeoloq ehtiyat üçün səsini daha
da yavaşıdaraq ürəkyanğısı ilə dedi:
-
Sergey Vladimiroviç, adam belə faktları görəndə və
eşidəndə dəhşətə gəlir. Qarabağa gələnə qədər mənim erməni-
lərə böyük hörmətim vardı, lakin bütün bu neqativ hallardan
sonra mənim onlara nifrət bəsləməkdən başqa çarəm qal-
mayıbdır. Səbirsizliklə buradan uzaqlaşacağım günü gözləyi-
rəm. Millətinin haqsız əməllərinə tab gətirməyən akаdemik
Keqоr Pаtkаnyаn soydaşları barəsində yazırdı: «Ermənilər
həmişə yаşаdıqlаrı yerlərin yаrаmаz sаhibləri оlublаr, öz
yахınlаrını sаtаrаq, həmişə güclü qоnşulаrınа məhаrətlə
qulluq ediblər».
- Artıq mən belə başa düşürəm ki, buraya gəlməkdən
peşmançılıq hissi keçirirsiniz. – sonra tarixçi bir qədər ara
verib həmsöhbətinin baxışlarını süzə-süzə ciddi halda soruş-
du. – Vladimir Palıç, əgər burada görülən işlər sizi qane
etmirsə, bəs nəyə görə hələ də arxeoloji qazıntılarla məşğul
olursunuz?
- İş ondadır ki, hər dəfə məvacib alanda mənim üç aylıq
maaşımı sonraya saxlayırlar. Bu minvanla onlar mənim
ekspedisiyadan getməyimə bir maneə yaradırlar.
- Bu söhbətlərdən mənə aydın oldu ki, siz hansısa bir elmi
ekspedisiyada yox, tamamilə başqa bir qrupda – fırıldaqçılar-
dan ibarət olan bir seksiyada çalışırsınız. Məsləhətim odur ki,
həmin maaşı almadan buradan uzaqlaşın. Yoxsa, onlar həmin
pula görə uzun müddət sizin özlərindən asılı edəcəklər.
183
-
Bu haqda mən çox fikirləşmişəm, lakin qəti qərara gələ
bilmirəm. – deyə arxeoloq ümidsiz halda dilləndi. – Pulları-
mın hamısını alan kimi bəlkə, payızda Rusiyaya qayıtdım.
Onlar söhbət edən zaman Robert kabab yemək üçün Serge-
yi səslədi. O, da məcburi olaraq səsləyən adamın yanına qayıt-
dı və yenicə tanış olduğu soydaşını süfrə arxasına dəvət etdi.
Gecələmək üçün Robertin evi çox yararsız idi. Məhz buna
görə də o, çəpər qonşusundan xahiş edərək, həmin gecəni
onun evində qalmalı oldular. Səhər açılanda nahar yeməyin-
dən sonra Sergey artıq vaxt itirmədən yollarını davam
etdirməyi məsləhət bildi. Elə Robertin də burada çox qalmağa
hövsələsi yox idi.
Kənddə maşın az olsa da onlar Ermənistana gedən maşın
tapmaqda çətinlik çəkmədilər. Sergey vaxtilə Cəbrayıl
rayonunda olduğu üçün sürücüdən, Qarakənddən birbaşa
həmin rayona getməyi xahiş etdi. Adı çəkilən kənddən ayrılan
sürücü qonaqları dağ yolları ilə Cəbrayıl rayonunun ən səfalı
yerlərinə, o cümlədən Xudafərin körpüsünün salındığı əraziyə
gətirir və izah edir ki, burada turizm obyektləri tikilən kimi
həm Ermənistandan, həm də İrandan turist axını olacaq. Ona
görə ki, lazım olanda həmin tarixi körpü fəaliyyət göstərir və
İrandan Azərbaycanın işğal olunmuş rayonlarına müxtəlif
sahələrdə çalışan iş adamları gəlirlər. Həm də bu körpünün
vasitəsilə Qarabağda qalmaq istəməyən yerli sakinlər İrana
qaçır, oradan isə qaçqın kimi dünyanın müxtəlif ölkələrinə üz
tuturlar.
Dostları ilə paylaş: |