266
BALIQ SƏNAYES Ġ ĠDARƏS Ġ - balıq ovu, xəzinə və töycü rüsumların ın artmasına nəzarət və rəhbərlik edən
qurum. 1880 il apre lin 20-də yaradılmış, 1918 il iyu lun 4-də Bakı Xalq Ko missarları Soveti Xalq Təsərrüfatı Şurasının
qərarı ilə ləğv edilmişdi.
Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti Bakıya köçdükdən (1918 il 17 sentyabr) sonra Ba lıq sənayesi idarəsi ö z
fəaliyyətini ilk növbədə baxımsızlıqdan tənəzzülə uğrayan vətəgələrin bərpasına yönəltmişdi. Ban kə vətəgəsi də
Cü mhuriyyəti Hö ku mətin in 1918 il 30 avqust tarixli qərarına əsasən, bütün varidatı ilə b irlikdə müsadirə edilmiş və 1919 il
yanvarın 1-dək xəzinə vəsaiti hesabına istismar olun muşdur. Sonra isə xəzinə ilə imzalan mış müqaviləyə əsasən, 1920 il
iyunun 1-dək xüsusi şə xsə, çay və göllərdəki digər məntəqələr isə hərrac vasitəsilə icarəyə verilmişdi. Balıq sənayesi
idarəsi 1919 il o ktyabrın 15-də xə zinəyə mə xsus 44 siyənək ovu məntəqəsini 1920 il yanvarın 1-dən 6 il müddətinə icarəyə
vermə k barədə qərar qəbul et mişdi. Bundan əlavə, idarə xə zinənin xeyrinə rüsumların art masına, xəzinə gəlirlərinin töycü
hesabına çoxalmasına səbəb ola biləcək b ir sıra tədbirlər görmüşdü.
BAMMAT (Ba mmatov) Heydər (?-? )- dağlı ict ima i-siyasi hərəkat ının liderlərindən biri, libera l-de mokrat. Fevra l
inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə
Ko mitəsinin ü zvü olmuşdur. 1917 il sentyabrın 1-dəTe mirxan -Şurada təşkil edilən Dağ ıstan Milli Müs əlman Ko mitəsinin
tərkib inə da xil idi. Ümu mrusiya Müəssislər məclisinə, III Ümu mdağıstan qurultayında (1918, yanvar) Dağ ıstan İcraiyy ə
Ko mitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar höku mət inin üzvü, Cənubi Qafqa z birliyi ilə danışıqlar aparmaq üçün
Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müs əlman
fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri
tənzimlə mə k üçün yaradılan xüsusi ko missiyanın dağlılar tərəfindən üzv lərindən biri də Ba mmat idi. Trabzon konfransında
qeyri-rəsmi iştirak et miş,Ə.M.Çermoyevlə birlikdə 1918 il mayın 11-də Qa fqaz Dağ lıla r İtt ifaqı dövlətinin
müstəqilliy ini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nü mayəndə heyəti Batum konfransında (1918)
rəsmən iştirak et miş, Ba mmat burada Alman iyanın Türkiyədəki səfiri Bensdorf, Batu m konfransında alman diplo matik
heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqa z dövlətlərinin nümayəndələri ilə Şima li Qa fqaz Respublikasının
müstəqilliy inin tanın ması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Os manlı dövləti ilə
dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya
getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni höku mətin tərkibində də xarici işlər naziri təyin o lun muşdu. 1919 il iyunun
12-də Ba mmat A zərbaycan və Gürcüstan nümayəndə heyətlərinə Qafqa z əra zisində qarşılıqlı münasibətləri tənzimlə mə k
və vəziyyəti yerində öyrənmə k məqsədilə bu regiona xüsusi komissiya göndərilməsi üçün Paris sülh k onfransına müraciət
olunmasını təklif etmiş, iyunun 15-də isə bolşevizmlə mübarizə adı ilə Den ikinə kö mək göstərilməsin in dağlı xalq ları və
dövlətini məhvə sürüklədiyin i bildirərək, Gü rcüstan və Azərbaycanı Denikin in hərəkətlərinə qarşı etiraz notası verməyə
çağırmışdır. A zərbaycan və dağlı nümayəndə heyətlərinin 18 iyun tarixli birgə iclasında Antantanın Kolçak höku mətin i
Ümu mrusiya höku məti kimi tanıması ilə əlaqədar Bammatın rəhbərlik etdiyi ko missiyanın hazırlad ığı nota qəbul
olunmuşdur.
Bammat Qafqaz Konfederasiyası tərəfdarı olmuş, Azərbaycana qarşı ərazi iddiaları qald ıran bəzi Dağ lılar höku-
mət i nü mayəndələrinə qəti etira zın ı b ildirmişdir. 1919 il mayın 30-da Parisdə Azərbaycan və Şima li Qafqa z dağlılarının
Paris sülh konfransındakı (1919-20) nü mayəndələ-rinin Əlimərdan bəy Topçubaşovun sədrliy i ilə keçirilən iclasında
Bammat Qafqaz Konfederasiyası yaradılmasının tərəfdarı olduğunu bildirmişdi.
Bammatın ərəb, türk və A zərbaycan dillərində çap edilən "Qərb mədəniyyətinin in kişafında müsəlman ların rolu"
kitabında islamın ü mu mdünya mədəniyyətinə təsirindən bəhs edilir. O, həmin əsərində Qərbə pərəstişin, "qərbmər-
kə zçilik" nə zəriyyəsinin əleyhinə çıxmışd ır.
Əsəri:
Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu, B., 1994.
Əd.:
Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920 illər), B., 1993; Göyüşov A., 1917-1920 illərdə
Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000.
BARATOV N.N. (? -?)- rus generalı. Birinci dünya müharibəsi (1914-18) illərində İrandakı rus ordusunun korpus
ko mandiri olmuşdur. 1919 ilin yayında A.İ.Den ikin höku mətinin Cənubi Qafqaz respublikalarında rəsmi nü mayəndəsi idi.
Denikin Baratova göndərdiyi təlimatda Cənubi Qafqaza Rusiyanın tərkib hissəsi kimi baxd ığın ı bild irir, hələlik isə yerli
hökumətlərin mövcudluğunun qəbul olunmasın ı tövsiyə edirdi. Bu təlimata əməl edən Baratov Azərbaycan Xalq
Cü mhuriyyəti rəsmilərinə bəyan etmişdi ki, Denikinin Könüllü ordusunun Cənubi Qafqaza münasibətdə təcavüzkar
niyyətləri yo xdur; Cənubi Qafqa z məsələsi gə ləcək Rusiya Müəssislər məc lisinin işi olacaq, a mma Könüllü ordu tə ləb edir
ki, Sovet Rusiyasına qarşı blokada siyasətinə əməl olunsun. Baratov bu missiya ilə Tiflisdə olarkən, 1919 il sentyabrın 13-
də gürcü kommun isti A.K.Elbakid ze tərə findən ağır yaralan mışdı.
BAġ ƏRKANĠ-HƏRB, Baş qərargah- qoşun hissələrinin formalaş masına, təlim-tərbiyəsinə, döyüş hazırlığ ına,
hərbi ə mə liyyatların ic rasına rəhbərlik edən ali hərbi idarəç ilik o rqanı. 1919 il mart ın 26-da hərbi nazir Sə məd bəy
Mehmandarovun əmri ilə yarad ılmışdı. Hə min va xta qədər Baş ə rkan i-hərb in funksiya larını ü mu mi qərargah həyata
keçirirdi. A zərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllin in bir
orqanda - ümumi qərargahda cəmləşdirilməsi səmərə li nəticə vermirdi. Ona görə də, Baş ərkani-hərb yaradılmaq la,
qoşunların formalaşdırılması, təlim-