~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   2   3   4   5   6   7   8   9   10   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
27 
 
yasını dəyişdi.  
-Abdullayeva Aytən (1972-1992) yaralılara tibbi xidmət 
göstərirdi  cəbhə  bölgəsində,  döyüş  meydanından  yüzlərlə 
yaralıları  çıxardıb  bu  cəsur  şəhid  qızımız.  Füzuli  bölgəsi 
istiqamətində şəhid oldu.  
-Qaratel Hacımahmudovanı (1948-1992) meydan hərə-
katından  tanıyıram.  1992-ci  ildə  Vətənin  müdafiəsi  üçün 
Qazax bölgəsinin ”N” saylı hərbi hissəsində xidmət etmişdi. 
“N”saylı  hərbi  hissəsindən  döyüşçüləri  mühasirədən  qur-
tarmaq  üçün  partlayıcını  (qumbaranı)  sinəsinə  çəkərək 
özünü həlak etmiş və şəhidlik zirvəsinə ucalmışdır.  
- Rahilə Orucovanı da meydan hərəkatından tanıyıram. 
O,  1990  –  cı  il  qanlı  yanvar  hadisələrində  də  neçə-neçə 
yaralını,  şəhidi  çıxartmışdı  atışma  meydanından.  Ağdərə 
rayonu Qurtuluş batalyonunda xidmət edib. “N” saylı hərbi 
hissənin  hərbi  əməliyyatında  iştirak  edib  və  döyüş 
bölgəsindən yaralıları çıxaran zaman həlak olub.  
-Könül Qəhrəmanova yaşı az olsa da, Ağdam və Ağdərə 
istiqamətində çox döyüşlərdən keçmişdi. Tibb bacısı kimi o 
da  yaralılara  tibbi  xidmət  göstərmiş,  yaralıları,  həlak 
olanları  döyüş  meydanından  çıxartmışdı.  Fərux  dağına 
qalxan  hissədə  Ağdamın  Xaçınstroy  kəndində  top 
mərmisindən  həlak  oldu.  Könül  Şəki  şəhərində  Şəhidlər 
Xiyabanında  basdırılıb.  Mən  onu  Azərbaycan  Qadın 
hüquqları  müdafiə  cəmiyyəti  Şəki  Şöbəsi  təmsilçisi  kimi 
tanıyıram. Bu qız soyadı kimi özüdə qəhrəman bir qız idi.  
-Gülbahar Heydərova (1965-1993) snayper olub. Füzuli 
istiqamətində gedən döyüşlərdə şəhid oldu.  


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
28 
 
-Aidə  Şahkərəmova  (1976  1992)  Ağdamda  “N”saylı 
hərbi  hissədə  xidmət  edib.  Ağdam  bölgəsində  gedən 
döyüşlərin  birində  həlak  olub.  Bu  cəsur  qızımıza, 
şəhidimizə  “Ağ  şəhidimiz”  deyirdilər,  amma  bu  adın  nəyi 
anlatdığını, nəyi ifadə etdiyini hələdə başa düşmürəm.  
 Rüxsarə  xanım  danışdıqca  gözlərimdə  qocalır,  sanki 
yavaş-yavaş  bu  dünyanın  özü  ilə  yaşıdlaşmağa  başlayır. 
Onun əzab çəkdiyini, için-için əridiyini görüb, söhbəti təxirə 
salmaq  istəyirəm,  razılaşmır,  söhbətinə  davam  edir: 
“Bayramlar  mənim  üçün  Şəhidlər  Xiyabanından  başlayır. 
Orada uyuyan silahdaşlarımın, həmvətənlərimin qəbirlərini 
ziyarət  edirəm.  Əziz  günlərimin  sevincini  onların  ruhu  ilə 
paylaşıram.  Yalnız  bundan  sonra  qəlbimdə  cüzi  də  olsa 
rahatlıq tapıram”.  
Şirin  Mirzəyevin  rəhbərlik  etdiyi  alayın  II  bölük,  V 
taborunun  komandiri  olmuş  Ağdam  qaçqını,  II  qrup  əlil 
Qələndar İsmayılov Rüxsarə haqqında belə deyir:  
–  Bu  igid  xanımın  iradəli,  cəsur  olması  məni  sevin-
dirirdi.  Qadınlarımızın  silaha  sarılması  o  deməkdir  ki, 
balacadan  böyüyə  kim  hər  bir  Azərbaycanlının  Vətəni 
qorumaq  cəsarəti,  gücü  var.  Rüxsarə  xanım  bir  çiynində 
tibbi  ləvazimat  daşımaqla  yanaşı,  o  biri  çiynində  silah 
daşıyırdı.  Döyüş  əməliyyatlarına  hazırlıqda  və  döyüş 
bölgəsində  vuruşma  zamanı  biz  onu  özümüzlə  aparmaq 
istəməsək  də  o,  israr  edirdi,  inadkarlıq  göstərirdi,  döyüş 
sahəsindən kənarda qalmırdı. Döyüşçülər ilə bərabər döyüş 
meydanında  olurdu.  Bir  dəfə  növbəti  döyüş  əmri  verildi. 
Bütün əsgərlər böyük yük maşınlarının arxa hissəsində öz 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
29 
 
yerlərini  tutdular.  Rüxsarənin  döyüş  bölgəsinə  getməsini 
istəmirdim.  Axı,  bu  döyüşün  necə  bitəcəyi  necə  olacağı 
bilinmirdi.  Yük  maşınının  ön  oturacağına  oturanda  baxıb 
gördüm  ki,  artıq  Rüxsarə  maşına  minib,  əsgərlərin 
yanındadır.  -Düş  -desəydim  də  düşməzdi,  çünki  Vətən 
sevgisi  bu  cəsur  xanımın,  elqızımızın  qanında,  canındadır. 
Ağdamın  Yeddixırman  yüksəkliyində  hərbi  əməliyyat 
öncəsi  xatirimdə  qalan  bir  epizodu  sizə  danışacağam. 
Axşam idi. Əsgərlərlə biz bu sahəyə qalxdıq. Möhkəm yağış 
yağırdı.  Burada  bir  ağac  da  olmadı  kı,  yağışdan  qorunaq. 
Həmin an Rüxsarə xanım zaman itirmədən bütün əsgərləri 
ətrafına  topladı,  onlarla  bir  ana  kimi  rəftar  edərək 
mehriban  söhbətlər  etdi.  Əsgərlər  yağışın  altında  səhərin 
necə  açıldığını  hiss  etmədilər.  Günəş  çıxdıqdan  sonra 
islanmış,  yaş  olmuş  paltarlarımızı  da  elə  günəşin  istiliyi 
qurutdu,  ondan  sonra  yolumuza  davam  etdik.  Rüxsarə 
xanım  alayın  bütün  əsgərlərinə  tibbi  yardım  edib.  O,  çox 
şücaət  göstərib.  Onun  cəsurluğu  mənim  və  bölük  əsgər-
lərinin  gözü  önündə  olub.  Nə  qədər  yaralı  əsgər  və  həlak 
olan  əsgərləri  çıxardıb  ağır  döyüşlər  zamanı  bu  cəsur 
xanım.  Rüxsarəni  döyüş  gedən  zaman  döyüş  bölgəsinə 
getməsinə  mane  olanda  deyirdi:  “Siz  mənim  döyüşdə 
ölməyimi istəmirsiniz, əgər bizim oğlanlarımız həlak olursa
biz qadınlar kimə qalacağıq, mənfur düşmənəmi”? Rüxsarə 
bütün  əsgərlərə  bacı  qayğısı  göstərirdi.  Ayrıseçkilik 
etmirdi. Hətta V taborda xidmətdə olan xalası oğlu Cəvanşir 
Qurbanovun,  dayısı  oğlu  Hacıbəy  Kərimovun  diqqətə 
ehiyacı  olan  zaman  bir  qohum  kimi  onlara  xüsusi  nəvaziş 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
30 
 
göstərmirdi, deyirdi ki, əsgərlərin hər biri mənim doğmam-
dır. Çox söhbətlər edə bilərəm Rüxsarə xanım haqqında. Bir 
onu deyim ki, döyüşdə döyüşçü kimi, insanlıqda insan kimi, 
mehribanlıqda bacı kimi çox dəyərli Azərbaycan xanımıdır.  
Rüxsarə  xanımı  1992-c  il  ildən  tanıyan  Araz  Aslanov 
xatirələrini belə bölüşdü: 
–  Mənim  döyüş  yolum  Şirin  Mirzəyevin  komandiri 
olduğu,  Ağdamın  836 nömrəli  alayından  başlayıb.  Rüxsarə 
xanım ilə döyüş yolu keçmişik. O, çox cəsur, mərd xanımdır. 
Onun yaralılar ilə necə insani davranışının, döyüş meydan-
çasından  yaralıları  və  şəhid  olanları  necə  çıxartdığının 
şahidi  olmuşam.  1993-ci  ildə  Ağdam  rayonun  Əfətli  kəndi 
yaxınlığında  gedən  döyüşlərdə  mən  ağır  yaralandım. 
Rüxsarə xanım mənə ilk tibbi yardım göstərdi. Bu vətənpər-
vər  xanımın  ön  cəbhədə  fədakarlığını  gözümlə  görmüşəm. 
Mən  bir  Xocalı  qaçqını  kimi  (Ağdamda  məskunlaşmışdıq) 
Rüxsarə  xanımın  Vətənpərvərliyinin,  igidliyinin  şahidi 
olmuşam.  
Ağdam  qaçqını  II  qrup  əlil  Mirağa  Ağamirov  Rüxsarə 
xanım haqqında belə dedi:  
-1992-ci  il  idi.  Mehmanə  döyüşlərinin  birində  yaralan-
dım. Məni Tutu xanımın yanına gətirdilər. Mənim əynimdə 
yeni hərbi forma var idi. Tutu xanım yaralandığım hissədən 
formanı  qayçıladı.  Uşaqlar  dedilər:  “Həkim,  olmazmı  ki, 
formanı əynindən çıxardaq?” Tutunun cavabı isə belə oldu: 
“Əsgərim qan itirir, ona forma lazım deyil!” O, yaramı sarıdı 
və məni döyüş gedən ərazidən çıxartdı. Mən bu xanımı xeyli 
vaxt idi ki, axtarırdım. Əlillərin bərpa mərkəzində müalicə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə