3
BÖLMƏ I:
HƏYAT VƏ YARADICILIĞI:
Onun şeirlərində duyulan nikbinlik bulaq səsinə, yarpaq rənginə bənzəyir.
Özünü qoca çinarların pöhrəsinə oxşadan Firət Qoca haqlı olaraq yazır ki, sakitliyi
dənizin sahilinə sərmişəm, bağrımda isə dalğalar yatır. İnsan, xüsusilə də şair ömrü
belədir. İlk baxışda sakit təbiətli, mehriban xüsusiyyətli Fikrət Qocanın sinəsində
uyumuş dalğaların mürgüsü bir gün yaman tərpəndi. Bu tərpənişin tufanından isə
yurd itkisi boylandı, Vətən həsrəti dil acdı, şəhidlərin al qanı ruhumuza çiləndi.
Boynubükük qaçqın anaların dərdi könlümüzə şıgıdı.
Fikrət Qoca (Qocayev Fikrət Göyüş oğlu) 1935-ci il avqustun 25-də Agdaş
rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki
adına Ədəbiyyat institutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir.
Azərbaycan Radio və Televiziya Verlişləri Komitəsində, “Azərbaycan gəncləri”
qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. Azərbaycan Yazıçılar
Birliyinin (keçmiş Yazıçılar İttifaqının) beynəlxalq əlaqələr üzrə məsul katibi olub.
1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən AYB-
nin katibidir.
Fikrət Qoca dünyanın bir çox ölkələrində yaradıcılq səfərlərində olmuş,
həmin ölkələrdə gedən milli-azadlıq hərəkatına şeirlər həsr etmişdir. Əsərləri bir
sıra xarici dillərə tərcümə olunmuşdur. Şeirlərinə musiqi bəstələnmişdir. Gənclərin
qəhrəmanlıq və fədakarlığından “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və
“Rəssam düşünür” poemalarına görə “Humay” mükafatına (1998) layiq görülüb.
Azərbaycan Respublikasının “Şöhrət” ordeni və Prezident İlham Əliyevin
sərəncamına əsasən Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Fikrət Qoca “Qağayı”, “Hamıya borcluyam”, “Stixi (Moskva), “Dənizdə Ay
çiməndə”, “Od gəlini”, “Tsveti zimoy” (Moskva), “Yatmadığım gecələrdə”,
“Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Noçnaya vaxta” (Moskva),
“Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Taleyin ağır taleyi”, “Seçilmiş
əsərləri”, “Eldən-elə, dildən-dilə” (mahnı bəstələnən şeirləri), “Sükutun səsi”
(Tehran) kitablarının və “Uşaqlığın son gecəsi” filmoqrafiyasının müəllifidir.
Şairin 1990-cı illərdə qələmə aldığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”,
“Adi həqiqətlər” və digər poemaları Azərbaycanda gedən azadlıq mübarizəsinə
həsr olunub. Şeirlə yanaşı, həm də gözəl nəsr əsərlərinin müəllifi olan Fikrət
4
Qocanın “Ölüm ayrılıq deyil”və “Hələlik-qiyamətədək” povestlərində 1990-cı ilin
20 yanvar hadisələrindən bəhs edilir.
Mütəfəkkirlərdən biri deyib ki, yazıçının yaradıcılığı atışmanı xatırladır,
güllə birbaşa oxucunun beyninə də keçə bilər, yandan da ötə bilər. Heç fərqi
yoxdur, həmin fikirlər eyni ilə şairlərin yaradıcılığına da aiddir. Hərçənd Fikrət
Qocanın yaxşı nasir olduğu da hər kəsə məlumdur. Bu mənada Fikrət müəllimin
istər poeziyası, istərsə də nəsr əsərlərinin hədəfi birbaşa oxucunun beynidir.
Məlum oldugu kimi, insanı, onun xarakterinin yaranması və inkişafını təyin edən
bütöv həyat prosesində göstərə bilməsi bədii ədəbiyyatın ən mühüm
üstünlüklərindən biridir. Fikrət Qocanın şəxsiyyətinə, bir insan kimi
keyfiyyətlərinə bələd olmaq üçün onunla şəxsi tanışlığa ehtiyac da yoxdur. Onun
özü, xarakteri, şəxsi keyfiyyətləri sözündən, yaradıcılığından boylanır. Başqa
sözlə, Fikrət Qocanın yaradıcılığı onun pasportudur, mənəvi kimliyinin
göstəricisidir.
Şairin yaradıcılığının bədiilik dərəcəsi, bədii xüsusiyyətləri isə onun
şeirlərinin, poemalarının məzmun və formasından da aydın görünür. Fikrət
müəllimin yaradıcılığında bədiilik təkcə məzmun və formanın vəhdətində deyil,
eyni zamanda bədii təsvir vasitələrinin uygunluğundadır. Bu isə şübhəsiz ki, şairin
istedadının, yaradıcılıq təcrübəsinin dərəcəsindən, sənətkarlığından, ən başlıcası isə
məzmundakı ideya gerçəkliyinin əhəmiyyətindən asılıdır. Fikrət Qoca
poeziyasında lirika, etika, estetika, insan ruhu, vətənpərvərlik, azərbaycançılıq,
beynəlmiləlçiliklə yanaşı, yaşadığı mühitdə həzm edə bilmədiyi qüsurlara,
cəmiyyətin eybəcərliklərinə, milli-mənəvi, əxlaqi dəyərlərimizin aşınmasına, milli
kimliyimizdən, soykökümüzdən uzaqlaşmağa qarşı kəskin etiraz da öz əksini tapıb.
Fikrət Qoca öz qələmini, necə deyərlər, arxası da, önü də kəsən sovet qılıncının
qarşısına çıxararaq dövrün eybəcəriklərini, neqativ halları sərt tənqid edib. Onun
“Rüşvətxorlar” şeirində deyilir:
Rüşvət-xəyanətin ocağıdır,
Rüşvət-kürəyimizə sancılan xain bıçağıdır…
Şairin, oxucunun mənəvi təlabatını ödəyən şeirlərində səmimiyyət,
mənəviyyat, məhəbbət, bütövlükdə bəşəri dəyərlər sistemi özünü qabarıq şəkildə
göstərir. Oxucuya əsas lazım olan oxuduğu şeirlərin ruhunda şairin mənəvi
dünyasını duya, görə bilməsidir ki, bunun da Fikrət Qoca poeziyasına bir başa
dəxli var…
5
Şairin özü ilə sözü genetik qohumdur. Onun poeziyasının “damarlarında”
ruhunun geni dolaşır. Oxşarlığın səbəbinin mahiyyətində də elə məhz bu dayanır.
Fikrət Qocanın sözü özündən, özü də sözündən boylanır.
Bu gün 80 yaşı olsa da, ruhən çox cavan və saglamdır. Mərhum şairimiz
Osman Sarıvəlli demiş “Hər kim yüz il yaşamasa, günah onun özündədir”. Fəqət
bioloji sonu olsa da, belə sənətkarlar üçün yaş əslində sərhəd tanımır. Nahaq yerə
deməyiblər ki, şairin yaşı onun şeirlərinin yaşı qədərdir. Bu mənada Fikrət Qocanın
özü sözünə, sözü də özünə əbədi-yaşarlıq qazandırıb.
F. Qocanın lirikasında həyat cəmiyyət, əxlaq haqqında fəlsəfi fikirlər
yaşayır. O, məhəbbət mövzusunda yazdığı şeirlərində vəfa, sədaqət və fədakarlığı
yüksək qiymətləndirir. Fikrət Qoca əməyə, zəhmətə bağlı sənətkardır.
F.Qocanın şeirlərində duyulan nikbinlik bulaq səsinə, yarpaq rənginə
bənzəyir. Özünü qoca çinarların pöhrəsinə oxşadan Fikrət Qoca haqlı olaraq yazır
ki, sakitliyi dənizin sahilinə sərmişəm, bağrımda isə dalğalar yatır. İnsan, xüsusilə
də şair ömrü belədir. İlk baxışda sakit təbiətli, mehriban xüsusiyyətli Fikrət
Qocanın sinəsində uyumuş dalğaların mürgüsü bir gün yaman tərpəndi. Bu
tərpənişin tufanından isə yurd itkisi boylandı, Vətən həsrəti dil acid, şəhidlərin al
qanı ruhumuza çiləndi. Boynubükük qaçqın anaların dərdi könlümüzə şığıdı.
Fikrət Qocanın şeirlərində musiqi libası biçilmiş mahnılar çoxdur. Həyat eşqi,
asimana ucalmaq, coşqunluq, bulaq təmizliyi, səhər mehi, gənclik arzuları, sevib-
sevilmək istəyi var o mahnılarda. Fikrət Qocanın bütün şeirlərində ürəyi görünür.
Bu səbəbdən də o, qəlblərə çox asan yol tapa bilir.
Fikrət Qocanın şeirləri də ozünə bənzəyir. Doğulur, böyüyür, yaşlaşır,
müdrikləşir, ucalır. Onun şeirlərində Azadlıq bir yaralı quş kimi çırpınır. Bu ağır
yolun əzabını və bu əzabdan doğan fərəhi çox xəfif bir gileylə şeirlərində bildirir.
Bu mövzuda qələmə aldığı şeirlərinin hamısı bir-birindən gözəl və mənalıdır. Bu
şair adamı düşündürməyi bacarır. Şeir insanı heyrətləndirirsə, dondurursa, səni
uzaqlara apara bilirsə, səni özünə qaytarırsa, deməli, tapıntıdır. Fikrət Qoca
poeziyası tapıntılarla zəngindir. Sadəliklərin içində qeyri-adilikləri görmək və onu
oxucuya dolgun şəkildə təqdim etmək qabiliyyəti hər kəsə nəsib olan istedad deyil.
Fikrət Qocanın həyata baxışlarındakı orijinallıq, özünəməxsusluq şeirlərinə
cəzbedici bir möhür vurub. Nə vaxt oxusan səni özünə çəkir. Uzun müddət
təsirindən çıxa bilmirsən. O dərdin şəklini sözlə elə yaradıb, elə şəkildə təqdim
edib ki, ovqatında qəribəlik duyursan. Görün şair nə deyib: “Yaxşı ki insanın dərdi
bir deyil”. Onda nə vardı ki yaşamağa? Həyatın elə mənası da min dərdi
çözməkdən ibarətdir.
Dostları ilə paylaş: |