328
ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920 il fevralın 7-də Cənubi Qafqaz respublikaların ın müstəqilliyini
tanıdığını b ildirmişdi.
1920
ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma
qaçmış, ko mandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.
1921
Əd.
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920); Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001.
DENĠKĠN ORDUS U - bax Könüllü ordu.
"DENS TERFORS", D ə n s t e r f o r s - Birinc i dünya müharibəsi (1914-18) za man ı, 1918 ilin yanvarında
general-mayor Denstervilin (Dənstervil) başçılığı ilə Mesopotamiyada yaradılmış B.Britaniya xüsusi hərbi ekspedisiyası.
Rəsmən "Densterfors" adlanırdı. Denstervil missiyası B.Britaniya höku məti üçün olduqca əhəmiyyətli idi (ba x Böyük
Britaniyanın hərbi ekspedisiyası). "Densterfors"un əsas məqsədi alman-türk qoşunlarının Əfqanıstan və Hindistana doğru
hərəkətinə mane o lmaq idi. Bağdad-Ba kı-Bu xa ra istiqamət ində hərəkət et mə k ə mri a ldıqdan sonra, Denstervil 12 zabit, 40
əsgər və "Ford"markalı 41 avtomobildən, həmçinin bir zirehli maşından ibarət dəstəsi ilə 1918 il fevralın 11-də Həmədana,
16-da Qə zv inə, 18-də Ən zəliyə çatdı. Ən zəli bolşevik əhvali-ruhiyyəli rus hərbçilərinin ə lində olduğundan, Denstervil
fevralın 25-də ö z dəstəsi ilə Həmədana qayıtdı. Həmədan-Ənzəli yolu ilə yanaşı, Qafqaza Zəncan və Təbriz vasitəsilə də
çıxmağın mü mkünlüyü mü zakirə olundu. Beləliklə, Denstervil Həmədandan Bakıya yürüş üçün bir neçə istiqamətdə qızğ ın
fəaliyyətə başladı. 1918 ilin ya zınadək ingilislər Cənubi Azə rbaycanın bir sıra vilayətlərini tutdular və Xə zə rin cənub
sahillərində möhkə mləndilə r. Rus ordusunun İranda qalmış kaza k h is sələrinin ko mandiri podpolkovnik L.Biçera xovla
yaxınlaşan Denstervil 1918 il martın ortalarında onunla saziş imzaladı. İngilislər L.Biçeraxovun kazak dəstələrinə Xəzər
dənizinə nəzarət i tə min edəcək qüvvə kimi ba xırdı. Göstərəcəyi xid mət müqabilində Denstervildən böyük məb ləğdə pul
alan L.Biçeraxov öz dəstəsiylə Denstervilin hərbi qüvvələrinə qatıld ı və hazırlan mış plana uyğun olaraq, martın 28-də
Qəzv ini tutdu (bax Biçeraxov ordusu).
1918 il avqustun əvvəllərində B.Britaniya qoşunlarının Ba kıya da xil o lmas ı üçün əlverişli şərait yarandı. Avqustun
1-də daşnak və eser-menşevik tör-töküntülərindən qurulan oyuncaq "Sentrokaspi dik taturası" hökuməti Qafqaz İslam
Ordusu ilə mübarizədə Denstervildən yard ım istədi. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiy i 300 zabit və əsgərdən
ibarət ilk ingilis dəstəsi Ba kıya gəld i. Avqustun 9-17 arası üç batalyon, bir s əhra artilleriya batareyası və b ir neçə zireh li
maşından ibarət o lan ingilis hərbi qüvvələri də Bakıya daxil oldular.
Denstervilin Bakıdakı hərbçilərin in sayı 1000-ə qədər idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası)
otelində, ordunun digər xid mətlə ri isə "Metropol" (indiki Niza mi adına Azərbaycan Ədəbiyyatı Muzey inin binası) otelində
yerləşdirilmişdi. ―Sentrokaspi diktaturası‖ nın başçıla rı cəbhənin ingilislərə tabe etdirilməyəcəyin i, ya lnız on ların
nümayəndələrin in cəbhə qərargahına daxil ediləcəyin i bildirsələr də, əslində, ingilislərin gəlməsi ilə Bakının qorunmasın ın
təşkili onların nəzarət i a ltına keçd i. Cəbhə xəttinin ən vacib nöqtələrinə ingilis bölmələ ri yerləşdirildi. Müdafiə xətt inin sol
cinahı Şimali Stafford alayına tapşırıld ı. Bu alayın 100 nəfərlik b ir dəstəsi cəbhə xəttin in mərkəzində yerləşdirildi.
Denstervil yerli hərb i qüvvələrin hazırlıq səviyyəsindən, qeyri-peşəkar döyüş qabiliyyətindən narazı qald ı. İngilislərin bütün
müdafiə xəttin i qoru mağa imkan ı olmad ığı üçün cəbhənin ən vacib sahələrin in qorun masını öz ü zərlərinə götürmüşdülər.
Cəbhənin sol cinahından başqa Qurd qapısı yüks əkliy i də Şimali Stafford a layının nəza rəti a ltında id i. Bundan başqa bu
alayın kiçik b ir dəstəsi Palçıq Vu lkan ı yaxın lığ ına göndərilmişdi. Sonradan Bakıya gələn Vervik və Uorçester taborları
məh z bu istiqamətə göndərilərə k, oran ın müdafiəsi gücləndirilmişdi. Ön xətdəki qoşunlara rəhbərlik polkovnik Keyvorta,
bütün briqadaya rəhbərlik isə polkovnik Fav ielə həvalə olun muşdu. Avqustun sonu üçün döyüşlər, başlıca olaraq, Binəqədi
yüksəklikləri ətrafında cərəyan edird i. İngilis qüvvələri ilə "Sentrokaspi" hissələri Bakıya doğru sıxışdırıld ı. Şəhərin
müsəlman əhalisi türklərə xilaskar kimi baxırdı. Britaniya ko mandanlığı aclıq çəkən şəhərdə əsgərlərini ərzaqla belə təmin
edə bilmirdi. İngilislərin İrandan Bakıya hərbi sursat daşıması getdikcə çətinləşirdi. L.Biçera xovdan yardım a lmağa ça lışan
Denstervil avqustun 20-də Də rbəndə yola düşsə də, yerli bolşeviklər buna mane oldular. Avqustun 25-də Ən zəliyə gələn
Denstervil, avqustun 27-də oradan silah və sursatla Bakıya qayıtdı. Avqustun sonu üçün Bakını qoru mağın faydasız
olduğunu görən Denstervil geniş müşavirə keçirərək ordunu şəhərdən çıxarmaq qərarına gəldi. Qafqaz İslam Ordusunun qəti
hücumu ərəfəsində ingilislər gəmiləri səfər üçün hazırlay ırd ılar. Sentyabrın 14-də axşam şəhəri tərk etmək qərara alındı.
Xəstələr, yaralılar "Kursk" və "Abo" gəmilərində, silah, sursat və şəxsi heyətin əsas hissəsi isə "Prezident Kryuger"də
yerləşdirilmişdi. Bakıdan ç ıxa rılan ada mla rın sayı 1300 nəfərə çatırd ı. Onların 900 nəfə ri döyüşçü, 400 nəfəri isə a rxa
cəbhədə çalışanlar idi. Denstervilin gə misi Ba kını sonuncu tərk etdi. Sentyabrın 19-da Ənzə liyə çatdıqdan sonra
"Densterfors" rəsmən bura xıld ı, b ir qis mi is ə Şima li İran ordusu adlanan 14-cü d iviziyaya qatıldı. Şimali İran ordusuna
general U.To mson komandan təyin edilmişdi.
Əd.: A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Həsənov C, A zərbaycan beynəlxalq münasibətlər sistemində (1918-
1920-c i illər), B., 1993; Nəsib zadə N., A zərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Əh mədova F., Azə rbaycan Xa lq
Cü mhuriyyətinin siyasi tarixində Böyük Britaniyanın yeri, "Azərbaycan Xalq Cü mhuriyyəti tarixin in aktual problemləri"
beynəlxa lq e lmi sessiyasının materia lları, B., 5 may 2003; Денс тервиль, По хо д на Кавка з и Персию. Мемуары, Тифлис ,
1925; Юсифзаде С.З., Первая Азербайджанская Республика: история, события, факты англо – азербайджанских
отношений, Б., 1998.
DENSTERVĠL, D ə n s t e r v i l (?-?)- B.Britaniya hərbçisi, general-mayor. 1918 ilin yanvarında
Mesopotamiyada yaradılmış B. Britaniya xüsusi hərbi ekspedisiyasına