411
Cavid in "İblis" faciəsi, S.Manafzadənin "Ey inqilab, ey naciyi-miləl", M.S.Ordubadinin " Eşq və şeir", Feyzulla Sacədin
"Aclıqdan ölən bir fəqir cocuqun qarşısında", Ümmügülsü mün "Hicran" və s. şeirləri dərc o lunmuşdur. "Füqəra
füyuzatı"nın son nömrəsində Aprel işğalı (1920) xad imlərinin tərcü mey ihalları və portretləri dərc olun muşdur.
Əd.: "Füqəra füyuzatı" 1920-1921 ko mplekti, A zərbaycan sovet ədəbiyyatı tarixi, 2cilddə, c.l, B., 1967; A xundov
N., Azə rbaycan dövri mətbuatı (biblioqrafiya), B., 1965.
"FÜQƏRA SƏDAS I" - gündəlik leqal bolşevik qəzeti. 1-ci nömrəsi 1919 il avqustun 14-də, sonuncu 12-ci
nömrəsi həmin il avqustun 28-də çıxmışdır. Turan mətbəəsində çap olunurdu. Redaktoru və naşiri Əliheydər Qarayev idi.
Qəzetdə S.C.Cavadzadə (Pişəvəri), H.Su ltanov, M.S.Ordubadi, H.Ziya və b. ə məkda lıq edirdilər. "Füqarə sədası"
Cü mhuriyyətə qarşı açıq-aşkar düşmən mövqe tutaraq Hö ku məti kəskin tənqid edird i. Qəzetin 4-cü nö mrəsindəki " Höku mət
böhranı", 11-ci nömrəsindəki "Azərbaycanda vəziyyət" və bir sıra başqa materiallarında Cü mhuriyyətin hakimiyyəti
illərində ö lkədə sinfi mübarizənin kəskinləş məsindən bəhs olunurdu.‖Füqarə sədası" Cü mhuriyyət Hö ku mətinin guya xa lqa
zidd siyasət yeritdiyini kütlə lərə aşıla mağa ça lışır, milli istiqlaliyyət əleyhinə ç ıxır, Sovet Rusiyasının "demokratik", inqilab i
tədbirlərini, da xili və xarici düşmənlərə qarşı " müvəffəqiyyətli" mübarizəsini işıqlandırırdı. Xalqa və Hö ku mətə zidd möv-
qeyinə görə "Füqarə sədası" Cümhuriyyət Höku məti tərəfindən bağlanmışdır.
Əd.:
Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920). B., 1987.
"FÜYUZAT" - həftəlik elmi, ədəbi, ictimai-siyasi, şəkilli jurnal. 1906 il noyabrın 1-dən, 1907 il noyabrın 1-dək
Bakıda Azərbaycan dilində nəşr edilmişdir. Cəmi 32 nömrəsi çıxmışdır. "Füyuzat" Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə
nəşr olunurdu. Jurnalın müdiri və baş mühərriri Əli bəy Hüseynzadə idi. Redaksiyası H.Z.Tağıyevin Nikolay (indiki
İstiqlaliyyət) küçəsindəki evində yerləşir, "Kaspi" mətbəəsində çap olunurdu.
Müsəlman-türk vətəndaşlarını maarifləndirib, mədəni səviyyələrini yüksəltmək, ictimai və milli şüurunu oyadıb,
dövlətçilik hisslərin i qüvvətləndirmək, bu yolla siyasi birliyin i yaradıb, xoşbəxt həyata qovuşdurmaq "Füyuzat‖'ın əsas
amalını təşkil edirdi. Baş mühərrir jurnalın b irinci sayında "Həyat və meyli-Füyuzat" adlı baş məqaləsində məsləki haqqında
məlu mat verərək yazırdı: "Füyuzat" ləfzən "feyz"in cəmi, ə lcə məsi o lub, rifah və bərə kətə, bolluğa, maddi və mənəvi
nemətlə rin bolluğuna, tərəqqiyyat və ka ma latın şəşeyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhu mu səadət, ələlxüsus
səadəti-mənəviyyədir. Həqiq i zövqü-səfalarından ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi-batin isilə da imi bir
mey li-səadət, bir mey li-Füyuzatdır".
"Füyuzat‖'ın ideya istiqamətin i "turançılıq" ideologiyasının təbliği təşkil edirdi. "Türk d ilinin vəzifeyi-mədəniy-
yəsi", "Türklər üçün şiveyi-ü mu miyyə", "Lisan qovğası", "Məcnun və Leylay i-isla m", "Mü xtəsər bir cavab", "İntiqad
ediyoruz, intiqad olunyoruz" məqalələ rində Çin səd-dindən Səhrayi-Kəbirə qədər qurulması nəzərdə tutulan böyük "Turan"
imperiyasının siyasi, in zibati və mədəni əsasları işlənib hazırlan mışdır. "Füyuzat"ın "türk qanlı, müsəlman etiqadlı, firəng
fikirli, Avropa libaslı fədai" yetişdirmək düsturu "türk aləmin in hər tərəfinə yayılmış", "türkləşmək, islamlaş maq,
müasirləş mək" şəklində Azərbaycanda milli azadlıq hərəkatının şüarına çevrilmişdi. A zərbaycan Cü mhuriyyətinin
dövlətçilik atributları "Məcnun və Leylayi-islam" əsərində müsəlman lıq və türklüyün rəmzi kimi təsvir edilən "yaşıl rəngli
şərarə", "ay-yıldızlı mü zəyyən bir qırmızı örtü" və s. əsasında yaradılmışdır.
"Millət imizi... cə mi füyuzati-v icdaniyyəyə mə zhər" et mək məqsədi izləyən "füyuzatçı‖lar "fikir və zehni tənvir, ruh
və qəlbi təhyic" et məklə, xa lq kütləsinin maariflən məsi və milli şüurun oyanması işinə xüsusi diqqət yetirird ilə r. Jurnalda
Rusiya və dünya miqyasında cərəyan edən siyasi hadisələrə dair ic mallar verilirdi. "İc mal", " Vəqiyyeyi-alə mə bir nəzə r",
"Qırmızı qaran lıq lar içində yaşıl işıq lar", "İkinci Döv lət Du ması", "Kasablanka faciəsi və osmanlı-iranlı ko mediyası" və s.
məqa lələ rdə azad lıq la irt ica, inqilabla istibdad, Şərq lə Qərb, müsəlmanlıqla xristianlıq a rasında gedən mübarizə lərin
mən zərəsi ə ks olun muş, əsl həqiqət müsəlman vətəndaşlara aşkar edilmişdir.
"Füyuzat"da bədii ədəbiyyat mərkəzi yer tuturdu. Bir il ərzində jurnal 102 şeir, 3 pyes dərc etmiş, ro mantik ədəbiy-
yatın yaranmasına qüvvətli təsir göstərmişdir.
Azərbaycan xalq ının mədəni üfüqlə rin i genişləndirmək, dünya ədəbiyyatını təbliğ et məklə milli ədəbiyyatın
inkişafına yeni istiqamət vermək "Füyuzat‖ın fəaliyyətində önəmli yer tuturdu. Jurnalda, ilk dəfə, yaradıcılıq metodu
("Qırmızı qaran lıq lar içində yaşıl işıq lar"), ədəbi prosesdə tənqidin rolu ("İntiqad ediyoruz, intiqad olunyoruz"), rus,
Avropa, türk, fars klassiklərinin həyat və yaradıcılığ ı haqqında məlu mat və məqalələr dərc edilmiş, ədəbiyyatşünaslıq
məsələ lərinə müasir mövqedən elmi-nəzəri aydınlıq gətirilmişdir. Jurnal Bayron, Höte, Heyne, M ilton, Prudon, Şekspir,
Tolstoy, Sədi, Hafiz və başqaların əsərlərindən tərcümə lər dərc et mə klə, a zərbaycanlıla rın dünya klassiklərinin yaradıc ılığ ı
ilə ana dilində tanış olmasına imkan yarat mışdır.
"Füyuzat" Azərbaycanda milli istiqlal ideyalarının fo rmalaşmasında mühüm rol oynamışdır.
Əd
.: Hüseynzadə Ə., Qırmızı qaranlıqlar içində yaşıl işıqlar, B., 1996; İsrafilov H., "Füyuzat" və bədii ədəbiyyat. Ədəbiyyat
məcmuəsi, B.,1999; Vəliyev Ş., "Füyuzat" ədəbi məktəbi, B., 1999; "Füyuzat" jurnalının biblioqrafiyası, B., 2002.