24
•
Peyk rabitəsi vasitələri [
satellite transmissions]
. Rabitə peykləri orbitdə Yerin
səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə
Yerlə eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe
saxlamağa imkan verir. Peykdəki avadanlıqlar
Yerdən göndərilən siqnalları gücləndirir və
onları yenidən Yerə qaytarır (şəkil 2.6).
Şəbəkə qurarkən bu kommunikasiya vasitələ
-
rindən hər hansı birini seçmək üçün bir neçə
amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını)
və onun maya dəyərini nə zə rə almaq lazımdır.
B u d ə r s d ə ö y r ə n d i n i z :
Transmissiya vasitələri istər fiziki, istərsə də simsiz ola bilir.
Fiziki vasitələrə sarınmış cütlük kabeli, koaksial kabel və fiber-optik kabel aid dir.
Simsiz vasitələrə radiosiqnallar, mikrodalğalar və peyk rabitəsi vasitəsi aiddir.
Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında yayılır.
Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları ge -
ri yə, Yerə qaytarır.
1. Transmissiya vasitələri nədir və onların hansı növləri var?
2. Fiziki transmissiya vasitələrini sadalayın.
3. Hansı simsiz rabitə vasitələrini tanıyırsınız?
ŞƏBƏKƏ AVADANLIQLARI
Şəbəkələrin əksəriyyətində server və müştəri kompyuterləri olur. Bun lar dan baş -
qa, şəbəkədə
şəbəkə kabellərini birləşdirən və
siqnalları güc lən di rən qurğuların da
olması lazımdır. Belə qurğuları iki qrupa ayırmaq olar:
kommunikasiya qurğuları və
trans missiya qurğuları.
Kommunikasiya avadanlıqları verilənlərin gön də rilməsinə və alınmasına
kömək edir. Kommunikasiya avadanlıqları dedik
də, ilk növbədə, fikrimizə
masaüstü kompyuterlər və modem gəlir. Lakin verilənləri
göndərən və alan başqa
növ qurğular da var.
Bunlara misal olaraq iri kompyuterləri – superkompyuterləri, meynfreym
kompyuterləri və minikompyuterləri – əl və dizüstü kompyuterləri və hətta faks
2.3.
Şəkil 2.6. Peyk rabitəsi
maşınlarını və rəqəmli kameraları göstərmək
olar. Fərdi istifadə üçün ən geniş istifadə olunan
ötürücü qurğu modemdir.
• Modem: Kompyuterə verilənləri telefon
xətti ilə ötürməyə imkan verir. Bildi yiniz
kimi, kompyuterdə
informasiya rəqəmli
formada, yəni sıfır (0) və birlərdən (1)
ibarət ikilik kod şəklində saxlanılır. Bu
kodlar telefon xətti ilə ötü
rülmək üçün
analoq siqnallara çevrilməlidir. Bu işi
məhz modem görür. Başqa sözlə, modem
kompyuterdəki informasiyanı telefon
xətləri, televiziya kabel ləri ilə ötürmək və
ya açıq fəzaya göndərmək üçün yararlı for-
maya salır. Xət tin o biri ucunda isə ikinci
modem həmin siqnalları kompyuterin başa
düşdüyü dilə çevirir və beləliklə, bu iki
kompyuter bir-biri ilə ünsiyyətdə olur.
“Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır: rə qəmli verilən-
lərin analoq
verilənlərə çevrilmə sinə modul ya siya, əks pro sesə isə
demodul -
yasiya deyilir; beləliklə,
modem –
mo dulyator-
demo dul yatordur. Şəkil 2.7-də
kompyuter və ona qoşulmuş modem göstərilib. Yeni kompyuterlərin
əksəriyyətində daxili modemlər quraşdırılmış olur.
Şəkil 2.7. Kompyuter və ona qoşulmuş modem
Kompyuter
Modem
Splitter
Telefon
Şəbəkə kabeli
25
Modemin sürəti bir saniyədəki
kilobitlərlə (Kbps – kilobits
per second) ölçülür.
Bu gün ənənəvi modemlərin ən
yavaşının sürəti 56 Kbit/san-
dir. Belə modem bir saniyədə
təqribən 14
səhifəlik çap olun-
muş mətn göndərir. Son bir
neçə onilliklərdə modemlərin
sürəti önəmli dərəcədə yük-
səlib. 1960-cı illərdə təqdim
olunmuş ilk modemlər verilən-
ləri saniyədə təxminən 300 bit
sürətlə ötürə bilirdi. Bu gün
verilənləri telefon xətti ilə
saniyədə 8 Mbit (8 Mbps)
sürətlə ötürə bilən xüsusi mo -
demlər vardır. Bu sürət gerçək
zamanda
səsli videonu çevirib-
ötürmək üçün tam yetərlidir.
2.
ŞƏBƏKƏ
TEXNOLOGİYALARI
Transmissiya avadanlıqları. Modemlər fərdi kompyuterlər, yaxud bir-iki
nəfərlik kiçik ofislər üçün yararlıdır. Lakin yerli və geniş şə bə kələrdə verilənləri
ötürmək üçün istifadə olunan qurğular fərqlidir. Onlardan geniş istifadə olunan-
ları aşağıdakılardır:
•
Şəbəkə interfeys kartı. Kompyuter şəbəkəsi üçün aparat təminatının ən vacib his səsi
NIC (
network interface card) şəbəkə adapteridir. Ona bəzən
Ethernet-adapter, yaxud
şəbəkə kartı da deyilir. O, ayrıca kart kimi də,
kompyuterin
ana löv həsinin bir hissəsi kimi də ola bilər.
•
Qovşaq [
hub]
. Siz, yəqin ki, “telefon qovşağı” ifadəsi-
ni eşitmisiniz. Telefon qovşaqları telefon stansiyalarını
bir-birinə bağlayır. Başqa sözlə, müəyyən sayda telefon
stansiyası bir nöqtədə –
qovşaqda birləşdirilir və onlar
arasında informasiya mübadiləsi həmin qovşaq vasitəsilə
aparılır. Veri lən lərin ötürülmə sində də qovşaq bən zər vəzifəni icra edir. Bu tip
qur ğu ona daxil olan bütün informasiyanı, sa də cə olaraq ötü rür. Yəni, qovşağın
portuna qoşulmuş qur ğu ların hamısı eyni informasiyanı alır.
•
Körpü [
bridge]
. Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya yerli şəbəkə ləri
birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu,
yaxud uyğun proqram təmi-
natı olan kompyuterdir.
•
Şəbəkə keçidi [
gateway]
. Şəbəkə keçidi, yaxud
şlüz müxtəlif tipli şəbəkələr ara -
sında in
for
masiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu
dur.
Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən
fərqli olaraq, şlüz verilənləri ötürməklə yanaşı, həm də onların formatını tə yinat
şəbəkəsinin protokoluna uyğunlaşdırır.
• Yönləndirici [
router]
. Yönləndirici yol polisinə bənzəyir: bu ağıllı qurğu şəbə -
kə trafikinə yol göstərir (istiqamət
ləndirir). Şəbəkədə gön
dərilən verilənlər
Şəkil 2.9.
Qovşağa qoşulmuş kompyuterlər
Qovşaq
26
Şəkil 2.8. Şəbəkə kartı