178
abidələrə sahib çıxmaq istəyirlər. Lakin tədqiqatlar göstərir ki,
hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə, nə də
erməni əxlaqına uyğun gəlmir. Belə ki, Azərbaycan ərazilərin-
dəki Alban xristian abidələrinin tarixi–arxeoloji və memarlıq
baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini
aydınlaşdırmağa imkan verir. Alban dövrünün xristianlıqla
əlaqədar maddi mədəniyyət nümunələrini, memarlıq abidələ-
rini, nişan daşlarını, qəbirüstü abidələri, kilsə avadanlığını,
epiqrafik abidələri və s. bu kimi müxtəlif qruplara bölünərək
yaşayır və bunun tədqiqatçılar tərəfindən erməni qriqoryan
dininə heç bir aidiyyatı olmadığı bildirilir. Bu barədə gürcü
tarixçisi A. Çavçavadze «Ermənilər və qan ağlayan daşlar»
kitabında yazırdı ki, «ermənilər yerli albanları qriqoryanlaş-
dıraraq bu əraziləri isə «hayk ölkəsinin bir hissəsi» adlandırıb-
lar. Bunun hamısı yalandır. Öz işğalçı siyasətlərindən əl
çəkməyən ermənilər vaxtı ilə gəlib sığındıqları Azərbaycan
torpaqlarını «Şərqi Ermənistan» adlandıraraq, həmin əraziləri
tarixi vətənləri, doğma mədəniyyət mərkəzləri kimi uydur-
malarla mənimsəmək fikirinə düşüblər».
-
Həqiqəti dərk etmək üçün mən mütləq Qafqaz tarixi ilə
bağlı elmi ədəbiyyatları nəzərdən keçirməliyəm. – tarixçi alim
hələ də deyilən sözlərin həqiqət olduğuna şübhə etdi. –
Ermənilər barəsində mən başqa fikirdə idim. Çünki onları ən
tanınmış ictimai və elm xadimləri müdafiə edirdilər – deputat
Qalina Staravoytova, Raisa Qorbaçova, akademik Andrey
Saxarov və başqaları.
179
Baxmayaraq ki, Vladimir dostu ilə birlikdə o biri adamlar-
dan 20-25 metr aralanmışdı, hər ehtimala qarşı o, ətrafını
diqqətlə nəzərdən keçirib, yavaş səslə dedi:
-
Sergey Vladimiroviç, mən bura gələnə qədər elə bilirdim
ki, ermənilər ağıllı adamlardı. Lakin bir müddət burada
qalandan sonra başa düşdüm ki, onlar özlərini ağıllı aparmaq
istəsələr də, ağılları lazımi səviyyədə işləmir. İş ondadır ki,
hələ 2000-ci ildən Ermənistan Ekspedisiya, Arxeologiya və
Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı, Azərbaycan
abidələrinin özününküləşdirməkdə mahir saxtakar olan
arxeoloq Hamlet Petrosyanın rəhbərliyi altında işğal altındakı
Ağdam ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqamət-
gahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam ediliblər.
Onların qarşısında mifik “Böyük Ermənistan” dövlətinin
paytaxtı “tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulmuşdu.
Burada onlar Şahbulaq yaylağının şimal hissəsində qazıntılara
başlamış və 2006-cı ildə uydurma şəhərin qalıqlarını aşkar
etdikləri barədə xəbər yaymışdılar. Lakin çox keçmədən
erməni arxeoloqlarının bu “kəşfi” biabırçı faktla üzləşir,
məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir
texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və
onları “tarixi dəlillər” kimi təqdim ediblər. Qazıntılarda iştirak
edən xarici ölkə arxeoloqları bu biabırçı faktdan sonra
ekspedisiyanı tərk etmişdilər.
Mənim dediyim odur ki, özlərinin bəyan etdikləri kimi
guya həmin şəhərin 1000 ildən yuxarı yaşı var və tarixdə
180
mövcud olmayan Ermənistan dövlətinin paytaxtı olubdur.
Alimlər isə bilir ki, onlar indiki Türkiyənin Anadolu ərazisin-
də məskunlaşsalar da, həmin məkana Avropa və ya Yaxın
Şərq tərəfindən gəliblər. Bundan belə nəticə çıxarmaq olar ki,
erməni arxeoloqlarının Qarabağ ərazisində “Tiqranakert”i
axtarmaq, absurd bir iş sayılır. Vaxtilə Ermənistаn ədəbiyyаtı
tаriхini oxuyanda orada Manuk Abedyanın belə ifadəsi ilə
rastlaşmışam: «Erməni хаlqının əsli nədir, necə və nə vахt,
hаrаdаn və hаnsı yоllаrlа burаyа gəlib, erməni оlmаzdаn
əvvəl və sоnrа hаnsı tаyfаlаrlа əlаqədə оlub, оnun dilinə, etnik
tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunlаrı
sübutа yetirən аydın və dəqiq dəlillər yохdur».
XVII fəsil. Ermənilərin həm insanlıq, həm də
təbiət qarşısında törətdikləri cinayət
Alınan məlumat Sergey üçün maraqlı olduğundan o, ağır
düşüncələrə qərq oldu. Elmlər namizədi hələ universitetdə
olan zaman orada bir qrup rus arxeoloqları ilə görüşmüş və
onlardan öyrənmişdi ki, ermənilər həqiqətən də Qarabağda
mənşəyi məlum olmayan “tiqranakert” şəhərinin qalıqlarını