~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   2   3   4   5   6   7   8   9   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
23 
 
qurtaracaq  döyüşçü  yoldaşlarımızı?  Bir  düşün,  sakitləş, 
mən də sənin keçirdiyin acını, itkini duyuram, yanıram!Bu 
sözümdən  sonra  gənc  döyüşçü  silahı  yerə  atıb,  dostunun 
qan içində olan bədənini qucaqladı, elə hönkürtü ilə ağladı 
ki, ürəyimin içi göynədi, gözümün yaşı sel kimi axdı.  
Çiyin-çiyinə  bir  səngərdə  döyşdüyü  döyüş  yoldaşlarını 
ürək  ağrısı  ilə  xatırlayan  Rüxsarə  xanım  deyir  ki,  o  qədər 
unudulmayacaq  acı  anlar  yaşamışam  bu  müharibədə.  Bir 
dəfə əsgərlərdən biri icazə alıb, nişanlanmaq üçün evlərinə 
getmişdi.  Bu  məzuniyyətdə  onu  nişanlamışdılar  sevdiyi 
qızla.  O  geri-  hərbi  hissəyə  gələn  zaman  nişan  şirinliyi 
gətirmişdi. Həmin ərəfədə Fərrux dağı ətrafında ağır döyüş-
lər gedirdi. Gözləyirdik ki, atışma səngisin, bir az sonra bizə 
gələn şirinliyi yeyəcəkdik. Elə həmin günü o döyüşdə itirdik 
onu.  Heç  kim  o  şirinliyi  yeyə  bilmədi,  boğazlarımız  kilid-
lənmişdi.  Çox  stress  keçirdik.  Gəncin  nişanlısı  bu  qara  xə-
bəri necə qarşılayacaqdı, necə dözəcəkdi?! Dəhşətdir, ağır-
dır. . . Bunları yaşadıq. Amma “Vətən sağ olsun” dedik, ruh-
dan düşmədik. Hər döyüşçü yoldaşımızı itirdikcə qisas his-
simiz  daha  da  çox  güclənirdi.  Bunu  silahdaşlarımın  işğalçı 
düşmən  ordusu  ilə  öz  torpaqlarımızda  üzbəüz  döyüşündə 
hiss  edirdim.  İnadkar  idilər,  “Öləcəyik,  amma  torpaqları-
mızı verməyəcəyik, şəhidlərimizin qanı yerdə qalmayacaq” 
fikirləri, amalı ilə düşmənə qarşı vuruşurdular.  
Rüxsarə  əsil  vətənpərvər,  mərd  Azərbaycanlı  qızıdır. 
Nigarlar,  Həcərlər  yetirən  Azərbaycanın  igid  qızıdır.  Aşa-
ğıdakı sözləri kim oxusa onun haqqında eyni qənaətə gələr: 
“O  vaxt  mən  çiynimdəki  avtomatdan  başqa  üstümdə  bir 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
24 
 
patron  da  gizlətmişdim,  əsir  düşsəydim  özümü  məhv 
edəcəkdim”- deyir Rüxsarə xanım.  
Rüxsarə xanım bir xatirə anınında yazılara köçürülmə-
sini vurğuladı. Azərbaycanın xalq artisti Sara Qədimovanın 
Ağdamın  Gülablı  kəndində  döyüşçülərlə  görüşündən  də 
istədi ki, öz xatirəsini danışsın.  
Sara  xanım  döyüşçülərə  ərzaq  və  geyim  gətirmişdi, 
döyüşçülərə  ana  qayğısı  ilə  yanaşırdı,  gözlərində  ağrını-
acını hiss etmək olurdu. O, çox təmkinlə 1941-1945-ci illər 
müharibəsindən fraqmentlər və xatirələrini danışdı. Döyüş 
gedən bölgədə konsert proqramı ilə çıxış etmək özü də bir 
qəhrəmanlıqdır.  Bütün  döyüşçülərı  gəlişi  və  konsert  proq-
ramı ilə ruhlandırmışdı. Onun sözləri o qədər nifuzedici idi 
ki, döyüşən oğullarımız ölümün gözünə dik baxaraq savaşa 
girirdilər.  
Cəbhədə  Milli  Qəhrəmanımız  Şirin  Mirzəyevin  ilk 
görüşdə ona Tutu ləqəbi verdiyini söyləyən Rüxsarə xanım 
bunu  onun  “Qaraca  qız”  filiminin  baş  qəhrəmanı,  qaraca 
qıza-Tutuya  bənzəməsi  ilə  bağlı  olduğunu  dedi.  Bəzi 
əsgərlər  mənim  əsil  adımı  belə  bilmirdilər.  Hamı  Tutu  de-
yirdi. Amma mən onları inandıra bilmirdim ki, mən həmin 
qız  deyiləm.  Əsgərlər  elə  bilirdilər  ki,  mən  bilərəkdən 
boynuma almıram.  
Bir neçə vaxtdan sonra mən döyüş bölgəsində mənimlə 
bərabər  meydan  hərəkatında  iştirak  etmiş  Əfqanıstan 
müharibəsi  veteranlarından yaradılmış  batalyonda  da tibb 
bacısı  kimi  işləmək  təklifi  aldım.  Bu  batalyon  Neftçala 
rayonunun  Bankə  qəsəbəsində  bir  neçə  gün  təlim  keçdik-


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
25 
 
dən sonra Şəmkirə yollanır. 1994-cü il fevralın 9-dan 19-na 
qədər Murov əməliyyatında yaxından iştirak etdim. Həmin 
döyüşlərdə  mənim  ayağımı  güclü  don  vurmuşdu.  Bu 
ərəfələrdə  içərisi  döyüşçülərlə  dolu  bir  iri  maşın  Murova 
qalxan  zaman  qar  uçqununun  altında  qaldı.  Ayağımın  don 
vurmasına  baxmayaraq  qarın  altında  qalan  döyüşçüləri 
çıxarmaqda  davam  etdim.  Əllərimlə  qarı  didərək  gücüm 
çatan qədər döyüşçüləri qar uçqununun altından çıxardım. 
Çox çətin vəziyyət idi həmin an. Bir tərəfdən də ermənilər 
başladılar atmağa. . . Don vurmuş əsgərləri çıxarıb Gəncəyə 
çatdırdım.  Onları  hospitala,  3  saylı  xəstəxanaya,  uşaq 
xəstəxanasına yerləşdirdim. Arif və Şirxan komandir idilər. 
Onlar yaralanmışdılar. . .  
1992-ci ildə Ağdərə rayonunun Canyataq kəndində ağır 
döyüşlər gedirdi. Biz batalyonun yerləşdiyi ərazidə döyüşə 
hazır  vəziyyətdə  idik.  Əmr  gözləyirdik.  Bu  ərazidə  2  su 
maşını  və  1  yanacaq  maşını  var  idi.  Ətrafa,  yerləşdiyimiz 
əraziyə  diqqət  etmək  çox  vacib  idi.  Aydın  məsələ  idi  ki, 
ermənilər  tərəfindən  kəşfiyyatın  izi  ola  bilərdi  və  bu  da 
acınacaqlı  itkiyə  səbəb  ola  bilərdi,  oldu  da!Mən  ətrafa 
diqqət  etdim,  ağaclara  bağlanmış  qumbaraları  gördüm  və 
bu  an  batalyon  komandiri  Ədalət  Zeynalovun  sürücüsü 
Rəsul  bir  göz  qırpımında  maşına  tərəf  keçmək  istədi  və 
istəmədən toxundu ağacın budağına. Və mən Rəsula demək 
istədim ki, “Rəsul, getmə!” bu anda partlayış baş verdi. Çox 
ağır itki oldu. Rəsul və onunla bərabər 11 döyüşçü həyatını 
itirdi.  Mən  sağ  ayağımdan  yaralandım.  Bədənimdə  o 
partlayışın qəlpəsini gəzdirirəm! 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
26 
 
Rüxsarə  xanım  deyir:  “Döyüş  zamanı  mənə  ən  böyük 
sarsıntı  o  olurdu  ki,  yarasını  sarıya  bilmədiyim  döyüşçü 
yoldaşlarım  ölürdü.  Tibbi  köməklik  göstərdiklərim  isə  bu 
günkü günə qədər həyatdadırlar. Belə dəhşətli mənzərədən 
sonra  çox  əzab  çəkirdim.  Amma  Vətən  üçün  canını  verən, 
belə  igid  oğullar  ilə  bərabər  ön  cəbhədə  olduğum  üçün 
qürurlanırdım.  Yeddixırman  kəndi  istiqamətində  ağır  dö-
yüş zamanı Habil, Zaman, Həmzə və digər cəsur döyüşçülə-
rin  ağır  yarasını  sarısam  da  həyatlarını  itirdilər.  Və  bu 
mənə çox ağır gəlirdi. . . ”. Mən sizdən bir xahiş etmək istər-
dim,  mümkünsə  Qarabağımız  uğrunda  döyüşdə  şəhid  olan 
cəsur  qadınlarımız  haqqında  da  burda  balaca  da  olsa  yazı 
verəsəniz,  həm  onların  ruhu  sevinər,  həm  də  mən  sevi-
nərəm.  
-Nəsirova  Məlahət  (1953-1992)  Ağdərədə  şəhid  olub. 
Məlahəti meydan hərəkatından tanıyıram. 1990-cı il xalqı-
mıza  qarşı  Sovet  imperiyasının  mürtəce  siyasəti  nəticə-
sində Azərbaycanda törətdiyi qanlı 20 yanvar hadisələrində 
də  o,  böyük  cəsurluq  göstərmişdi.  Ağdərə  istiqamətində 
gedən  döyüşlərdə  həlak  oldu.  Bir  həftə  şəhid  qızımızın 
cəsədi erməni tərəfində qaldı. Onu da qeyd edim ki, Tomris 
qeyrətli  bu  qadın  3  körpə  uşağını  evdə  qoyub,  Vətənin 
müdafiəsi  uğrunda  döyüşlərə  qatılmışdı.  Məkanı  cənnət 
olsun şəhid bacımızın. Məlahət belə deyirdi: “Vətən mənim 
üçün övladdan da əzizdir, çox doğmadır”.  
-Sədaqət  Rəcəbova  (1972-1993)  Milli  Orduya  yazılıb, 
Ağdərə,  Füzuli,  Ağdam  rayonlarındakı  cəbhə  xəttlərində 
tibb  bacısı  kimi  xidmət  göstərib.  Raket  mərmisindən  dün-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə