~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
41 
 
 
 
 
 
 
RUXSARƏ CUMAYEYA  
HAQQINDA YAZILAN 
MƏQALƏLƏR 
  
 
 
 
 
 
 
 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
42 
 
German 
 
TUTU 
 
u  qarayanız,  ruhən  döyüşkən  qızın  əsil  adı 
Rüxsarədir.  Amma  üzdən  “Qaraca  qız”  filmindəki 
Tutuya oxşadığından çox adam ona Tutu deyir. Onu ilk dəfə 
komandiri Şirin Mirzəyev (ölümündən sonra Azərbaycanın 
Milli  Qəhrəmanı)  belə  çağırıb.  Elə  həmin  gündən  də 
Rüxsarə döyüşçü dostları üçün Tutu olub.  
Cumayeva Rüxsarə Bayraməli qızı 1968-ci ildə Zaqatala 
rayonunda  anadan  olub.  Uşaqlıqdan  cəld,  çevik,  qorxmaz 
olan  Rüxsarə  oğlanlarla  oynayar,  yeri  gələndə  onlarla 
dalaşmaqdan  çəkinməzmiş.  Döyüşkən  ruhda  böyüyən 
Rüxsarə  orta  məktəbi  bitirdikdən  sonra  təhsilini  artırmaq 
üçün  paytaxta  yollanır.  Ali  məktəbə  daxil  olsa  da  təhsilini 
başa vura bilmir.  
Ermənilərin  torpaq  iddiaları  ilə  başlayan  Qarabağ 
münaqişəsi  get-gedə  kəskinləşdikcə  Azəbaycanda  da  Milli 
azadlıq hərəkatı formalaşmağa başladı. Bu hərəkat maraqlı 
siyasi  qüvvələr  tərəfindən  idarə  olunsa  da  vətənpərvər 
insanlar  ardı-arası  kəsilmədən  vətənin  müdafiəçilərinə 
qoşulmaqda  davam  etdilər.  1988-ci  ilin  noyabr  ayının  17-
də  Bakının  Lenin  (indiki  Azadlıq)  meydanında  başlayan 
mitinq  dalğası  isə  bu  hərəkatın  ümumxalq  işinə 
çevrilməsinə  təkan  verdi.  On  yeddi  gün  davam  edən 
meydan hərəkatı Şuşada ermənilərin Topxana meşəsindəki 
B


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
43 
 
ağacları  kəsərək,  yerində  zavod  tikmək  təşəbbüsündən 
sonra  başlamışdı.  Mitinqdə  danışılanlara  qulaq  asanda 
adama  elə  gəlirdi  ki,  bir  haya  sayı  az  qala  milyona  çatan 
mitinq  iştirakçıları  yürüş  edib,  nəinki  Dağlıq  Qarabağ 
Muxtar  vilayətini,  hətta  Ermənistanı  da  ermənilərdən 
təmizləyər.  Amma  bu  belə  olmadı.  Gözəgörünməyən  bir 
qüvvə  çox  az  bir  zamanda  Vətənin  müdafiəsinə  qalxan 
vətənpərvər  insanları  müxtəlif  partiyalara  cəlb  edərək 
hakimiyyət  davasına  yönəltdi.  Nəysə...  Bunlar  hələ  sonra 
olacaqdı.  Hələlik  isə  meydanda  erməni  həyasızlığına  qarşı 
mitinqlər  davam  etməkdəydi  və  Rüxsarə  də  etirazçıların 
arasında  idi.  Burda  eşitdikləri  onu  hiddətləndirib 
ermənilərə qarşı nifrətini artırdı.  
İyirmi yaşlı Rüxsarə başa düşür ki, ermənilər məsələni 
çox kəskin qoyublar. Amma heç ağlına da gətirə bilmirdi ki, 
dünyanın  bu  vaxtında  müharibə  olacaq,  cənnət  misallı 
Qarabağ  atəşlərə  qalanacaq.  Və  o,  özü  də  bu  müharibənin 
iştirakçısıolacaq.  Meydan  hərəkatından  sonra  Qarabağ 
hadisələri ilə yaxından maraqlanmağa başlayan Rüxsarə bu 
işlərlə  bağlı  eşidib-bildiyi  bütün  tədbir  və  mitinqlərdə 
iştirak  edirdi.  Sonra  Bakıdakı  hərbi  xəstəxanalardan 
birində  tibb  bacısı  kimi  işləməyə  başladı  ki,  yaralı 
əsgərlərimizin  qulluğunda  dayansın.  Ancaqgünlərin  bir 
günü bir qolunu itirmiş döyüşçümüzü görəndə qəti qərara 
aldı  kı,  döyüş  bölgəsinə  yollansın  və  yaralı  əsgərlərə  elə 
döyüş  meydanında  ilk  tibbi  yardım  göstərsin.  Çünki 
eşitmişdi ki, döyüş vaxtı yarası ağır olmayan əsgərlər belə 
ilk tibbi yardım göstərilmədiyindən qanaxmadan da ölürlər.  


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
44 
 
.  .  .  Və  bir-iki  günlük  götür-qoydan  sonra  Rüxsarə 
Ağdama yollandı. Soraqlaşıb Şirin Mirzəyevi tapdı və onun 
batalyonuna  yazılmaq  istəyində  olduğunu  bildirdi. 
Təcrübəli  komandir  onu  bu  fikirindən  daşındırmaq  istəsə 
də  Rüxsarə  dediyindən  dönmədi.  Komandir  onunəzmini, 
iradəsini  görüb,  yazılı  əmrlə  onu  tibb  xidməti  rotasına 
qəbul  etdi.  Elə  ilk  gündən  cəsurluğu,  çevikliyi  və 
qorxmazlığı ilə fərqlənən Rüxsarə döyüşçülərin sevimlisinə 
çevrildi.  Döyüş  vaxtı  çalışırdı  ki,  döyüşçülərə  yaxın 
məsafədə  olsun  ki,  yaralananlara  özünü  vaxtında  çatdıra 
bilsin. Hətta bir dəfə yaralı döyüşçünü döyüş meydanından 
çıxararkən “Qrad” tipli raket iri bir ağacı dibindən qoparıb 
onların  üstünə  aşıranda  Rüxsarə  qaçıb  canını  qutara 
bilərdi,  lakin  o,  bunu  etmədi.  Əksinə,  öz  bədəni  ilə  yaralı 
döyüşçünü  ağacın  altında  qalmaqdan  qorudu.  Özü  isə 
onurğa  sütunundan  ağır  zədə  aldı.  Bakıda  bir  müddət 
müalicə  aldıqdan  sonra  1994-cü  illin  əvvəlindəƏfqanıstan 
döyüşçüləri  ilə  birlikdə  yenidən  Qarabağa  yollandı  və 
Daşaltı əməliyyatında iştirak etdi.  
II  qrup  Qarabağ  əlili  olan  Rüxsarə  Cumayeva  Bakıda 
yaşayır. Rəqsanə adlı gözəl-göyçək bir qızı var.  
P.  S.  Rüxsarə  Cumayeva  haqqında  olan  bu  kiçik  yazını 
yaxın  vaxtlarda  çap  olunacaq  növbəti  kitaba  daxil  etmək 
üçün yazmışdım. Ancaq Rüxsarənin bugünkü durumu məni 
bu  yazını  qəzet  səhifələrinə  çıxarmağa  vadar  etdi. 
Müharibədə  aldığı  zədə  artıq  Rüxsarənin  ayaqlarının 
fəaliyyətini  tamamilə  əlindən  alıb.  O,  yerdə  sürünür.  Bəli, 
bəli  sürünür.  Hətta  iməkləməyə  belə  gücü  çatmır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə