  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə65/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

                                                     

 

  



                                                                            

                                                    

239 

bütün  planlarını  alt-üst  edirdi.  İşi  belə  görən  Robert,  öz 



niyyətini hasil etməkdən ötrü gələcəkdə qurbanlıq verməyə 

hazır  olan  qızı  ələ  almaq  üçün  hiyləgər  fəndə  əl  atmağa 

qərara  aldı.  O,  bir  daha  Yelizavetanın  əllərindən  tutub, 

sinəsinə tərəf çəkdi və məzlum halda dedi:   

-  Bəs,  mənim  sənə  olan  məhəbbətim  necə  olsun?  Etiraf 

edim  ki,  mən  sənsiz  yaşaya  bilmərəm.  Əzizim,  sənə  olan 

məhəbbətimi  sübut  etmək  üçün  mənə  bir  daha  şans  ver. 

İmkanım daxilində, mən dünyanın bir çox nemətlərini sənin 

ayaqların altına atacağam.  

-  Robik,  sən  məhəbbət  hisslərini  insan  ürəyinə  yox,  pul 

əskinaslarına  doğru  yönəltmisən.  Pulu  çox  istəyən  bir  kəs 

isə, heç vaxt insan qəlbini fəth edə bilməz.  

-  Əzizim,  tikanlı  sözlərinlə  mənim  ürəyimi  parçalama. 

Sənə dedim axı, mən sənsiz yaşaya bilmərəm. 

Ondan sonra Robert evdə qızın atasının olmasına heç bir 

əhəmiyyət vermədən Yelizavetanı qucaqlayıb öpmək istədi. 

Lakin  belə  bir  gərgin  vəziyyətdə  kifayət  qədər  soyuqqanlı 

olan qız, özünü itirməyib, kobud oğlanın üzünə çırmaq atdı 

və - şərəfsiz deyərək, ondan aralandı.  

-  Sən  mənə  cırmaq  atırsan?  –  deyə  əli  ilə  üzünü  tutan 

oğlan vəcdə gəldi və öz dilində onun ünvanına bir-iki söyüş 

işlədərək,  əsəbi  halda  sözünə  əlavə  etdi.  –  Bilirsən,  belə 




                                                     

 

  



                                                                            

                                                    

240 

hərəkətə  görə  mən  başqa  adamın  başına  hansı  oyunu 



açaram?  

- Tez ol, bizim evi tərk et. – deyə qəzəblənən qız hiddət-

lə dilləndi. – Bir daha mənim gözümə görünmə. 

- Olamaya, sən özünə başqa oğlan tapmısan? - əsəblərini 

cilovlaya bilməyən eqoist oğlan coşmuş halda qızın üzərinə 

yerimək istədi. 

Lakin  bu  vaxt  Yelizavetanın  qışqırıq  səsini  eşidən 

Sergey  Nizami ilə birlikdə  mətbəxə gəlib, qızından nə baş 

verdiyini  soruşdu.  Qız  cavabdan  yayınmağa  çalışsa  da, 

Robert  Nizamini  ev  yiyəsinin  yanında  görəndə  daha  da 

hiddətləndi  və  gözlərini  bərəldərək,  üzünü  Yelizavetaya 

tutub hirsli halda dedi:  

-  Artıq  mənə  aydın  oldu,  sən  nəyə  görə  məni  özündən 

uzaqlaşdırırsan?  Məni  hansısa  quldur  müsəlmana  dəyişmi-

sən, indi isə deyirsən ki, mən eqoistəm.   

Hirsini  daxilində  boğmağa  çalışan  Yelizaveta  cavab 

vermək istəyirdi ki, Robertin danışığından və hərəkətindən 

doğan təəccübünü gizlətməyən Sergey ciddi halda soruşdu:  

- Robert, bu nə danışıqdır? Olmaya, içib bura gəlmisən?  

-  Sergey  Vladimiroviç,  mən  nadir  hallarda  səhər  tezdən 

içirəm. Amma arxayın ola bilərsiniz, mən tamamilə ayıqam 

və  nə  dediyimi  yaxşı  bilirəm.  Sadəcə  olaraq,  erməni 

millətinin qanını axıdan türklərin nümayəndəsini sizin evdə 



                                                     

 

  



                                                                            

                                                    

241 

görəndə mən hiddətimi gizlədə bilmədim. Məsləhətim odur 



ki,  yanınızdakı  türkü  buradan  rədd  edəsiniz.  Əks  təqdirdə 

mən onu şil edib yola salacağam.  

-  Kitablarımı  daşımaq  üçün  mənə  kömək  etmək  istəyən 

adama  hədə-qorxu  gəlirsən?  –  Robertin  hərəkətlərindən 

dəhşətə  gələn  Yelizaveta  onun  üstünə  qışqırdı.  –  Özün 

kömək  etmək  istəmirsən,  başqalarına  da  mane  olmağa 

çalışırsan? 

- Robert, danışıqlarına sərhəd qoy. - deyə ev sahibi aza-

cıq  səsini  qaldıraraq  hökmlə  dilləndi.  -  Unutma  ki,  bura 

mənim  evimdir,  qonağım  isə  türk  yox,  azərbaycanlıdır. 

Nizami mənim tələbəmdir və imkan vermərəm ki, kimsə bu 

evdə onun xətrinə dəysin.  

- Onların hamısı türkdülər və Qarabağda bütün xristian-

ların  qanını  su  yerinə  axıdıblar.  Sergey  Vladimiroviç,  bu 

yırtıcıları evinizə dəvət etməklə, siz öldürülən xristianların 

ruhunu  tapdaq  altına  atmış  olursunuz.  Onun  imkanı  olsa, 

sizin hər ikinizi doğrayar və evinizi qarət edər.  

Ünvanına  söylənilən  ifadələrdən  özünü  birtəhər  saxla-

mağa çalışan Nizami, başını dik tutub əsəbi halda dedi:  

- Sən hamını öz arşınınla ölçmə. Qaniçən mən yox, sənin 

kimilərdir. Mənim ailəm... 

Elə  bu  anda  Robert  heç  kimə  əhəmiyyət  vermədən 

qolunun gücünə arxalanaraq, azərbaycanlı tələbənin üzərinə 



                                                     

 

  



                                                                            

                                                    

242 

şığıdı  və  onun  yaxasından  tutub  özünə  tərəf  çəkdi.  O, 



Nizamini yumruqla vurmaq istəyirdi ki, azərbaycanlı tələbə 

onun  sinəsinə  möhkəm  yumruq  zərbəsi  endirərək,  onu 

özündən kənar itələdi.  

Nizami Robertdən bir qədər alçaqboy və  cansız olsa da 

onun zərbəsi sarsıdıcı alındı. Erməni biznesmen öz dilində 

söyüş  verərək,  cibindən  polad  kastet  (beşbarmaq)  çıxartdı 

və tələbənin üstünə yerimək istədi. Lakin bu vaxt pedaqoq 

onun qarşısında dayanıb üstünə qışqırdı:  

-  Tez  ol,  mənim  evimi  tərk  et,  əks  təqdirdə,  polis 

çağıracağam.   

-  Bu  nədir,  hansısa  bir  türkə  görə  məni  evinizdən 

qovursunuz?  –  deyə  vəcdə  gələn  erməni  yerindəcə  donub 

qaldı. – Sergey Vladimiroviç, sizin damarlarınızda xristian 

qanı axır, yoxsa... 

- Robert, sənin başın xarab olubdur, get özünü  psixiatra 

göstər.  –  deyə  pedaqoq  onun  sol  qolundan  tutub  özü  ilə 

bayıra apardı. 

Yelizavetanın  Robertə  qarşı  nifrəti  artdı  və  özündən 

qeyri-ixtiyari olaraq Nizamini müdafiə etmək üçün sinəsini 

qabağa verdi. Robert evdən çıxarılan kimi qız üzünü tələbə 

yoldaşına tutub nəvazişlə dedi:  

- Bizim evdə səni heç bir təhlükə gözləmir. Robert emo-

sional olsa belə, qışqırığdan başqa əlindən heç nə gəlmir.  



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə