176
Məlu matda qeyd edilirdi ki, bütün bu dörd madd ə bir-birilə bağlıdır və A zərbaycan nümayəndələrinin ö zü tərə-
findən kimə la zımd ırsa, elan ed ilməlid ir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nüma-
yəndələri ilə görüşüb müvafiq izahat verməli id i. Azərbaycan - İran birgə ko missiyasının Parisdəki fəa liyyəti a z sonra bu
ölkələr arasında əməkdaşlığ ın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində
Azərbaycan - İran konfransı (ba x Azərbaycan - İran müqavilələri) keçirildi. İki tərəf a rasında siyasi, iqtisadi, ticarət, poçt-
teleqraf, gö mrü k, konsulluq mübadiləsi və digər məsələlə rlə bağlı ikitərə fli müqavilə lər imza landı. İran A zərbaycan
Respublikasının müstəqilliyini de-yure tanıyan dövlətlərdən biri o ldu.
Əd: Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın
xarici siyasəti (1918-1920), B., 1996.
AZƏRBAYCAN - ĠRAN MÜQAVĠLƏLƏRĠ Azərbaycan Xalq Cü mhuriyyəti bütün qonşu dövlətlərlə olduğu
kimi, İran la da d iplo matik münasibətlər yaradılmasına xüsusi diqqət verird i. Lakin Şimali A zərbaycanda müstəqil dövlətin -
Azərbaycan Xalq Cü mhuriyyətinin yaran ması ilk vaxt lar İran tərəfindən soyuq qarşılandı. Azərbaycanın İstanbuldakı
nümayəndə heyətinin 1918 ilin iyulunda Cü mhuriyyətin yaran ması haqqında İran konsulluğuna təqdim etdiyi bəyannamə
geri qaytarıldı, İran ın Azərbaycan adlı dövləti tanımadığı b ildirildi. Lakin bu vəziyyət ço x çəkmədi, İran ın Azərbaycana
münasibətində dəyişiklik yarandı. İran dip lo matiyası hər iki ölkənin vahid dövlətdə birləşməsi ideyasını ortaya atdı. İran
nümayəndələrin in 1918 ilin sonlarında Bakıda, 1919 ilin yanvarında is ə İstanbulda irəli sürdüyü bu ideya müstəqil
Azərbaycan dövləti tərəfindən müsbət qarşılanmad ı. Bununla belə, Azərbaycan Höku məti İran la diplo matik münasibətlər
yaradılması sahəsində fəaliyyətini davam etdird i. 1919 ilin yazında İsmay ıl xan Ziyadxanovun rəhbərliy i ilə İrana fövqəladə
missiya göndərildi, orada dip lo matik nü mayəndəlik yarad ılması və b. məsələlər mü zakirə ed ild i. İyulun 16-da İranda
Azərbaycan diplo mat ik nü mayəndəliyi təsis olundu. Adil xan Ziyad xanovun rəhbərlik etdiyi nü mayəndəlik Azə rbaycanla
İran arasında ən mühü m sahələr ü zrə müqavilə və sazişlər bağlan ması üçün zəmin hazırlamağa başladı. Bu dövrdə Əli-
mə rdan bəy Topçubaşov başda olmaqla , Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyəti ilə oradakı İran nü-
mayəndəliyi arasında da danışıqla r aparılırd ı. Dan ışıqlarda İran nümayəndə heyətinin irəli sürdüyü ərazi iddiala rı c iddi
qəbul edilmird i. Lakin İran nümayəndə heyətinin tərkibində baş verən dəyişiklik bu işdə müəyyən irə liləyişə səbəb oldu.
Parisdə Azərbaycan nümayəndələri ilə görüşən İran xaric i işlə r naziri Firu z M irzə Qa fqazda müstəqil Azə rbaycanın
mövcudluğunun zərüriliy ini xüsusi qeyd etmiş və İran ın Qafqaz A zərbaycanının heç bir h issəsini təhdid etmədiy ini
qətiyyətlə bildirmişdi. Azərbaycan - İran danışıqların ı davam etdirmə k qərara a lınd ı. 1919 ilin oktyabr ayında Parisdə
Azərbaycan - İran birgə k omissiyası yaradıldı. Ko missiya iki dövlət arasında əmə kdaşlığın əsasları haqqında saziş layihəsi
hazırlad ı. Bu məqsədlə 1919 il noyabrın 15-də Azərbaycan Xalq Cü mhuriyyəti Xarici İşlər Nazirliy i yanında daimi
müşavirələr, konfranslar keçirilməsi qərarlaşdırıldı. Dekabrın 1 -də Seyid Ziyaəddin Təbatəbai başda olmaq la, İran
nümayəndə heyəti Bakıya gəldi. A zərbaycan - İran konfransının ilk iclası dekabrın 5-də Xarici İşlər Nazirliy ində keçirild i.
Elə hə min gün müqavilə lay ihələrini hazırla maq məqsədilə qarşılıq lı hüquqi-siyasi, ticarət-gö mrü k-tran zit və poçt-teleqraf
ko missiyaları yaradıld ı. Yo llar naziri Xudadat bəy Məlik-Aslanov və poçt-teleqraf naziri Camo bəy Hacınski müvafiq
ko missiyaların sədrləri təsdiq olundular. Siyasi, hüquqi və hərbi problemlərə dair məsələlərin mü zakirəsi zamanı
danışıqlarda Səməd bəy Mehmandarov və Aslan bəy Səfikürdski də iştirak edird i. Azərbaycanda Hökumət dəyişikliy i ilə
əlaqədar müəyyən fasilə verilmiş konfransın işi dekabrın 28-də yenidən bərpa edildi. A zərbaycan - İran konfransının yekun
iclası 1920 il martın 20-də keçirilmişdi. Azərbaycanla İran arasında danışıqlar nəticəsində aşağıdakı müqavilə və sənədlər
imzalan mışdı.
A z ə r b a y c a n R e s p u b l i k a s ı (Q a f q a z) v ə İ r a n i m p e r i y a s ı a r a s ı n d a d o s t l u q m ü q a
v i l ə s i. Müqavilə 4 maddədən ibarət idi. 1-c i maddəyə əsasən, İran Azərbaycan Respublikasın ın (Qa fqaz) müstəqilliy ini
tanıdığını bəyan edirdi. 2-ci maddədə razılığa gələn hər iki tərəfin dostluq münasibətləri və sabit iqtisadi əlaqələr yaratmaq
üçün ticarət-gömrük, poçt-teleqraf və i.a. konvensiyalar bağladığı qeyd olunurdu. 3-cü maddə iki dövlət arasında səfirlik
səviyyəsində diplomat ik münasibətlər yaradılmasına həsr ed ilmişdi. 4-cü maddədə müqavilən in 2 nüs xədə fransız dilində
imzalandığı, həmin gündən bir ay müddətində ratifikasiya ediləcəyi və ratifikasiya aktlarının Bakıda mübadilə olunacağı
bildirilird i. Müqaviləni Cü mhuriyyət adından xarici işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov,
yollar na ziri Xudadat bəy Məlik-Aslanov, İran impe riyası adından Seyid Ziyaəddin Təbatəbai imzala mışdılar.
A z ə r b a y c a n R e s p u b l i k a s ı (Q a f q a z) v ə İ r a n i m p e r i y a s ı a r a s ı n d a k o n s u l k o n v e
n s i y a s ı. 17 maddədən ibarət konvensiyanın 1 -ci maddəsi ilə tərəflərə b ir-birin in əra zisindəki liman və ticarət
şəhərlərində baş konsul, konsul, vitse-konsul və ya konsul agentləri təyin etmək hüququ verilird i. Digər maddələr bu
vəzifələ rə təyin olun ma, onların fəa liyyəti və bununla bağlı olan başqa məsələlə rə həsr olun muşdu.
Bir sıra konvensiya və müqavilə ticarət-gö mrü k məsələləri haqqında idi. T i c a r ə t-g ö m r ü k k o n v e n
s iy as ı 17 maddədən ibarət id i. Müqavilədə hər iki ölkə təbəələrinin digər ö lkə ərazisində ticarətlə, istehsalla və nəzərdə
tutulan başqa fəaliyyətlə məşğul olması, bu fəaliyyətin tənzimlən məsi, tranzit və sair məsələlər ətraflı şəkildə əhatə
olunurdu. Ticarət lə bağlı məsələ lər 9 maddədən ibarət xüsusi t i c a r ə t k o n v e n s i y a s ı n d a ə ksini tap mışdı.
Azərbaycanla İran arasında 1 maddədən ibarət gizli müqavilədə il ərzində ərzaq mallarına ixrac rüsumunun art ırılma ması
nəzərdə tutulurdu.