~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   2   3   4   5   6   7   8   9   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
lar  yazan  yazıçılarımız  da  heç  olmazsa  bircə  kitablarını 
Vətənə, Vətənpərvər insanlara həsr edəydilər. Zahirən zərif 
və  kövrək  görünən,  elə  daxilən  də  zərif  və  kövrək  qəlbə 
malik  olan  bu  vətənpərvər  Azəri  xanımının  «Qarabağın 
Tutusu»  adlı  bu  kitabı  həmin  insanlara  cəsarətli  bir 
mesajdır.  
 Hörmətli  oxucular,  kitabsevərlər,  ürəklərində  Vətən 
eşqi,  torpaq  sevgisi  olan  dəyərli insanlar,  İradə  Əlilinin bu 
kitabı  bizlər  üçün  bir  ərməğan,  məlumat  toplusu  və 
Vətənpərvərlik  üçün  təbliğat  mənbəyidir.  Oxuyun,  verin 
dostlarınız  və  tanışlarınız  da  oxusun.  Allah  köməyimiz 
olsun.  
 
Hörmət və ehtiramla, German şair-publisist 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
İRADƏ  ƏLİLİ 
(müəllif haqqında) 
 
     İradə xanımla 2014-cü ilin avqust ayının 19-da Bakıdakı 
Beynəlxalq mətbuat mərkəzində  mənim çapdan yeni çıxmış 
növbəti kitablarımın təqdimatında tanış olduq. Bizi Rüxsarə 
Cumayeva tanış elədi. Elə ilk baxışdan  İradə xanımın 
görkəmindəki kübarlıq, danışıq tərzindəki etika, davranışındakı 
mədəniyyət xoşuma gəldi. 
     İkinci dəfə biz onunla Rüxsarə xanımın evində görüşdük. 
Hamının Tutu ("Qaraca qız" filmindəki Tutuya oxşadığına 
görə) deyə müraciət etdiyi Rüxsarə zəng edib, mənə bildirdi ki, 
İradə  Əlili onun haqqında kitab yazır və  bəzi məsələlərdə 
mənimlə  məsləhətləşmək istəyir. Mən də böyük məmnuniy-
yətlə razılıq verdim. İradə xanımla ordan - burdan xeyli söhbət 
etdik. Məlum oldu ki, İradə  Əlili iki şeirlər kitabının 
müəllifidir. "Mənim sevgi dünyam" adlì şeirlər toplusu həm 
Azərbaycan, həm də türk dillərində, "Dünya sevənlərin" kitabı 
isə Bakıda Azərbaycan dilində çapdan çıxıb. Elmi işlə məşğul 
olan  İradə xanım həm də otuz elmi məqalənin və tezislərin 
müəllifidir. Məndən məsləhət və kömək istəməsinin səbəbi isə 
fərqli bir mövzuya müraciət etməsi idi. Hazırda yazmaq 
istədiyi kitab "Qarabağın Tutusu" adlanır və Qarabağ qazisi 
Rüxsarə Cumayevanın həyat və döyüş yolundan bəhs edir. Bu 
xanımın kövrək, zərif görkəminə  rəğmən daxilindəki 
üsyankarlıq və çalışqanlıq çox xoşuma gəldiyinə görə ona 
kömək etmək qərarına gəldim. Bir neçə  dəfə kitabda zəhməti 
olan insanlar və Tutu ilə birlikdə yığışıb, kitabı, onun tərtibatını 
müzakirə etdik, tövsiyələrimizi bildirdik və  nəhayət haqqında 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
danışılan kitab ərsəyə  gəldi. Düzdür bu kitabda Rüxsarə 
Cumayeva haqqında söz deməklə, müxtəlif vasitələrlə yardım 
etmək istəyilə köməklik göstərmək istəyənlər oldu, amma kitab 
İradə xanımın özünün şəxsi təşəbbüsü, iradəsi, əzmi və zəhməti 
sayəsində işıq üzü gördü. 
     İradə Zülfəli qızı  Əliyeva (Əlili) Sabirabad rayonunda 
anadan olub. Orta təhsilini 1 N-li Sabirabad şəhər orta 
məktəbində alıb. Ailədə iki bacı, iki qardaş olublar. 1982-ci 
ildə orta təhsilini başa vurduqdan sonra Bakıdakı  Mədəni 
Maarif texnikomunun kitabxanaçılıq fakültəsinə daxil olub. 
Uşaqlığının bir hissəsi, yeniyetməliyi və  gəncliyi Sumqayıt 
şəhəri ilə bağlıdır. Çünki anası Xavər xanım xəstə olduğundan 
dayısı Ramiz kişi onu himayəyə götürüb. 1986-cı ildə 
texnikomu bitirən İradə xanım təyinatla öz rayonlarına qayıdıb 
və kitabxanada əmək fəaliyyətinə başlayıb. Lakin ruhən 
əzmkar və çalışqan bir gənc olan İradə bir yerdə dayanıb-
durmaq fikrində deyildi. O, təhsilini artırmaq, elmlə  məşğul 
olmaq, irəli getmək istəyirdi. Bu məqsədlə də gənc kitabxanaçı 
1988-ci ildə sənədlərini S. M. Kirov adına Azərbaycan Dövlət 
universitetinin (M. Rəsulzadə adına Bakı Dövlət universiteti) 
Kitabxanaçılıq- informasiya fakültəsinə verir və daxil olur. 
Təhsilini qiyabi yolla davam elətdirən  İradə xanım işindən 
ayrılmır və paralel olaraq Mədəni maarif texnikomunun 
Sabirabad filialında müəllim kimi də  fəaliyyət göstərməyə 
başlayır. Uşaq yaşlarından  şer yazmağa başlayan  İradə xanım 
nə təhsil illərində, nə də işləyəndə  poeziyadan kənarda qalmır. 
Müntəzəm olaraq yazan gənc  şairə ara-sıra dövri mətbuatda 
çap olunmğa başlayır. Universiteti yaxşı qiymətlərlə bitirən 
İradə Əlili paytaxtda işləmək qərarına gəlir.  


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 

 
Bakıda  Ədliyyə Nazirliyinə  aid bir baş    idarədə  işləməklə 
yanaşı daha “Savalan“ üşaq qəzetində  də müxbir kimi işləyir. 
Sonra ailə  vəziyyəti ilə  əlaqəli Almaniya dövlətinə köçür. Bu 
dövlətdə xeyli yaşaması, Avropa ölkələrinin çoxuna səyahət 
etməsi İradə xanımın dünya görüşünə çox böyük təsir göstərir. 
2003-ci ildə  Vətənə dönən  şairə illərdən bəri yazdığı  şerləri 
yuxarıda qeyd edildiyi kimi iki kitab şəklində oxuculara təqdim 
edir.  İradə  Əlilinin kitabları oxucular tərəfindən çox böyük 
maraqla qarşılanır. Bu uğurdan ruhlanan şairə yeni-yeni 
mövzular üzərində çalışır. 
     İradə  Əlili hal-hazırda M.Rəsulzadə adına Bakı Dövlət 
Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin müəlli-
midir. Eyni zamanda o, Azərbaycan Dövlət Respublika Elmi 
Tibbi kitabxanasının  əməkdaşıdır. Elmi araşdırmaları ilə elmə 
də öz töhfələrini verməyə çalışan  İradə xanım "Müasir dövr 
Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya 
təminatı" mövzusunda elmi iş üzərində çalışır. Bu qədər gərəkli 
və  zəhmət tələb edən işlərlə kifayətlənməyən bu zəhmətkeş 
xanım Azərbaycanın Televiziya məkanında da müxtəlif tele-
verilişlərdə ekspert qismində  iştirak edir. Baş verənlərə öz 
vətəndaş fikrini bildirir. 
     İradə xanım yuxarıda qeyd olunduğu kimi tədqiqatçıdır. O, 
xeyli vaxtdır ki, namizədlik dissertasiyası üzərində çalışır. 
Yəqin ki, bu yaxınlarda müdafiə edib, elmi dərəcəyə sahib 
olacaq. Bu işdə ona uğurlar arzulayırıq. 
     Mən çalışdım ki, bu kiçik yazıyla alim-şairə  İradə  Əlili 
haqqında oxucuda müəyyən bir fikir yaradım. Bu fikirin 
tamamlanması üçün bu yazıya  İradə xanımın müxtəlif illərdə 
yazdığı bir neçə şeri də əlavə edirəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə