[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə255/282
tarix15.03.2018
ölçüsü6,32 Mb.
#32622
1   ...   251   252   253   254   255   256   257   258   ...   282

426 

 

GƏRAYBƏYLĠ 

Ağasadıq 

Ağəli 


oğlu  

(15.3.1897,  Şamaxı  -  5.12.1988,  Bakı)  -  teatr  xad imi, 

aktyor.  Azə rbaycan  xalq  a rtisti  (1940).  1910-12  illərdə  

Bakıda  Hüseyn  Ərəblinskinin  rəhbərlik  etdiyi  həvəskar 

dram 

dərnəyində, 



sonralar 

"Nicat", 

"Səfa‖ 

cəmiyyətlərinin,  Zülfüqar  və   Üzey ir  Hacıbəyli  qar-

daşlarının  teatr  truppası-dəstələrində  çıxış  etmiş, 

Əbdürrəhim  bəy  Haqverdiyevin,  Nəriman  Nərimanovun, 

Üzeyir Hacıbəylin in əsərlərində yaddaqalan surətlər yaratmışdır. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  (1918-20)  Ağasadıq 

Gəraybəyli  Ba kıda  və  onun  ətraf  rayonlarında,  A zərbaycanın  digər 

ərazilərində  həyata  keçirilən  bir  sıra  mədəni-maarif  tədbirlərin in  iştirakçısı 

olmuş, eyni zamanda türk dram teatrının  repertuarındakı əsərlərdə çıxış  etmiş, 

xeyriyyə ta maşaları göstərmişdir. 



Aprel  işğalından  (1920)  sonra  Azad  Tənqid-Təbliğ  Teatrının,  

sonralar isə Azərbaycan Dra m Teatrının a ktyoru olmuş, unudulma z s əhnə obrazla rı yarat mışdır. 



 

Əd.: 

Rəhimli 1, A ğasadıq Gəraybəyli, B., 1979.

 

 

GĠNDES   Yevsey  Yakovleviç  (1872,  Kiyev  -  1952,  Bakı)  -  görkəmli  həkim-pediatr, 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə xa lq səhiyyə naziri.  Kiyev Universitetinin tibb fa kültəsini 

bitirmiş  (1897),  Kiyevdə  professor  Çernovun  uşaq  klin ikasında  ord inator  (1897-1905),  A leksandr 

xəstəxanasının  yolu xucu  xəstəliklər  uşaq  klinik  şöbəsinin  müdiri  (1902-05)  işlə mişdir.  1905  ildə 

Bakıya  köçmüş,  neft  sənayeçiləri  qurultayı  şurasının  Qaraşəhərdəki  xəstəxanasının  uşaq  şöbəsinin 

müdiri  (1905-14),  1914  ildən  isə  uşaq  xəstəxanasının  direktoru  və  baş  həkimi  o lmuşdur  (bu 

xəstəxana  1922  ildən  Pediatriya  İnstitutuna,  sonralar  isə  Ana  və  Uşaqları  Mühafizə  İnstitutuna 

çevrilmişdi).  Gindes  uşaq  sümük  vərəmi  evinin  -  Zuğulbadakı  sanatoriyasının  təşkilatçısı  və  baş 

həkimi  olmuşdur  (1913-30).  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  Fətəli  xan  Xoyskinin  3-cü 

Höku mət  kabinəsində  xalq  səhiyyə  naziri  işləmişdir.  Slavyan-rus  cəmiyyətinin  ü zvü  id i.  Gindes 

Bayıldakı  uşaq  xəstəxanasının  təşkilatçısı  və  baş  həkimi  olmuş  (1932-45),  1941  ildə  dissertasiya  müdafiə  etmədən  tibb 

elmləri  doktoru,  professor  təsdiq  edilmişdir.  Azə rbaycan  Dövlət  Hə kimlə ri  Tə kmilləşdirmə   İnstitutunda  uşaq  xəstəlikləri 

kafedrasının  professoru  (1945-52)  olmuşdur.  Qafqazda  ilk  uşaq  məsləhətxanası,  süd  məhsulları  ("Süd  damcısı")  mətbəxi 

(fəhlə  rayonları o lan  Bayılda və  Sabunçuda filia lı var  id i) təşkil et mişdir. O,  Ba kıda  ilk dəfə   mə ktəb şagirdləri üçün uşaq 

yay düşərgələri təşkil etmiş (1906), fəh lə uşaqları üçün körpələr evi açmışdır.  Bakıda  Gindesi "Uşaq allahı" adlandırırdılar. 

150-dən art ıq əsərin müə llifid ir. Gindesə Azərbaycanın əmə kdar hə kimi adı verilmişdir. 



GORANĠ  Əsgər  ağa,  Adıgözəlov  Əsgər  ağa  Haqverdi  ağa  oğlu  (3.6.1857,  Yelizavetpol  quberniyası,  Goran  k.-

ma rt,  1910,  Gəncə) - ya zıçı,  ictima i  xadim,  maa rifçi, teatr  xad imi. Ta rixç i M irzə Adıgözə l bəyin nəvəsidir.  1874  ildə Ba kı 

realnı  məktəbin i  qızıl  medalla  bitirmişdir.  1873  ildə  məktəbdə  Həsən  bəy  Zərdabinin  təşəbbüsü,  Nəcəf  bəy  Vəzirovun 

rəhbərliy i ilə  hazırlan mış Mirzə  Fətəli A xundzadənin "Mərdi-xəsis" ("Hac ı Qa ra") ko mediyasının  ilk ta maşasında baş rolda 

oynamışdır. 

Təhsilini  Moskvada  Petrovski-Razu movski  kənd  təsərrüfatı  və  meşəçilik  a kade miyasında  davam  etdirmişdir. 

Tələbəlik  illərində  siyasi  fəa liyyətə  başlamış,  a zərbaycanlı  gənclərin  yaratdıq ları  "İmdadiyyə" 

cəmiyyətinin  fəal  üzv lərindən  olmuşdur.  "Əkinçi"nin  redaksiyası  ilə   sıx  ə laqə  yarat mış,  orijinal 

məqa lələ r  yazmış  və  A zərbaycanda  kəndli  təsərrüfatla rın ın  dirçəld ilməsinə  kö mə k  edən  materialları 

rus dilindən tərcü mə edib, nəşr olun maq üçün qəzetə göndərmişdir.  Həsən bəy Zərdabi ilə   müntəzə m 

mə ktublaşır,  gələcəkdə  xalq  maarifini  in kişaf  etdirmək  üçün  nəzərdə  tutduğu  tədbirləri  onunla 

mü zakirə  edird i.  1878  ildə  akademiyanı  torpaqşünas  ixtisası  üzrə  bitirsə  də,  Qafqazda  aqrar 

münasibətlərdə  hərc-mərclik  hökm  sürdüyündən  ixtisası  üzrə  işləməmişdir.  Ədliyyə  orqanlarında 

fəaliyyət  göstərmiş,  Kutaisi  və  Tiflis  dairə   məhkə mələ rində  pro kuror  müavini  vəzifəsində  ça lış mış, 

Su xu mi, Gəncə və Cəbray ılda mühü m əd liyyə xid mət ləri icra  et mişdir. 

1905  ildə  Gəncə  şəhər  bələdiyyə  idarəsinin   sədri  və zifəsinə  seçilmiş,  beş  illik  fəaliyyəti 

ərzində  iki  oğlan,  bir  qız  məktəbi,  bir  ü mu mi,  bir  sarılıq  xəstəxanası  açmış,  şəhərdə  abadlıq  işləri  aparmış,  Nizami 

Gəncəvinin məqbərəsini tə mir etdirmişdir. 

 

 

 



 

 

 



 

 

 




427 

 

Go rani bədii yaradıc ılıqla   müntəzə m  məşğul olmuşdur. O, Ağa Məhə mməd şah Qacarın  Cənubi Qa fqaza  hücum-



larını  təsvir  edən  "Qara  yel"  tarixi  ro manının,  " Hənək,  hənək,  axırı  dəyənək"  pyesi  və  "Qocalıqda  yorğalıq"  vodevilin in, 

A.S.Puşkin və M.Y.Lermontovdan tərcümələrin müəllifid ir. 

Go rani  öz  həmfikirləri  və  müasirləri  kimi  A zərbaycanda  milli  azadlıq  hərəkatının   yüksəlişində  mühü m  rol 

oynamışdır. A zərbaycan Xalq  Cü mhuriyyətinin qurulması  ilə nəticələnən milli azadlıq hərəkatın ın tarixi  Go ranin in mənsub 

olduğu ziyalı nəslinin maarifçilik fəaliyyəti ilə sıx bağlıdır. 

 

Əsərləri: 



Azərbaycan  uşaq  ədəbiyyatı  müntəxəbatı  (XIX  -  XX  əsrlər),  3  cilddə,  c.l  (tərtib  edənlər:  Xeyrulla  M əmmədov, 

Ağahüseyn Həsənov), B., 2001; Pyeslər (tərtib edəni Dilarə M əmmədova), B., 1984. 



Əd.: 

Qasımzadə F., XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, B., 1974; Tarverdiyeva G., Əsgər ağa Gorani, B., 1977; Zeynalov A., 

"Kəşkül" qəzetində ədəbiyyat, B., 1978. 

 

GÖMRÜK  XĠDMƏTĠ  DƏS TƏLƏRĠ  -  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  ərazisini  qeyri-qanuni  ticarətdən  və 

qaçaqmalçılıqdan qoru maq  məqsədilə yaradılmış sərhəd  mühafizə və yo xlanış quru mları. A zərbaycan Xalq  Cü mhuriyyəti 

Höku mətin in 1918  il 12  iyul tarixli qərarı  ilə  Qazax qəzasının  Salah lı və Şıxlı  kəndlərində, Poylu  dəmir yol stansiyasında 

sərhədi qaçaqmalç ılıqla  ərzaq keçirilməsindən qorumaq məqsədilə  gömrük postları yaradılmışdı. 

Parla mentin  1918  il  18  avqust  tarixli  qanununa  əsasən,  qaçaqmalç ılıq la  mübarizə,  A zərbaycan  Xa lq  Cü mhuriy-

yətinin əra zisin i qeyri-qanuni tica rətdən qorumaq  məqsədilə A zərbaycanın sərhədlərində  99 post yaradılmışdı və bunlarda 

992  mu zdlu  keşikç i  vardı.  Zabit  ko manda  heyəti  olan  postlar  quberniyalar  üzrə  sərhəd  mühafizəsi  rəislərin in  tabeliyində 

birləşirdilər.  Sə rhəd  mühafizəsinin  təşkilinə  rəhbərlik  et mə k  və  onun  işini  gö mrük  idarəsi  ilə  uzlaşdırmaq  üçün  ma liyyə 

nazirliyin in dəftərxanasında  xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı. 1919  ilin  mayında Zaqatala  mahalın ın Qabaqçöl 

və Mazımçay kəndlə rində,  Gəncə quberniyası Qa za x qəzasının  Şıxlı və Sa lahlı  kəndlərində gömrük postları vardı.  1919  il 

iyulun  10-da   Azə rbaycan  Parla menti  Ağstafa  gömrü kxanasından  keçən  nəqliyyat  vasitələrini  və  sərnişinlə ri  yo xla maq 

məqsədilə  Qa za x qə zasının Poylu də mir yol stansiyasında və Ça xmaqlı kəndində də ön gömrük postlarının yaradılması haq-

qında qanunlar qəbul etdi. 

1919  il  sentyabrın  29-da  Cü mhuriyyət  Höku məti  Qızılağac  gömrü k  postunun  fəaliyyətinin  bərpası  barədə  qərar 

qəbul  etdi.  Pa rla mentin  və  Höku mətin  qanun  və  qərarlarına  əsasən,  sərhəd  mühafizə   və  yo xlanış  məntəqələrinin  sayı 

artırılmaqda id i. Aprel işğalı (1920) bu sahədə də işlərin başa çatdırılmasına imkan vermədi. 



GÖMRÜK  XĠDMƏTĠNĠN  YARADILMAS I  HAQQINDA  QƏRAR - Azərbaycan Xalq Cü mhuriyyəti gö mrük 

sisteminin  fəa liyyətə  başlamasını  tə min  edən  sənəd.  1918  il  avqustun  10-da  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i 

tərəfindən qəbul edilmişdi. 

Qərara   əsasən,  ilk  va xt lar  ən  ço x  ehtiyac  duyulan  yerlərdə  və  zəruri  sayda  işçilə r  götürülməklə,  gömrükxanalar 

yaradılırd ı. Gö mrü kxanalar yarad ılarkən müvafiq təşkilati strukturlar da formalaşdırılırdı. 

GÖYÇAY  DÖYÜġ Ü  -  Qafqaz  İslam  Ordusu  qüvvələri  ilə  Bakı  Xalq  Ko missarları  Sovetinin  tabeliy indəki 

bolşevik-daşnak  quldur  dəstələrindən  təşkil  edilmiş  Qafqaz  Qırmızı  Ordusu  hiss ələri  arasında  baş  vermiş  döyüş  (1918, 

iyun).  Döyüş  türk  və  Azərbaycan  hərbi  hissələrindən  təşkil  edilmiş  Qafqaz  İslam  Ordusunun  bolşevik  və  daşnak  silahlı 

qüvvələri  ilə  ilk  ciddi  döyüşü  idi.  İyunun sonunda  döyüş  Qaraməryəmin  azad  edilməsi  ilə  başa  çatdı  (bax  Qaraməryəm 



döyüşü). 

GÖYÇAY  QƏZASI  -  Bakı  quberniyası  tərkibində  in zibati-ərazi  vahidi.  Göyçay  qəzası  Zaqafqaziya  və  Qafqaz 

diyarının  idarəçiliyində dəyişikliklər haqqında 1867  il 9 dekab r tarixli çar  fərman ı əsasında yaradılmışdı.  Göyçay qəzasının 

mə rkə zi Göyçay yaşayış məntəqəsi idi. Qə za  idarə  sistemi mövcud idi. Qafqaz təqviminin  (1917) mə lu matına görə, Göyçay 

qəzasının sahəsi 4676,58 k v.verst idi.  Qə za əhalisinin  (134,098 nəfə r) 127650 nəfə ri yerli sakinlə r, 6448 nəfəri  müvəqqəti 

yaşayanlar  idi.  Əhalinin  112,6min  nəfərin i  azərbaycanlılar,  17,2  minini  ermənilər,  3,3  min ini  ruslar  təşkil  edirdi.  Qəza 

əhalisinin  73891  nəfəri  kişi,  60207  nəfəri  qadın  id i.  Əhali  kənd  təsərrüfatı  ilə  məşğul  olurdu.  Kustar  sənaye  sahələri 

(xalçaçılıq, ipəkçilik və s.) inkişaf etmişdi. 

Oktyabr çevrilişindən (1917) sonra  Bakıda hakimiyyəti ələ keçirən  daşnak-bolşevik güruhundan ibarət olan  Bakı 

Soveti bütün Azərbaycan ərazisində möh kəmlən məyə çalışırdı. Buna görə də Azərbaycan Xalq  Cü mhuriyyətinin  yaran ması 

və onun 1918  il  iyunun ortalarında  Gəncəyə köçməsi daşnak S.Şau myanın başçılıq etdiy i  Bakı  Xalq  Ko missarları  Sovetini 

narahat  edirdi.  Odur  ki,  S.Şau myan  Sovet  Rusiyasına  arxa lanaraq,  Cü mhuriyyət  Höku mətini  aradan  qaldırmaq  üçün 

Gəncəyə hücuma keç məyi qəra ra a ldı. Türk-A zərbaycan hərbi qüvvələrindən ibarət olan Qafqa z İsla m Ordusu ilə Bakı Xa lq 

Ko missarları Sovetinin hərbi qüvvələri arasında həlledici döyüşlər Göyçay qəzası ərazisində baş verdi. İlk döyüş iyunun 16-

18-də  Göyçaydan  20  verst  ş ərqdə  yerləşən  Qara məryə m  kəndi  ya xınlığında  oldu.  La kin  burada  üstünlük  düşmənin  əlinə 

keçdi.  Vəziyyəti  belə  görən  Nuru  paşa,  Əlağa  Şıxlinski  və  5-ci  d iviziyanın  ko mandiri  Göyçaya  yola  düşdü.  Qələbə  üçün 

ciddi  tədbirlə r  görüldü.  İyunun  27-30-da  Göyçay  və  Qara məryə m  ətra fındakı  döyüşlərdə  daşnak-Sovet  ordu  hiss ələri 

məğ lubiyyətə uğradıldı (ba x Qaraməryə m döyüşü). Bu qələbə cəbhədə 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə