339
“rezervistlərin” 50 faizdən çoxu Rusiya ərazisində yaşayan
ermənilər idi. Bax, 1941-1945-ci illərdə Alman faşistləri ilə
gedən Böyük Vətən müharibəsində Sovet İttifaqı Bakı
neftindən gen-bol istifadə edərək, düşmən üzərində qələbə
qazanmağa nail olmuşdu. Həmin triumfal qələbənin üstün-
dən 45 il keçəndən sonra SSRİ Siyasi Bürosunun üzvləri öz
minnətdarlığını Azərbaycan xalqına belə bir çirkin şəkildə
bildirdilər.
- İnana bilmirəm ki, Qorbaçov belə bir qətliamın baş
verməsi üçün fərman imzalayıbdır. – deyə gördüklərindən
vəcdə gələn rus qonaq həqarətlə dilləndi. – Qeyrəti olan
rəhbər şəxs öz xalqının başına belə bir müsibət açmamalı
idi.
- Bütün bu faciəli olayların ssenarisini Aqambekyan və
Zori Balayanın iştirakı ilə Şaxnazaryan qurmuş, Raisa
bəyənmiş, Qorbaçov isə təsdiqləmişdi. – deyə Kamil qalın
səsi ilə həqarətlə dilləndi, sonra isə o, dayanıb sol əli ilə
yeri göstərib məyus halda sözünə əlavə etdi. – Sergey
Vladimiroviç, hələ 1918-ci ildə ermənilərlə bolşeviklərin
qətlə yetirdikləri on minlərlə insan dayandığımız bu yerdə
kütləvi məzarlıqda dəfn edilmiş və bu hadisələri millətə
unutmaq üçün Semyon Kirovun heykəlini ucaltmışdılar.
Bəli, bəli, həmin dövrdə Bakıda əsl soyqırım törədil-
mişdi. 1918-ci il martın 30-dan aprelin 1-nə kimi bolşevik
340
qiyafəsinə bürünən ermənilər Sovet Rusiyasının hərbi yar-
dımı ilə Bakıda soyqırımı törədərək 15 min nəfər azərbay-
canlını xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirdilər.
- Həmin illərdə bolşeviklər hakimiyyətlərini qurmaq
üçün hər bir ucqar bölgələrə öz cəsuslarını və ya emissar-
larını göndərirdilər. – Sergey xatırlatma verdi.
- Bu vəhşiliklər haqqında həmin zamanlarda çıxmış
qəzetlərdə də bildirilmişdir. – deyə vicdanlı vətəndaş kimi
gələn qonağı məlumatlandırmağı özünə borc bilən Vahid
ürəkyanğısı ilə dilləndi. – 25-i noyabr 1918-ci ildə çıxmış
”Qruziya” qəzetində bildirilirdi ki, “erməni əsgərləri hami-
lə müsəlman qadınlarının qarnını yararaq, bətnində for-
malaşmış uşağı çıxararaq onun başını kəsirdilər və bunlara
aid foto şəkillərini də yayımlamışdılar”. 4-ü aprel 1918-ci
ildə “Naş Qolos” qəzetində isə yazılmışdır ki, ”hər yerdə
meyitlər, qıc olmuş, eybəcər hala salınmış, yandırılmış
meyitlər: kişi, qadın və uşaq meyitləri”.
- Bu haqda mən dürüst olmayan məlumatlara malikəm. –
deyə təəssüfünü gizlətməyən qonaq hüznlə dilləndi. –
Həmin hadisələri tarixə erməni-azərbaycanlı münaqişəsi
kimi salmağa çalışıblar.
- Düz deyirsiniz, pula görə öz vicdanını satan bəzi
alimlər Azərbaycan xalqının başına gətirilən faciəni, siz
dediyiniz kimi qələmə verməyə çalışıblar. – yaşlı veteran
341
daxilində yaranan hirsini birtəhər dəf edə-edə kədərlə
dilləndi. – Hətta onlar ermənilərin istəyinə uyğun olaraq bir
neçə kitab da buraxmağa müvəffəq olublar. Əslində isə
həqiqəti arxiv sənədlər söylədi.
- Xatırlatma verim ki, Bakı qırğınına qədər martın 18-i
1918-ci ildə 20 minlik erməni-bolşevik silahlı qüvvələri
Şamaxıya daxil oldular və dinc əhaliyə divan tutdular.
Onlar insanlara işgəncələr verirdilər. – deyə Abram söh-
bətə müdaxilə etdi. - Ermənilər qadınların döşlərini kəsərək
və ya qarınlarını deşik-deşik edərək qətlə yetirirdilər və
onların cəsədləri küçələrdə yatırdı. Əmirovun əlaltısı olan
Lalayevin əsgərləri şəhərdə evlərə soxulmuş, tar-marla
məşğul olmuş, yüzlərcə qoca və körpələri qırmışdılar.
Məscidə yığdıqları insanları diri-diri yandırmışdılar. Həmin
hadisələrdə Şamaxının 58 kəndi xarabazara çevrilmiş, 12
min nəfər insan öldürülmüş, Quba qəzasında isə müsəlman-
ların yaşadığı 122 kənd yandırılmış və dağıdılmışdır. Bu
kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi
miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən
olmuşdur.
Abramın sözləri qonağı fikirə saldı. Ona görə ki, bu
ifadələrin kökündə həqiqət dururdu. Sergey bacardıq qədər
öz emosiyalarını saxlamağa çalışırdı. Axı, necə olsa da
onun qonşuluğunda yaşayan “qaçqın” statusu almış
342
ermənilərin cəfəngiyyat dolu uydurmaları elə aşılanmışdı
ki, onlarla ünsiyyətdə olan hər bir kəs azərbaycanlıların
vəhşi, vandal və barbar olduqlarını zənn edərdi. Eduardgil
ilk dəfə onunla ünsiyyət yaradandan sonra alim öz dost-
tanışlarına və həmkarlarına birmənalı şəkildə bəyan etmişdi
ki, onlar həyatlarını təhlükə altında qoymasınlar deyə,
Azərbaycana səfər etməkdən boyun qaçırsınlar. Azərbay-
canlıların etmədikləri cinayətlər barəsində məqalələr yazılıb
qəzetlərdə dərc olunur, həmin hadisələri ziyalıların iştirakı
ilə dəyirmi masa ətrafında müzakirə edirdilər. Müzakirə
vaxtı kimsə irad bildirəndə dərhal həmin şəxs iştirakçıların
tənqidinə tuş gəlirdi. Lakin gec olsa da həqiqət üzə çıxdı və
Sergey bundan sonra hansı mövqe tutacağını özü üçün
müəyyənləşdirdi.
Bir tarixçi kimi burada xeyli məlumat toplayan Sergey
anladı ki, haqq azərbaycanlıların tərəfindədir, lakin
informasiya maşınından istifadə edən ermənilər və onların
havadarları, hərtərəfli olaraq, on minlərlə şəhid vermiş
əzilmiş xalqı dünya ictimaiyyətinin gözündən salmağa
çalışırlar.
“Şəhidlər Xiyabanı”ndan sonra ağır xəyallara dalan
Sergey şəhər gəzintisinə çıxdı və onu demək olar ki,
Bakının ən görməli yerlərinə apardılar. Tarixçi pedaqoqun
ilk dəfə Bakıda olması ilə indikində xeyli fərq var idi. Şəhər
Dostları ilə paylaş: |