50
rilən qətiyyətli tədbirlə rdən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı oldu. Bu hərəkatda iştira k edən
qüvvələrin əsasını Azərbaycanın
Birinci piyada diviziyası və türk hərbi bölmələri təşkil edirdi. Hərəkata rəhbərlik
Cəmil
Cahid bəyə tapşırılmışdı. Qısa müddət ərzində Qa rabağda Azərbaycan hakimiyyəti bərqərar edild i, separatçı ermən i daşnak
qüvvələrinə ağır zərbə vuruldu.
Mudros barışığının (1918) şərtlərinə əsasən türk hərb i qüvvələri A zərbaycanı tərk etdikdən sonra ölkən in müda-
fiəsinin təşkilində yeni mə rhələ başlandı. Bu mə rhələdə bütün ağırlıq Azə rbaycan Hökumət inin üzə rinə düşdü. Türk hərb i
qüvvələri A zərbaycanı tərk edəndə ölkənin müdafiəsini ö z ü zərinə götürməyə qadir olan müstəqil milli ordu hə lə
formalaşmamışdı. Bir tərəfdən əsas diqqətin döyüşlərin aparılmasına yönəldilməsi, d igər tərəfdən də, milli ordu
quruculuğuna rəhbərlik edən bəzi türk zab itlərinin əsaslandırılmamış struktur eksperimentlərinə, xid mətin təşkilində və
çağırış-səfərbərlik işlərin in aparılmasında nöqsanlara yol vermələri A zərbaycan ordusu hissələrinin formalaş masını ləngitdi.
Bu və zifənin həllinə nail o lmadan ölkənin müdafiəsini də etibarlı şəkildə təşkil et mə k mü mkün deyildi. Ona görə də Nazirlə r
Şurası Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Hərbi nazir vəzifəsi ilk vaxtlar Höku mətin sədri Fətəli xan
Xoyskiyə həvalə olundu. Hərbi Nazirliyin təşkili və ordu quruculuğuna birbaşa rəhbərlik isə əvvəlcə nazir müavini, 1918 il
dekabrın 25-dən isə hərbi nazir təyin edilmiş Səməd bəy Mehmandarova tapşırıldı.
Höku mətin və Hərbi Nazirliy in ölkən in müdafiəsin in təşkili və ordu quruculuğu istiqamətində ümu mdövlət mə-
nafelərini əks etdirən qarşılıqlı fəa liyyəti güclü hərbi qüvvələrin yaradılmasına yol açdı. Bu sahədə yeni siyasət for-
malaşdırıld ı və onun bütünlüklə həyata keçirilməsi təmin edildi. Qısa müddətdə Hərbi Nazirliy in aparatı fo rmalaşdırıldı.
Buraya Ümumi qərargah, Ləvazimat idarəsi, Topçu idarəsi, Hərbi-tibb idarəsi, Hərbi-baytar idarəsi, General-
kvartirmeyster şöbəsi və digər strukturlar daxil id i. Bundan başqa,
Hərbi Nazirliyin ştatı barədə qanun, Əxzi-əsgər (ça-ğırış)
təşkilatının yaradılması haqqında qanun, Hərbi və polk məhk əmələrinin yaradılması barədə qanun qəbul edildi. Kifayət
qədər hərbi biliyə və təcrübəyə malik zab itlər olan Əlağa Şıxlinsk i, Həbib bəy Səlimov, Murad Gə ray Tlexas, İbrahim ağa
Usubov, Hə mid bəy
Qaytabaşı, İbrahim ağa
Vək ilov, Süley man bəy
Əfəndiyev, Cavad bəy
Şıxlinsk i, Feyzulla M irzə
Qacar
və başqaları məsul vəzifə lərə təyin edildilər.
Azərbaycanda milli ordu yaradılması, b ir tərəfdən dövlət quruculuğunun mühüm tərkib hissəsi, digər tərəfdən də
konkret tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün atılan zəruri addım idi. Nazirlər Şurasının sədri
Fətəli xan Xoyski 1918 il dekabrın 26-da Azə rbaycan Parla mentində ç ıxış edərkən ordunun üzərinə düşən vəzifəni
51
belə səciyyələndirirdi: "Gə rək hər bir dövlət daima özünü müdafiə etmək iiçün qüvvə hazırlasın. Ona görə bizim
həm xarici düşmənlərimizə qarşı, bizim istiqlalımıza hücum edənlərə qarşı müdafiə edəcək bir qiivvəmiz olsun ". Hərb i
nazir Sə məd bəy Meh mandarov is ə Höku mətin ordu quruculuğu ilə bağlı müəyyənləşdirdiyi və zifələ ri belə açıq layırdı:
"...Azə rbaycan qoşunları heç bir təcavüzkar məqsəd güdmür. O yalnız dövlət sərhədinin miidafiəsi, dövlət daxilində
qanun və qaydanın qorunması, mümkün olacaq
anarxiyanın
aradan
qaldırılması,
bandaların
soyqunçu basqınlarına son qoyulması məqsədilə
yaradılmış və yaradılmaqdadır ".
Parla ment də ordunun forma laşdırılmasına,
ölkənin müdafiəsinin təşkili məsələlərinə ciddi d iqqət
yetirirdi. Ordu quruculuğu və müdafiə məsələlə rin in
mü zakirəsi zamanı Nazirlər Şurasının sədri və hərb i
nazir vaxtaşırı Parlamentə dəvət edilird i. Parlamentdə
hərbi məsələlər ü zrə xüsusi komissiya yaradılmışdı.
Ko missiyanın üzv ləri, hə mç inin digər millət vəkillə ri
müvafiq sənəd layihələrini hazırlayıb Parlamentin
mü zakirəsinə təqdim etməklə bərabər, hərb i hissələrə,
obyektlərə, gərgin döyüş bölgələrinə gedir, ü mu mordu
miqyaslı tədbirlərdə fəal iştirak edird ilər. Parlamentin
fəaliyyəti
dövründə
ordu
quruculuğu
və
ölkəmüdafiəsinin təşkili ilə bağlı 9 qanun qəbul
edilmiş, Azərbaycan-Gürcüstan hərbi-müdafiə sazişi
(1919) ratifikasiya olunmuş, Qarabağda və ölkənin
şimalında yaranmış təhlükəli vəziyyətlə bağlı
növbədənkənar mü zakirələr aparılmışdır.
Ordu quruculuğundakı uğurların əsas
səbəblərindən biri onun milli dəyərlərə söykənməsi idi.
Azərbaycan dili orduda