“ SİMSİZ ŞƏBƏKƏLƏRDƏ MƏhsuldarliğin yüKSƏLDİLMƏSİ Üsullarinin təDQİQİ



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix11.03.2023
ölçüsü1,56 Mb.
#102309
1   2   3   4   5   6   7   8   9   ...   47
A-azad-Teymur

Tədqiqat işinin məqsədi:
Bu tədqiqat işində əsas məqsədimiz simsiz 
şəbəkələrin araşdırılıb daha optimal olan şəbəkənin seçilməsi və əsas fundamental 
bilikləri öyrənməkdir. 
Tədqiqatın predmeti:
Tədqiqat işinin predmeti simsiz şəbəkə 
texnologiyalarının inkişaf perspektivləri və cəmiyyətin gələcək həyatındakı rolunu 
çatdırmaqdan ibarətdir. 
Tədqiqatın metodoloji bazası:
Tədqiqat işində bir sıra informasiya 
texnologiyası şirkətlərində adı çəkilən texnologiyaların tətbiqini əsaslandıran faktlar 
mühüm amil kimi qəbul edilmiş və iş bu sahədə məşhur tədqiqatçıların 
araşdırmalarının əsasında tamamlanmışdır. 
Tədqiqatın mənbəyi:
Tədqiqatın obyektinin öyrənilməsi məqsədilə çoxsaylı 
xarici mənbələrə müraciət edilmiş və xüsusi texniki ədəbiyyat araşdırılmışdır. 
Elmi yenilik:
Tədqiqat işində simsiz şəbəkə texnologiyası bütün 
aspektlərdən tədqiq olumuş, bu texnologiyanın gündəlik istifadədə rolu nəzərə 
alınmaqla onun imkanları naqilli şəbəkə texnologiyalarının müasir alternativi kimi 
qiymətləndirilmiş və onun tətbiqi zamanı həyata keçiriləcək təhlükəsizlik 
tədbirlərinin öyrənilməsi və izahına səy göstərilmişdir. 
İşin praktiki əhəmiyyəti: 
Tədqiqat mövzusu müasir informasiya-
kommunikasiya texnologiyalarının ən mütəhərrik tərkib hissəsi olan böyük tətbiqi 
əhəmiyyətə malik simsiz şəbəkə texnologiyasının geniş istifadə imkanları,
səmərəliliyi və perspektivliliyi, həmçinin optimal tətbiq xüsusiyyətləri barədə 
tamamlanmış tədqiqat işi kimi nəzəri cəlb edir.
İşin strukturu və həcmi:
Tədqiqat işi girişdən, üç fəsildən, nəticə və 
təkliflərdən, həmçinin 29 şəkildən və 19 cədvəldən ibarətdir. İşin sonunda istifadə 
olunan yerli və xarici tədqiqatçıların müəllifi olduğu ədəbiyyat siyahısı verilmişdir. 



Dissertasiya işinin girişində mövzunun aktuallığı əsaslandırılmış və simsiz 
texnologiyaların cəmiyyətdə və məişətdə tətbiqi və üstünlükləri qeyd olunmuşdur.
Dissertasiya işinin üç paraqrafdan ibarət 
birinci fəslində
simsiz şəbəkə 
topologıyaları və cihazları haqqında ümumi məlumat verilmiş, müxtəlif topologiyalı 
şəbəkələrdə qarşıya çıxan texniki problemlərin səbəbləri izah edilmiş, simsiz 
şəbəkələrin təhlükəsizlik göstəricilərinin xüsusiyyətləri öyrənilmiş və bu 
texnologiyaların qurulmasına qoyulan tələblər dəyərləndirilmişdir.
İşin ikinci fəsli 3 paraqrafdan ibarətdir. Bu fəsildə simsiz lokal şəbəkələrin 
planlaşdırılması və layihələndirilməsi məsələləri, təhlükəsizlik təhdidləri və 
problemləri tədqiq edilmiş və fəslin sonuncu paraqrafında isə yaranan problemlərin 
həll yolları qeyd olunmuşdur.
Dissertasiyan işinin
üçüncü fəsli
2 paraqrafdan ibarət olmaqla simsiz 
texnologiyaların məhsudladarlığının təhlilinə həsr olunmuşdur. Birinci paraqrafda 
AdHoc texnologiyasının tətbiqi, üstünlüyü və mənfi xüsusiyyətləri, ikinci 
paraqrafda MIMO texnologiyasının növləri və üstün cəhəti, üçüncü paraqrafda isə 
MIMO texnologiyasının məhdudiyyət amilləri qeyd olunmuşdur. 




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə