~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
56 
 
güclü  don  vurmuşdu.  4  “Kamaz”  dolusu  döyüşçü  isə  hələ 
Murova  qalxan  zaman  qar  uçqununun  altında  qaldılar. 
Ayağımın  don  vurmasına  baxmayaraq  qarın  altında  qalan 
döyüşçüləri  çıxarmağa  davam  etdim.  Bir  tərəfdən  də 
ermənilər başladılar atmağa. Don vurmuş əsgərləri çıxarıb 
Gəncəyə  çatdırdım.  Onları  hospitala,  3  saylı  xəstəxanaya, 
uşaq  xəstəxanasına  yerləşdirdim.  Onların  arasında  Arif  və 
Şirxan  adlı  ikisi  komandir  idilər.  Kəlbəcərdən  olan  yeznə-
qayının meyitlərini bir texnikom yataqxanasından götürüb, 
Xanlar  qəbirstanlığının  “Şəhidlər”  hissəsində  dəfn  etdik. 
Ondan sonra mən yenə Bakıya qayıtdım. Bir müddət döyüş 
bölgələrinə  getmədim.  Günlərin  bir  günü  xatirələrim  yada 
düşdü  və  mən  Ağdamda  yerləşən  hərbi  hissələrə  baş 
çəkməyə  getdim.  Əminliklə  deyirəm  ki,  əgər  Ali  Baş 
Komandanımız  İlham  Əliyev  əmr  verərsə,  Hətta  bu 
vəziyyətdə bir  tibb  işçisi  kimi  (ayağını  göstərir-N.  Ə)  yenə 
döyüşə getməyə hazıram!  
Rüxsarə  xanım  danışdıqca  sanki  elə  bil  həmin  günləri 
təkrar yaşayır. Qisas hissi onu hətta yerində sakit oturmağa 
qoymur.  Ona  baxdıqca  müharibənin  qızğın  vaxtı  orda-
burda  daldalanan  kişiləri  (əgər  onlara  kişi  demək 
mümkünsə)  xatırlayır  və  necə  cılız  olduqlarını  təsəvvür 
edirəm.  Rüxsarə  isə  II  qrup  əlil  ola-ola  odlu-alovlu  döyüş 
yollarını  keçib.  İndi  yenə  o  yolları  təkrar  getməyə  hazır 
olduğunu deyir.  
Rüxsarə  12  yaşında  ikən  ayağından  xəsarət  alıb. 
Düzgün olmayan müalicə onun əlil olmasına gətirib çıxarıb. 
Şikəstliyi  onun  Vətənin  ağır  günlərində  mübarizəyə 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
57 
 
qalxmasına mane olmayıb. İndi bir müharibə veteranı kimi 
onun müalicəyə ehtiyacı var. İmkan isə yoxdur. O, bir uşaq 
anasıdır.  Qızı  Rəqsanənin  5yaşı  var.  Hələ  bağçaya  gedir. 
Rüxsarənin  müalicəsinə  22 000  ABŞ  dolları  tələb  olunur. 
Ola  bilər  ki,  döyüşlərdə  iştirak  etməyən,  ancaq  vicdanı 
susmayan imkanlı şəxslərimiz ona kömək etmək istəyərlər. 
Ölümünü göz önünə alaraq oda –alova atılmış bu xanım hər 
bir  hörmətə  layiqdir.  Yolunda  canını  qoyduğu  ölkənin 
vətəndaşı  Rüxsarə  xanım  “Veteran  Qadınlar”  təşkilatının 
üzvüdür.  Vaxtaşırı  bu  təşkilatla  təmasda  olur.  Təşkilatın 
rəhbəri  Radə  Abbasla  yaxın  rəfiqə  münasibətindədir.  O 
deyir  ki,  Radə  xanım  məndən  ötrü  çox  əziyyət  çəkir,  çox 
çalışır ki, mənə bir kömək etsin.  
Problemlərindən də danışdı Rüxsarə xanım:  
-Ən  böyük  problemim  ayağımın  müalicəsidir.  Mənzil 
problemim  də  var-  1989-cu  ildən  rütubətli  bir  evdə 
yaşayıram.  Bir  otaqlı  kiçik  bir  evdə.  Qaz,  su,  işıq  pulunu 
özüm  ödəyirəm.  Həmin  evi  məhkəmənin  qərarı  ilə  alsam 
da,  qeydiyyata  düşə  bilmirəm.  Yəqin  pul  istədiklərindən 
məni get-gələ salırlar.  
Keçdiyi  döyüş  yollarından  danışanda  “Daşaltı”  əməliy-
yatının adını çəkib tez üstündən keçdi. Mən bunun səbəbini 
soruşanda  dalğın,  qəmli  baxışlarını  uzaqlara  dikdi.  Susdu. 
İsrar edəndə isə dedi:  
 -Nüşabə  xanım,  mən  həmin  döyüşü  xatırlayanda 
həyəcandan təzyiqim qalxır. İndi sən məcbur edirsən deyə 
xatırlayıram.  Axı  o  döyüşdə  bizim  neçə-neçə  cavanlarımız 
günahsız yerə tələf oldular.  


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
58 
 
Rüxsarə  xanıma  baxanda  ilk  baxışda  adi  bir  Azərbay-
canlı  xanımı  görürsən.  Heç  deməzsən  ki,  o,  döyüş  yolu 
keçmiş  bir  əsgərdir.  Ancaq  o  odlu-alovlu  günləri  xatırla-
yanda,  danışanda  necə  qisas  hissi  ilə  alovlandığının, 
əsəbindən  dil-dodağını  çeynədiyinin,  əllərini  bir-birinə 
necə sıxdığının, bir yerdə qərar tutmayıb, var-gəl etdiyinin 
şahidi olursan.  
Rüxsarə  əsil  vətənpərvər,  mərd  azəri  qızıdır.  Nigarlar, 
Həcərlər yetirən Azərbaycanın igid qızıdır. Bu sözlərini kim 
eşitsə, fikrimcə, eyni qənaətə gələr: 
- Mən çiynimdəki avtomatdan başqa üstümdə bir piston 
da  gizlətmişdim.  İşdir,  əgər  əsir  düşsəm,  düşmənə 
əyilməyim, özümü məhv edim.  
O vaxtı ilə Əfqanıstanda döyüşmüş dostlarının batalyon 
yaratmaları planından danışanda mən ondan soruşdum ki, 
qadınla  kişinin,  oğlanla  qızın  dostluğuna  necə  baxır. 
Gülümsəyib qətiyyətlə dedi: 
-Kim  necə  baxır  baxsın.  Hər  kəs  özünə  cavabdehdir. 
Şəxsən mənim qadın dostum yoxdur. Çoxlu kişi dostum var. 
Elə  başa  düşməyin  ki,  hər  kişi  dostluğa  yararlı  ola  bilər. 
Söhbət əsil kişilərdən- dostluğu, sədaqəti, dəyanəti, ədaləti 
özündə  cəmləşdirən  kişilərdən  gedir.  Bir  də  ki,  ola  bilsin 
qadınla  kişinin  dostluğuna  pis  baxan  şəxs  özünə,  öz 
xasiyyətinə bələddir.  
Yəqin  Rüxsarənin  dosta  verdiyi  tələblərə  onunla 
birlikdə çiyin-çiyinə döyüşən Cavanşir və Hacıbəy də cavab 
vermişlər. Biri onun xalası oğlu, digəri isə dayısı oğludur.  
Beləliklə, Rüxsarə xanım özünə, öz xasiyyətinə bələddir. 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
59 
 
Bu  məqalə  ilə  onun  xasiyyətinin  cizgilərini  cızmağa,  ədəbi 
portretini  çəkməyə  çalışdım.  Buna  nə  dərəcədə  nail 
olduğumu deyə bilmərəm. Amma yenə yazmağa hazıram.  
Qələmə  aldı  Nüşabə  ƏHMƏDOVA.  MÜBARİZ  QADIN 
(Beynəlxalq  İctiami-siyasi,  Ədədi-Bədii  qəzet)  №01  26 
yanvar 2007 -ci il 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə