  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə64/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   60   61   62   63   64   65   66   67   ...   113

                                                     

 

  



                                                                            

                                                    

235 

      II fəsil. Arada yaranan gözlənilən münaqişə 

 

Erməni oğlanın fikrincə o, Yelizavetanın adına bankdan 



böyük  məbləğdə  pul  götüzdürməklə,  qızı  özündən  asılı 

vəziyyətə salnalı və nəticədə qızla evlənib onun adına olan 

mülkə  yiyələnmək  istəyirdi.  Lakin  Yelizavetanın  inad-

karlığı  və  müəyyən  mənada  şıltaqlığı  Robertin  bütün 

planlarının  üstündən  xətt  çəkirdi.  Həm  də  bu  işdə  oğlanın 

özü təqsirkar idi. Ona görə ki, hiyləgərliklə yığdığı pullar-

dan  azacıq  da  olsun  o,  qızın  yolunda  xərcləməmiş  və 

demək olar ki, tanışlıq müddəti ərzində əməlli-başlı hədiy-

yə də almamışdı.  

Robertin  bütün  bu  mənfi  xüsusiyyətləri  qızı  ondan 

uzaqlaşdırmağa  məcbur  etmişdi.  O,  bütün  fikrini  cəmləş-

dirib qızın əllərindən tutdu və ciddi halda dedi:  

- Liza, bütün aləm bilir ki, mən səni necə sevirəm. Bizim 

sıx  əlaqələrimiz  sənin  qohumlarına,  rəfiqələrinə  və  tələbə 

yoldaşlarına bəllidir. 

-  Hansı  sıx  əlaqələrimiz?  –  deyə  qız  dəhşətdən  vəcdə 

gəldi və əllərini geri çəkib narazı halda sözünə əlavə etdi. – 

Yadına salmaq istəyirəm ki, bizim heç bir sıx əlaqələrimiz 

olmayıbdır.  Hətta  sən  bir  neçə  dəfə  məni  öpməyə  cəhd 

etmisən, mən isə sənə bu imkanı verməmişəm. 




                                                     

 

  



                                                                            

                                                    

236 

- Mən başqa mənada demək istədim. – deyə oğlan əvvəl-



ki sözlərinə düzəliş vermək istədi. – Lakin buna baxmaya-

raq hamı elə başa düşür ki, bizim aramızdakı münasibət sıx 

əlaqələrdən  ibarətdir.  Hətta  onlar  bir-birilərinin  arasında 

belə şayiə yayıblar ki, guya yaxın günlərdə bizim toyumuz 

olacaq.   

- Başqalarının iyrənc fikirləri məni qəti maraqlandırmır. 

Onlar  ağızlarına  nə  gəldi  danışacaqlar,  mən  isə  bunun 

müqabilində sənə ərə getməliyəm. 

Qızın  son  ifadələri  oğlanın  hessiyyatına  toxundu  və 

Robert tərs nəzərlə onu süzərək hüznlə dedi: 

-  Liza,  sən  mənimlə  elə  danışırsan  ki,  guya  biz  düşmə-

nik.  Sənin  bu  cür  dəyişəcəyini  mən,  ağlıma  belə  gətirə 

bilməzdim. Sanki aramıza kimsə giribdir. 

- Robik, mən necə varamsa, elə də qalmışam. Amma sə-

nin ifrat dərəcədə xəsis olmağın məndə şok effekti yaratdı.  

-  Xəsisliyimi  nədə  görmüsən?  Bayramlarda  burada 

olanda daim sənə gül dəstəsi almışan, ad gününə isə firma 

malı olan paltar da alıb vermişəm.  

-  Tələsmə,  indi  hər  şey  sənə  izah  edərəm.  –  deyə  bu 

söhbətdən  təngə  gələn  qız  dərindən  nəfəs  alaraq,  tələsik 

halda dilləndi. - Uzun müddətdir biz görüşürük, amma heç 

vaxt səndən qayğı və nəvaziş görməmişəm. Şəhərdə ola-ola 

nadir hallarda qabağıma çıxmısan, bilirsən ki, biz görüşən-



                                                     

 

  



                                                                            

                                                    

237 

də  ən  azı  kofe  içmək  üçün  kafeyə  gedəcəyik.  Kiminsə 



tədbirinə  gedəndə  hədiyyə  almaq  lazımdır,  sən  isə  bəhanə 

tapıb,  həmin  gün  mənimlə  birlikdə  tədbirə  getməkdən  bo-

yun  qaçırmısan.  Dünən  sənə  dedim  ki,  evdə  olan  kitabları 

universitetə aparmaq üçün mənə kömək et. Sən isə dedin ki, 

səhər  tezdən  həmkarlarınla  vacib  işin  olduğun  üçün,  bizə 

gələ bilməyəcəksən. Amma pul lazım olan kimi özünü tez 

bura çatdırmısan.  

-  Liza,  həqiqətən  də  səhər  tezdən  mən  bir-iki  adamla 

görüş keçirmiş və əlverişli ticarət əməliyyatı yarandığından, 

borc pul almaq üçün bura gəldim.    

-  Yaxşı,  indi  kitabları  daşımaq  üçün  sən  mənə  kömək 

edə bilərsən?  

- Elə bil sən məni barmağına dolamaq istəyirsən? – deyə 

əsəblərini  birtəhər  qoruyan  erməni  oğlan  bir  qədər  hiddət-

ləndi.  –  Hər  dəqiqə  mənim  üçün  qızıla  bərabərdir.  İndiki 

zamanda  mənə  hava-su  kimi  pul  lazımdır,  sən  isə  mənə 

deyirsən  ki,  kitab  daşı.  İstəyirsən,  gedim  bazardan  bir 

hambal  tapım  gətirim,  o  da  sənin  kitablarını  hara  istəsən 

daşısın.  

-  Robik,  sən  çox  təkəbbürlü  adamsan.  –  həsöhbətinə 

qəribə  nəzər  salan  qız  bir  addım  geri  çəkilərək,  heyifslən-

miş  tərzdə  dilləndi.  –  Deməli,  kimsə  gəlib  mənə  kömək 

etməli  olsa,  sən  həmin  kəsi  hambal  adlandıracaqsan? 



                                                     

 

  



                                                                            

                                                    

238 

Həqiqətən  də  səninlə  bağlı  olan  şübhələrim  bu  gün  özünü 



doğrultdu. 

Robik, bilirsən, mən səninlə tanış olanda, elə zənn etdim 

ki,  bizim  dostluğumuz  gələcəkədə  sıx  münasibətlərlə 

nəticələnəcək və biz ailə quracayıq. Lakin mən yanıldım və 

aydın  oldu  ki,  səninlə  ailə  qursam,  mən  heç  vaxt  xoşbəxt 

ola  bilməyəcəm.  Bilirsən,  nəyə  görə?  Ona  görə  ki,  sən 

eqoistsən  və  özündən  başqa  heç  kimi  lazımi  qədər 

sevməyəcəksən.  

-  Əzizim,  sənin  sözlərin  mənim  mənliyimə  toxunur. 

Gələcəkdə  xoşbəxt  olmaq  və  xoş-firavan  yaşamaq  üçün 

mən ticarətlə məşğul oluram. Məhz bu səbəbdən mən sənə 

kifayət  qədər  diqqət  ayıra  bilmədim.  O  ki,  qaldı  eqoist 

fikrinə, qətiyyətlə deyə bilərəm ki, sən bu məsələdə yanılır-

san. Sən mənim arvadım olsan, şübhə yox ki, səni yağ-bal 

içərisində  saxlayacağam  və  heç  vaxt  imkan  vermərəm  ki, 

kimsə  mənim  arvadımın  xətrinə  dəysin.  Mən  tərəddüd 

etmədən həmin adamı fiziki cəhətcə məhv edərəm.  

-  Gəl  biz  qanımızı  qaraltmayaq.  –  deyə  qız  söhbəti 

yekunlaşdırmaq  üçün  qətiyyətlə  dilləndi.  -  Dost  kimi 

qalmaq istəyirsənsə, mən razı, amma başqa bir fikirlə mənə 

yaxınlaşma.  

Robert  gördü  ki,  Yelizavetanın  fikri  ciddidir  və  qız 

hərtərəfli  olaraq  onu  inkar  edir.  Qızın  inadkarlığı  oğlanın 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə