[]



Yüklə 483,18 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix17.06.2018
ölçüsü483,18 Kb.
#49204
1   2   3   4   5

 

                                 BÖLMƏ II: 



YUBĠLEY TƏDBĠRLƏRĠNĠN KEÇĠRĠLMƏSĠ: 

Fikrət  Qoca  müasir  şeirimizin  qüdrətli  yaradıcılarındandır.  Bu  danılmaz 

həqiqətdir.  

Ötüb keçməkdə olan XX əsrin təxminən yarısı qədər bir müddətdə Fikrət Qoca 

Sözün  yaradıcısı,  keşişçisi,  qoruyucusu  və  yeniləyicisi  kimi  öhdəsinə  düşən 

vəzifəni şərəflə yerinə yetirir. Gənc yaşlarından özünə Qoca təxəllüsü seçən Fikrət 

Qoca bir daha sübut edir ki, bu gün də şeirimizdə cavanların cavanıdır.  

Bəli,  bu  gün  Azərbaycan  poeziyası  və  şeirində  özünü  həmişə  cavan  saxlayan 

Fikrət  Qocanın  80  yaşı  tamam  olur.  Bu  münasibətlə  respublikamızın  təhsil 

ocaqlarinda, məktəblərdə, lisey və gimnaziyalarda, kitabxanalarda və bir çox tədris 

müəssələrində  şairin  80  illik  yubileyi  qeyd  olunur.  Şairin  yubileyi  ilə  bağlı 

F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  tədbirlər  planı  hazırlanmışdır. 

Tədbirlər  planının  geniş  və  maraqlı  olması  üçün  kitabxanaçı  ilk  növbədə 

kitabxanada  kitab  sərgisi  təşkil  edə  bilər.  Kitab  sərgisi  müxtəlif  başlıqlar  altında 

keçirilə  bilər.    Məsələn,  “Könlümdən  keçənlər”,  “Ulduzlu  düşüncələr”,  “Sönən 

deyil  bu  ocaq”,  “Fikrət  Qoca-80”  və  s.  İndi  isə  “Fikrət  Qoca-80  “  adlı  sərginin 

nümunəsini veririk.  

1.

 



 Başlıq.  

“Fikrət Qoca-80” 

2.

 



Görkəmli insanların Fikrət Qoca haqqında söylədikləri sitatlar. 

3.

 



Dövrü mətbuatda çap olunmuş məqalələrin kartotekası. 

4.

 



Kitablarının nümayişi. 

5.

 



Şeir parçası. 

6.

 

Babalarım kasıb olub, mərd olub! 

Qoçaq olub, mərd olub 

Bəy olub, mərd olub 

Qaçaq olub, mərd olub 

Bəs bu namərdlər hardandı? 

Bax bu mənə dərd olub.  

 

 

 

 

Fikrət Qoca 

 

 

 

 


 

Sitatlar: 

1.

 

Fikrət  Qocanın  şeirlərində  məni  sevindirən  qüvvətli  yenilik  hissidir.  Onun 



şeirlərində  mədəni  bir  şairin,  ürəyi  sözlə  dolu…bir  insanın  nəyə  isə 

məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik. 

Rəsul Rza 

Xalq şairi 

2.

 

Fikrət Qoca  küləyin, yarpağın, suyun nəğməsini dilimizin ən zərif, ən həzin 



sözləriylə ifadə etməyi bacaran şairdir.  

Anar 


Xalq yazıçısı 

3.

 



Fikrət  Qocanın  misraları  daim  yoxuşa,  dağ-qayaya  dırmandığından, 

şeirlərinin, poemalarının hamısı poetik tər qoxuyur.  

Tahir Abbaslı  

4.

 



Fikrət  Qoca  ilk  şeirlərində  özünü  bizə  bir  şair  kimi  tanıtdı  və  zaman 

keçdikcə  yeni-yeni  əsərləri  ilə  bu  inamımızı  doğrultdu.  Qələmi  püxtələşib, 

mövzu dairəsi genişlənəndə də, o öz üslubunu, özünəməxsus deyim tərzini 

unutmadı.  

Azəroğlu 

Şair 


5.

 

Bu  şair  adamı  düşündürməyi  bacarır.  Şeir  insanı  heyrətləndirirsə, 



dondurursa,  səni  uzaqlara  apara  bilirsə,  səni  özünə  qaytarırsa,  deməli 

tapıntıdır. Fikrət Qocanın poeziyası tapıntılarla zəngindir.  

Flora Xəlilzadə 

Yazıçı-publisist 

 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

 

 



Fikrət Qocanın ailə albomu: 

 

     

 

 

 

 

 

 

 

 

     

 


 

                                  KĠTABLARININ NÜMAYĠġĠ: 



 

   

 

 

 

 

 

 

 


10 

 

 



   

 

Xalq  şairi  Fikrət  Qocanın  yubileyi  münasibətilə  təşkil  olunan  tədbirlərdən 

biri  də  kitab  müakirəsidir.  Kitab  müzakirəsini  əsasən  böyük  yaş  qrup  uşaqlarla 

keçirmək olar. Kitabxanaçı kitab müzakirəsini keçirən zaman şair Fikrət Qocanı və 

onun  qələm  dostlarını  tədbirə  dəvət  edə  bilər.  Tədbirdə  Fikrət  Qocanın  son 

dövrlərdə  aktual  olan  kitablarının  bir  neçəsinin  müzakirəsini  keçirmək 

məqsədəyuğun  olardı.  Şair  Fikrət  Qocanın  “Hələlik,  qiyamətəcən...”,  “Adi 

Həqiqətlər”  kitablarının  müzakirəsini  keçirmək  olar.  Hər  iki  kitabda  Fikrət 

Qocanın müxtəlif illərdə yazdığı povest və romanları toplanmışdır. Kitabdakı hər 

bir  əsərlərdə  dövrümüzün  ağrı-acıları,  xalqımızın  dərdi  və  dərdə  dözüm  qüdrəti, 

insanın  mənəvi-əxlaqi  dünyasının  mürəkkəbliyi  və  zənginliyi  epik  növün  poetik 

imkanlarından məharətlə istifadə olunaraq öz ifadəsini tapmışdır.  

Fikrət  Qocanın  “Adi həqiqətlər” kitabı son on ildə  çap olunan  ilk kitabıdır.  

Buradakı  şeir  və  poemaların  heç  biri  şairin  əvvəlki  kitablarında  çap  olunmayıb, 

demək  olar  ki,  hamısı  küll  halında  ilk  dəfə  çap  olunur.  Son  illərdə  yaşadığımız 

agrı-acılar,  vətən,  yurd  həsrəti,  köçkünlük  dərdi,  şəhidlərin  müqəddəs  ruhuna 

hörmət hissi şeirlərin ana xəttini təşkil edir. Kitabdakı poemalarda isə şair həyatın 

adi  həqqiqətlərində  min  illər  boyu  tutumunu  qoruyub  saxlayan  ədəbi  problemləri 

mifoloji-fəlsəfi planda işıqlandırmışdır.  

İnanırıq  ki,  Fikrət  Qocanın  “Adi  Həqiqətlər”  kitabı  oxucuların  ən  çox 

sevdiyi kitablardan biri olacaq və onların  stolüstü kitablarına çevriləcək. 

 

 



 


Yüklə 483,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə