  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə93/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

                                                     

 

  



                                                                            

                                                    

351 

başladılar xalqımıza qarşı terror aktları həyata keçirməyə  - 



evlər  sakinlər  qarşı  yandırılır,  gəmi,  təyyarələr,  helikop-

terlər, sərnişin qatarları və avtobuslar, metrostansiya partla-

dılır. İş ondadır ki, bütün bu hadisələr atəşkəsdən sonra baş 

verir. Atəşkəsə qədər isə on minlərlə mülki əhali insanlığa 

sığmayan ən qəddar üsullarla qətlə yetirilmişdir.  

- 1988-ci ildə Ermənistanda baş verən zəlzələyə köməyə 

gedən 78 nəfər azərbaycanlı ermənilər tərəfindən vurularaq 

partladılan təyyarədə həlak olur və yalnız bir nəfər möcüzə 

nəticəsində  sağ  qalmışdır.  –  deyə  Abram  bu  faktı  xüsusilə 

vurğuladı. – Göründüyü kimi onlar yaxşılıq belə qanmayan 

bir tayfadır. 

 

 



 

 

 



    XIV fəsil. Qətliamların başında erməni  

                     ziyalıları durur 

 

Maşındakıların  sadaladıqları  terror  siyahısı  həddindən 

artıq uzun idi. Bütün bu faktlar və rəqəmlər rus alimi üçün 

dəhşətli  yuxu  kimi  görünürdü.  O,  bu  məsələ  ilə  bağlı 

müstəqil  araşdırma  aparmasa  heç  cürə  yekun  qənaətə  gələ 

bilməyəcəkdi.  Bir  millətin  digər  millətin  başına  bu 




                                                     

 

  



                                                                            

                                                    

352 

dərəcədə  müsibət  açması,  mütəmadi  olaraq  dinc  sakinlərə 



qarşı terror aktlarını həyata keçirməsi və bütün bu cinayət-

lərin  fonunda  dünya  ictimaiyyətinin  susması  Sergey  üçün 

qaranlıq  göründü.  O,  düşünmək  üçün  bir  qədər  fasilə 

verməli oldu.  

Yolçular  yolüstü  Bərdə  rayonunun  ərazisində  yerləşən 

iki  böyük  çadır  şəhərciyinin  sərhədinə  yaxınlaşıb,  qaçqın-

ları yalnız kənardan seyr etməklə müşahidə edilər. Sergeyə 

aydın  oldu  ki,  həqiqətən  də  Azərbaycanın  rayonları  çadır 

şəhərcikləri ilə doludur və orada, öz dədə-baba torpaqların-

dan  qovulmuş  yüz  minlərlə  insan  müvəqqəti  sığınıblar. 

Lakin bu müvəqqəti sığınmaq iyirmi il idi ki, davam edirdi.  

Onlar bir saatdan artıq idi ki, dayanmadan yol gedirdilər. 

Yolçular Gəncəni tərk etməmişdən əvvəl hələ səhər tezdən 

nahar  yeməyini  yemişdilər.  Yaşlı  müharibə  veteranı  qona-

ğın acıdığını hiss etdi və günorta yeməyinin vaxtı çatdığını 

görüb  Abrama  bildirdi  ki,  maşını  Kür  çayı  sahilinin  kəna-

rında  yerləşən  “Kür”  kafesində  saxlasın.  Həqiqətən  də 

Yevlax  şəhəri  yaxınlığında  adı  çəkilən  kafe  yerləşirdi  və 

sürücü çox keçmədən idarə etdiyi maşınını deyilən ünvana 

çatdırdı.  

Yolçular  iki  hündür  söyüdün  altında  yer  tutan  kimi 

dərhal lülə, tikə kababları və buğlama sifariş etdilər. Spirtli 

içki isə yalnız rus qonağı ilə Abrama gətizdirildi.  



                                                     

 

  



                                                                            

                                                    

353 

Qaçqın düşərgəsində gördüklərindən və maşında eşitdik-



lərindən gərgin psixoloji stress keçirən Sergey çörək yemə-

dən  bir  badə  araq  işərək,  masadakı  təamlardan  dadmağa 

başladı.  

Yolçular günorta yeməyini yeyən kimi həmin an süfrəyə 

çiyələk  mürəbbəsi  ilə  pürrəngi  çay  gətizdirildi.  Tarixçi 

pedaqoq  çaydan  bir-iki  qurtum  içən  kimi  gözlərini  həm-

söhbətlərinə tərəf yönəldərək əsəbi halda dedi: 

Hələ  də  anlaya  bilmirəm,  belə  bir  çirkin  siyasətlə 



ermənilər  nəyə  nail  olmaq  istəyirlər?  Onların  ziyalıları, 

yaradıcı insanları bu haqda nə fikirləşirlər?  

- İş ondadır ki, bütün bu yırtıcıların, qatillərin, vəhşilərin 

başında  duran,  onlara  istiqamət  verən  ermənilərin  elə 

dırnaqarası  sayılan  ziyalılarıdır.  –  deyə  həmin  suallara 

məmnuniyyətlə  cavab  verməyə  hazır  olan  Heydər  tələsik 

halda dilləndi. - Akademik Aqambekyan öz məkrli siyasə-

tini işə salmaqla, daha doğrusu Mixail Qorbaçovun və onun 

ermənipərəst  arvadı  Raisanın  qılığına  girərək,  mehriban-

çılıq şəraitində yaşayan iki qonşu millətin arasındakı sülhü 

ləğv  edir  və  nəticədə  onlara  daim  arxa  duran  azərbay-

canlıların qanını axıdaraq, bəşər övladının ağlına gəlməyən 

bir  vəhşilikləri  həyata  keçirdilər.  Özünü  şair  kimi  qələmə 

verən,  humanist  hisslərdən  heç  bir  əsər-əlamət  olmayan 




                                                     

 

  



                                                                            

                                                    

354 

Silva  Kaputikyan  hərtərəfli  olaraq,  rus  ziyalılarını  bizim 



üstümüzə qızışdırırdı. 

- Sergey Vladimiroviç, vampir kimi qaniçən olan erməni 

yazıçısı  Zori  Balayanın  13  yaşlı  uşağın 

diri-diri  dərisini 

soyması,  bundan  həzz  alması,  özünün  bunları  etiraf  edib 

kitabına  daxil  etməsi,  erməni  həyasızlığın,  cəzasılığın  ən 

bariz  nümunəsidir.  –  deyə  Vahid  səsinin  tonunu  aşağı 

salmadan  nifrət  hissi  ilə  dilləndi.  - 

Ermənilər  Xocalıda 

uşaqlara  qarşı  etdikləri  vəhşilikləri  özləri  də  etiraf  ediblər. 

Zori  Balayanın  1996-cı  ildə  yazmış  olduğu  “Ruhumuzun 

dirilməsi” kitabının 260-262-ci səhifələrində qeyd olunub: 

“…Mən  və  Xaçatur  onların  saxlandığı  zirzəmiyə  daxil 

olanda  artıq  əsgərlərimiz  bir  uşağı  pəncərənin  çərçivəsinə 

tikmişdilər.  Onun  çox  səs-küy  etməməsi  üçün  ölmüş 

anasının  döşünü  kəsib  ağzına  soxmuşdular.  Sonra  mən  13 

yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım.  

Təxminən  yeddi  dəqiqədən  sonra  uşaq  qan  itkisindən 

öldü.  Mən  birinci  dərəcəli  həkim  kimi  humanistəm,  ona 

görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss 

eləmirdim.  Lakin  daxilən  sevinirdim…  Xaçatur  uşağın 

cəsədini  tikə-tikə  doğradı  və  itlərə  yem  kimi  atdı.  Həmin 

axşam  biz  daha  üç  türk  törəməsinin  başına  həmin  oyunu 

açdıq.  Mən  patriot,  vətəndaş,  erməni  borcunu  yerinə 

yetirirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə