~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   2   3   4   5   6   7   8   9   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
20 
 
əlilliyin  nə  olduğunu  mən  çox  yaxşı  bilirdim.  Özüm  də  əlil 
idim  axı!.  .  Həmin  vaxt  həkimə  dedim  ki,  o  ayılanda  ilk 
olaraq, qolunu soruşacaq. Mən anamı, bacımı və sevdiyimi 
hansı  qolla  qucaqlayaram?  -deyə  soruşacaq!  O  zaman  biz 
ona nə deyəcəyik? Elə də oldu, ayılan kimi soruşdu. Cavab 
isə sükut oldu. . . Amma nə etmək olar? Mənfur, üzdəniraq 
qonşuların  işğalçı  təcavüzü  nəticəsində  torpaqlarımızın 
azadlığı uğrunda mübarizədə gənclərimizin əlil olması real 
faktdır.  Bu  ürəkağrıdıcı,  sarsıdıcı  mənzərəni  görəndən 
sonra  mən  özümə  söz  verdim  ki,  Ağdama  getməliyəm. 
Ağdama  getmək  istəyimlə,  hospitalın  rəisinə  müraciət 
etdim. Səbəbini soruşduqda dedim ki, mən özüm əliləm və 
bunun nə olduğunu hər kəsdən çox yaxşı bilirəm. Ona görə 
getmək  istəyirəm  ki,  yaralılarımıza  yerindəcə  köməklik 
edim ki, əl-ayaqlarını itirməsinlər.  
Bu  qərarı  verdikdən  sonra  Rüxsarə  xanım  döyüş 
bölgəsinə  -  Ağdama  yola  düşür.  Milli  ordumuzun  ilk 
batalyonuna-Şirin  Mirzəyevin  yaratdığı  836-cı  batalyona 
gəlir. Ən ağır döyüşlərdə iştirak edir. Rüxsarə xanım deyir: 
“Gəldiyim  gün  səhərə  yaxın  Qazançı  kəndinə  (Ağdərə) 
hücum oldu. Ağdamın Qiyaslı kəndinin uşaqları bu döyüşdə 
ağır yaralanmışdılar, Bakıdan apardığım ilkin tibbi yardım 
çantası  ilə  onlara  kömək  etdim.  Qazançı  əməliyyatı  da  çox 
uğursuz oldu. Orada 18 uşağın taleyi hələ də məlum deyil. 
Bundan  sonra  Xaçınstroya  gəldim.  Həmin  gecə  erməni 
mənfurları  bizi  raketlərlə  atəşə  tutdular.  Hamı  çölə  çıx-
mışdı, mən isə otaqda qaldım. Şirin Mirzəyevin səsi indi də 
qulağımdadır:  “O  qara  qız  hanı?  Onu  çağırın”  -deyə 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
21 
 
möhkəm qışqırdı. Bölmə komandirlərindən biri, Allahverdi 
müəllim qəlpə yarası almışdı, ona təcili yardım etmək lazım 
idi.  Ardı-arası  kəsilməyən  atəşin  altında  ona  yardım 
göstərdim.  Vətən  mənim  üçün  həyatımdan  da  əzizdir.  Əlil 
olaraq  mən  Vətənimin  müdafiəsində  ürəyimlə,  canımla 
iştirak edirdim. 1992- ci ilin iyun ayını xatırlayıram-dedi və 
gözlərinin  yaşını  saxlaya  bilmədi.  Sakitləşdikdən  sonra 
fikrini  tamamladı:  “Ağdamda,  Ağdərədə  Mehmanədə, 
Canyataqda,  Gülyataqda,  Dranbonda,  Sərsəngdə,  Abdalda, 
Gülablıda,  Qazançıda,  Qalayçılarda,  Umudluda,  Şellidə, 
Tərnöyütdə,  Şahbulaqda  gedən  döyüşlər  gözümün  önündə 
canlandıqca,  igid  oğlanlarımızın  Vətən,  torpaq  uğrunda 
necə rəşadətlə vuruşduqları anları xatırlayıram. Döyüşlərin 
birində  bir  gün  ərzində  96  yaralını,  4  həyatını  itirən 
döyüşçünü  döyüş  gedən  sahədən  tək  başıma  çıxartdım. 
Amma  indi  də  mənə  çox  müəmmalıdır  ki,  bir  döyüşçü 
(Baloğlan  adlı)  necə  itkin  düşdü!  Fərrux  dağı  ətrafında  da 
106 yaralını döyüş gedən sahədən çıxarmışam”.  
Rüxsarə xanım söhbətinə ara verib, həyəcan dolu ağrılı 
söhbətinə  yenidən  başladı-Yeddi  Xırmanda  yerləşən  bizim 
postumuzda  olmuşam  və  döyüşlərdə  iştirak  etmişəm.  Bu 
postda  yeddi  uşaq  var  idi.  İlqar  adlı  oğlanın  alnını 
minamyotun qəlpəsi sıyırdı. Ona ilk yardım göstərdim. İlqar 
çox  həyəcanlı  idi,  əsirdi,  su  verdim  ona,  içdi  və  içəndən 
sonra  soruşdum:  “İlqar,  qardaşım,  qorxursanmı?”–  “Yox, 
qorxuram  ki,  biz  yaralanarıq,  əlimiz  sənə  çatmaz,  diricə 
apararlar səni, bax ondan qorxuram”- dedi.  
Bundan  sonra  Ağdam-Ağdərə  istiqamətində  Canyataq, 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
22 
 
Gülyataq,  Mehmanə,  Drambon,  Sərsəngdə  ağır  döyüşlərdə 
iştirak  edib.  Ən  ağır  döyüşlər  Mehmanə,  Ağdərə,  Fərrux 
dağı  ətrafında  oldu.  Yaralıların  sayı  bilinmirdi.  Rüxsarə 
xanım  döyüş  yoldaşlarının  mərdliyindən,  qəhrəmanlığın-
dan fəxarətlə danışır. Rüxsarə xanım deyir ki, döyüşçülərdə 
böyük  ruh  yüksəkliyi  vardı.  Onlar  bilirdilər  ki,  ölümün  bir 
addımlığındadırlar,  amma  heç  çəkinmirdilər,  qorxmurdu-
lar, döyüşə üzügülər gedirdilər, çünki torpaqlarımızın azad-
lığı uğrunda vuruşa gedirdilər. Döyüşə gedəndə “Qələbə ilə 
qayıdaq!”  deyib  maşına  minirdilər.  O  uşaqları  hər  dəfə 
döyüşdə itirdikcə elə bil mən də onlarla bərabər ölürdüm, 
yasa  batırdım.  Vətən  sağ  olsun  deyib,  düşünürdüm  ki, 
inşallah  torpaqlarımız  işğaldan  azad  olar,  şəhid  olanların 
ruhları  şad  olar.  Əlbəttə  ki,  o  günləri  xatırlamaq  Rüxsarə 
üçün  çox  çətindir.  Buna  baxmayaraq,  o,  boğazına  tıxanıb, 
onu  boğan  qəhəri  udaraq  söhbətinə  davam  edir.  Yadda-
şımda çox üzücü xatirələrim var. Habil adlı bir oğlan var idi, 
döyüş  zamanı  həmişə  öndə  gedirdi.  Fərrux  dağı  ətrafında 
gedən  döyüşlərin  birində  öldü.  Alnından  vurmuşdular. 
Onun ölümü bizi çox sarsıtmışdı. Həmin döyüşlərin birində 
Şağanovun  briqadasını  qradla  atəşə  tutduqları  zaman 
kütləvi  şəkildə  əsgərlərimizi  itirdik.  Bir  oğlanı  ermənilər 
vurmuşdu.  Dostu  avtomatı  üzümə  tuşlayıb  dedi:  Dostumu 
həyata  qaytarmasan,  səni  də  vuracağam!  Bir  anlıq  çaşdım. 
Gözləmədiyim  bu  hadisədən.  Amma  özümü  ələ  aldım  və 
dedim:  Qardaşım,  məni  öldürsən  ölülərdən  biri  olaram, 
amma sən eyni zamanda yaralıları da öldürmüş olacaqsan. 
Onların  yaralarını  sarıyıb,  ölümün  pəncəsindən  kim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə