~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
53 
 
müstəqil  həyata  qədəm  qoyması  Azərbaycan  tarixinin  ən 
çətin  və  şərəfli  dövrünə  təsadüf  etmişdir.  Rüxsarə  də 
tərəddüd  etmədən  cəmiyyətdə  gedən  ictimai-  siyasi 
prosseslərə  qoşulmuş,  onların  iştirakçısına  çevrilmişdir. 
Bütün  bunlar  barədə  onun  danışdıqlarını  qeydə  almağı 
özümə borc bildim:  
-Bakı  Hərbi  Hospitalında  tibb  işçisi  kimi  bir  müddət 
işləmişəm.  Hospitalda  çalışdığım  vaxt  rəhmətlik  general 
Məhəmməd Əsədov hospaitala gəldi. Hospitalın rəisi Vaqif 
İbrahimova  müraciət  etdi  ki,  orduya  bir  neçə  tibb  işçisi 
lazımdır.  Onda  mən  qabağa  çıxdım.  Ayağımın  xəsarətli 
olduğunu  görən  general  dedi:  “Siz  yox!”.  Mən  təkidlə 
gedəcəyimi  bildirdim.  Onda  Vaqif  İbrahimov  mənim 
barəmdə dedi ki, bu xanım 1988-ci ildə meydan hərkatında 
aclıq aksiyasına qoşulan xanımıdr, 20 yanvar hadisələrində 
fədakarlıq göstərərək yaralı insaları xəstəxanalara çatdıran 
insandır. Bunları eşidəndən sonra Məhəmməd Əsədov məni 
siyahiya aldı. Rəhmətlik Qaratel, rəhmətlik Rəhilə, Sənubər 
(bu  qızı  mən  sonralar  görmədim,  əməliyyat  yollarımız 
ayrıldı)  bir  də  mən  Şuşaya-döyüş  bölgəsinə  yollandıq.  Biz 
Şuşaya  yardım  və  döyüş  sursatları  aparan  vertolyotla 
gedib-gəlirdik.  Həm  də  bu  şeylərin  aparılmasında  iştirak 
edirdik. . .  
1992-ci  ilin  yanvarında  Şuşada  qalmalı  olduq.  Faciəli 
Daşaltı  əməliyyatı  baş  verdi  və  ordan  yaralıları,  meyitləri 
götürərək  Bakıdakı  Hərbi  Hospitala  qayıtdıq.  Bir  –iki  ay 
hospitalda  işlədikdən  sonra  apel  ayının  3-  4-  də  Ağdama 
yollandıq.  Ağdamda  Şirin  Mirzəyevin  836-cı  batalyonunda 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
54 
 
xidmətə  başladıq.  İlk  döyüş  günü  bir  tibb  işçisi  olaraq  87 
yaralını,  4  meyiti  döyüş  meydanından  çıxararaq  batalyona 
gətirdim. Ölüləri məscidə, yaralıları hospitala təhvil verdim. 
Həmin əməliyyat günü mən təzə gəldiyim üçün heç əmrim 
də  verilməmişdi.  Beləcə  mən  döyüşdə  iştirak  etdim.  .  . 
Ondan  sonrakı  əməliyyatların  ən  ağırı  Mehmanə  (Ağdərə-
nin  kəndi),  Qazançı(Ağdam),  Drambon(  Ağdərə),  Qalayçı-
lar(Ağdam)  döyüşləri  olub.  Ağdamın  Gülablı  kəndində 
döyüşlər  gedən  zaman rəhmətlik  Sara Qədimova  döyüşçü-
lərə  ərzaq  və  geyim  gətirmişdi.  Sara  xanım  1941-1945-ci 
illər müharibəsindən bəzi fraqmentləri danışdı, döyüşçülər 
qarşısında  necə  konsert  verməsini  xatırlayaraq,  bizi 
ruhlandırırdı.  Onun  sözləri  o  qədər  sirayətedici  idi  ki, 
döyüşən  oğullarımız  ölümün  gözünə  dik  baxaraq  savaşa 
girirdilər.  .  .  Ən  çox  nəticəsindən  razı  qaldığım  döyüşlər 
Mehmanə,  Drambon,  Canyataq,  Gülyataq  (Ağdərənin  dağ 
kəndləri)  uğrunda  gedən  döyüşlər  olub.  Çünki  həmin 
döyüşlərdə biz adı çəkilən kəndləri almışdıq. Mən sevincimi 
xalqımla  bölüşmək  üçün  Az.  Tv-nin  “Günün  ekranı” 
xəbərlər  proqramına  çıxdım.  Verilişin  aparıcısı  Qərənfil 
Xəlilova  idi.  Müsahibə  alan  isə  Telli  Pənahqızı  idi.  Ancaq 
mənim  sevincim  çox  sürmədi.  Xankəndində  bir  neçə  günə 
bayraq  sancacağımızın  həvəsini  tez  söndürdülər.  Nəinki 
kəndlər, hətta Ağdam şəhəri də işğal olundu. Ağdam əldən 
gedəndə  mən  hələ  Şellidə  idim.  Yaralılarımızla  birlikdə 
gəlib Qarqar çayına yetişəndə istədik ki, bir az dincələk. Bir 
andaca  bizi  sol  tərəfdən  elə  gülləbarana  tutdular  ki, 
neyləyəcəyimizi  bilmədik.  Ağdam  alınmamışdan  az  əvvəl 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
55 
 
komandirim  Qələndar  İsmayılov  ağır  yaralandı.  İsmayılov 
özü  də  Ağdamlı  idi  və  onunla  bərabər  qardaşı  da 
döyüşürdü.  Bir  neçə  yaralını  meyitlərlə  bərabər  Ağdam 
Hospitalına gətirdim. Qələndarın yaralanmağından istifadə 
edən  3-cü  rota  komandiri  Çingiz  adlı,  ləqəbi  “Soltanbəy 
”olan  birisi  rotaya  soxularaq  uşaqları  (döyüşçüləri)  təhqir 
etmişdi.  Mən  onun  hərəkətlərinə  müdaxilə  edəndə  özü  ilə 
gələn  bir  neçə  zabitə  dedi  ki,  bu  qadın  Xalq  Cəbhəsinin 
üzvüdür,  bunu  burdan  qovmaq  lazımdır.  Rotada  olan  93 
döyüşçü  mənim  getməyimə  qəti  etiraz  bildirərək  Çingizi 
qərargahdan  qovdular.  Çingiz  qərargah  rəisinin  müavini 
Rəhmana  bildirdi  ki,  elə  həmin  gün  mənim  əmrimi 
hazırlasın. Həmin  adam  ona görə qərəzli  mövqe tutmuşdu 
ki,  Qələndarın  rəhbərlik  etdiyi  2-  ci  rotada  heç  vaxt 
döyüşçünü  yaralı  vəziyyətdə,  meyitləri  də  döyüş  yerində 
qoyub  qaçmırdılar.  Bu  Qələndara  böyük  nüfuz 
qazandırmışdı.  Çingizdə  isə  paxıllıq  və  qısqanclıq  hissi 
yaratmışdı.  .  .  Nə  isə.  .  .  Mən  əmri  gözləməyib  Bakıya 
qayıtdım.  Bakıda  vaxtı  ilə  mənimlə  bir  yerdə  meydan 
hərəkatında  iştirak  etmış  Əfqanıstan  müharibəsi  veteranı 
olan  bir  neçə  dostumla  görüşdüm.  Onlar  bildirdilər  ki, 
batalyon  yaratmaq  istəyirlər.  Murovda  döyüşlərdə  iştirak 
etməyə qərar vermişdilər. Mənə təklif etdilər ki, onlarla bir 
tibb  işçisi  kimi  cəbhəyə  gedim.  Mən  razı  oldum. 
Batalyonumuz Neftçalanın Bankə qəsəbəsində bir neçə gün 
təlim  keçəndən  sonra  bizi  Şəmkirə  yolladılar.  1994-cü  ilin 
fevralının  19-dan  24-nə  qədər  Murov  əməliyyatında 
yaxından  iştirak  etdim.  Həmin  döyüşlərdə  mənim  ayağımı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə