~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
45 
 
ayaqlarının.  Türk  həkimləri  müayinədən  sonra  bildiriblər 
ki, cərrahi əməliyyat vasitəsi ilə onu ayağa qaldırmaq olar. 
Ancaq bu işə 28000 ABŞ dolları lazımdır. Rüxsarənin on iki 
yaşlı qızı Rəqsanə isə göz yaşları axıda-axıda əllərini Allaha 
açıb,  ondan  və  xeyirxah  insanlardan  mərhəmət  gözləyir. 
Varlı  və  qüdrətli  bir  ölkənin  döyüşçü  qızının  hər  birimizə 
etiyacı  var.  Ələlxüsus  da  kasıblara.  Kasıb  mərd  olar  deyib 
atalar.  Varlılarda  pul  nə  gəzir.  Heç  növbəti  villalarını  tikib 
başa  çatdırmağa  pul  tapa  bilmirlər.  Nəysə.  .  .  Şəkildə 
gördüyümüz  bu  insan,  bu  qadın,  bu  ana  və  sonuncu 
Qarabağ  müharibəsinin  igid  döyüşçüsü  bizdən  kömək 
gözləyir. Allah da kömək edənlərin köməyi olsun.  
Qeyb  olmuş  şəhərin  oyaq  yaddaşı  10  cilddə.  IV  cild. 
Bakı. - MBM nəşriyyatı, 2014. s. 141 
  
 
 
 
 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
46 
 
Roza Əliqızı 
 
ŞƏHİDLƏRİMİZ ÖLMƏYİB, ONLAR BİZİM  
QƏLBİMİZDƏ HƏR ZAMAN YAŞAYACAQ 
 
 
anlı-qadalı qış gecəsindən 21 il ötür. Amma elə bil 
dünən  baş  verib  bütün  olanlar.  Hələ  də  gözlərimiz 
önündən  Bakının  o  dəhşətli  anları  keçmir.  Həmin  gün 
Azərbaycan xalqının yalnız faciəvi günü deyil, eyni zamanda 
millətimizin qürur və şərəf günüdür. Həmin günlər hər kəsi 
yalnız  bir  amal  birləşdirirdi.  Doğma  ana  vətənimiz 
Azərbaycanı  müstəqilliyə  qovuşdurmaq.  Elə  bu  amal  da 
vətənpərvər  övladlarımızı  azadlıq  mübarizəsinə  apardı. 
Milli azadlıq və istiqlal uğrunda hamı ayağa qalxdı. O zaman 
Sovet  imperiyası  öz  vəhşi  planlarını  xalqımız  üzərində 
həyata  keçirsə  də,  onların  əsl  istəyi  baş  tutmadı.  Onlar  öz 
terror  aktları  ilə  xalqımızm  milli  ruhunu  boğa  bilmədilər. 
Azərbaycanın  vətənpərvər  övladları  öz  al-qanları  ilə 
şəhidlik  zirvəsinə  yüksələrək  qəhrəmanlıq  salnaməsinə 
parlaq səhifələr yazdılar.  
Yanvarın 21-i Bakinın çox təzadlı bir görünüşü var idi. 
Cansıxıcı  bozluq,  küçələrdə  atəş  səsləri,  tanklar,  rus 
əsgərləri,  qara  bayraqlı  binalar,  şəhidlərin  qanı  tökülmüş 
yerlərə  döşənmiş  qırmızı  qərənfillər  və  dəstə-dəstə  ağır 
addımlarla  irəliləyən  insan  izdihamı  hələ  də  gözlərim 
önündədir. Hamının üzündə kədərli ifadələr öz əksini tapsa 



~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
47 
 
da,  amma  içimizdə  bir  qürur  hissi  var  idi.  Onlar  qanımızı 
töksələr  də,  vüqarımızı  əyə  bilməmişdilər.  Bütün 
Azərbaycanın  ürəyi  qan  ağlasa  da,  qüruru  qalib  gəlmişdi 
düşmənə.  Hamımızı  birləşdirən  amal  bizi  müstəqilliyə 
qovuşdurmuşdu.  
Milli azadlıq hərəkatının iştirakçılarından olan Ruxsarə 
Cumayeva  həmin  günlərdən  ürək  ağrısı  ilə  danışsa  da, 
üzündəki  qürur  hissini  görməmək  mümkiin  deyil.  20 
Yanvar  bir  millət  olaraq  özümüzü  tanıdığımız  və  dərk 
etdiyimiz  gündür  —  deyir,  həmsöhbətim:  «Bizim  milli 
mənəviyyatımız,  dəyanətimiz,  cəsarətimiz,  qətiyyətimiz 
hənıin  gün  qalib  gəldi.  Bir  an  da  olsun  yadımdan  çıxmır  o 
qaıılı  gecə.  1991-ci  ilin  20  yanvarında  bizə  dedilər  ki, 
Səttarxan 
adına 
zavodun 
yanından 
Qarabağ 
mehmanxanasına  qədər  küçələrə  gül-çiçək  düzmək 
lazımdır. Ora da çoxlu şəhid qanı tökülmüşdü. Həmin gecə, 
yəni  1991-ci  il  yanvarın  19-dan  20-nə  keçən  gecə  qeyd 
etdiyim küçə ilə gül ləçəkləri düzə-düzə gəlirdim. Uzaqdan 
bir  kamaz  maşını  güllər  düzülən  yerə  çatanda  özünü 
saxlaya bilmədi. Gülləri elə əzdi ki, elə bildim 90-cı ildə yox, 
bu  dəqiqə  şəhid  qardaşlarımın  qanı  töküldü.  Gül  ləçəkləri 
yolun  kənarlarına  sıçramışdı.  Həmin  an  bu  mənzərəni  şiz 
də  görsəydiniz,  dözməzdiniz.  Kamaz  şoferi  də  maşından 
diişüb  o  güllərin  üzərinə  çökdü,  özündən  asılı  olmayaraq 
hönkürtü ilə ağladı».  
Rüxsarə  xanım  deyir  ki,  o  zaman  yaradılan  müdafiə 
komitəsinin nəzdində telefonlara nəzarət edirdi. Onunla bir 
yerdə  meydan  hərəkatında  olan  oğlanladan  biri  gecə  zəng 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
48 
 
edir  ki,  Naxçıvandan  məlumat  verilib,  ermənilər  artıq 
Sədərəyə  girib.  Bu  xəbərdən  sonra  telefon  xətti  kəsilir: 
«Rabitə  əlaqəsi  kəsildikdən  sonra  mən  mərkəzi  telefon 
qovşağının direktoru Orucun yanına getdim. O dedi ki, sən 
narahat  olma,  biz  sənə  bütün  telefonları  qoşacağıq.  Ordan 
qayıdanda  gördüm  ki,  3  avtobus  saqqallı,  yaşı  50-55  arası 
olan  insanlar  əli  avtomat  Şuşa  restoranının  yanında 
yerləşən bağa doluşdular. Bu haqda yoldaşlarıma məlumat 
verdim. Mən onları görəndə hələ hardasa saat 8-9 radələri 
idi.  Atışma  başlamamışdı.  O  zaman  yoldaşlarım  dedilər  ki, 
hamıya  bu  barədə  tez  məlumat  vermək  lazımdır  ki, 
küçələrdən yığışsınlar. Elə bir az keçmişdi ki, televiziyanın 
partladıldığını  eşitdik.  Bundan  sonra  Azadlıq  prospektinə 
getdim. Nəsimi rayonunda yerləşən polis məntəqəsi tərəfdə 
9  mərtəbəli  binanın  qarşısında  olanlara  dedim  ki, 
küçələrdən  yığışmaq  lazımdır,  çünki  atacaqlar.  Sözüm 
tamamlanmamışdı  ki,  artıq  tanklarm  səsi  eşidildi.  Saat 
təxminən  12-yə  qalırdı.  Bir  də  onda  ayıldım  ki,  yana-yana 
gələn  güllələrdən  yanımda  bir  neçəsi  uzanıb,  qanın 
içindədir. Onları dərhal maşına qoyub xəstəxanaya apardıq. 
Yaralılar artıq hər tərəfdən gəlirdi. Mən hələ bu istiqamətdə 
baş  verənləri  görürdüm.  Biləcəri  tərəfdən,  Aeroport 
yolundan,  dəniz  kənarından  gələn  saqqallılar  camaata 
aman  vermədən  qırırdılar.  Günahsız  insanların  çığırtısı, 
qışqırıqlar,  tükürpədici  anlar  heç  vaxt  gözümün  önündən 
getməyəcək».  
Həmsöhbətim  deyir  ki,  həmin  gecə  camaatı  qıran 
saqqallılar səhər yox idi: «Yanvarm 21-də biz onların birini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə