267
tərbiyəsi, dislo kasiyası və b. məsələlər ona həvalə ed ild i. Çar Rusiyası ordusu tərkibində yaradılmış 1-c i Müsəl man
k orpusunun keçmiş ko mandiri general-leytenant Məmməd bəy
Sulk eviç Baş ərkani-hərb in rə isi təyin edildi. Bu idarəet mə
strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmala r idarə ləri var idi. General-
k vartirmeyster idarəsi müharibəyə hazırlıq planların ın işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən
hazırlan ması və səfərbərlik planın ın tərtib edilməsi ilə məşğul o lan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərb i -
yəni təşkil edən niza mi bölmədən ibarət idi. Hərb i topoqrafiya idarəsi qoşun hissələrini və qərargahları hərbi xəritələrlə
təmin ed irdi. Bir müddət sonra Baş ərkani-hərb in tərkib inə keç irilmiş hərbi daşın mala r idarəsi də mir yollarını və d igər
yolları hərb i məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Baş ərkani-hərbin rəhbərliyi altında ordunun yeni hərbi hissələrin in yaradılması və möhkəmləndirilməsi sürətlən-
dirildi, Abşeronun müdafiə sistemi, Bak ının müdafiə sistemi yaradıldı, Ba kın ın dənizdən müdafiəsi işlənib hazırlandı, şima l
sərhədinin müdafiə sistemi quruldu.
1921
il fevralın 27-də general Məmməd bəy Sulkeviç Baş ərkani-hərb in rəisi vəzifəsindən azad edild i. Həmin
vəzifənin icrası müvəqqəti olaraq general-mayor Həbib bəy
Səlimova tapşırıldı. Azə rbaycan ordusunun idarəetmə
orqanlarında aparılan islahatlarla əlaqədar o laraq 1920 il martın 1-də Baş ərkan i-hərb ləğv edildi və onun funksiyaları
Azərbaycan ordusu baş qərargahına həvalə olundu.
1922
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998.
BAġ TOPÇU ĠDARƏS Ġ - A zərbaycan ordusunun topçu hiss ə və bölmələrin in formalaşdırılması və təlim-
tərbiyəsinə, həmç inin at ıcı və topçu ehtiyat əmla kının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə
rəhbərlik edən hərbi qurum. Türk hərbi qüvvələri A zərbaycanda olarkən bu vəzifə lər Qafqaz İslam Ordusunun müvafiq
strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa ed ild ikdən sonra 1918 il noyabrın 15-də Azərbaycan ordusu
ümu mi qərargahın ın tərkib ində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray Tlexas həmin şöbənin rəisi təyin
edildi. Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac
artırd ı. Hərbi nazirin 1918 il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu İdarəsi yaradıldı. Yeni quru m
Ümu mi qərargahın tərkibindən çıxarılaraq b irbaşa hərbi nazirə tabe edildi. Baş Topçu İdarəsinin rəisi Əlahiddə A zərbaycan
korpusunun tərkibinə da xil olmayan bütün topçu hissələrinin, müəssisələrin in rə isi idi. Korpusun topçu hiss ələri üçün isə o,
müfəttiş funksiyasını yerinə yetirird i. İdarə rəisi həmin hissələrdə təlim-tərb iyə işlərin i nəzarət altında saxlamaqla, vaxtaşırı
hərbi nazirə bu barədə məlu mat verməli idi.
Baş Topçu İdarəsi iki bölmədən ibarət idi: 1-ci bölmə texn iki, 2-ci bölmə isə müfəttiş bölməsi. Bölmələrə rəisin
texn iki və mü fəttiş bölmə ləri ü zrə müavinlə ri rəhbərlik edird ilə r. Te xn iki bölmə A zərbaycan ordusunun bütün niza mi
hissələrini topçu texn ikası, sursat və ləvazimat la təchiz
268
edir, topçu əmlakının mühafizəsini həyata keçirirdi. Müfəttiş bölməsi
isə topçu hissə və bölmə lərinin döyüş hazırlığına cavabdeh idi. Baş
Topçu İdarəsinin tabeliyində iki topçu anbarı vardı. Mərkəzi anbar
Lə ki stansiyasında, digəri isə Kürdə mirdə yerləşird i.
1919 il dekabrın 1-dən general-mayor Murad Gəray Tlexas
Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsini icra etdiyindən, onun
yerinə 1-ci topçu briqadasının ko mandiri general-mayor Məhə mməd
Mirzə Qacar təyin olundu. 1920 ilin mart ında ordunun təchizat və
təminat strukturlarında Azə rbaycan ordusunun təchizat rə isinin idarəsi
yaradıldı. Baş Topçu İdarəsi ordunun topçu təchizatı idarəsi adı ilə
ordunun təchizat rəisinin tabeliyinə verildi. General-mayor Məhə mməd
Mirzə Qacar A zərbaycan ordusunun təchizat rəisi təyin edildiy indən
polkovnik Əlibəyov topçu təchizatı idarəsinin rəisi təyin o lundu.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M .,
Azərbaycan ordusu (1918-1920), B., 1998.
BATUM KONFRANSI - Osmanlı Türkiyəsi və Za-
qafqaziya seymi nümayəndələrinin iştirakı ilə keç irilmiş konfrans
(1918, 11 may-4 iyun). 45 nəfərlik Cənubi Qa fqaz nü mayəndə
heyətinə Zaqafqaziya hökumətin in sədri və xarici işlər na ziri
A.Çxen keli başçılıq edirdi. Nü mayəndəliyin həlledici səsə malik 6
üzvü arasında M.Ə.Rəsulzadə və M.H.Hacınski də vardı. Os manlı
nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordu larının Baş
ko mandanı Mehmet Vehib paşa və b. da daxil id ilər. A lmaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa
qatılmışdı.
Cə mi bir rəs mi toplantısı keç irilən konfransda Türkiyə nü mayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı
imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini mü zakirəyə
çıxardı. Osman lı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz
nümayəndəliyində fikir ayrılıq ları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə mey llən mənin qüvvətlənməsi baş
verdi.
Azərbaycandan olan təmsilçilə r Os manlı lay ihəsini dəstəklədilər. Çünki onlar e rmənilərin də yaşadıqları bə zi əra -
zilə rin (A xalka laki və Ahısqa qəzalarının bütünlüklə, Sürmə li, Ale ksandropol, Eç miəd zin qəzala rın ın isə müəyyən
hissələrinin) Os manlı dövlətinə gü zəştə gedilməsinin Cənubi Qafqa zda Azə rbaycanın mövqelərin i qüvvətləndirəcəyi
qənaətində idilər. Qa fqaz türklə rinin yaşadıqları mü xtəlif əra zilə rdən Osman lı dövləti ilə b irləşməyə dair çağırışla r,
azərbaycanlılara qarşı e rmənilərin törətdiy i soyqırımla rı, Bak ı Xalq Komissarları Soveti qoşunlarının Gəncəyə yürüşünün
qarşısının alın ması zərurəti, nəhayət, Türkiyəyə meylli siyasət də Xəlil bəyin mövqeyinin dəstəklənməsində az ro l
oynamadı.
Bu dövrdə Almaniya-Osmanlı münasibətlərində ö zünü göstərən gərginliyə ü mid bağlayan ermənilər və gürcülər
Almaniya nü mayəndəliyin in konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş dip lo matik gedişlərə əl atdılar. Bu, Cənubi
Qafqaz nü mayəndəliyinin Xəlil bəyin layihəsi müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi
Qafqazın müqaviləni yalnız Türkiyə ilə deyil, Dördlər İttifaqın ın (Mərkəzin) digər dövlətləri ilə də bağlaması təklifi və s.
Almaniyanın maraqları baxımından cəlbedici idi. Çünki bu halda, birincis i, Ənvər paşanın Şərq siyasəti hər vasitə ilə
əngəllənər, ikincisi, Şimali Qafqazı Almaniyaya tabe etmək imkanı yaranar, üçüncüsü, Gürcüstanda Almaniyanın təsiri
qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi.
Bir sıra ciddi səbəb və amillər Batum konfransında, daha sonra isə Zaqafqaziya seymində siyasi qarşıdurman ı
sürətləndirdi: Cənubi Qafqaz nümayəndəliyinin təklifləri Osman lı sülh heyəti tərəfindən rədd edildi; Osman lı hərb i
hissələri Ermən istanın içərilə rinə doğru irə liləd i; Xə lil bəy alman vasitəçiliy indən imtina etdi və Almaniya nümayəndəliy i
(fon Lossov) Batu mdan çıxd ı; müs əlman fraksiyası Zaqafqaziya höku mətinin bolşeviklərin Bakıdan çıxarılması üçün
tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərə fi mayın 26-da konfransa me mo randum
(ultimatum) təqdim etdi.
Bütün bunlar Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələyə keçidin yaxınlaşdığın ı göstərirdi.
Vəziyyətdən çıxış yolları arayan tərəflər vahid dövlət şəklində birləşmə k imkanlarının tükən məsində həmrəy idilə r. Bu
şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı. Gü rcülər, artıq, almanların
himayəsində ayrıca gürcü dövləti yarat maq qənaətinə gəlmişdilər.