ˆ Onu yaxşı tanıyırdım, çəkilişlərində olmuşdum



Yüklə 77,51 Kb.

tarix14.06.2018
ölçüsü77,51 Kb.
növüYazı


 

ˆ

Onu yaxşı tanıyırdım, çəkilişlərində olmuşdum, 



kinostudiyada  dəfələrlə  görüşmüşdüm. Böyük sənətkar 

olmasına baxmayaraq, çox sadə insan idi. Adamlarla dil 

tapmağı bacarırdı. Onu  hamı sevirdi.  Səmimiyyəti ona böyük 

hörmət qazandırmışdı. Bu yazıda  onun haqqında  geniş  söz 

açmaq  fikrində deyilik, sadəcə olaraq, ad gününü xatırlamaq 

istədik.

Şahmar Ələkbərov 23 avqust   

1943 -cü ildə Gəncədə anadan olub. 

Atası əslən cəbrayıllı Zülfüqar kişi, 

anası kökü Tiflisə bağlı İzulət xanım 

idi. 1964-cü ildə Azərbaycan İncəsənət 

İnstitutunu  bitirib. Hələ III kursda ikən 

Azərbaycan Dövlət Akademik Milli 

Dram Teatrına işə götürülüb. Teatrda ilk 

dəfə Şekspirin  "Lope de Veqa" tamaşa-

sında çıxış edib. "Ustalar" tamaşasında 

qazandığı uğurdan sonra böyük tama-

şaçı auditoriyasının rəğbətini qazanıb. 

Bundan sonra məşhur sənətkar Adil 

İsgəndərov onu kinostudiyanın nəzdində 

özünün yaratdığı kino aktyorluğu stu-

diyasına dəvət edib. "Azərbaycanfilm" 

kinostudiyasında aktyor və rejissor 

kimi fəaliyyət göstərib. Təhsilini başa 

vurduqdan sonra müəllim-assistent kimi 

institutda saxlanılıb.

Şahmar Ələkbərov teleradio 

sahəsində də fəal olub. Onun radioda 

ilk çıxışı "Ulduz" proqramının aparı-

cısı kimi olub. Bundan başqa onlarca 

televiziya tamaşasında yaddaqalan 

obrazlar yaradıb. "Molla Nəsrəddin" 

radio verilişinin aparıcısı olub. Bir çox 

filmlərin dublyajında iştirak edib. Xalq 

artisti, Dövlət Mükafatı laureatı Şahmar 

Ələkbərov 1992-ci ilin sonunda vəfat 

edib. Bu, onun qısa tərcümeyi-halıdır.

"Dağlarda döyüş"dən başlamışdı 

onun ilk aktyor karyerası. İncəsənət 

İnstitutunu təzəcə bitirsə də, kinoya 

hədsiz həvəsi onu studiyaya gətirmişdi. 

Həm də bu institutda Rza Təhmasibin 

kursunda təhsil almışdı. Bu, o demək idi 

ki, Şahmar müəllim artıq püxtələşmiş 

bir aktyor idi və elə "Dağlarda 

döyüş"dəki debütündə də bu aydın görü-

nürdü. 1967-ci ildə bu filmə kinorejissor 

Kamil Rüstəmbəyov quruluş vermişdi. 

Mərhum yazıçı-jurnalist Əhmədağa 

Qurbanov özünün "Tikanlı məftillər" 

povesti əsasında ssenarini yazmışdı. 

Şahmar Ələkbərovun da qəhrəmanı 

sərhəd qoşunlarında xidmət edən sıravi 

əsgərdir. Maraqlı macəra süjeti var 

filmin. Sərhədi keçən bir nəfərin izinə 

düşən Fərrux böyük çətinliklərdən 

sonra onu yaxalayır və məlum olur ki, 

bu onun bir vaxtlar müharibə dövrü 

Vətəndən qaçaq düşmüş öz atasıdır. İlk 

rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı 

Şahmarın taleyində uğurlu alınmışdı və 

onun qəhrəmanı Fərruxun bütün xarak-

terik cizgiləri məhz aktyor məharətinin 

nəticəsi olaraq rəssam dəqiqliyi ilə 

yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə 

onun yaradıcılıq məkanının sərhədi 

başladı. Və bu sərhəd onun rejissor kimi 

tamamladığı "Qəzəlxan" filminə qədər 

uzun və kəşməkəşli bir yol keçdi.

Şahmar Ələkbərovun yaradıcı-

lıq bioqrafiyasında elə filmlər var ki, 

onlar milli-mənəvi dəyərlərimizin 

ən qiymətli nümunələri sırasındadır. 

Bunun səbəbi isə bu filmlərin milli-

mənəvi dəyərlərimizə söykənərək 

tariximizin müəyyən dövrünün real 

ab-havasını canlı əks etdirməsidir. 

Şahmar müəllimin yaradıcılığında 

Məzahirin özünəməxsus yeri var. "Mən 

ki, gözəl deyildim" filminin qəhrəmanı, 

sadə, səmimi gənc Məzahirin obrazı elə 

bil Şahmar Ələkbərovun xarakterinə 

biçilmişdi. Aktyor heç bir improvizəyə 

yol vermədən, bu sadə sürücünün 

bütün daxili dünyasını, ətrafdakılara 

münasibətini çox canlı ştrixlərlə 

tamaşaçılara çatdırır. Müharibənin 

ağır günlərində uzaq dağ kəndlərindən 

birində baş verən hadisələri əks etdirən 

bu lirik-dramatik filmin qəhrəmanları 

arasında nikbin xarakteri ilə seçilən 

Məzahirin öz yeri var. Məzahir kino-

muzda yeni bir obraz idi. Bu sürücü oğ-

lanın nikbin ruhu filmin faciəvi yükünü 

xeyli azaldır. O, həmişə gülür, zarafat 

edir, sanki insanların qəlbinə çökmüş 

müharibə ağrılarını dəf etmək istəyir. 

Məzahirin sevgisində də bir səmimiyyət 

var. 


Filmi rejissor Tofiq Tağızadə 

çəkmişdi. Ümumiyyətlə, Şahmar 

Ələkbərov Tofiq müəllimin filmlərində 

çox az çəkilmişdir. "Qızıl qaz" və bir də 

"Mən ki, gözəl deyildim". Hər ikisində 

də çox maraqlı obrazlar yaratmışdır.

Ümumiyyətlə, 20 illik yaradıcılığı 

dövründə Şahmar müəllim müxtəlif 

rejissorlarla işləmişdi. Bütün bu yara-

dıcı "ittifaqlar" çox uğurlu alınmışdı. 

Bunlar haqqında o öz "Xatirələrim" 

adlı yazısında çox gözəl açıqlamalar 

vermişdi. Mən həmin bioqrafik yazı ilə 

tanış idim. Lakin ömür bu yazıları kitab 

halında çap etməyə ona imkan vermədi. 

Orada hər şey var idi. O, təkcə Şahmar 

Ələkbərovun tərcümeyi-halı deyil, 

bütövlükdə kinomuzun 20 illik dövrü-

nün canlı salnaməsi idi.

Mən Şahmar müəllim haqqında 

"Kino" qəzetinin xüsusi buraxılışını 

hazırlamışdım. 1994-cü ildə nəşr olunan 

həmin buraxılışda onun haqqında çox 

şeylərdən söhbət gedirdi və "Yed-

di oğul istərəm" filminin yaranması 

prosesi ilə bağlı həmin xatirələrdən 

bir hissəni də orada dərc etmişdim. 

Həmin xatirələri oxuduqca hiss edirsən 

ki, Şahmar Ələkbərov bu sənəti, bu 

xalqı, bu milləti necə sevirmiş. Bəlkə 

elə onun rollarına hopmuş şirinlik də 

bu sevgidən irəli gəlib. Onun rolla-

rını xatırlayıram: Qəzənfər ("Yeddi 

oğul istərəm"), Oğul ("İntizar"), İman 

("Axırıncı aşırım"), Arif ("Həyat bizi 

sınayır"), Rizvan ("Qızıl qaz"), oğlan-

lardan biri ("Bizim küçənin oğlanları"), 

Azad ("Bakıda küləklər əsir"), Qatır 

Məmməd ("Gəncəbasarlı qisasçı"), 

Feyzi ("Firəngiz"), Gündüz Kərimli 

("Arxadan vurulan zərbə"), Cavidan 

("Babək"), Nuru ("Qəribə adam"), Tahir 

("Gözlə məni"), Xaliq ("Qocalar, qo-

calar..."), Cümşüd ("Avqust gələndə"), 

İbrahim ("Atları yəhərləyin") kimi 

obrazlar bir-birindən fərqli, xarakter 

və dünyagörüşcə müxtəlif insanlar-

dır. Ancaq onları birləşdirən Şahmar 

Ələkbərovun aktyor istedadı, gözəl 

ifa tərzi və bir də sənətinə olan hədsiz 

məhəbbətidir.

Şahmar müəllim kinoda rejissor 

kimi də sözünü demək istəyirdi. De-

yirdi ki, bir dəfə studiyanın direktoru 

Adil İsgəndərovun yanına bir ssenari 

apardım. Dedim ki, Adil müəllim, film 

çəkmək istəyirəm. Nə cavab versə yax-

şıdır: "Sənin nə gözəl kostyumun var". 

Yaxınlaşıb əlini kostyumun parçasına 

sürtərək, "Gözəl materialı var, birini də 

mənə tikdirək" – dedi. Bildim ki, məsələ 

artıq həll olundu və o gediş bir müddət 

rejissorluq barədə düşünmədim.

Amma sərbəst film çəkmək ar-

zusu onu rahat buraxmırdı. Bir az da 

xəstələnmişdi. Səhhətində baş verən 

problemlər ona aktyor kimi işləmək 

imkanı vermirdi. Beləliklə, o, rejissor 

kimi işləməyə qərar verdi və ilk dəfə 

Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" 

filmini çəkdi. Bu ictimai motivli filmdə 

Şahmar müəllim çox böyük həvəslə 

işləmişdi. Hər şey ona tanış idi. Kamera 

da, operator işi də, dekorasiyaların 

qurulması da, aktyor oyunları da ki, öz 

peşəsi idi. Amma, narahatlığı var idi. 

Ssenarini Anar özünün "Şəhərin yay 

günləri" povesti əsasında yazmışdı. 

Amma, Gülbəniz xanımla elə rahat 

işləyirdi ki, elə bil, uzun illər rejissorluq 

etmişdi. Film ekranlara çıxanda artıq 

bütün təşvişlərə son qoyuldu. Ssenari 

müəllifi də, Gülbəniz xanım da, tamaşa-

çılar da filmdən razı qalmışdılar. Şahmar 

Ələkbərova da bu lazım idi.

Sonra isə Elçin özünün "Toyuğun 

diri qalması" povesti əsasında ssena-

risini yazdığı "Sahilsiz gecə"ni çəkdi. 

Bu isə 1989-cu il idi. O vaxt Şahmar 

müəllimə dəhşətli xəstəlik əzab versə 

də, işləyirdi. Filmi çox az müddətə 

çəkdi. Amma, film hazır olanda çox 

ciddi etirazla qarşılandı. Səbəb isə 

müharibə dövründə qadınların həyatında 

bəzi məqamların göstərilməsi idi. O 

vaxtı mən də yaxşı xatırlayıram. Studi-

yanın qarşısına toplanan qadınlar piket 

keçirir, filmi ləğv etdirmək istəyirdilər. 

Amma Şahmar müəllim onlarla elə 

gözəl dil tapdı ki, hər şey çox rahatlıqla 

sona yetdi.

Filmdə çox ciddi ictimai motivlər 

var. Bəli, müharibə hər bir vəziyyətdə 

insanlara faciələr gətirir. Ailələri başsız 

qoyur, taleləri bədbəxt edir. Elə filmin 

qəhrəmanı Zibeydə kimi. Rejissor bu 

obraz üçün Türkmənistandan Oğludur-

du Məmmədquliyevanı dəvət etmişdi. 

Şahmarın ilk sərbəst işi idi "Sahilsiz 

gecə". Hər kadrına diqqətlə yanaşırdı. 

Montajda da ehtiyatlılıq göstərirdi. 

Xoşbəxtlikdən hər şey uğurlu alındı və 

film geniş rezonans doğurdu.

Amma, Şahmar müəllim ürəyincə 

sevinə bilmədi. Xəstə idi. Çənə 

sümüyündə cərrahiyyə əməliyyatı 

aparılmalı idi. "Sahilsiz gecə"nin xoş 

təəssüratları onun ağrılı cisminə bir yün-

güllük gətirsə də, bunlar da ötəri oldu. 

Cərrahiyyə əməliyyatı üçün Almaniyaya 

gedəsi oldu. 

Yaxşı idi. Çoxdan qəlbində 

gəzdirdiyi bir arzunu reallaşdırmaq 

istəyirdi. Bu məşhur qəzəlxan Vahidin 

ekran obrazını yaratmaqdan ibarət idi. 

Və günlərin birində eşitdik ki, Şah-

mar Ələkbərov öz ssenarisi əsasında 

"Qəzəlxan"ı çəkməyə başlayıb. 1990-cı 

il idi. O, xəstə vəziyyətdə işləyirdi. Baş 

rola gənc aktyor Loğman Kərimovu 

dəvət etmişdi. Çəkilişlər dayanmadan 

gedir, hər şey öz qaydasında idi. Film 

qurtaranda məlum oldu ki, material çox-

dur. Şahmar müəllim filmi iki hissədə 

çəkməyi qərara aldı.

1991-ci ildə isə film ekranlara çıxdı. 

"Qəzəlxan" Azərbaycanın görkəmli şairi 

Vahidin həyat və yaradıcılığının müxtəlif 

anlarını canlandırır. Burada Bakı 

kəndlərinin adət-ənənələri, XX əsr ədəbi 

mühiti çox real əks olunmuşdu. Əfsus 

ki, Şahmar Ələkbərov filmin ekran tale-

yini izləyə bilmədi. Amansız ölüm onu 

aramızdan apardı. 1992-ci ildə Şahmar 

Ələkbərovun ömrü əbədiyyətə qovuşdu. 

Çox idi arzuları. Bir ssenari yazmışdı. 

Özü çəkmək istəyirdi onu. Məşhur 

Bakı milyoneri Ağamusa Nağıyevə həsr 

etmişdi. Doğrudur, ölümündən sonra bu 

ssenari çəkildi. Rejissor Rövşən Almura-

dov çəkdi bu filmi. Özü də 1995-ci ildə.

Vəssəlam. Bu da aktyor və rejissor 

kimi xalqın sevimlisinə çevrilmiş  

Şahmar Ələkbərovun yaradıcılıq yolu-

nun yekunu. Bəli, illər keçəcək, nəsillər 

dəyişəcək. Bu qəhrəmanlar, bu filmlər 

gözəl bir sənətçinin, istedadlı bir insanın 

xatirəsini nəsillərdən-nəsillərə ötürəcək. 

Biz Şahmar müəllimin növbəti ad 

gününü onsuz qeyd edirik. Lakin onun 

özü olmasa da yaratdığı qəhrəmanlar və 

çəkdiyi filmlər bizimlədir.



M.MÜKƏRRƏMOĞLU,  

"Xalq qəzeti"

25 avqust 2016-cı il, cümə axşamı

7

BILDIRIŞ

"Azərsu" ASC-nin  maşın mexanizmləri üçün avtomobil 

şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü 

yağlarının, süzgəc və digər ehtiyat hissələrinin   satınalın-

ması ilə əlaqədar  2016-cı il iyunun 24-də  keçirilmiş açıq 

tender prosedurunda lot- 1 (avtoşinlər) üzrə "Grand Motors" 

MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq satınalma 

müqaviləsi bağlanılmışdır. 



Tender komissiyası

BILDIRIŞ

"Azərsu" ASC-nin  maşın mexanizmləri üçün avtomobil 

şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü 

yağlarının, süzgəc və digər ehtiyat hissələrinin   satınalınması 

ilə əlaqədar  2016-cı il iyunun 24-də  keçirilmiş açıq tender 

prosedurunda lot- 3 (akkumulyator batareyaları) üzrə "Grand 

Motors" MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq 

satınalma müqaviləsi bağlanılmışdır. 



Tender komissiyası

BILDIRIŞ

"Azərsu" ASC-nin  maşın mexanizmləri üçün avtomobil 

şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü 

yağlarının, süzgəc və digər ehtiyat hissələrinin   satınalın-

ması ilə əlaqədar  2016-cı il iyunun 24-də  keçirilmiş açıq 

tender prosedurunda lot- 4 (süzgəclər) üzrə "Grand Motors" 

MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq satınalma 

müqaviləsi bağlanılmışdır. 



Tender komissiyası

BILDIRIŞ

"Azərsu" ASC-nin  maşın mexanizmləri üçün avtomobil 

şinləri, akkumulyator batareyaları, mühərrik və digər sürtkü 

yağlarının, süzgəc və digər ehtiyat hissələrinin   satınalın-

ması ilə əlaqədar  2016-cı il iyunun 24-də  keçirilmiş açıq 

tender prosedurunda lot- 5 (əyləc qəlibləri) üzrə "Hidro 

Park" MMC qalib elan edilmiş və bu təşkilatla müvafiq 

satınalma müqaviləsi bağlanılmışdır. 



Tender komissiyası

Şəki Şəhər Icra Hakimiyyəti 2016-cı ildə Şəki şəhərində aparılacaq 

abadlıq-quruculuq işlərinin satınalınması ilə əlaqədar

AÇIQ TENDER  ELAN  EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot - 1 - Abadlıq - quruculuq işlərinin 

satınalınması.

Lot - 2 - Yolların əsaslı təmiri 

işlərinin satınalınması.

Tikinti işləri ilin sonunadək yerinə 

yetirilib başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək üçün id-

diaçılar hər lot üçün 50 (əlli) manat 

məbləğində pul vəsaitini aşağıdakı hesa-

ba köçürdükdən sonra əsas şərtlər toplu-

sunu tender komissiyasından ala bilərlər. 

Tenderin əsas şərtlər toplusu Azərbaycan 

dilində hazırlanır.

Təşkilat:  Şəki Y.X.O

Hesab:AZ03AI

IB32051019447000201170

VÖEN:3000104011

VÖEN:3000072051-İcra 

Hakimiyyəti

Bank:  "Kapital Bank"ın Şəki 

filialı

Kod:  200703

VÖEN:9900003611

Müxbir hesab: AZ 37 NABZ 

01350100000000001944

S.W.İ.F.T.BİK-AIIBAZ2x

İştirak haqqı heç bir halda geri qay-

tarılmır. 

Tender təkliflərinin 

qiymətləndirilməsində aşağıdakı me-

yarlara üstünlük veriləcəkdir: mövcud 

qanunvericiliyə uyğun olaraq ən sərfəli 

tender təklifinə, yüksək keyfiyyətə, ana-

loji işlər üzrə təcrübəyə, kadr potensialı-

na, maliyyə və texniki imkanlara.

İddiaçılar tenderdə iştirak etmək üçün 

19 sentyabr 2016-cı il saat 17.00-a qədər 

aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı 

müraciət;

- iştirak haqqının ödənilməsi barədə 

bank sənədi;

- Azərbaycan Respublikasında 

vergilərə və digər icbari ödənişlərə 

dair yerinə yetirilməsi vaxtı keçmiş 

öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə 

vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti 

haqqında vergi orqanları tərəfindən 

təsdiq olunmuş maliyyə hesabatının 

surəti (forma-1 və forma-2);

- iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə 

və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçı-

nın potensial texniki və kadr imkanları 

haqqında rəsmi məlumat;

- iddiaçıların tender təklifləri 

Azərbaycan  dilində tərtib olunmalıdır. 

Tender təklifi 2 nüsxədə (əsli və 

surəti) tender təklifi dəyərinin 1%-i 

həcmində bank təminatı ilə birlikdə 26 

sentyabr 2016-cı il saat 17.00-a qədər 

ikiqat zərfdə bağlanmış və möhürlənmiş 

şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə 

(1-ci mərtəbə, 1-ci otaq) təqdim 

edilməlidir. 

Tender təklifi tender proseduru 

keçirildiyi tarixdən ən azı 30 bank günü 

qüvvədə olmalıdır.

Tender təklifinin dəyərinin 1%-i 

həcmində bank təminatı tender prose-

duru keçirildiyi tarixdən ən azı 60 bank 

günü qüvvədə olmaqla tender təklifi ilə 

birlikdə təqdim olunur. Bank təminatını 

tender təklifi zərfində təqdim etməyən 

iddiaçının tender təklifi etibarsız sayılır 

və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların tender zərfləri 27 sent-

yabr 2016-cı il  saat 11.00-da Şəki Şəhər 

İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci 

otaq) açılacaqdır.

İddiaçıların səlahiyyətli 

nümayəndələri iştirak edə bilərlər. 

Tender haqqında məlumatları aşağı-

dakı ünvandan almaq olar:

Şəki Şəhər İcra Hakimiyyətinin ten-

der komissiyası.



Əlaqələndirici şəxs:   

Alxasov Taleh Saleh oğlu



 Əlaqə telefonu: 02424-4-28-70

Tender  komissiyası

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin 

kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi

 AÇIQ TENDER ELAN EDİR 

Lot- 1. Kommunal xidmət, təmir və 

dənizkənarı bulvar ərazisinin mühafizəsi 

müəssisəsi işçilərininin uniforma ilə təmin 

edilməsi üçün xüsusi geyimlərin  satınalın-

ması.


 Tender iştirakçılarına təklif edilir ki, öz 

tender təkliflərini möhürlənmiş, imzalanmış 

şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim 

etsinlər. Müqaviləni yerinə yetirmək üçün 

tender iştirakçıları lazımi texniki və maliyyə 

imkanlarına malik olmalıdırlar.

 Tenderdə iştirak etmək istəyənlər lot üçün 

aşağıdakı məbləğdə iştirak haqqını göstərilən 

hesaba köçürdükdən sonra Azərbaycan dilində 

tərtib olunmuş əsas şərtlər toplusunu Bakı 

şəhəri, Neftçilər prospekti 2A, kommunal 

xidmət, təmir və dənizkənarı bulvar ərazisinin 

mühafizəsi müəssisəsindən( əlaqələndirici 

şəxs-  S.Əliyeva, tel: 012 - 505- 02- 17) ala 

bilərlər.

İştirak haqqı:    500 (beş yüz) manatdır.

 Bankın adı: "Kapital Bank"ın Gənclik 

filialı


Kod: 200189

 VÖEN: 9900003611

 M/h: AZ 37 NABZ 

01350100000000001944

 SWİFT BİK: AIIBAZ2X

   Təşkilat: AR DBİ KXT DBƏMM 

H/h: AZ 95 AIIB38090019440062628118 

VÖEN: 1701243801

İştirak haqqı heç bir halda geri qaytarılmır.

  İddiaçılar tenderdə iştirak etmək üçün 

aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı 

müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi 

barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldılğı tarixdən 

sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin dəyərinin 2%- i 

həcmində bank təminatı (zərflərin açıldığı 

tarixdən sonra ən azı 60 bank günü qüvvədə 

olmalıdır). 

-  Azərbaycan Respublikasında vergilərə 

və digər icbari ödənişlərə dair yerinə 

yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması 

haqqında müvafiq vergi orqanından arayış; 

- iddiaçının son bir ildəki fəaliyyəti 

haqqında vergi orqanları tərəfindən təsdiq 

olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti 

haqqında bank arayışı;

- müvafiq texnikanın işlək vəziyyətdə 

mövcudluğu, işçi qüvvəsinin olması, 2- 3 oxşar  

tikililərin inşa edilməsi sahəsində təcrübəsinin 

olması;

- iddiaçının tam adı,hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri; 

- iddiaçıların müvafiq mallar üzrə mənşə 

və uyğunluq sertifikatları; 

- digər sənədlər. 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə 

(əsli və surəti) tərtib olunmalıdır(xarici 

dildə olan tender təklifləri Azərbaycan dilinə 

tərcümə olunmalıdır). 

Tender proseduru "Dövlət satınalmaları 

haqqında" Azərbaycan Respublikasının Qanu-

nuna uyğun keçiriləcəkdir.

 İddiaçılar tenderdə iştirak etmək üçün 

yuxarıda göstərilən sənədləri(tender təklifi və 

bank zəmanəti istisna olmaqla) 28 sentyabr 

2016- cı il saat 17.00- dək, tender təklifi 

və bank təminatını isə möhürlənmiş ikiqat 

zərflərdə 6 oktyabr 2016- cı il saat 17.00- dək 

Bakı şəhəri, Neftçilər prospekti 2A nömrəli 

ünvana təqdim etməlidirlər. 

Göstərilən vaxtdan gec təqdim olunan 

zərflər açılmadan geri qaytarılacaqdır.  

İddiaçıların təklifləri 7 oktyabr 2016- cı il, 

saat 12.00- da Bakı şəhəri, Neftçilər prospekti 

2A nömrəli  ünvanda açılacaqdır. 

İddiaçıların səlahiyyətli nümayəndələri 

iştirak edə biləırlər.  

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası 

Tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin 

2016-cı il  iyulun 22-si və avqustun 8-də 

5 lot üzrə  dərc edilmiş tenderinin  ilkin 

sənədlərinin qəbulu 8 sentyabr 2016-cı il, 

təkliflərin son təqdimat tarixi 15 sentyabr 

2016-cı il və zərflərin açılışı isə 16 sentyabr 

2016-cı il tarixə qədər uzadılmışdır. 

Əlaqələndirici şəxs: Əmrah Abbasov, 

əlaqə telefonu: (+994 12) 564 34 60

Xatirəsi  həmişə ürəklərdə yaşayacaq

Almaniyanın Tangerhütte 

şəhərində Xocalı abidəsinin 

ucaldılması təklif olunub

 

ˆ

Almaniyanın Maqdeburq şəhərində 



fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə 

Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin 

sədri Yaşar Niftəliyev Tangerhütte şəhər 

rəhbərliyinin binasında yerli deputatların 

toplantısında iştirak edib.

 Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda 

deyilir ki, şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda 

çıxış edən Yaşar  Niftəliyev toplantı iştirakçılarına Azərbaycan 

həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 

Xocalı soyqrımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri 

daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının 

xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və 

parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin 

növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.

İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr 

olunmuş materialları, o cümlədən, alman yazıçı-publisisti Yohan-

nes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 

barədə yazdığı kitabı iştirakçılara təqdim edib.

Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən Alman-Azərbaycan 

Mədəniyyət Cəmiyyəti  əyalətdəki Xarici Vətəndaşlar İttifaqına üzv 

seçilərək, ölkəmizin təbliği istiqamətində bir sıra uğurlu layihələrə 

imza atıb. Bunların sırasında ümummilli lider Heydər Əliyevin 

xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq boks turniri, Xocalı 

faciəsinə həsr olunmuş kikboksinq yarışı və digər əhəmiyyətli 

tədbirlər var. 

           Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Cozef Danford:

 Rusiya 

NATO-nu sarsıtmağa çalışır

 

ˆ

Rusiya NATO-da olan vəhdəti  



sarsıtmağa çalışır. APA-nın “RIA Novosti”yə 

istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı 

Qüvvələri Qərargah Rəisləri Komitəsinin 

rəhbəri, general Cozef Danford bildirib.

Pentaqonun 

mətbuat xidmətinin 

məlumatına görə, 

Danford Milli  

Müdafiə Universi-

tetinin tələbələri ilə 

görüşündə Rusi-

yanın Krımdakı 

addımlarından, 

həmçinin, Mosk-

vanın Gürcüstan 

və Moldovaya 

təhdidlərindən və Suriya hökumətinə dəstəyindən narahatlıq 

keçirdiyini bildirib.

“Rusiya NATO-nu sarsıtmağa çalışır. Rusiya, Çin, İran, 

KXDR və ekstremizm ABŞ-ın təhlükəsizliyinə əsas təhlükədir”, 

- deyə general bildirib.   





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə