~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
37 
 
-  Yenə  döyüşlərin  birində  Yeddixırman  ərazisində  ağır 
döyüşlər  gedirdi.  Əvəzedici  qüvvə  gəlmədiyi  üçün  biz 
gecəni  qalmalı  olduq.  Mən  və  əsgərlərim  Yeddixırman 
ərazisində  səhərə  qədər  yağışın  altında  Buğdalığın  içində 
oturmağa  məcbur  idik.  Səhəri  gün  isə  Günəşin  istisi  o 
yağışdan islanmış canımızı, paltarlarımızı qurutdu.  
-  Bir  gün  gözətçi  (sərhəd)  məntəqəsinə  gedərkən 
söylədilər  ki,  naməlum  bir  sərhəd  məntəqəsində  yeddi 
dənə  yanmış  meyit  var  və  çıxartmaq  mümkün  deyil.  Bir 
neçə  əsgərlə  birlikdə  həmin  o  sözü  gedən  məntəqədən 
meyitləri bir-bir çıxartdıq.  
 -  1993-cü  ildə  Şelli  kəndində  gedən  döyüşlərdə  110 
yaralıya  ilkin  tibbi  yardım  göstərərək  Ağdamın  hərbi 
xəstəxanasına yola saldım.  
- 1994-cü il fevral ayının 9-dan 19-na qədər mənim ən 
ağır döyüşlərimdən biri oldu. Qar uçqununun altında qalan 
əsgərləri  xilas  edə  bilməməyim  məni  bu  günə  qədər  çox 
üzür.  
 Ağır  günlərimizdən  biri  də  Milli  Qəhrəmanımız  Şirin 
Mirzəyevi  itirdiyimiz  gün  idi.  Onun  tabutunu  Ağdamdan 
Bakı  şəhərinə  gətirmək  üçün  bir  əsgər  olaraq  az  da  olsa 
borcumdan  çıxdım.  Yəni  hər  bir  rayona  çatdıqca  meyitin 
üstünə  buz  qoyurdum  ki,  əzizlərinə  problem  olmadan 
çatdıraq. Çatdırdıq da. Və daha sonra Zabitlər evinə, oradan 
da Şəhidlər xiyabanına qədər komandirimizlə olduq.  
 20  yanvar.  Qanlı-qadalı  o  qış  gecəsindən  24  il  ötür. 
Hələ  də  gözlərimizin  önündən  Azərbaycanın  paytaxtı 
Bakının  o  dəhşətli  anları  getmir.  20  yanvar  gecəsi  yalnız 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
38 
 
faciəvi gün deyil, həm də millətimizin şərəf, qürur günüdür. 
Həmin  gün  bütün  Azərbaycanlıların  bir  saf  amalı  var  idi-
doğma  Vətəni  müstəqilliyə  qovuşdurmaq.  Milli  azadalıq 
uğrunda  hər  kəs  ayağa  qalxdı.  O  zaman  Sovet  imperiyası 
terror aktları ilə xalqımızın milli düşüncə və ruhunu sarsıda 
bilmədi.  
Milli  azadlıq  hərəkatının  fəal  iştirakçısı  olan  Rüxsarə 
xanım bu gecəni belə xatırlayır: 
 -  Bizim  dəyanətimiz,  cəsarətimiz,  qətiyyətimiz  həmin 
gün  qalib  gəldi.  Bir  an  da  olsun  heç  yadımdan  çıxmır  o 
dəhşətli  gecə.  O  zaman  yaradılan  müdafiə  komitəsinin 
nəzdində  telefonlara  nəzarət  edirdim.  Mənimlə  bir  yerdə 
meydan hərəkatında olan oğlanlardan biri gecə zəng etdi ki, 
Naxçıvandan  məlumat  verilib,  ermənilər  artıq  Sədərəyə 
girib. Bu xəbərdən sonra telefon xətti kəsildi. Rabitə əlaqəsi 
kəsildikdən  sonra  mən  mərkəzi  telefon  qovşağının 
direktoru  Oruc  bəyin  yanına  gəldim.  Oruc  bəy  də  məni 
sakitləşdirib -“Sən narahat olma, biz sənə bütün telefonları 
qoşacağıq”-  dedi.  Oradan  qayıdan  zaman  gördüm  ki,  3 
avtobus  saqqallı,  yaşları  50-55  arası  olan  insanlar  əli 
avtomatlı  Şuşa  restoranının  yanında  yerləşən  bağa 
doluşdular.  Bu  barədə  yoldaşlarıma  məlumat  verdim. 
Amma mən onu deyim ki, onları görən zaman 8-9 radələri 
idi.  Atışma  başlamışdı.  O  zaman  yoldaşlarıma  dedim  ki, 
hamıya  bu  barədə  tez  məlumat  vermək  lazımdır  ki, 
küçələrdən yığışsınlar. Elə bir az keçmişdi ki, televiziyanın 
partladığını  eşitdik.  Bundan  sonra  Azadlıq  prospektinə 
getdim. Nəsimi rayonunda yerləşən polis məntəqəsi tərəfdə 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
39 
 
9  mərtəbəli  binanın  qarşısında  toplaşanlara  dedim  ki, 
küçələrdən  yığışmaq  lazımdır,  çünki  atacaqlar.  Sözümü 
sona  qədər  deməmişdim  ki,  artıq  tankların  səsi  eşidildi. 
Saat təxminən 12-yə qalırdı. Bir anlıq özümü itirdim, çünki 
yanımda söhbət etdiyim insanlar qan içində yerə yıxıldılar 
və orada olan insanlarla zaman itirmədən yaralıları dərhal 
maşına  qoyub,  xəstəxanaya  apardıq.  Yaralılar  artıq  hər 
tərəfdən  gəlirdi.  Mən  hələ  bu  istiqamətdə  baş  verənləri 
görürdüm.  Biləcəri  tərəfdən,  aeroport  yolundan,  dəniz 
kənarından gələn saqqallılar camaata aman vermədən güllə 
atıb,  həyatlarına  qəsd  edirdilər.  O  gecədəki  günahsız 
insanların  qışqırıqları,  çığırtısı,  o  dəhşətli  anlar  gözümün 
önündən getməyəcək heç bir zaman. Səhər Yanvarın 21-də 
saqqallıları  görmədik,  onların  əvəzinə  əli  avtomatlı  rus 
əsgərlərini  gördük.  Atışma  səsləri  yenə  də  eşidilirdi.  Bu 
gerçəklərdən  hər  birimiz,  xüsusən  də  gənclər  örnək 
götürməlidirlər.  Şəhidlər  bizim  güvənc  yerimiz,  qürur 
mənbəyimizdir.  Onları  unutmaq  olmaz.  Onları  yalnız  20 
Yanvar  günündə  yada  salmamalıyıq.  Biz  gənclərə  düzgün 
yol  göstərməliyik.  Məktəblərdə  şagirdlərlə  vətənpərvərlik 
mövzusunda  söhbət  apararkən  onların  necə  diqqətlə 
dinlədiklərini,  bu  mövzuya  marağını  gördükcə  qəlbim 
fərəhlə  döyünürdü.  Bəzən  onlar  mənə  deyirlər  ki, 
müharibəyə  gedən  zaman  qorxmurdunuzmu?  Ola  bilər 
məndə  də  qorxu  hissi  olsun,  amma  vətənpərvərlik  hissi  o 
qədər məni üstələmişdi ki, qorxu yadıma düşmürdü. İçimdə 
yalnız intiqam hissi var idi- deyir Rüxsarə xanım dediyimiz, 
Tutu ləqəbli igid Azərbaycanlı qızı.  


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
40 
 
Gəncliyindən  həyatını  od,  alov  içinə  atan,  Ana  Vətən 
yolunda  canını  əsirgəməyən  Tutu  heç  vaxt  bu  yoldan 
dönməyəcəyini  və  “biz  qəhrəman  xalqıq,  öz  əqidəmizdən 
ölsək də dönmərik “ -deyə söylədi.  
Vətən  sizin  kimi  igid  qadınlarımızla  fəxr  edir,  Rüxsarə 
xanım, Tanrımız sizi qorusun! 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə