272
Əd
.: Ağazadə Y., Teymur bəy Bayraməlibəyov və folklor, B., 2003; Таирзаде Н., Просветительская и научная деятельность
Теймурбека Байрамалибекова, Изв. АН А зерб. ССР (серия истории, философии и права), 1974, № 2.
BAYRAMƏLĠBƏYOVA-MƏLĠK-YEQANOVA Məryəm Tey murbəy qızı (22.1.1898, Lənkəran-02.12.1987,
Bakı) - maarif xadimi. İbtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına Bakıda, Hacı
Zeynalabdin Tağıyevin qız məktəbində almışdır (1906-11). Orta təhsilin i "Müqəddəs Nina" qızlar
mə ktəbində başa vurduqdan sonra, 1917 ildə 8-ci əlavə pedaqoji sinfi b itirmişdir. Moskvada tibb
institutuna daxil olan Bayra mə libəyovanın təhsil xərc lərini Ba kı milyonçu - xeyriyyəçisi Murtuza
Muxtarov ö z üzərinə götürmüşdü. Oktyabr çevrilişi (1917) nə-ticəsində vəziyyətin dəyişməsi ilə
əlaqədar vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır. Lən kəranda 50 uşağın təhsil
aldığı ilk müsəlman qız məktəbində dərs demiş, 1919 ilədək bu məktəbə rəhbərlik etmiş, dram və
xo r dərnəkləri təşkil et mişdi. Lənkəranda ilk qadın xeyriyyə cə miyyəti yarat mışdır.
1919 ilin yayında Azərbaycan Xalq Cü mhuriyyətinin cənub bölgəsində hərbi şəraitin
xeyli kəskinləş məsi, ağ-qvardiyaçı rus zabit lərinin hakimiyyəti ə lə keç irməsi ilə ə laqədar
Cü mhuriyyət Hö ku məti Parlament ü zvü Cavad bəy Məlik-Yeqanovu Lənkəranın general-qubernatoru təyin etmişdi.
Lənkə randa elan ed ilmiş hərb i və ziyyət şərait ində əsgərlərin qız g imna ziyasına müda xiləsi Bayra mə libəyovanın etira zına
səbəb olmuş və o, Cavad bəy Məlik-Yeqanova yazılı mü raciət et mişdi. Təsadüfi görüş onların gələcək a ilə həyatının
əsasını qoymuşdu.
Aprel işğalından (1920) sonra pedaqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova 1920-21 illərdə savadsızlığın
ləğv olunması üzrə ilk qadın kursları təşkil et miş, bütün qəzada yeganə qadın müəllim kimi siyasi maarif işində fəal
çalış mışdır. 1921 ildə ailəliklə Bakıya köçmüş, 1921-23 illərdə Azərbaycan nümunəvi - təcrübə məktəbində türk qrupunun
rəhbəri o lmuşdur. 1922 ildə həbs olunmuş, Bakıdan kənara çıxma maq barədə iltiza m verd ikdən sonra həbsdən azad
olunmuş, pedaqoji fəaliyyətini davam etdirmişdir.
Müəllimlərin I Ümu mittifaq qurultayının (Moskva, 1925), Bakıda keçirilmiş I Ümu mittifaq türkolo ji qurultayın
(1926) nü mayəndəsi olmuşdur. Nəriman Nərimanov adına sənaye texn iku munda, Azərbaycan Tibb İnstitutunda dərs
demişdir. " Yen i məktəb" jurnalın ın fəal əməkdaşlarından olmuş, "Şərq qadını", "Maarif işçisi" və s. mətbuat orqanlarında
pedaqoji mövzularda məqalələrlə çıxış etmişdir. Bayraməlibəyova bir sıra Azərbaycan ədiblərinin əsərlərin in rus dilinə
tərcüməsində də ya xından iştirak et mişdir. 1931 ildə A zərbaycan Mərkə zi İc raiyyə Ko mitəsi nəzdində Sovet quruculuğu və
Hüququ İnstitutunun məh kəmə işi şöbəsini əla qiy mətlərlə b itirmiş, "Azərbaycanda qadın əməyi" möv zusunda dissertasiya
üzərində işləmişdir.
"Əksinqilab i müsavat mövqeyində", antisovet fəaliyyətində suçlandırılan Bayraməlibəyova 1937 il o ktyabrın 15-
də həbs edilərə k, hə min il dekabrın 12-də, 5 il siyasi hüquqları alın maqla , 10 il müddətinə azadlıqdan məhru m olundu. Bu
za man Bay ra məlibəyovanm ə ri - Cavad bəy Mə lik-Yeqanov sürgündə idi. Uzaq Şima lda, Arxangelskdə həbsxana
şəraitində Bayraməlibəyovanın səhhəti pisləşmiş, gözləri tutulmuşdu. 1948 ildə həbsdən qayıdan Bayraməlibəyova əvvəlcə
Gəncədə, sonra isə Rusiyanın Lipetsk ş əhərində yaşamalı olmuşdu. Azərbaycan SSR Ali Məhkə məsinin 1956 il 27 apre l
tarixli qəra rı ilə Bayra mə libəyovaya bəraət verilmişdir. 1964 ildən ümu mittifaq əhə miyyətli fə rdi pensiyaçı idi.
Əd.:
M əmmədov S., Azərbaycanın ilk maarifp ərvər qadınları, B., 1960; Elşad Qoca, Sibir dərsi, B., 2000.
BAYRAMOV Əli Bayra m oğlu (1889, Şa ma xı qə zasının Lahıc k. - 23.3.1920, Bakı) - A zərbaycanda sovet
hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış siyasi xadim. 1912 ildə Ba kı gə miçilik mə ktəbini b itirmişdir. So l
eserlərin fəa l nümayəndəsi olmuş, Fevral inqilabından (1917) sonra Bakı fəhlə və hərbi deputatları Sovetinin deputatı
seçilmiş, 1917-18 illərdə Bakı, Salyan, Lənkəran, Şamaxı və s. qəzalarda sovet hakimiyyəti
qurulması uğrunda fəaliyyət göstərmişdir. 1918 ildə Bakı Xalq Komissarları Sovetinin silahlı
qüvvələri tərkibində gəmi kap itanı vəzifəsində döyüşmüş, Bakı Qafqaz İslam Ordusu tərəfindən
azad edildikdən (15 sentyabr 1918) sonra Azərbaycan Xalq Cü mhuriyyətinə qarşı Gəncədə gizli
inqilab i iş aparmışdır. 1919 ilin əvvəllərində Bakıya qayıt mış, mayda Cü mhuriyyət Hö ku mətinə
qarşı fəhlə tətillərinin keçirilməsində fəal iştirak etmişdir. 1919-20 illərdə "Hü mmət" təşkilatının
rəhbərlərindən biri, RK(b)P Qa fqaz Ölkə Ko mitəsi yanında gizli hərbi inqilab qəra rgahının və
Bakı bolşevik partiya ko mitəsi tərəfindən yaradılmış hərbi təşkilatın üzvü olmuşdur. Komitənin
gizli fəaliyyət göstərən "Xüsusi dəniz e kspedisiyası"nın iştira kçısı idi. Ekspedisiya Ba kıdan Sovet
Rusiyasına neft və neft məhsulları aparır, oradan isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat və
s. gətirirdi. Paris sülh k onfransı (1919-20) Ali Şurasının Azərbaycanın istiqlaliyyətini tanımasını
Əli Bayramov Azərbaycan xalq ına və bütün Şərqin müsəlman xalq larına qarşı "böyük xəyanət" adlandırmışdı. "Paris
cəllad larının Zaqaf-qaziyada siyas əti" adlı məqaləsində o, Antanta dövlətlərinin bu addımını impe ria list dövlətlərin
qəsbkarlıq plan ları kimi qiy mət ləndirird i. Bayra mov A zərbaycan Ko mmun ist (bolşeviklə r) Part iyasının I quru ltayında
(1920, fevra l) Mərkə zi Ko mitənin üzvü seçilmişdi. Azə rbaycan Xalq Cü mhuriyyəti Höku mət ini silahlı üsyan yolu ilə
devirməyə, dövlət çevrilişi et məyə çağıran bəyannamən i Əli Bayra mov da imza la mışdı.