~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   12   13   14   15   16   17   18   19   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
68 
 
təhqir olundu. Bu hadisə iclas salonunda Məmməd Aslanın 
“Ağla,  qərənfil,  ağla”  şeiri  deyilən  zaman  yadıma  düşdü. 
İclas  sona  yetdikdən  sonra  muzeyi  gəzməyə  başladıq, 
həmin  an  Qadın  Veteranlar  Birliyinin  sədri  İradə  xanım 
Abbas  dedi  ki:  “Ay  qara  qız,  gəl  burada  şəklinə  bax,  şəklə 
baxdım, bu o şəkil idi ki, 20 Yanvar faciəsinin qanlı yadigarı 
idi.  Həmin  şəkili  çəkən  insan  1990-ci  ilin  20  Yanvar 
gecəsinin  qurbanı  olmuşdur.  O  həmin  şəkil  idi  ki,  həmin 
şəkildə olan yoldaşlar şəhid olmuşdur. Mən bu gün o şəklə 
görə  Milli  İstiqlal  muzeyinin  direktoruna  öz  təşəkkürümü 
bildirirəm  ki,  belə  bir  arxivi  qoruyub  saxlayıb.  Rüxsarə 
xanımla  20  Yanvar  faciəsi  vaxtı  gecə  meydana  atılıb 
yaralıları xəstəxanalara daşınmasında, hələ öz qanından da 
onlara  verilməsindən  onu  görən  insanlar  danışır.  Onun 
ayaqları  anadangəlmə  qəzalı  olmasına  baxmayaraq, 
Qarabağın  ən  qaynar  nöqtələrində  olmuşdur.  2-ci  əlilliyi 
Qarabağ  döyüşlərində  almışdır.  Rüxsarə  xanımın  əlindəki 
bir şəkil məni cəlb etdi.  
 - Rüsxarə xanım, bu şəkli nə vaxt çəkdirmisiniz? 
 -  20  Yanvar  faciəsi  vaxtı  haqsız  olaraq  döyüş  yoldaş-
larımı  həbs  etmişdilər.  Onlara  görə  aclıq  elan  etmişik. 
Həmin vaxt o şəkli çəkdirmişdim. Mənim heç vaxt gözümün 
qarşısından  getməyən  20  Yanvar  faciəsində  ətrafda  insan-
ların  qanı  ilə  gölməçələr  yaranmışdı.  Sayı  bilinməyən 
qərənfillər qandan seçilmirdi. O vaxtdan düşünürəm ki, bu 
qərənfillər şəhidlər üçün yaradılıb. Elə o vaxtı da toplanmış 
insanların  qarşısına  gedərək,  çalışırdıq  ki,  bu  insanları 
dağıdaq.  Gecə  saat  12-yə  qalmış  Azadlıq  prospektində 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
69 
 
uzaqdan  tankların  səsi  gəlirdi,  yaralılar  bir-birinə 
qarışmışdılar.  Gücümüz  daxilində  əsas  yaralıları  Semaşko 
xəstəxanasına daşıyırdıq. Bu mənzərəyə baxmaq dəhşət idi. 
Atalar, analar övladlarını axtarır, övladlar isə valideynlərini. 
20 Yanvar hadisələrindən bitib-tükənməyən sözlər çoxdur. 
Bəli,  bu  gün  o  ağrılı  illərin  arxada  qalmağına  baxmayaraq, 
Rüsxarə  Bayraməli  qızı  Cumayevanın  xatirələri  tükən-
məzdir. Bizim Həcər qeyrətli Nigarımız var bu gün. Heç də 
kişilərdən  geri  qalmayan  hünərlər  göstərmişdir.  Bəzi 
qadınlarımız  isti  yataqda  yatanda  Rüsxarə  xanım  kimi 
mərd,  mətin,  qorxmaz  qadınlarımız  Qarabağın  ən  qaynar 
nöqtələrində  yerdən  qazılmış  akoplarda,  səhərə  qədər 
gözlərini  qırpmadan  vətənin  keşiyini  çəkmişlər.  Vətən, 
torpaq  uğrunda  belə  bir  mərd,  mətin  qızlarımız  hələ  də 
lazımi mükafatlara layiq görülməmişdir. Mən elə bilirəm ki, 
aidiyyatlı  orqanlar,  təşkilatlar  belə  mətin  qadınlarımızı 
yadına salıb layiqli mükafatını verəcəklər. Buna inanırıq! 
 
Müstəqil Respublika № 01 (118) 22 yanvar 2011-ci il 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
70 
 
NİCAT İNTİQAM 
 
QARABAĞ MÜHARİBƏSİNİN QARACA QIZI  
17 İLDİR VETERAN ADI ALA BİLMİR 
 
arabağ  müharibəsindən  söz  açılanda  həmişə 
yadıma  kəndimizin  ilk  şəhidi  Babək  İsmayılov 
düşür. Mən müharibəni Babəkin adı ilə tanımışam. Babəkin 
müharibədə  şəhid  olması  xəbəri  valideynlərinə  çatdırılan 
an  indiki  kimi  yadımdadır.  Onda  mənim  9  yaşım  vardı  və 
küçəmizin  uşaq  ları  ilə  birgə  Babəkgilin  həyətində 
gizlənqaç  oynayırdıq.  Qəfilhəyətdə  ağ  rəngli  avtomobil 
dayandı  və  içindən  rəngi  qapqara  qaralmış,  həyəcanlı 
vəziyyətdə  bir  polis  əməkdaşı  düşdü.  Polis  əməkdaşı 
Babəkin  anası  Lena  xalanı  yanına  çağırıb,  dedi:  “Oğlunuz 
BabəkQarabağda şəhid olub. Allah rəhmət eləsin”.  
Lena ana elə bil həmin an quruyub yerində qaldı. Hətta 
polis  əməkdaşı  dinməz-söyləməz  maşına  minib  tələm-
tələsik  oradan  uzaqlaşandan  uzun  müddət  sonra  da  Lena 
xala dinib-danışa bilmədi. . .  
Aradan illər ötdü. Açığı həmin dövrdə mən elə bilirdim 
ki,  Qarabağa  –  müharibəyə  ancaq  Babək  kimi  qəhrəman 
oğullar gedirlər. Amma sən demə, vəziyyət başqa imiş, yəni 
Qarabağ müharibəsinə təkcə kişilər yox, qadınlar, qızlar da 
yollanıblarmış. Həmin qəhrəman, cəbhəyə könüllü yollanan 
ana-bacılarımızdan  biri  də  Rüxsarə  Cumayevadır.  Zaqatala 
rayonunun  Bəhmədli  kəndində  anadan  olub  Rüxsarə 



~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
71 
 
xanım. İkinci qrup əlildir. Ancaq o müharibədə yox, çox-çox 
əvvəl əlil olub. Dediyinə görə, əlilliyi üçün 35 manat təqaüd 
alır.  Veteran  adı  alması  üçün  indiyədək  çox  yerlərə  müra-
ciət edib, amma nəticə müsbət olmayıb.  
“Orta  məktəbi  bitirəndən  sonra  indiki  Azərbaycan 
Dövlət  Neft  Akademiyasına  qəbul  olundum.  Universitetdə 
qiyabi  oxuyurdum,  2  nömrəli  Taxıl  Kombinatında  işləyir-
dim.  Həmin illər meydan hərəkatı dövrünə düşdüyü üçün 
orada fəal iştirak edirdim. Lakin buna görə məni həm işdən, 
həm  də  universitetdən  qovdular.  “20  yanvar”  faciəsini  də 
yaxşı  xatırlayıram.  Yaralıların  tibb  mətəqələrinə  çatdırıl-
masında iştirak etmişəm. Həmin hadisələrdən sonra “Papa-
nin”də  yerləşən  hospitalda  (indiki  Mərkəzi  Hərbi  Klinik 
Hospital-red. ) işlədim. Hospitalın rəisi Vaqif İbrahimov idi. 
Cərrahiyyə  şöbəsində  Ümidvar  adlı  doktorla  birgə  çalı-
şırdım.  
Şıxov  batalyonu  təşkil  edilməyə  başlayan  vaxtlarda 
döyüşə  getmək  qərarına  gəldim.  Ancaq  o  vaxtlar  razı 
olmadılar  ki,  əlil  qız  uşağının  müharibədə  nə  işi  var.  Buna 
baxmayaraq,  bir  neçə  günlük  də  olsa,  cəbhəyə  getdim  və 
Şuşa  ətrafında  döyüş  bölgələrində  oldum.  Lakin  qısa 
müddətdən  sonra  belə  məsləhət  bilindi  ki,  məni  geri 
göndərsinlər.  Yenidən  Bakıya  qayıdıb  hospitalda  işimə 
davam etdim. “Bəzən əmrsiz də döyüşlərə qatılırdım”. 
Rüxsarə  xanım  1992-ci  ilin  mart-aprel  aylarında 
yenidən döyüşlərdə iştirak etmək üçün Ağdama yola düşüb 
və  orada  N  saylı   hərbi  hissədə    tibb  bacısı  vəzifəsində 
xidmətə  başlayıb.  “Əlil  olmağıma  baxmayaraq  tibb  bacısı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə