~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   12   13   14   15   16   17   18   19   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
76 
 
-Mən  “Meydan  hərəkat”ı,  20  Yanvar  faciəsini 
görmüşəm.  20  Yanvar  hadisəsindən  sonra  mən  hospitalda 
tibb  bacısı  kimi  könüllü  işləyirdim.  Amma  1991-ci  ilin 
sonlarında,  günlərin  bir  günü  Şuşadan  yaralılar  gəlməyə 
başladı.  O  yaralıların  içərisində  olan  Elçin  adlı  yeniyetmə 
bir oğlanın qolunun kəsilməsi əməliyyatı gedirdi. Mən də o 
oğlanın  qolunun  kəsilməsi  əməliyyatında  tibb  bacısı  kimi 
köməklik göstərdim. O oğlanın qolu bir anlıq tavana dəyib 
yerə  düşdü.  Bu  hadisəni  görəndən  sonra  elə  bil  ki,  mənim 
ürəyimdən  bir  parça  ət  qopdu.  Onda  hiss  etdim  ki,  mən 
artıq  döyüşə  yararlıyam.  Elçinin  ayılanda  “hanı  mənim 
qolum?” sözlərini deməsi məni o qədər sarsıtdı ki, bundan 
sonra  döyüş  bölgəsinə  getməyi  özümə  borc  bildim.  Hətta 
hospitalın mərhum rəisi Vaqif İbrahimova müraciət edəndə 
o dedi ki, mən burada lazımam. Lakin mən çox israr etdim 
ki, getməliyəm və getdim də.  
-İlk  dəfə  hansı  rayonda  gedən  döyüşlərdə  iştirak 
etmisiniz? 
-Mənim ilk yolum oldu Daşaltı. “Daşaltı əməliyyatı”nda 
mən  Nəbilərdə  iştirak  etmişəm.  Yaralıların  yarasını 
sarımışam,  şəhid  olanları  çıxarmışıq.  Qayıdıb  gəlmişəm 
Bakı  hospitalına.  Burada  da  bir  müddət  işləyəndən  sonra 
gördüm ki, yox, əsgərlərmizin qolları və ayaqları gələn kimi 
amputasiya  olunur.  Özlüyümdə  dəfələrlə  fikirləşdim  ki, 
necə  etmək  olar  bu  uşaqların  qolu  və  ayaqları  kəsilməsin, 
yerində  müalicə  olunsun.  Yəni  hospitala  çatana  qədər 
toxumalar ölüb məhv olmasın. O minvalla mən 1992-ci ilin 
aprelində  yenidən  qayıtdım  Ağdama.  Mən  birbaşa  ilk 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
77 
 
çağırışçılar  taborunda  fəaliyyət  göstərməyə  başladım. 
Sonradan  məni  verdilər  5-ci  tabor,  2-ci  bölüyə.  Bu, 
rəhmətlik  Şirin  Mirzəyevin  yaratdığı  ilk  tabor  idi.  Orada 
tibb  bacısı  kimi  çalışırdım.  Bütün  gedən  döyüşlərdə  necə 
lazımdırsa,  birbaşa  ilk  tibbi  yardımı  göstərib,  iynəsini 
vurub  yola  salmışam.  Taborda  olmayan  dava-dərman 
məndə var idi. Çünki artıq o qədər özümü doğrultmuşdum 
ki, inanıb o dərmanları mənə vermişdilər.  
-Bəs  Ağdamdan  başqa  hansı  rayonlardakı  döyüşlərdə 
olmusunuz? 
-Əfqanıstandan  gələn  döyüşçü  oğullarımız  var  idi. 
Mamed müəllim Murova hücum etməkdən ötrü döyüşçüləri 
yığırdı.  Həmin  ərəfədə  mənim  döyüş  yoldaşlarımdan  bir 
neçəsi  yaralanıb  qayıtmışdılar.  Onlar  özləri  mənimlə 
təsadüfən  görüşərkən  dedilər  ki,  bir  tibb  bacısına 
ehtiyacları  var.  Dedim  ki,  özüm  gedə  bilərəm.  Amma 
sənədlərim hamısı qalmışdı Ağdamda. Beləcə, 1994-cü ilin 
fevralında  Rauf  Rəcəbovun  briqadası  ilə  biz  Murova 
qalxdıq.  Fevralın  9-dan  19-a  qədər  bizim  “Murov  əməliy-
yatı” olub. Ümumi olaraq Ağdam, Ağdərə və Kəlbəcərin ən 
ağır döyüşlərində iştirak etmişəm.  
-Sizin əlil kimi müharibədə belə ön cəbhədə olmağınıza 
necə icazə verilirdi? 
-Buna  görə  mənim  Ağdamda  mübahisələrim  olurdu. 
Mən  deyirdim  ki,  ön  cəbhədə  olmalıyam.  Orada  isə  deyir-
dilər  ki,  kazarmada  qalmalıyam.  Onun  üstündə  dəfələrlə 
bizim  mübahisəmiz  düşmüşdü.  Deyirdim  ki,  ilk  yardımı 
göstərə bilərəmsə, niyə görə kazarmada qalmalıyam? Cəsur 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
78 
 
oğullarımızın yanında ona görə qalmaq istəyirdim ki, yaralı 
ikən onlar qan itirib ölməsinlər.  
Orada elə faciələrlə rastlaşırdıq ki, bundan sonra gəlib 
kazarmada  rahat  qalmaq  olmurdu.  1992-ci  ildə  mən 
Ağdamda  olanda  erməni  əsirliyində  olan  qızlarımız  rabitə 
vasitəsilə  bizə  yalvarırdılar.  Deyirdilər  ki,  “Qrad”ı  elə  ataq 
ki,  tikələri  də  qalmasın,  yoxsa  vaxt  gələcək  ermənilərdən 
törəyəcək uşaqları azərbaycanlılara güllə atacaqlar. Onların 
başına  gətirilən  zülmləri  ermənilər  rabitə  ilə  bizə  çatdı-
rırdılar. Biz o səsləri eşidirdik. Onların qışqırtıları, bağırtı-
ları  mənim  hələ  də  qulağımdan  getmir.  Ermənilər  tələb 
edirdilər  ki,  Azərbaycan  qızları  onlardan  övlad  dünyaya 
gətirsinlər.  Faciəyə  baxın  ki,  həmin  qızlarımızın  dünyaya 
gətirdikləri  uşaqların  indi  bu  dəqiqə  Ermənistanda  19 
yaşları  var  və  həmin  uşaqlar  hazırlaşır  ki,  Azərbaycana 
hücum etsinlər. Halbuki, Azərbaycan qızı erməni əsirliyində 
qalmasaydı, bu böyük faciəyə gəlib çıxmazdıq.  
-Müharibədə  xilas  etdiyiniz  yaralılardan  indi  sizi 
axtaran varmı? 
 -Aradan  17  il  keçməsinə  baxmayaraq,  döyüşdən 
çıxartdığım  yaralılar  son  illər  məni  daha  çox  axtarıb, 
tapırlar. O cümlədən Mehmanə döyüşlərinin birində 86 ya-
ralı sarıyıb, yola salmışdım. Onlardan bir neçə nəfəri axta-
rıb tapdılar məni. Onlar ilk tibbi yardımı göstərən adamı bu 
gün axtarıb tapırlarsa, demək yaşamağa dəyər. Çünki onlar 
bilir ki, qanın iyi nədir. Hazırda komandirimlə, digər döyüş 
yoldaşlarımla əlaqə saxlayırıq. Keçirdiyim günlərə peşman 
deyiləm. Çünki Allahın yazdığı hər yaxşı və pis günə qurban 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
79 
 
olum. Mən heç vaxt fikirləşməmişəm ki, Qarabağ əlili olum. 
Mən  Qarabağ  veteranıyam.  Düzdü,  müharibədə  də  qəlpə 
yarası almışam, amma mən döyüşə gedəndə əlil idim. Mən-
dən  sonra  kimlərsə  əlil  olacaq  idisə,  mənə  qədər  bilə 
bilməzdilər ki, əlillik nə olan şeydir.  
 
PARİTET (İctimai-siyasi qəzet)  
№128 (1710) 3-5 dekabr 2011-ci il.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə