340
Əd.:
Azərbaycan Xalq Cümhuriyy əti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.2, B., 1998; Aдpec-календары
Aзepбaйджанской Pecnублики нa 1920 r., B., 1920; Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001.
ERMƏNĠ MĠLLĠ ġ URALARI - Rusiyada Fevral inqilab ından (1917) sonra ermən i siyasi təşkilatlarının təşəb-
büsü və maddi yardımı ilə Azərbaycanda yaradılan və fəaliyyət göstərən Şuralar: Bakı, Gəncə, Şuşa, Naxçıvan, Culfa,
Ordubad və digər şəhərlərdə, hə mç inin Zəngəzurda A zərbaycan əleyhinə fəa liyyət göstərirdilər. Bu məqsədlə terrorçu hərbi
dəstələr yaradılmışdı. Ermən i milli şuraları hə m də ermənilərə təsir göstərən və onları səfərbərliyə alan siyasi me xanizm
rolunu oynayırdılar.
Bakıdakı Şuranın sağ cinahı tərəfindən erməni burjuaziyasının vəsaiti hesabına həftədə iki dəfə ifrat millətçiliy i ilə
fərqlənən "Naşe vremya" qəzeti nəşr olunurdu. Qəzet türk-müsəlman əhaliyə qarşı böhtan, iftira yaymaq, tə xribat törətmə k,
daşnak cinayətlərinə bəraət qazandırmaqla məşğul olurdu.
1918 il mart soyqırımı ərəfəsində erməni Milli Şuraları və "Daşnaksutyun" partiyası Azərbaycanda yaşayan ermə-
nilər arasında türk-müsəlman əhaliyə qarşı nifrət təbliğatı aparır, ç irkin məqsədlərinə çat maq üçün bütün vasitələrdən:
adamları aldatmaq yolu ilə ələ almaqdan, hədə-qorxudan, fitnə-fəsaddan, məramı, qayəsi erməni xisləti ilə yoğrulan qəzet və
kitabçaların nəşrindən istifadə edirdilər.
Bakı Sovetinin milli tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi türk-müsəlman əhaliyə qarşı 1918 ilin mart soy-
qırımına siyasi hazırlıq o ldu. Həmin dəyişiklik S.Şau myanın və Bakıdakı erməni Milli Şurasının fəal dəstəyi ilə baş verdi.
Bu hadisəyə qiymət verən şahidlərdən biri xəbər verirdi ki, "Demə, bütün ermə nilər bolşevik imiş! Çox tezliklə məlum
oldu ki, Fəhlə, Əsgər və Matros Deputatları Soveti İcraiyyə Komitəsinin bütün heyəti (təqribən 90%-i) ermə nilərdən
ibarətdir". Eyn i za manda, erməni M illi Şu rası, Bakı Soveti və onlarla birləşən daşnaklar türk-müsəlman əhaliyə qarşı
soyqırımına ciddi hazırlaş mağa başladılar. A zərbaycan əleyhinə fəaliyyətin hərb i-siyasi mexan izmi aydın şəkil ald ı. Erməni
siyasi təşkilatla rın ın ha mısı mü mkün qədər ço x a zərbaycanlın ı məhv et mə k p lanını yekd illiklə müdafiə ed irdi. Ermən i Milli
Şuraları "sağ daşnaklar"ın fikrini ifadə edirdilər. "Sağ daşnaklar" isə Azərbaycanın bütün türk-müsəlman əhalisinin məhv
edilməsini və burada öz siyasi hakimiyyətlərinin qurulmasını zəruri sayırdılar. "Daşnaksutyun" partiyasının Mərkəzi Ko-
mitəsi, onun rayon bölmələri, erməni Milli Şura larının qərargahları hə min günlərdə partiya qəra rgahlarına deyil, hərbi
qərargahlara bənzəyirdi.
1918 il martın əvvəllərində erməni Milli Şurası ö zünün "Erməni döyüşçülərinə" adlı müraciətində zinvorları
(erməni terrorçu dəstələrinin yaraqlıları) "əsrlik düşmən lə" (yəni türk-müsəlman əhali ilə - red.) silah lı mübarizəyə hazır
olmağa çağırırd ı.
Erməni M illi Şurası s oyqırımının əvvəlində ö z bitərəfliyin i e lan etdi. Lakin və ziyyətin S.Şau myanın başçılıq etdiyi
Bakı Soveti silahlı qüvvələrinin xeyrinə dəyişdiyi məlu m o lduqda, öz hərbi hissələrini "İnqilabi Müdafiə Ko mitəsi"nin
sərəncamına verdi. Mart ın son günlərində Azərbaycanın on min lərlə türk-müsəlman əha lisi daşnak-bolşevik quldurla rı
tərəfindən məhv edildi, Ba kı ş əhərin in məhə llə ləri yerlə yeksan olundu. Azə rbaycanlılara qarşı soyqırımında " xey li pul
vəsaiti, ciddi hə rbi qüvvəsi" olan erməni M illi Şurası da mühü m ro l oynadı (ba x hə mçin in Mart soyqırımı (1918)).
Sonralar, A zərbaycan Xalq Cü mhuriyyəti dövründə erməni M illi Şurası a zə rbaycanlıla ra qarşı mart soyqırımını
saxtalaşdırılmış şəkildə təsvir etməyə cəhd göstərdi. Ermənilərin Bakıda A merika missiyasının başçısına müraciətində qeyd
edilird i ki, 1918 ilin martında Bakıda guya bolşevik qoşunları ilə Azərbaycan Milli Şurası arasında silahlı mübarizə
olmuşdur. Həm də xüsusi olaraq nəzərə çatdırılırdı ki, "ermənilərin... bu hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki
onlar (ermə nilər - red.) Bakı quberniyasında yalnız cüzi azlıq təşkil edirlər". Lakin bolşevik maskası altında Ba kın ın
azərbaycanlı əhalisin in ermən i-daşnaklar tərə findən məhv edilməsi fa ktı o qədər təkzibedilmə z idi ki, hətta erməni Milli
Şurasının sağ cinahının nəşr etdiyi "Naşe vremya" qəzeti də 1919 ildə bunları etiraf etməyə məcbur olmuşdu: "Keçən ilin
mart günlərində ayrı-ayrı şəxslər, yaxud dəstə-dəstə ermənilər... tərəfindən Bakı şəhərinin müsəlman əhalisinə
münasibətdə... yol verilmiş vəhşilikləri heç kim inkar etmir" (1919, 2 aprel).
Bakı şəhəri və rayonlarının İnqilab i Müdafiə Ko mitəsi erməni Milli Şu rasına təklif etmişdi ki, xüsusi ermən i milli
qoşun hissələrini ləğv edib, onları mövcud olan və yeni yaradılan "beynəlmiləl" sovet qoşunları ilə birləşdirsin. Bununla
erməni Milli Şurası hərbi hissələrin in mövcudluğuna son qoyulma lı, ermən i M illi Şurası da bura xılmalı id i. Lakin e rməni
"milli qoşun hissələrin in" ləğv edilməsi işi sona çatdırılmad ı. Onlar Bakı Sovetinin silahlı qüvvələri tərkibində də müstəqil
qalmaqda idilər.
1918 ilin may-iyun aylarında S.Şau myanın daşnak-bolşevik re jimin in Gəncəyə hərbi yürüş təşkili za man ı b ir
mə rkə zdən idarə o lunan ermən i Milli Şurala rı B.Britaniya generalı Denstervillə əlaqələ r yarat mış, eyni za manda, Qa fqaz
İslam Ordusunun ko mandanlığı ilə danışıq lar aparmaq üçün imkanlar axta rmışdılar. Salyandakı erməni Milli Şurası türk
qoşunları ilə birbaşa əlaqəyə girmişdi.
Zəngəzurdakı e rməni M illi Şurası 1918 ilin yanvarından bu diyarın idarəç iliy ini zorla ələ keçirmişdi. Dro, And-
ronik kimi qaniçənlər burada türk-müsəlman əhalisinin soyqırımına başçılıq edirdilər.
Qarabağdakı ermən i Milli Şurası birbaşa, açıq-aşkar A zərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərirdi. Ermə-
nistan hökuməti bu Milli Şuraya hər ay 400000 rubl vəsait göndərirdi. Beləliklə, həmin şura Azərbaycan ərazisində
Ermənistan hökumət inin d iktəsi ilə fəaliyyət göstərirdi. Qa rabağdakı e rmən i M illi Şurasının mövqeyini ingilislər belə
qiymət ləndirird ilə r: "ermə ni daşnakları sülhün bərqərar olmasını istəmirlər və rahatlığı pozan elementlər kimi həbs
olunmalı və Qarabağ ərazisindən çıxarılmalıdırlar". 1919 il martın 13-də Milli Şura və onun sədri Şahnazaryan öz
səlahiyyətlərini dayandırdığını elan ets ə də, azərbaycanlılara qarşı g izli fəa liyyətlərini davam etdirdilər.