~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   12   13   14   15   16   17   18   19   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
72 
 
kimi  Çaldıran,  Canyataq,  Mehmanə,  Abdalgülablı,  Sırxa-
vənd,  Ağdərə  kəndləri,  Sərsəng  su  anbarı  və  digər  döyüş-
lərdə  yaxından  iştirak  etmişəm.  Elə  döyüşlər  olub  ki,  əmr 
əsasında,  eləsi  də  olub  ki,  əmrim  verilmədən  döyüşlərə 
qatılmışam.  Ancaq  yenə  deyirəm,  mən  döyüşlərdə  hərbçi 
kimi yox, tibb bacısı kimi iştirak edirdim”.  
Rüxsarə xanım o vaxtdan özündə saxladığı sənədləri də 
bizə  təqdim  etdi.  Müdafiə  Nazirliyinin  Mərkəzi  Arxivinin 
02.  06.  2005-ci  il  tarixli  arayışında  göstərilir  ki,  N  saylı 
hərbi  hissə  komandirinin  13.  05.  1992-ci  il  tarixli  45 
nömrəli  əmri ilə  ehtiyyatda  olan  çavuş  Cumayeva  Rüxsarə 
Bayraməli  qızı  06.  05.  1992-ci  il  tarixdən  vəzifəyə  təyin 
edilmiş  və  19.  07.  1992-ci  il  tarixinədək  99  nömrəli  əmrə 
əsasən  adı  şəxsi  heyətin  siyahısında  göstərilib.  Onu  da 
bildirək ki, analoji məlumatlar Rüxsarə Cumayevanın adına 
olan hərbi biletdə də qeyd olunub.  
Sənədlərdən isə aydın olur ki, onun bu günədək veteran 
adı  ala  bilməməsinin  bir  səbəbi  var:  “Bunu  onunla  əsas-
landırırlar  ki,  mən  hərbi  hissəni  tərk  edərkən  sənədlərimi 
qaydasına salmamışam”.  
Yeri gəlmişkən, Hərbi Prokurorluqdan verilən arayışda 
göstərilir  ki,  sənədlərin  öyrənilməsi  zamanı  Cumayevanın 
konkret  olaraq  hansı  şəraitdə,  hansı  tarixdə  və  hansı 
əsaslarla hərbi xidmətini başa vurması, yaxud hərbi hissəni 
özbaşına tərk edib-etməməsi müəyyən olunmayıb.  
Rüxsarə  xanım  özü  isə  hərbi  hissəni  atəşkəsə  bir  neçə 
ay  qalmış  tərk  etməsini  belə  əsaslandırır:  “Həmin  ərəfədə 
orduda  çox  ciddi  qarmaqarışıqlıq  var  idi.  Bəzən  çox 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
73 
 
haqsızlıqlar olurdu və mən də buna dözə bilmədim, inciyib 
hərbi hissəni tərk etdim”.  
Komandirinin  İsmayılov  Qələndar  adlı  şəxs  olduğunu 
bildirən Rüxsarə xanım: -“Həmin şəxs sağdır və ikinci qrup 
əlildir. O və digər cəbhə yoldaşlarım da mənim necə xidmət 
etdiyimi təsdiqləyə bilərlər” -deyir. Güllə “mən ölüm”, “sən 
öl” bilmir.  
Müharibə  ilə  bağlı  xatirələrini  bizimlə  bölüşən  həm 
söhbətimiz:  “Müharibə  ölüm  deməkdir,  qan  deməkdir. 
Güllə  “mən ölüm”,  “sən öl” bilmir. İki dəqiqə əvvəl səninlə 
deyib-gülən  əsgər  bir  anın  içərisində  ölür.  Ağla,  yalvar, 
çığır-bağır,  amma  nə  xeyri,  nə  mənası  var?  Cəbhədə  gün 
ərzində yüzlərlə belə hadisənin şahidi olurdum”, -dedi.  
Cəbhədə  komandiri  Şirin  Mirzəyevin  ona  Tutu  ləqəbi 
verdiyini söyləyən Rüxsarə xanım bunu onun “Qaraca qız” 
filminin  baş  qəhrəmanı  Tutuya  bənzəməsi  ilə  bağlı 
olduğunu  dedi:  -“Bəzi  əsgərlər  mənim  əsil  adımı  beləbi 
lmirdilər.  Hamı  Tutu  deyirdi.  Amma  onları  inandıra 
bilmirdim ki, mən həmin qız deyiləm. Əsgərlər elə bilirdilər 
mən  bilərəkdən  boynuma  almıram.  Məndən  soruşurdular 
ki,  ayağınızı  ilan  çalandan  sonra  axsamağa  başlamısınız? 
Mən də zarafatla onlara deyirdim ki, ilan məni yox, Ağcanı 
vurub. Mən sadəcə həmin zəhəri təmizləmişəm 
 
Zaman Azərbaycan qəzeti 2-4 oktyabr 2010-ci il  
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
74 
 
FUAD HÜSEYNZADƏ 
 
ƏLİL OLA-OLA DÖYÜŞƏ GETDİYİMƏ  
GÖRƏ FƏXR EDİRƏM 
 
üxsarə  Cumayeva:  “Fikirləşdim  ki,  yaralı  əsgərlə-
rimizin  qolu  və  ayaqlarının  kəsilməyib,  yerində 
müalicə olunması üçün nə etmək olar?!” 
Dekabın 3-ü “Beynəlxalq əlilliyi olan insanlar günü”dür. 
1992-ci  il  oktyabrın  14-də  BMT  Baş  Məclisi  tərəfindən  bu 
günün qeyd olunması haqqında bəyannamə qəbul edilib. Bu 
günün  məqsədi  cəmiyyəti  əlillik  probleminin  həllinə  cəlb 
etmək,  əlilliyi  olan  bütün  insanların  hüquqlarını  qoru-
maqdır.  Azərbaycan  2008-ci  ildə  BMT-nin  “Əlilliyi  olan 
insanların  hüquqları”adlı  konvensiyaya  qoşulub.  Əlilliyi 
olan  insanlar  günü  bütün  dünyada  olduğu  kimi  Azərbay-
canda  da  qeyd  olunur  və  bu  gün  ölkəmizdə  480 000  əlil 
insan var. Ümumi olaraqsa, dünya əhalisinin 10 faizi və ya 
650  milyona  yaxın  insan  əlil  halda  yaşayır.  .  .  Qarabağ 
veteranı Rüxsarə Cumayeva da onlardan biridir, amma elə 
dünyəvi  olaraq  onun  özəlliyi  var.  Çünki  həmişə  eşitmişik 
deyirlər  ki,  müharibə  əlili.  Amma  əlilin,  xüsusən  qadın  əlil 
kimi  müharibəyə  getməsi  görünməyən  və  eşidilməyən 
hadisədir. Dünya əlilləri arasında Rüxsarə xanımın fərqliliyi 
də bundadır. Dediyinə görə, o, ilk dəfə əlil kimi döyüşlərdə 
iştirak edən qadındır. Onun sözlərinə görə əlillərlə bağlı bir 
neçə təşkilat araşdırma aparıb və dünyada belə bir addımı 



~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
75 
 
atan  başqa  bir  xanım  tapılmayıb.  Qeyd  edək  ki,  Rüxsarə 
xanım  Zaqatala  rayonunda  dünyaya  göz  açıb.  Uşaq  ikən 
omba  çıxığından  II  dərəcəli  əlil  olub.  Bakı  2  saylı  Tibb 
Texnikumunda  təhsil  alib.  Daha  sonra  Bakı  Dövlət 
Universitetini bitirib.  
Günlərin  bir  günü  efirdə  yaxın  dostlarımdan  biri  əlini 
çiynimə  qoyub  dedi  ki,  əlil  ola-ola  döyüşə  gedən  xanım-
larımızın  birincisi  və  axırıncısı  Rüxsarə  xanımdır.  İkinci 
Dünya  Müharibəsində  gedən  döyüşlərdə  də  əlillər  tam 
yararsız  olublar.  Ümumiyyətlə,  müharibənin  hansı 
vəziyyəti  olursa  olsun,  əlillər  heç  vaxt  döyüşə  gedə 
bilməzlər.  Bu,  tibbi  və  hərbi  qaydalara  tam  ziddir.  Amma 
mən bu qaydanı pozaraq bir azərbaycanlı qız kimi əlil ola-
ola  döyüşə  getdiyimə  görə  bu  gün  fəxr  edirəm.  Qanla 
verilən  torpaq  heç  vaxt  su  ilə  alına  bilməz.  Qanla  verilən 
torpaq qanla da alınmalıdır. Əgər bu gün Ali Baş Komandan 
torpaqlarmızın  işğaldan  azad  olunmasına  görə  müharibə 
əmri verərsə, bircəcik qızımla mən döyüşə getməyə həmişə 
hazırıq.  Amma  bu  gün  ən  ağır  vəziyyətimdir.  Oynaqlarım 
artıq  çox  pis  vəziyyətdədir.  Təsəvvür  edin  ki,  “Fərrux 
dağı”kimi  bir  əməliyyata  qalxanda  çiynimdə  40  kiloqram 
yük  var  idi.  Amma  bu  gün  bir  kiloqram  yükü  daşıya 
bilmirəm.  Sümüklərimdə  yeyilmə  çox  sürətlə  gedir. 
Bilmirəm  müharibənin,  yoxsa  cavanlığımın  ağrılarıdır. 
Amma əlil olsam da, ikicə əsgəri döyüş bölgəsindən kənara 
çıxardaramsa, mən bununla qürur duyaram.  
-Əlil  olmağınıza  baxmayaraq  sizi  müharibəyə  getməyə 
nə vadar etdi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə