~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   2   3   4   5   6   7   8   9   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
16 
 
aldığım  institutda  təşkilat  komitəsinin  sədri  olaraq 
fəaliyyət  göstərirdim. Günlər  bir-birini  əvəz etdikcə tələbə 
arzusu ilə yaşamaq mənə nəsib olmadı. Mən institutdan və 
işimdən  qovuldum.  Meydan  hərəkatında  etdiyim  aclıq 
elanına  görə  idi.  Bundan  sonra  mən  Bakıda  Tibb 
Məktəbində  açılmış  kursların  birində  2  illik  kurs  təhsili 
aldıqdan sonra anama söz verdim ki, mən ali təhsil alaraq 
səni  diplomumla  sevindirəcəm.  Buna  görə  Bakı  Dövlət 
Universitetinin ədəbiyyat fakültəsinə qəbul oldum. Burada 
da tale üzümə gülmədi. 20 Yanvar hadisəsi baş verdi. Mən 
yenə  də  xalqıma,  Vətənimə  dəstək  oldum.  Amma  demək 
olardı ki, oxuyurdum, imtahandan-imtahana gəlib imtahan-
larımı verərdim. 1 gün gəlib 5 gün gəlməzdim. Və sonralar 
məlumdur  ki,  Qarabağ  müharibəsi  başlandı.  Qarabağ 
müharibəsinə bir tibb bacısı kimi könüllü olaraq getdim.  
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
17 
 
QARABAĞIN TUTUSU 
 
nun  həyatı  keşməkeşli  olub.  Onun  gəncliyi 
Vətənimizin  qanlı-qadalı  günlərinə  təsadüf  edib, 
amma bu keşməkeşli həyatı onu sındırmayıb heç bir zaman. 
Qarabağ  qazisi  deyir:  «Yalnız  Vətənimizin  azadlığını, 
bütövlüyünü  düşünmüşəm.  Uşaqlığımdan  əlillik  həyatını 
yaşasam da, müharibənin odu-alovu, torpaqlarımızın işğala 
məruz  qalması  məni  rahat  buraxmırdı.  Öncə  Bakıda  baş 
verənlər, daha sonra Qarabağdakı faciələrimiz məni cəbhə 
bölgəsinə  qədər  aparıb  çıxardı.  Bütün  olanları  xatırlamaq 
çox çətindir, amma baş vermiş hadisələri gələcək nəsillərə 
anlatmalıyıq, məlumat verməliyik, danışmalıyıq ki, gələcək 
nəsillərimiz başımıza gələnləri bilsinlər”.  
Mən  döyüşə  qorxmadan,  cəsarətlə,  mərdliklə,  şəhidlik 
arzusu  ilə  girən  hər  bir  vətənpərvər  vətəndaşa  qəhrəman 
deyirəm.  Qadın  qəhrəmanımız  Rüxsarə  Cumayevanın 
keçdiyi  döyüş  yollarından  portretləri  bu  yazı  ilə  sizin 
gözünüzün önündə canlandırmağa çalışacağam.  
Qarabağ  qazisi  Rüxsarə  Cumayeva  1968-ci  ilin  iyun 
ayının  18-də  Zaqatala  rayonunun  Bəhmədli  kəndində 
dünyaya  göz  açıb.  Orta  məktəbi  bitirib  təhsilini  davam 
etdirmək  üçün  paytaxta-Bakıya  gəlir.  Azərbaycan  Dövlət 
Neft  Akademiyasına  qəbul  olunur  və  oxuya-oxuya  2  №-li 
Taxıl Məhsulları Kombinatında işləyir. Həmin illər (1988-ci 
il)  meydan  hərəkatı  dövrünə  düşdüyü  üçün  orada  fəal 
iştirak  edir.  Milli  hərəkatda  (meydan  hərəkatında)  fəal 
olduğu  üçün  onu  həm  işdən,  həm  də  universitetdən 



~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
18 
 
qovurlar.  O,  meydanda  aclıq  elan  etmişdi.  Onu  da  qeyd 
edim  ki,  qazimiz  uşaqlıqdan  çevik,  qorxmaz  və  döyüşkən 
ruhda  olub.  Ona  görə  onu  heç  bir  maneə  tutduğu  yoldan 
uzaqlaşdıra  bilməyib.  O,  1990-  cı  ildə  Bakı  Dövlət 
Universitetinin “Nəcib xanımlar” (1989-cu ildə BDU-da belə 
fakültə  var  idi)  fakültəsinə  daxil  olur,  daha  sonra  isə 
universitetin  filologiya  fakültəsinə  öz  xahişi  ilə  keçirilir. 
Universitetdə təhsil aldığı illərdə artıq Bakıda hadisələr öz 
məcrasından  çıxmışdı.  Rüxsarə  xanım  həmin  vaxtlar 
Azərbaycanımızın  müstəqilliyi  uğrunda  ayağa  qalxan 
gənclər  sırasında  idi.  O,  meydan  hərakatında  iştirak  edir, 
Vətən  sevgisini  öz  cəsarəti  ilə  nümayiş  etdirirdi.  Həmin 
vaxtlar  Qarabağda  da  vəziyyət  gərgin  idi.  Torpaqlarımızda 
nələr  baş  verdiyini  görən  cəsur,  gənc  qız  dayana  bilmirdi. 
Müharibəyə  getmək,  düşmənə  həddini  bildirmək  üçün 
içində-ürəyində bir atəş yanırdı. Bir gerçəyi də qeyd etmək 
yerinə  düşərdi.  Rüxsarə  anadangəlmə  şikəst  (hər  iki  bud 
çanaq oynağının anadangəlmə yüksək çıxıqları və artozları) 
olmasına  baxmayaraq  o,  döyüş  bölgəsində  cəsurluqla 
xidmət etmişdir. İgid Azərbaycanlı qızı: “Səhhətimizdə necə 
ağır  problemlərimiz  olsa  da,  əlil  də  olsaq  Vətəni 
qorumalıyıq  hər  birimiz”-deyir.  Onun  üçün  ön  cəbhəyə 
getməzdən  əvvəl  Rüxsarə  xanım  universitetdə  oxuya–
oxuya  tibb  texnikomunun  nəzdində  olan  hazırlıq  kursuna 
gedir,  tibbi–praktik  biliklərə  yiyələnir.  Onun  tibbi  savadı 
məhz Qarabağ savaşında hərbi tibb bacısi işləməsinə imkan 
yaradır və Hərbi Hospitalda yaralılara tibbi xidmət göstərir. 
Rüxsarə xanım o illəri belə xatırlayır: 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
19 
 
-1990-ci ilin 19-dan 20-nə keçən gecə - o qanlı 20 Yan-
var  gecəsi  mən  də  yaralıları  hərbi  xəstəxanaya  və  Musa 
Nağıyev  adına  xəstəxanaya  çatdırmaqda  gücüm  çatdığı 
qədər köməklik göstərmişəm.  
1991-ci il noyabr ayı idi. Məhəmməd Əsədov hospitala 
gəlib, Şuşada tibb bacısına ehtiyac olduğunu söylədi. Həmin 
vaxt  Şuşada  vəziyyət  pis  idi.  Ölən  və  yaralananların  sayı 
günü–gündən  artırdı.  Orada  tibb  bacısı  çatmırdı.  Mən 
Şuşaya  gedib  oradan  yaralıları  Bakıya  gətirməyə  kömək 
edirdim.  Döyüş  yolum  isə  1992-ci  il  yanvar  ayının  23-də 
Daşaltıdan  başladı.  Yanvarın  25-dən  26-na  keçən  gecə  bir 
uğursuz döyüş əməliyyatı oldu. Yaralılara Nəbilər kəndində 
donuz  fermasında  tibbi  xidmət  göstərirdim. Çox  yaralı var 
idi.  Nurcahan  Hüseynova  və  Nəzakət  Nəsirova  yaralıları 
sarımağa  tibbi  köməklik  göstəriridilər.  Xatırladıqca  o 
döyüşdə  igidliklə  vuruşan  oğlanlarımızın  necə  ağır  yara-
lanmasına  indi  də  qəlbim  göynəyir.  Amma  onların  yaralı-
yaralı düşmənlə vuruşması, cəsarətləri, Vətən sevgisi məni 
çox ruhlandırırdı. Bu uğursuzluğun ardınca Xocalı hadisəsi 
baş  verdi.  O  vaxt  Şuşada  idim.  Bakıya  qayıtdım,  Papanin 
küçəsindəki  Hərbi  Hospitalda  Xocalıdan  gələn  yaralılara 
gücüm yetdiyi qədər köməklik etdim. Hospitalda işlədiyim 
müddət  ərzində  bir  gün  17  yaşında  Elçin  adlı  bir  gənci 
hospitala  gətirdilər.  Vəziyyəti  çox  ağır  idi,  qolunun  yalnız 
bir  damarı  işləyirdi.  Qolu  kəsilməliydi.  Travmatoloqla-
rımızdan biri mənə müraciət etdi: «Cumayeva, mənə kömək 
edə  bilərsinizmi?».  Təbii  ki,  çox  çətin  idi  bu  cərrahiyyə 
əməliyyatında  iştirak  etmək,  amma  razılaşdım.  Çünki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə