Tədqiqat işinin məqsədi:
Bu tədqiqat işində əsas məqsədimiz simsiz
şəbəkələrin araşdırılıb daha optimal olan şəbəkənin seçilməsi və əsas fundamental
bilikləri öyrənməkdir.
Tədqiqatın predmeti:
Tədqiqat işinin predmeti simsiz şəbəkə
texnologiyalarının inkişaf perspektivləri və cəmiyyətin gələcək həyatındakı rolunu
çatdırmaqdan ibarətdir.
Tədqiqatın metodoloji bazası:
Tədqiqat işində bir sıra informasiya
texnologiyası şirkətlərində adı çəkilən texnologiyaların tətbiqini əsaslandıran faktlar
mühüm amil kimi qəbul edilmiş və iş bu sahədə məşhur tədqiqatçıların
araşdırmalarının əsasında tamamlanmışdır.
Tədqiqatın mənbəyi:
Tədqiqatın obyektinin öyrənilməsi məqsədilə çoxsaylı
xarici mənbələrə müraciət edilmiş və xüsusi texniki ədəbiyyat araşdırılmışdır.
Elmi yenilik:
Tədqiqat işində simsiz şəbəkə texnologiyası bütün
aspektlərdən tədqiq olumuş, bu texnologiyanın gündəlik istifadədə rolu nəzərə
alınmaqla onun imkanları naqilli şəbəkə texnologiyalarının müasir alternativi kimi
qiymətləndirilmiş və onun tətbiqi zamanı həyata keçiriləcək təhlükəsizlik
tədbirlərinin öyrənilməsi və izahına səy göstərilmişdir.
İşin praktiki əhəmiyyəti:
Tədqiqat mövzusu müasir informasiya-
kommunikasiya texnologiyalarının ən mütəhərrik tərkib hissəsi olan böyük tətbiqi
əhəmiyyətə malik simsiz şəbəkə texnologiyasının geniş istifadə imkanları,
səmərəliliyi və perspektivliliyi, həmçinin optimal tətbiq xüsusiyyətləri barədə
tamamlanmış tədqiqat işi kimi nəzəri cəlb edir.
İşin strukturu və həcmi:
Tədqiqat işi girişdən, üç fəsildən, nəticə və
təkliflərdən, həmçinin 29 şəkildən və 19 cədvəldən ibarətdir. İşin sonunda istifadə
olunan yerli və xarici tədqiqatçıların müəllifi olduğu ədəbiyyat siyahısı verilmişdir.
7
Dissertasiya işinin girişində mövzunun aktuallığı əsaslandırılmış və simsiz
texnologiyaların cəmiyyətdə və məişətdə tətbiqi və üstünlükləri qeyd olunmuşdur.
Dissertasiya işinin üç paraqrafdan ibarət
birinci fəslində
simsiz şəbəkə
topologıyaları və cihazları haqqında ümumi məlumat verilmiş, müxtəlif topologiyalı
şəbəkələrdə qarşıya çıxan texniki problemlərin səbəbləri izah edilmiş, simsiz
şəbəkələrin təhlükəsizlik göstəricilərinin xüsusiyyətləri öyrənilmiş və bu
texnologiyaların qurulmasına qoyulan tələblər dəyərləndirilmişdir.
İşin ikinci fəsli 3 paraqrafdan ibarətdir. Bu fəsildə simsiz lokal şəbəkələrin
planlaşdırılması və layihələndirilməsi məsələləri, təhlükəsizlik təhdidləri və
problemləri tədqiq edilmiş və fəslin sonuncu paraqrafında isə yaranan problemlərin
həll yolları qeyd olunmuşdur.
Dissertasiyan işinin
üçüncü fəsli
2 paraqrafdan ibarət olmaqla simsiz
texnologiyaların məhsudladarlığının təhlilinə həsr olunmuşdur. Birinci paraqrafda
AdHoc texnologiyasının tətbiqi, üstünlüyü və mənfi xüsusiyyətləri, ikinci
paraqrafda MIMO texnologiyasının növləri və üstün cəhəti, üçüncü paraqrafda isə
MIMO texnologiyasının məhdudiyyət amilləri qeyd olunmuşdur.
|