~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   12   13   14   15   16   17   18   19   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
60 
 
ƏLİL OLSA DA, VƏTƏNİN  
MÜDAFİƏSİNDƏN QALMADI 
 
əyat onun üçün çox keşməkeşli keçib. Gənclik illəri 
vətənimizin  qanlı-qadalı  günlərinə  təsadüf  edib. 
Amma  deyir  ki,  həyat  nə  qədər  acı  olsa  da,  bu  məni 
sındırmayıb.  Yalnız  vətənimizin  azadlığını,  bütövlünü 
düşünmüşəm.  Uşaqlığımdan  əlillik  həyatını  yaşasam  da, 
müharibənin  odu-alovu,  torpaqlarımızın  işğala  məruz 
qalması məni rahat buraxmırdı. Öncə Bakıda baş verənlər, 
daha sonra Qarabağdakı faciələrimiz məni cəbhə bölgəsinə 
qədər aparıb çıxartdı. Xatırlamaq çox çətindir mənim üçün, 
amma  biz  bunları  danışmalıyıq  ki,  gələcək  nəsillərimiz 
başımıza  gələnləri  bilsinlər.  Söhbətin  bu  yerində  bir  az 
xəyallara daldı. Bir müddət sakit dayanıb gözlərini uzaqlara 
dikdi. Onunla söhbət nə qədər çətin olsa da, qəhrəmanımla 
bir anlıq o illəri yada salmağa çalışdıq.  
1968-ci  il  iyunun  18-də  Zaqatala  rayonunun  Bəhmədli 
kəndində  dünyaya  göz  açıb  Rüxsarə  Cumayeva.  Orta 
məktəbi  bitirdikdən  sonra  Bakıya  təhsilini  davam 
etdirməyə  gəlib.  1990-cı  ildə  Bakı  Dövlət  Universitetinin 
filologiya  fakültəsinə  daxil  olur.  Universitetdə  təhsil  aldığı 
illərdə  artıq  Bakıda  hadisələr  öz  məcrasından  çıxmışdı. 
Rüxsarə 
xanım 
həmin 
vaxtlar 
Azərbaycanımızın 
müstəqilliyi  uğrunda  ayağa  qalxan  gənclərin  sırasında  idi. 
Vətənpərvər azəri övladı bir gün də olsun evdə oturmazdı. 
Deyir,  tələbəlik  illərində  meydan  hərəkatında  iştirak 
H


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
61 
 
edirdim. Həmin vaxt Qarabağda da vəziyyət gərgin idi. Baş 
verənləri gördükcə dayana bilmirdim. Müharibəyə getməyə 
can atırdım. Elə bu səbəbdən də universitetdə oxuya-oxuya 
tibb  texnikumunun  nəzdində  olan  hazırlıq  kursuna  da 
getdim.  Buranı  bitirib  bir  müddət  Hərbi  Hospitalda 
çalışdım.  
1991-ci  ilin  noyabr  ayı  idi.  Məhəmməd  Əsədov 
hospitala  gəlib  Şuşada  tibb  bacısına  ehtiyac  olduğunu 
söylədi.  Həmin  vaxt  Şuşada  vəziyyət  pis  idi.  Ölənlər  və 
yaralananların  sayı  gündən-günə  artırdı.  Orada  tibb  bacısı 
çatışmırdı.  Mən  Şuşaya  gedəndən  bir  neçə  gün  sonra  20 
noyabr  hadisəsi  baş  verdi.  Bu  məni  çox  sarsıtdı.  Sonralar 
tez-tez Bakıya yaralı gətirdim. 1991-ci ilin dekabrında artıq 
Malıbəylidə  vəziyyət  ağırlaşmışdı.  Mən  onda  Daşaltının alt 
hissəsində yerləşən Nəbilərdə idim. O vaxt bizim güclü tibbi 
ləvazimatımız yox idi. Daşaltı əməliyyatına qədər Malıbəyli, 
Kərkicahan  da  artıq  Xocalının  düşdüyü  vəziyyətdə  idi. 
1992-ci ilin yanvarın 25-dən 26-na keçən gecə uğursuz bir 
əməliyyat  oldu.  Yaralılara  Nəbilərdə  tibbi  xidmət 
göstərdim. Bu uğursuzluğun ardınca da Xocalı hadisəsi baş 
verdi.  O  zaman  mən  Şuşada  idim.  Bir  müddət  burda  qalıb 
hospitala  qayıtdım.  Xocalıdan  gələn  yaralılara  gücüm 
çatdığı  qədər  köməklik  edirdim.  Bir  gün  17  yaşında  Elçin 
adlı  gənci  hospitala  gətirdilər.  Çox  ağır  yaralanmışdı. 
Qolunun  bir  damarı  işləyirdi.  Vəziyyəti  pis  idi.  Qolu 
kəsilməliydi.  Travmatoloqlarımızdan  biri  mənə  müraciət 
elədi  ki,  Cumayeva  mənə  kömək  edə  bilərsinizmi?  Çətin 
olsa  da,  razılaşdım.  Çünki  əlilliyin  nə  olduğunu  mən  çox 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
62 
 
yaxşı bilirdim. Həmin vaxt həkimə dedim ki, o ayılanda ilk 
olaraq,  qolunu  soruşacaq,  o  zaman  biz  ona  nə  cavab 
verəcəyik?  Amma  nə  etmək  olar.  Əməliyyat  zamanı  qol 
mənə  o  qədər  qüvvətli,  ağır  gəldi  ki,  vurmağı  ilə  əlimdən 
yerə çırpılmağı bir an oldu. Həmin vaxt özümə söz verdim 
ki, Ağdama getməliyəm. Hospitalın rəisinə müraciət etdim. 
Səbəbini soruşduqda dedim ki, mən özüm əliləm. Bunun nə 
olduğunu da çox yaxşı anlayıram. Ona görə də, ora getmək 
istəyirəm,  yaralılarımıza  yerindəcə  köməklik  edim  ki,  əl-
ayaqlarını itirməsinlər.  
Bundan  sonra  Rüxsarə  xanım  Adamdakı  Şirin 
Mirzəyevin  batalyonuna  gəlir.  Ən  ağır  döyüşlərdə  iştirak 
edir.  Deyir,  gəldiyim  gün  səhərə  yaxın  Qazançıya  hücum 
oldu.  Ağdamın  Qiyaslı  kəndinin  uşaqları  bu  döyüşdə  ağır 
yaralanmışdı.  Bakıdan  apardığım  ilk  yardımla  onlara 
kömək  etdim.  Qazançı  əməliyyatı  da  çox  uğursuz  oldu. 
Orada 18 uşağın taleyi hələ də məlum deyil.  
Bundan  sonra  Xaçınstroya  gəldim.  Həmin  gecə 
ermənilər  bizi  qradla  atəşə  tutdular.  Hamı  çölə  çıxmışdı, 
mən  isə  otaqda  qaldım.  Şirin  Mirzəyevin  səsi  indi  də 
qulağımdadır. “O qara qız hanı, onu çağırın”- deyə, möhkəm 
qışqırdı.  Xırda  bölüklər  varidi,  onlardan  birinin  komandiri 
Allahverdi müəllim qəlpə yarası almışdı, ona yardım etmək 
lazım idi. Bir təhər atəşin altında ona yardım göstərdim.  
1992-ci  ilin  aprel  ayında  məni  3-cü  batalyona 
göndərdilər.  Əslində  həmin  ərəfədə  batalyonları  tez-tez 
dəyişməli  olurdum.  3-cü  batalyonda  olarkən  bir  dəfə 
kəşfiyyata  getdim.  Batalyonda  Tofiq  adlı  bir  oğlu  var  idi, 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
63 
 
dedi ki, Tutu bəlkə sən getməyəsən? Gedən gündən bu adı 
qoymuşdular  mənə.  Onlar  elə  bilirdi  ki,  ölümə  gedirlər, 
amma yenə də üzləri gülürdü. Döyüşə gedəndə “Qəbələ ilə 
qayıdaq”  -  deyib  maşına  minirdilər.  O  uşaqları  hər  dəfə 
itirdikcə elə bil mən də ölürdüm. Habil adlı bir oğlan var idi, 
həmişə  öndə  gedirdi.  Fərrux  dağı  ətrafında  gedən 
döyüşlərin  birində  öldü.  Alnından  vurmuşdular.  Onun 
ölümü  bizi  çox  sarsıtmışdı.  Həmin  döyüşlərin  birində 
Şağanovun  briqadasından  bir  oğlanı  ermənilər  vurmuşdu. 
Dostu avtomatı çəkdi mənə tərəf dedi ki, onu diriltməlisən, 
yoxsa  səni  də  öldürəcəm.  Dedim,  məni  öldürsən,  fərqi 
yoxdu,  o  gələn  ölülərdən  biri  olaram,  amma  sən  eyni 
zamanda  yaralıları  da  öldürmüş  olacaqsan.  Onları  kim 
sağalda bilər? O uşaq meyiti qucaqlayıb nə qədər ağladı.  
Biz gecəni postda qalırdıq. Mən onları orda qoyub aşağı 
düşə bilməzdim. Hər bir şeyi hazır vəziyyətdə saxlayırdım. 
Ayağından  yaralananlara  toxumaları  zədələnməsin  deyə, 
şlopkalar  bağlayırdım.  Hospitala  çatanda  həkimlər 
təəccüblənirdilər. Yəni bunu yalnız travmotoloq edə bilərdi. 
Dava-dərman  qurtaran  kimi  hospitala  gəlirdim.  Nə 
lazımdırsa, hamısını verirdilər.  
Döyüşləri ürək ağrısı ilə xatırlayan Rüxsarə xanım deyir 
ki,  o  qədər  unudulmayacaq  acı  anlar  yaşamışam  bu 
müharibədə.  Hər  döyüşçümüzü  itirdikcə  qisas  hissimiz 
daha  da  güclənirdi.  Bir  dəfə  əsgərlərdən  biri  icazə  alıb 
evlərinə  getmişdi.  Bu  məzuniyyətdə  nişanlamışdılar  onu. 
Gələndə bizə şokolad bağlaması gətirmişdi. Həmin ərəfədə 
Fərrux  dağı  ətrafında  da  ağır  döyüşlər  gedirdi.  Atışma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə