~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
72
kimi Çaldıran, Canyataq, Mehmanə, Abdalgülablı, Sırxa-
vənd, Ağdərə kəndləri, Sərsəng su anbarı və digər döyüş-
lərdə yaxından iştirak etmişəm. Elə döyüşlər olub ki, əmr
əsasında, eləsi də olub ki, əmrim verilmədən döyüşlərə
qatılmışam. Ancaq yenə deyirəm, mən döyüşlərdə hərbçi
kimi yox, tibb bacısı kimi iştirak edirdim”.
Rüxsarə xanım o vaxtdan özündə saxladığı sənədləri də
bizə təqdim etdi. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin
02. 06. 2005-ci il tarixli arayışında göstərilir ki, N saylı
hərbi hissə komandirinin 13. 05. 1992-ci il tarixli 45
nömrəli əmri ilə ehtiyyatda olan çavuş Cumayeva Rüxsarə
Bayraməli qızı 06. 05. 1992-ci il tarixdən vəzifəyə təyin
edilmiş və 19. 07. 1992-ci il tarixinədək 99 nömrəli əmrə
əsasən adı şəxsi heyətin siyahısında göstərilib. Onu da
bildirək ki, analoji məlumatlar Rüxsarə Cumayevanın adına
olan hərbi biletdə də qeyd olunub.
Sənədlərdən isə aydın olur ki, onun bu günədək veteran
adı ala bilməməsinin bir səbəbi var: “Bunu onunla əsas-
landırırlar ki, mən hərbi hissəni tərk edərkən sənədlərimi
qaydasına salmamışam”.
Yeri gəlmişkən, Hərbi Prokurorluqdan verilən arayışda
göstərilir ki, sənədlərin öyrənilməsi zamanı Cumayevanın
konkret olaraq hansı şəraitdə, hansı tarixdə və hansı
əsaslarla hərbi xidmətini başa vurması, yaxud hərbi hissəni
özbaşına tərk edib-etməməsi müəyyən olunmayıb.
Rüxsarə xanım özü isə hərbi hissəni atəşkəsə bir neçə
ay qalmış tərk etməsini belə əsaslandırır: “Həmin ərəfədə
orduda çox ciddi qarmaqarışıqlıq var idi. Bəzən çox
~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
73
haqsızlıqlar olurdu və mən də buna dözə bilmədim, inciyib
hərbi hissəni tərk etdim”.
Komandirinin İsmayılov Qələndar adlı şəxs olduğunu
bildirən Rüxsarə xanım: -“Həmin şəxs sağdır və ikinci qrup
əlildir. O və digər cəbhə yoldaşlarım da mənim necə xidmət
etdiyimi təsdiqləyə bilərlər” -deyir. Güllə “mən ölüm”, “sən
öl” bilmir.
Müharibə ilə bağlı xatirələrini bizimlə bölüşən həm
söhbətimiz: “Müharibə ölüm deməkdir, qan deməkdir.
Güllə “mən ölüm”, “sən öl” bilmir. İki dəqiqə əvvəl səninlə
deyib-gülən əsgər bir anın içərisində ölür. Ağla, yalvar,
çığır-bağır, amma nə xeyri, nə mənası var? Cəbhədə gün
ərzində yüzlərlə belə hadisənin şahidi olurdum”, -dedi.
Cəbhədə komandiri Şirin Mirzəyevin ona Tutu ləqəbi
verdiyini söyləyən Rüxsarə xanım bunu onun “Qaraca qız”
filminin baş qəhrəmanı Tutuya bənzəməsi ilə bağlı
olduğunu dedi: -“Bəzi əsgərlər mənim əsil adımı beləbi
lmirdilər. Hamı Tutu deyirdi. Amma onları inandıra
bilmirdim ki, mən həmin qız deyiləm. Əsgərlər elə bilirdilər
mən bilərəkdən boynuma almıram. Məndən soruşurdular
ki, ayağınızı ilan çalandan sonra axsamağa başlamısınız?
Mən də zarafatla onlara deyirdim ki, ilan məni yox, Ağcanı
vurub. Mən sadəcə həmin zəhəri təmizləmişəm
Zaman Azərbaycan qəzeti 2-4 oktyabr 2010-ci il
~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
74
FUAD HÜSEYNZADƏ
ƏLİL OLA-OLA DÖYÜŞƏ GETDİYİMƏ
GÖRƏ FƏXR EDİRƏM
üxsarə Cumayeva: “Fikirləşdim ki, yaralı əsgərlə-
rimizin qolu və ayaqlarının kəsilməyib, yerində
müalicə olunması üçün nə etmək olar?!”
Dekabın 3-ü “Beynəlxalq əlilliyi olan insanlar günü”dür.
1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi tərəfindən bu
günün qeyd olunması haqqında bəyannamə qəbul edilib. Bu
günün məqsədi cəmiyyəti əlillik probleminin həllinə cəlb
etmək, əlilliyi olan bütün insanların hüquqlarını qoru-
maqdır. Azərbaycan 2008-ci ildə BMT-nin “Əlilliyi olan
insanların hüquqları”adlı konvensiyaya qoşulub. Əlilliyi
olan insanlar günü bütün dünyada olduğu kimi Azərbay-
canda da qeyd olunur və bu gün ölkəmizdə 480 000 əlil
insan var. Ümumi olaraqsa, dünya əhalisinin 10 faizi və ya
650 milyona yaxın insan əlil halda yaşayır. . . Qarabağ
veteranı Rüxsarə Cumayeva da onlardan biridir, amma elə
dünyəvi olaraq onun özəlliyi var. Çünki həmişə eşitmişik
deyirlər ki, müharibə əlili. Amma əlilin, xüsusən qadın əlil
kimi müharibəyə getməsi görünməyən və eşidilməyən
hadisədir. Dünya əlilləri arasında Rüxsarə xanımın fərqliliyi
də bundadır. Dediyinə görə, o, ilk dəfə əlil kimi döyüşlərdə
iştirak edən qadındır. Onun sözlərinə görə əlillərlə bağlı bir
neçə təşkilat araşdırma aparıb və dünyada belə bir addımı
R
~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
75
atan başqa bir xanım tapılmayıb. Qeyd edək ki, Rüxsarə
xanım Zaqatala rayonunda dünyaya göz açıb. Uşaq ikən
omba çıxığından II dərəcəli əlil olub. Bakı 2 saylı Tibb
Texnikumunda təhsil alib. Daha sonra Bakı Dövlət
Universitetini bitirib.
Günlərin bir günü efirdə yaxın dostlarımdan biri əlini
çiynimə qoyub dedi ki, əlil ola-ola döyüşə gedən xanım-
larımızın birincisi və axırıncısı Rüxsarə xanımdır. İkinci
Dünya Müharibəsində gedən döyüşlərdə də əlillər tam
yararsız olublar. Ümumiyyətlə, müharibənin hansı
vəziyyəti olursa olsun, əlillər heç vaxt döyüşə gedə
bilməzlər. Bu, tibbi və hərbi qaydalara tam ziddir. Amma
mən bu qaydanı pozaraq bir azərbaycanlı qız kimi əlil ola-
ola döyüşə getdiyimə görə bu gün fəxr edirəm. Qanla
verilən torpaq heç vaxt su ilə alına bilməz. Qanla verilən
torpaq qanla da alınmalıdır. Əgər bu gün Ali Baş Komandan
torpaqlarmızın işğaldan azad olunmasına görə müharibə
əmri verərsə, bircəcik qızımla mən döyüşə getməyə həmişə
hazırıq. Amma bu gün ən ağır vəziyyətimdir. Oynaqlarım
artıq çox pis vəziyyətdədir. Təsəvvür edin ki, “Fərrux
dağı”kimi bir əməliyyata qalxanda çiynimdə 40 kiloqram
yük var idi. Amma bu gün bir kiloqram yükü daşıya
bilmirəm. Sümüklərimdə yeyilmə çox sürətlə gedir.
Bilmirəm müharibənin, yoxsa cavanlığımın ağrılarıdır.
Amma əlil olsam da, ikicə əsgəri döyüş bölgəsindən kənara
çıxardaramsa, mən bununla qürur duyaram.
-Əlil olmağınıza baxmayaraq sizi müharibəyə getməyə
nə vadar etdi?
Dostları ilə paylaş: |