~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   12   13   14   15   16   17   18   19   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
64 
 
səngiyəndə  şokoladı  yeyəcəkdik.  Həmin  gün  döyüşdə 
itirdik  biz  onu.  Heç  kim  onun  gətirdiyi  şokoladı  yeyə 
bilmədi. Elə qutunu da ordaca qoyduq. Danışdıqca çox ağır 
gəlir  mənə.  Yenidən  həmin  anları  yaşayıram.  Amma  buna 
baxmayaraq, müharibə olarsa, yenə də gedərəm. Bir an da 
olsun qalmaram burda. Çünki o torpaqlar bizi səsləyir.  
Bu  gün  səhhətində  problemler  yaşasa  da,  Rüxsarə 
xanımı  yalnız  itirilmiş  torpaqlarımızın  taleyi  düşündürür. 
Deyir,  biz  o  zaman  sakitlik  taparıq  ki,  işğal  altında  qalmış 
müqəddəs  torpaqlarımız  geri  qaytarılsın.  Biz  o  yerlərə 
yenidən  gedək.  Bütün  ağrılarımı  da  o  zaman  unudacam. 
Qeyd  edək  ki,  Rüxsarə  xanım  hazırda  səhhətindən  bərk 
əziyyət  çəkir.  Deyir,  əməliyyat  olunmalıyam,  lakin  maddi 
imkanımın  aşağı  olması  səbəbindən  əməliyyatım  qalıb. 
İmkanı olanlardan Kapital Bankda adına açılan hesaba pul 
köçürmələrini  xahiş  edir.  Biz  də  öz  növbəmizdə  vətən-
pərvər  Azərbaycan  xanımına  can  sağlamlığı  arzulayırıq.  
Ümid  edirik  ki,  onun  bu  səsinə  cavab  verənlər  olacaq. 
Uşaqlıqdan  əlil  olsa  da,  müqəddəs  torpaqların  müda-
fiəsində  irəli  atıldı.  O  yerlərin  səsinə,  harayına  tələsdi.  Bir 
gün  də  olsun,  isti  ocağında  rahat  nəfəs  ala  bilmədi.  Od 
içində  olan  Qarabağımızın  müdafiəsində  can  qoyan  oğul-
larımızın  köməyinə  çatdı.  Əminik  ki,  bu  gün  onun  da 
köməyinə çatanlar olacaq.  
 
HƏRBİ AND qəzeti № 19 (427) 12 may 2012-ci il  
Müəllif 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
65 
 
 
 
 
 
 
 
20 YANVAR HADİSƏLƏRİ 
XALQIMIZIN QAN  
YADDAŞINA ÇEVRİLİB
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
66 
 
VÜQAR VAQİFOĞLU 
 
 BU DƏHŞƏTLİ FACİƏDƏN 21 İL ÖTÜR  
 
xı heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi vətən 
hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu 
atalar, analar, balalar özünü dost kimi, qardaş kimi qələmə 
verən  rus ordusunun əlində qətlə yetirilsin. Onların günahı 
nə  idi?  Vətəni  sevmək,  onun  namusunu  çəkmək,  hansı 
qanunda, hansı cinayət məcəlləsində, hansı ölkədə və hansı 
dövrdə günah sayılmışdır ki, günahsız qətili də günah saya. 
Yalın əllə tankların qarşısına çıxanları qoyaq bir tərəfə, bəs 
isti  ocağında  əyləşib  güllə  səsinə  eşiyə  çıxan  insanların 
qanına qəltan olunmaları, yaralıların yardımına gələn təcili 
yardım  maşınların  tankların  altında  əzilməsi,  sakit 
insanların  öz  maşınları  ilə  yol  gedərkən  öz  maşınlarında 
qanına  qəltan  olanların  günahları  nə  idi?  Bu  faktları 
düşündükcə əlimdə qələm titrəyir sözlər boğazımda tıxanıb 
qalır,  həmin  anları  yenidən  yaşayanda  göz  yaşları  məni 
boğur.  O  gecə  xalqımız  qan  ağlayırdı,  hamı  istəyirdi  ki, 
yaralanan,  əzilən  insanları  hansısa  bir  yolla  xəstəxanaya 
yetirsinlər. Torpağın üzü qana boyanmışdı. Qışqırtı, zarıltı, 
inilti  səsləri  hər  bir  insanın  qəlbini  sökürdü.  Kişilərlə 
qadınlar  da  özlərini  meydana  atıb  əzilən  insanları  xilas 
etmək  istəyirdi.  O  xilas  edənlərin  biri  də  ayaqlarından 
qəzalı  olan  Rüsxarə  Cumayeva  idi.  Rüxsarə  xanımın 
qorxmazlığı,  mərdliyi  haqqında  kitablarda,  yüzlərlə 



~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
67 
 
mətbuat səhifələrində yazılar getmişdir.  
-  Rüsxarə  xanım  20  Yanvar  faciəsini  necə  xatırla-
yırsınız? 
- Xatırlamaq nədi o qanlı hadisə bir dəqiqə də yadımdan 
çıxmır. 20 Yanvar faciəsi günü 1990-cı ilin 19-20-sinə keçən 
gecə  Xalq  Cəbhəsinin  nəzdində  Müdafiə  Komitəsi 
yaradılmışdı, mən orada telefonlara cavab verirdim. Bu an 
telefonlar  kəsildi,  mən  telefon  dalınca  rabitə  qovşağının 
rəisi  Oruc  müəllimlə  elə  qapı  ağzında  görüşdüm  və  məlu-
mat  verdim.  Oruc  müəllim  mənə  dedi:  -  “Sən  qayıt  posta, 
mən  telefonları  bərpa  edəcəyəm”.  Mən  rabitədən  qayı-
danda  üç  avtobus  saqqallı  hərbiçilərlə  dolu  maşınlar 
Dijerzinski  klubuna  daxil  oldular.  Bu  məlumatı  həmin 
dəqiqə  Xalq  Cəbhəsinin  idarə  heyətinə  məlumat  verdim. 
Sonra bu örtülü yerdə telefonlara cavab verə bilməyəcəyimi 
bildirib,  döyüş  meydanına  atılmağı,  yaralılara  kömək 
eləməyi vacib bildim.  
 -  Rüxsarə  xanım,  20  Yanvar  faciəsinin  ildönümündə 
mərasim keçirirsinizmi? 
 -  Mərasimdən  əlavə  biz  Şəhidlər  Xiyabanını  ziyarət 
edirik, şəhidlərin məzarı üstünə qərənfillər düzürük. Keçən 
il  20  Yanvar  faciəsi  ilə  bağlı  Milli  İstiqlal  muzeyinə  dəvət 
aldım.  Orda  çox  çıxışlardan  sonra  mənə  də  söz  verildi. 
Çıxışımın  sonunda  qeyd  etdim  ki,  1990-cı  ilin  19-20-sinə 
keçən  gecə  biz  köhnə  Çapayev  indiki  Təbriz  küçəsindən 
Səttarxan  zavodunun  yaxınlığından  gül  düzməyə  başladıq. 
Bu  zaman  uzaqdan  bir  kamaz  maşını  sürətlə  gəlib  gülləri 
əzdi keçdi. Hönkürtü ilə ağladım. Elə bildim şəhidlərin ruhu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə