  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə87/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

                                                     

 

  



                                                                            

                                                    

327 

    


  XI fəsil. Sadalanan faktlar qarşısında aciz  

          qalan alim Qafqaz tarixi ilə dərindən  

      maraqlanacağını bir məqsəd kimi qarşısına  

                                qoyur

 

 



Rus  qonağı  tarix  üzrə  elmlər  namizədi  olsa  da  o,  XIX-

XX  əsrlərdə  Qafqaz  baş  verən  siyasi  prosesləri  kifayət 

qədər öyrənməmiş və bu sahədə bilmədikləri bildiklərindən 

hələ  çox  idi.  Hazırda  bəzi  vacib  məlumatları  əldə  etmək 

üçün onda yaxşı iman yaranmışdı. Çünki Abramda Qafqaz 

hadisələri  ilə  bağlı  çoxlu  ədəbiyyatlar  vardı  və  o,  həmin 

ədəbiyyatlardakı bir çox məlumatlardan hali idi. 

-  İş  ondadır  ki,  qonaqpərvərlik,  tolerantlıq,  sadəlövlük 

sizin qanınızdadır. – deyə tarixçi pedaqoq həvəslə dilləndi. 

–  Məhz  bu  səbəbdən  siz  qısa  bir  müddət  ərzində  hər  şeyi 

unudub yeni həyata başlayırsınız.

 

-  Sizin  millət  də  sadəlöhvlükdə  bizdən  geri  qalmır  və 



əminəm ki, vaxt gələcək Şimali Qafqazda, Rusiyanın başqa 

bölgələrində yaşayan ermənilər baş qaldırıb, sizin xalqa və 

hökümətə  qarşı  da  ərazi  iddiaları  irəli  sürəcəklər.  –  deyə 

Füzuli əminliklə dilləndi. 

 

-  Məsələ  burasındadır  ki,  həmin  hadisələr  zamanı  onlar 



nəinki  bizimkilərə,  -  deyə  ermənilərin  azğınlaşması  ilə 

bağlı  mətbu  orqanlarında  onlarla  məqalə  yazmış  Vahid, 




                                                     

 

  



                                                                            

                                                    

328 

üzrxahlıqla  həmkarının  sözünü  kəsərək  araya  girdi.  -  hətta 



başlarını  sığallayan,  ən  pis  günlərdə  arxalarında  duran 

ruslara qarşı da bir vaxt terror aktları həyata keçirmişdilər. 

Yelizavetpol qubernatoru A. Kalaçov qeyd edirdi ki, 1903-

cü  il  iyunun  12-də  Eçmiədzin  kilsəsinə  məxsus  əmlakın 

müsadirəsinə dair rus çarı tərəfindən qəbul edilmiş fərman 

ermənilərin hiddətinə səbəb olur...

 

Onlar  bir  sıra  ucqar  bölgələrdə  hakimiyyəti  ələ  keçirir, 



qatarları, dəmir, şosse yollarını, körpüləri partladır, yüksək 

rütbəli  dövlət  məmurlarını,  polis  və  jandarm  nümayəndə-

lərini,  nüfuzlu  ictimai  xadimləri,  hətta  jurnalistləri  belə 

terror  yolu  ilə  qətlə  yetirirdilər.  Bir-birinin  ardınca  general 

Əlixanov,  qubernatorlar  Nakaşidze,  Andreyev,  polkovnik-

lər  Bıkov,  Saxarov  və  onlarla  başqa  hökumət  mə’murları 

erməni terrorunun qurbanı olur.  

-  Əziz  dostum,  belə  hadisələr  Qafqaz  tarixində  yüzlər-

lədir.  –  deyə  Abram  ikrah  hissi  ilə  dilləndi.  –  Ermənilər 

tərəfindən  rus  məmurlarına  qarşı  törədilən  terror  aktları 

müvafiq sənədlərdə həkk olunubdur. 

 

- Abram, etiraf edim ki, bir tarixçi kimi bütün bunlardan 



mənim xəbərim yox idi. – deyə vəcdə gələn qonağın gözləri 

bərələ  qaldı.  –  Qafqazın  cənubuna  olan  səfərimə  qədər 

mən, erməniləri dünyanın ən məzlum və yazıq milləti kimi 

tanıyırdım. 

 



                                                     

 

  



                                                                            

                                                    

329 

-  1905-ci  ildə  erməni-azərbaycanlı  qırğını  başlayır  və 



azərbaycanlılar kütləvi şəkildə məhv edilir. – tarixi araşdır-

malarla diqqətlə məşğul olmağa çalışan yəhudi biznesmeni 

bir  qədər  ara  verəndən  sonra,  əldə  etdiyi  bilgini  söyləmək 

üçün tələsik halda dilləndi. -

 

Elə ki, onlar “böyük Ermənis-



tan”  ideyasını  ortaya  atdılar,  başladılar  yerli  əhaliyə,  o 

cümlədən də bizim millətə qarşı terror aktları həyata keçir-

məyə. Adama təsir edən odur ki, həmin qətliamlarda əvvəl-

cə çar Rusiyası, ondan sonra isə bolşeviklər dəstək oldular.

 

Ondan  sonra  Abram  masanın  üst  siyirməsini  açıb,  ora-



dan  qalın  olmayan  bir  kitab  çıxardı  və  səhifələri  vərəq-

ləyərək özünə lazım olan hissəni tapıb oxumağa başladı:

 



Arxiv sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-



may  ayları  ərzində  ermənilər  tərəfindən  təkcə  Quba  qəza-

sında  36  min  782  nəfər  qətlə  yetirilib,  122  kənd  tamamilə 

dağıdılıb.  

Vəhşiliklər  nəticəsində,  Qarabağın  dağlıq  hissələrində 

150-dən artıq kənd dağıdılmış, əhalisi isə ermənilər tərəfin-

dən soyqrıma məruz qalmışdılar. İrəvan quberniyasında isə 

211,  Qarsda  82  kənd  yandırılmışdır.  Yuxarıdakı  ərazilərdə 

əhalinin  qırılması  1919-1920-ci  illərdə  də  davam  etmişdir. 

Belə  ki,  İrəvan  quberniyasının  əhalisi  378582  nəfərdən 

azalaraq  12000  nəfər  qalmışdır.  Bunun  da  əsas  səbəbi 




                                                     

 

  



                                                                            

                                                    

330 

ermənilərin  azərbaycanlılara  qarşı  törətmiş  olduqları  soy-



qrımın nəticəsidir. 

Bununla  yanaşı  erməni  silahlı  dəstələri  Andronik,  Dro, 

Nijdenin  başçılığı  altında  Qarabağ,  Zəngəzur,  Naxçıvana 

soxularaq kütləvi qırğınlar törətdilər. 

Bütün  bu  sənədlərin  surətini  çıxarıb  İsrailə  göndərirəm 

ki, ermənilərin kimliyi bizim millətə də bəlli olsun.   

-  Abramın  sözlərinə  şübhə  etməyə  bilərsiniz.  –  deyə 

Heydər başını bir qədər sola çəpəki əyib fəhmlə dilləndi. - 

Yalnız 1918-ci ildə yaranmış Ararat Respublikası və 1920-

ci  ilin  noyabrında  Ermənistanda  Sovet  hakimiyyətinin 

qələbəsindən  məharətlə istifadə edən ermənilər əsrlər boyu 

arzusunda  olduqları,  qədim  Azərbaycan  torpaqlarında 

Ermənistan dövləti yaratmaq ideyalarını reallaşdıra bildilər.

 

Abramın  verdiyi  məlumatlar  Sergeyi  düşündürməyə 



vadar  etdi.  O,  həmin  kitabı  masanın  üstündə  olan  digər 

kitablarla yanaşı tarixçi alimə uzatdı. Bu məsələyə marağını 

gizlətməyən rus alimi tərəddüd etmədən ona təqdim edilən, 

tarixi materiallarla zəngin olan elmi ədəbiyyatları nəzərdən 

keçirməyə  başladı.  Artıq  ona  agah  idi  ki,  ərazisi  bir  neçə 

dəfə  paçalanan  Azərbaycan  kimi  ikinci  bir  dövlət  dünyada 

yoxdur. 

Sergey eşitdiklərindən vəcdə gəldiyini gizlətmədən başı-

nı hiddətlə yellətdi və əsəbi halda dedi:   



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə