332
"Açıq söz" qəzetinin 1917 il oktyabrın 13-də yazdığ ına görə, Azərbaycan siyasi partiyalarının Gəncə müşavirə-
sində "Nicat" və "Difa i" inqilabi part iyala rın ın nümayəndələri proqra mları uyğun gəldiyi üçün "Müsavat" partiyasına daxil
olmuşdular.
Əd:.
Seyidzadə D.B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 1998; Süleymanova S., Azərbaycanda
ictimai-siyasi hərəkat, B., 1999; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997; Ахмедов
А., Азербайджанские тюрки в революции 1905 r., B., 2002.
"DĠKAYA DĠVĠZĠYA" - Birinci dünya müharibəsi (1914-18) dövründə Qafqazın müsəlman əhalisindən təşkil
edilmiş süvari div iziya. Çar Rusiyasında müsəlman əhali, o cü mlədən Qa fqaz müsəlman ları kütləvi şəkildə hərb i xid mətə
cəlb olun murdular. La kin müharibənin gedişində cəbhənin möhkə mləndirilməsi üçün Qafqaz müs əlmanla rın ın süvari
qoşunda döyüşmək bacarıq larını nəzərə alaraq, onlardan ibarət yeni atlı div iziyanın yaradılması qərara alındı. 3-cü süvari
korpusun (Qərb cəbhəsi) tərkib ində olan "Dikaya diviziya" (diviziyanın adı həm şə xsi heyətin şücaəti, həm də onların
nizami döyüş hazırlığ ı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkib li alaydan - Dağ ıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen,
İnquş və Çərkəz alaylarından ibarət idi. Div iziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu
divizionu verilmişdi. " Dikaya div iziya"nın ko mandiri general D.P.Baqration idi.
Div iziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edird i.
"Dikaya div iziya"nın ümu mi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllü lük əsasında
yaradıldığ ına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi. On ların hər biri ayda 25 rubl məvacib alırdı.
Rusiyada çar hakimiyyəti devrildikdən və Müvəqqəti höku mət yaradıldıqdan sonra korpusun siyasiləşdirilməsinə cəhd
göstərilməsi, bir tərəfdən, bolşeviklərin, digər tərəfdən, Müvəqqəti hökumətin ondan öz siyasi maraqları üçün istifadə
etməyə çalışması bu hərbi quru mun dağılmasına gətirib çıxa rdı. Nəticədə 1917 ilin sonlarında "Qafqazın yerli əhalisindən
təşkil ed ilmiş atlı korpus" ləğv edildi.
"Dikaya div iziya"ın A zərbaycanla bağlayan onun tərkibindəki "Tatar süvari alayı" idi. Alay ın əsgərləri, əsasən,
Qarabağ və Gəncəbasar bölgələrindən toplanmışdı. Korpusun ləğvindən sonra alayın atlıları vətənə döndülər. Müsəlman
k orpusunun forma laşdırılmasına başlananda, tatar alayında xid mət etmiş süvarilərin böyük hissəsi könüllü şəkildə Gəncəyə
toplaşdılar. Həmin süvarilərin əsasında yenidən "Tatar süvari alayı" təşkil olundu və Müsəlman korpusunun süvari
briqadasının tərkibində müəyyən dəyişikliklərlə Cü mhuriyyətin süqutuna qədər öz mövcudluğunu saxladı.
Əd
.: Nəzirli Ş., Arxivlərin sirri açılır, B., 1999; Великая Октябрьская Социалистическая Революция. Энциклопедия . M.,
1987.
DĠNĠ ETĠQAD NAZĠRLĠYĠ, Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin Din i Etiqad Nazirliyi - A zərbaycan
Xalq Cü mhuriyyətinin din i etiqad məsələləri ilə məşğul olan icra hakimiyyəti orqanı. Milli ənənələrə qayıtmaq, əhalinin dini
ehtiyacların ı ödə mək məqsədilə yaradılmışdı. 1918 il iyunun 19-da Fətəli xan Xoyskin in Gəncədə təşkil etdiyi 2-ci Hö ku mət
kabinəsində Azərbaycan Cü mhuriyyəti Xalq Maarifi və Dini Et iqad Na zirliy i adı ilə fo rmalaşdırılmış və Nəsib bəy
Yusifbəyli nazir təsdiq olunmuşdu.
333
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti 1918 il sentyabrın 17-də Bakıya köçdükdən sonra oktyabrın 6-da Fətəli
xan Xoyskin in 2-c i Höku mət kabinəsində dəyişiklik aparılmış, himayədarlıq və dini etiqad nazirliyi yaradılmış, Musa bəy
Rəfiyev nazir təyin edilmişdi. 1918 il de kabrın 26-da Fətəli xan Xoyski 3-cü Hö ku mət kabinəsini təşkil edərkən
himayədarlıq nazirliyi müstəqil na zirlik kimi təsis olunmuş, dini etiqad məsələ ləri yenə də xa lq maarifi nazirliyinə həvalə
olunaraq, xa lq maarifi və d ini etiqad nazirliyi yarad ılmış, Nəsib bəy Yusifbəyli nazir təyin olun muşdu.
Nəsib bəy Yusifbəylin in 1919 il apre lin 14-də və de kabrın 22-də təşkil etdiyi 4-cü və 5-c i Höku mət kabi-nə lərində
də Xalq Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, na zir vəzifəsini 4-cü Höku mət kabinəsində Rəşid bəy Qaplanov, 5-
ci Höku mət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdilər.
Azərbaycan Xalq Cü mhuriyyətinin 1920 il üçün bura xılmış Ünvan-təqvimində başqa nazirliklə rin fəa liyyəti
haqqında məlu matlar verildiy i halda, dini etiqad nazirliyi barədə yalnız bunlar deyilmişdir: din i etiqad naziri (o, həm də xalq
maa rifi naziri id i) Hə mid bəy Şahta xtinski, na zirliy in kat iblə ri Rza Şahbazbəyov və Q.A.Çerqeştov, xüsusi tapşırıqlar
mə mu ru Yusif əfəndi Əfəndizadə və qeydiyyatçı Mah mud Mahmudovdur.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r.,B., 1920; Azərbaycan Demokratik Respublikası. Azərbaycan Hökuməti.
1918-1920, B., 1990.
DĠVANBƏYOĞLU, S ü b h a n v e r d i x a n o v Abdullabəy Vəli ağa oğlu (1.1.1883, Qazax qəzasının Hüseynbəyli
k.- 2.9.1936, Ba kı) - A zərbaycan yazıç ısı, maa rif xad imi, etnoqraf, folklorşünas. Müflisləşmiş bəy
ailəsində doğulmuşdur. Qori müəllimlər se minarıyasını bitirmiş, Bakı Dövlət Universiteti tarix
fakultəsinin Şərq şöbəsində təhsil almışdır. Bir müddət Acarıstanda, 1904 ildən isə Ba kıda
müəllimlik etmiş,"Nəşri-maarıf' və "Nicat" xeyriyyə cəmiyyətlərində yaxından fəaliyyət
göstərmişdir.
AzərbaycanXalq Cü mhuriyyəti dövründə daxili işlər nazirliyində tərcüməç i
işləmiş, qeyri-türk məmu rların yenidən hazırlan ması üçün dövlət tərəfindən təşkil edilmiş
kurslarda A zərbaycan dili fənnindən dərs demişdir.
Sovet hakimiyyəti illərində xa lq maarif ko missarlığında fəa liyyət göstərmiş, qəza larda
mə ktəblərin təşkilində iştira k etmiş, dərslik və sinifdənkənar oxu üçün ədəbiyyat hazırlayan şöbənin
üzvü olmuşdur. Ali Pedaqoji İnstitutda, Zaqafqaziya hərbi məktəbində müəllim, nü munəvi
pedaqoji texn iku mda müdir, A zərbaycan Dövlət Universitetində, Sənaye institutunda, Xalq təsərrüfatı institutunda assistent
və dosent vəzifələ rində çalış mışdır. Azə rbaycan Dövlət Arxivinin müd iri, A zərbaycan Elmi Tədqiqat İnstitutunun tarix
şöbəsinin elmi katibi olmuşdur. Tarix, etnoqrafiya, fo lklor və təbiətşünaslıq sahəsində elmi tədqiqat aparmış, "Elmi-
heyvanat" dərsliyini, "Müctəhid feodal Ağa Mir Fəttah", "Şəki xanla rın ın tarixi və onla rın nəsli", "Fo lklor materialla rın ın
təsnifi", "Türk sistemli kəndlə rdə totemizm", "İran və Os manlı məsələsi" əsərlərini ya zmış, beş cildlik Azə rbaycan tarixini
yazmaq üçün material toplamışdır.
Divanbəyoğlu bədii yaradıc ılığa 20 əsrin əvvəlində başlamış, "Əbdül və Şah zadə" (1902), "Canyanğısı" (1903),
"İlan" (1906), "Fəhlə" (1907), "Ərdoy dərəsi" (1920), "Cəng" (1911) və s. ro mantik povest və hekayələrin müəllifi kimi
məşhurlaşmışdır. Əsərlə ri möv zu aktuallığı və orijina llığı, təhkiyə üslubunun yeniliyi ilə seçilir.
Əsərləri:
Əbdül və Şahzadə, B., 1966; Can yanğısı, B., 1981.
Əd.:
Bəktaşi İ., Abdulla bəy Divanbəyoğlu, B., 1985.
"DOKUMENTI PO RUSSKOY POLĠTĠKE V ZA KAVKAZYE" ("R u s i y a n ı n Z a q a f q a z i y a s i y a-
s ə t i n ə dair s ə n ə d l ə r " ) - 1 9 əsrin sonları - 20 əsrin əvvəllə rində çar Rusiyasının Cənubi Qafqa z siyas ətinə dair
Azərbaycan Xa lq Cü mhuriyyəti dövründə nəşr olunmağa başlanmış s ənədlər toplusu. Azərbaycan Xa lq Cü mhuriyyəti
Höku məti çar Rusiyasının Cənubi Qafqaz siyasətinin öyrənilməsinə böyük əhəmiyyət verird i. Bu elmi-tarixi maraqla
bərabər, praktik cəhətdən də zəruri hesab olunurdu. Cənubi Qafqaz müsəlmanla rına münasibətdə Rusiyanın həyata keçirdyi
siyasətə dair materia lla rın toplanması və nəşri üçün xa ric i işlər naziri Mə mməd Yusif Cəfə rovun sərəncamı ilə xüsusi
ko missiya yaradılmışdı. Ko missiyaya Arslan Kriçinski (sədr), Məhəmməd Ağayev, Konstantin Sulkev iç və Əli Yusif (sonra
onu Hüseyn bəy Mirzəcamalov əvəz etmişdi) daxil idi. Xüsusi ko missiya Bakı ş əhəri və onun hüdudlarından kənarda olan
bir sıra arxivlərdə araşdırmalar aparmışdı. Arxiv lərdən toplan mış materialların ayrı-ayrı buraxılışlarda nəşri nəzərdə
tutulurdu. İlk buraxılış yaxın onilliklərdə Rusiya siyasətinin icmalını, sonrakı nəşrlər Cənubi Qafqazın Rusiya tərəfindən
işğalından sonrakı dövrü əhatə etməli id i. Keçmiş Qafqaz can işinliyinin d igər bölgələrinə dair materiallar da çap olun malı
idi. Nə zərdə tutulan materia lla rın yalnız birinci h iss əsi işıq üzü gördü. Sənədlər toplusunda çap olunan materiallar aşağıdakı
şəkildə q ruplaşdırılmışdı: 1) milli hərəkatla mübarizə; 2) din i tədbirlər; 3) maarif və mədəniyyətlə mübarizə; 4) millətlər-
arası münasibət; 5)immiqrasiya; 6) müstəmləkələşdirmə və iqtisadi siyasət; 7) əhalin in tərksilah ed ilməsi; 8) hərbi mü-
kəlləfiyyət və məcburi işlər; 9) inzibati polis qəyyumluğu.
Hər b ir hissədə sənədlər xronoloji ard ıcıllıq la verilmişdi. Ön sözdə göstərilirdi ki, hazırda Azərbaycanın müstəqil
həyat keçird iyi bir ş əra itdə, tarixin bütün gedişi ilə müha kimə o lunan köhnə qaydaları bərpa et məyə cəhd göstərən siyasi
qruplar tapılır.