[]



Yüklə 20,28 Mb.
Pdf görüntüsü
səhifə69/319
tarix25.07.2018
ölçüsü20,28 Mb.
#59099
1   ...   65   66   67   68   69   70   71   72   ...   319

105 

 

ġamaxı, Binəqədi döyüĢlərində (bax Qaraməryəm döyüşü, Kürdəmir döyüşü, Şamaxı döyüşü, Binəqədi döyüşü) 



və s. vuruĢmalarda, hərbi tapĢırıqların  icrasında misilsiz Ģücaət göstərdilər, bolĢevik-daĢnak qüvvələrinə ağır zə rbələ r 

endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə  məcbur etdilər. QĠO-nun zəfər yürüĢünün zirvəsi isə Bakının azad 



olunması (1918) idi.  Yü ksək hərbi peĢəkarlıqla planlaĢdırılan bu əməliyyat qısa  zamanda  müstəqil Azərbaycan döv-

lətinin paytaxtı  Bakının a zad edilməsi ilə nəticələndi. Türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bü-

tövlüyünün  təmin  edilməsi  məqsədilə  həyata  keçird iyi  birgə  döyüĢ  əməliyyatlarının  uğurlu  nəticələrindən  biri  də 

Qafqaz  Ġslam  Ordusunun  Qarabağ  hərəkatıdır.  Fəaliyyət  göstərdiyi  dövrdə  QĠO  Göyçaydan  Bakıya  qədər  olan 

əraziləri  bolĢevik-daĢnak  qüvvələrindən,  Qarabağı  ermən i-daĢnak  quldurlarından,  Cü mhuriyyətin  Ģimalını  isə 

biçeraxovçu rus  müdaxiləçilərindən azad etdi.  Həyata keçirilən bu hərb i əməliyyatlar nəticəsində,  Lənkəran bölgəsi 

istisna olmaqla , A zərbaycan Xalq Cü mhuriyyətinin sərhədləri çərç ivəsində Azərbaycanın hakimiyyəti bərqəra r edildi. 

Birinci  dünya  müharibəsində  (1914-18)  Os manlı  dövlətinin  məğlub  olması  nəticəsində  [bax  Mııdros  barışığı 



(1918)] Türkiyənin Qa fqaz siyas ətində də ciddi dəyiĢikliklə r baĢ verdi. Müttəfiqlərin tələb i  ilə Anadolunun Ģərqində 

fəaliyyət göstərən ġərq ordular qrupu, o cü mlədən həmin ordular qrupunun tabeliyində olan QĠO da  ləğv olundu və 

Azərbaycandakı türk hərb i hissələri geri çağ ırıld ı.  Qafqa z Ġsla m Ordusu Azərbaycan xalq ına qarĢı S.ġau myanın baĢ -

çılıq etdiyi daĢnak-bolĢevik rejiminin hoyata keçirdiyi soyqırımlarının dayandırılmasında və A zərbaycan Xalq  Cü m-

huriyyətinin tarixində mühü m rol oynamıĢdır. 

Əd.:  Süleymanov M.,  Qafqaz  Ġslam  Ordusu  və  Azərbaycan,  B., 1999;  Birinci  dünya harbinde türk harbi Kafkas  cebhesi  3-cü ordu  harekatı, 

c.2,  Ankara,  1993;  Yüceer  N a si r ,   Birinci  dünya  savaĢında  Osmanlı  ordusunun  Azerbaycan  və  Dağıstan  harekatı,  Ankara,  1996;  R ü Ģt ü,  

Büyükharbte Baku yollarında 5-ci Kafkas piyade firkası, 93 saylı askeri mecmuanın tarih kısmı, 1934,. №34. 

 

QAFQAZ  ĠSLAM  ORDUS UNUN  DAĞISTAN  HƏRƏ KATI  -  1918 il oktyabrın 1-dən baĢlayaraq, həmin  il 

noyabrın  sonlarınadək  Qqfqaz  İslam  Ordusunun  türk  hərbi  hissələrinin  yerli  könüllü  dəstələrlə  birlikdə  Dağıstanın 

Ģovinist-biçeraxovçu  rus  qüvvələrindən  təmizlənməsi  üçün  həyata  keçirdiyi  hərbi  əməliyyat.  Türkiyədən hərbi  yardım 

ahnması və bununla  da bölgədəki  milli  azadlıq  hərəkatının  möhkəmləndirilməsi  üçün  Dağıstan nümayəndə heyəti  hələ 

1918  ilin aprel-may aylarında Trabzon, Ġstanbul və Batumda hərbi nazir Ənvər paşa və Osmanlı dövlətinin digər yüksək 

vəzifəli   

 

 



 

 

 




106 

 

 



Ģəxsləri  ilə görüĢmüĢdülər.  1918  il  mayın 11-də ġimali  Qafqaz Cü mhuriyyəti elan edildikdən sonra Türkiyənin 

hərbi  yardımına  ehtiyac  xüsusilə  aktuallaĢmıĢdı.  Çünki  Dağıstanın  müstəqilliy ini  tanımayan  Sovet  Rusiyasının  hərbi 

qüvvələri Petrovsk-Port (indiki Mahaçqala), Temirxan-ġura, Dərbənd Ģəhərlərini, habelə Dərbənd-Petrovsk dəmir yol 

xəttini  nəza rət  alt ına  ala   bilmiĢdi.  1918  il  avqustun  ikinci  yarısında  isə  Dağıstan  əra zisi  A zərbaycandan 

sıxıĢdırılmaqda olan biçeraxovçu hərbi qüvvələrin təcavüzünə  məruz qaldı. Əvvəl Dərbənd, sonra isə Petrovsk-Port 

bu qüvvələrin əlinə keçdi. 

Dağıstana  real  hərbi  yard ımın  göstərilməsi  üçün  Ģərait  Bakı  Ģəhəri  Qafqaz  Ġslam  Ordusu  tərəfindən  azad 

edildik-dən  sonra  yarandı.  Dağıstanın  azad  edilməsi  ilə,  hə m  də  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  Ģima l 

sərhədlərinin  təhlükəsizliyi  tə min  o lunurdu.  Qafqaz  Ġsla m  Ordusunun  komandanı  Nuru  paşa  oktyabrın  1-də   15-c i 

piyada  tüməninə  Dağıstana  doğru  hərəkət  etmək  əmri  verdi.  15-ci  tü mənə  və  ona  kömək  edəcək  Dağ ıstan 

könüllülərindən ibarət qüv-vəyə ġimali Qafqaz Ordusu ko mandanı Yusif Ġzzət paĢa baĢçılıq ed irdi. Əslən çərkəz olan 

Yusif  Ġzzət  paĢa,  həm  də  ġimali  Qafqaz  Cü mhuriyyətində  Osman lı  dövlətin in  təmsilçisi  id i.  Ordunun  qərargahı 

rəisliyinə Ġs mayıl Haqqı bəy (Be rko k) təyin ed ilmiĢdi. 

Avqustun  29-da  Ġstanbuldan  Batuma  gələn  Yusif  Ġzzət  paĢa  oradan  ġima li  Qa fqaz  Cü mhuriyyətinin  baĢçısı 

Əbdülməcid Çermoyevlə birlikdə oktyabrın 5-də qatarla Bakıya gəld i. 

Əvvəlcə bir  zirehli qatar, daha sonra 56-cı piyada alayı Dağ ıstana hərəkət etdi. Oktyabrın  5-də 38-ci piyada 

alayı  da  Dərbənd  cəbhəsinə  gəldi.  Xaçmaz  mühafizə  dəstəsi  də  15-ci  p iyada  tümeninin  sərəncamına  verilmiĢdi. 

Oktyabrın  5-də 56-cı alay la  Derbənddəki  Biçeraxov qüvvələri arasında qanlı döyüĢ oldu. Türklər  25 əsgər itird ilər, 

bir zab it və 28 sıravi isə yara landı. Ertəsi gün 38-ci piyada a layı da döyüĢ ə qoĢuldu. Günortaya ya xın  Də rbənd Ģəhəri 

bütünlüklə  ələ  keçirildi.  1918  il  oktyabrın   13-də  ġimali  Qafqaz  Cü mhuriyyəti  rəsmən  elan  o lundu.  Mərasimdə 

Əbdülməcid Çermoyev, Yusif Ġzzət paĢa və Nuru paĢa iĢtirak edirdilər. 

Qafqaz Ġslam Ordusu hissələri oktyabrın  20-dən Petrovsk-Port istiqamətində hərəkətə baĢladılar. Biçeraxovun 

qüvvələri geri çəkilərək, Ģəhərin darvazası  rolunu oynayan Tərki dağında  müdafiə  mövqeyi tutmuĢdular.  Oktyabrın  

27-də  Petrovsk-Port  Ģəhəri  cənub  və  qərb  tərəflərdən  mühasirəyə  alındı.  Dağıstanın  azad  olun ması  uğrunda 

döyüĢlərdə albay Akif bəyin ko mandanlıq etdiyi Azərbaycan alayı da iĢtirak ed ird i. 

Qafqaz  Ġslam  Ordusunun  Dağıstan  hərəkatı  zamam  Türkiyədə  gərgin  siyasi  hadisələr  cərəyan  edirdi.  Hələ 

oktyabrın 8-də "Ġttihad və Tərəqqi" partiyası  iqtidarı  istefa vermiĢ,  Əh məd  Ġzzət paĢanm baĢçılığ ı  ilə yeni höku mət 

təĢkil  o lunmuĢdu.  Bu  höku mət  o ktyabrın  1-də  Antanta  nümayəndələri  ilə  Mudros  barışığını  (1918)  imzala maq  

məcburiyyətində  qalmıĢdı.  Bununla  əlaqədar  yeni  hökumət  Cənubi  Qa fqazda kı  və  Dağ ıstandakı  qüvvələrin 

Türkiyəyə  geri  çəkilməsi  haqqında  göstəriĢ  verdi.  Nuru    paĢa    bu    göstəriĢə      əməl      etməyərək,  xilaskarlıq  

əməliyyatını davam etdird i. 

 

Tərki dağına hücum noyabrın 5-də sübh tezdən baĢladı. Müdafıə o lunanlara iki hərb gə misi də yard ım göstərird i. 



Türk  qüvvələri  düĢmənin  sərt  müqavimətini  qıra-qıra  bir-birin in  ardınca  taktiki  əhəmiyyətli  təpələri  ələ  keçirird i. 

Hücum  ayın  6-da  davam  etdirildi.  DuruĢ  gətirə  b ilməyən  Biçeraxov  qüvvələri  Ģəhəri  tərk  ed ib  qaçdılar.  Beləliklə, 

Petrovsk-Port Ģəhəri də azad olundu. Bu Ģəbər uğrunda döyüĢlərdə 113  rürk əsgəri və 5  zabit Ģəhid olmuĢ,  318 sıravi 

əsgər və 10  zabit isə yaralan mıĢdı.  Ümu miyyətlə,  Dağıstan hərəkatında türklərdən  192 nəfər Ģəhid olmuĢ,  362 nəfər 

yaralan mĢ, 20 nəfə r isə itkin düĢmüĢdü. 

Türk hərb i qüvvələri Dağıstanda çox qala b ilmədilər və Mudros banĢığının tələb lərinə uyğun olaraq, noyabrın 

26-da Petrovsk-Portdan Də rbəndə, oradan Bakıya çəkildilər, daha sonra isə Azərbaycanı tərk etdilə r. 

Əd:.  Kurat N.A., T ürkiye  və  Rusiya,  Ankara,  1990;  Yüceer  Nasir,  Birinci  dünya  savaĢında  Osmanlı  ordusunun  Azerbaycan ve  Dağıstan 

harekatı, Ankara, 1996. 



QAFQAZ  ĠSLAM  ORDUS UNUN  QARABAĞ  HƏRƏKATI  -  Qarabağda  yerli  türk-müsəlman  əhaliyə 

qarĢı soyqırımı həyata keçirən ermən i-daĢnak silah lı dəstələrini tərk-silah etmək və bölgədə Azərbaycamn qanuni ha-

kimiyyət  strukturlarının  iĢini  bərpa  et mək  məqsədilə  1918  ilin  sentyabr-oktyabrında  Qafqaz  İslam  Ordusuna  daxil 

olan türk və A zərbaycan hərbi hissələri tərefindən həyata keçirilmiĢ hərbi əməliyyat. 

Qarabağda hərbi Ģərait hələ Azərbaycanın  müstəqilliyi elan  edilməzdən əvvəl  mü rəkkəbləĢ məyə baĢlamıĢdı. 

Er-mən ilə r  Birinci  dünya  müharibəsinin  (1914-18)  doğurduğu  əlveriĢli  tarixi  Ģəraitdən  istifadə  edərək  bölgəni 

Azərbay-candan  ayırıb  Ermən istana  birləĢdirmə k  üçün  burada  güclü  silahlı  dəstələr  formalaĢdırmıĢdılar.  Hə min  

dəstələr  birbaĢa  Ermən istan  tərəfindən  silahlandırılırdı.  Qa fqaz  Ġsla m  Ordusu  Bakıya  doğru  irə liləyərkən  xüsusi 

qüvvələr  ayırıb  Qara-bağa  göndərmək  mü mkün  olmadığ ından  bu  məsələ  yalnız  Bakı  Ģəhəri  azad  edildikdən  sonra 

diqqət mərkə zinə gəldi. Bu məqsədlə 1-ci Azə rbaycan piyada diviziyası əsasındaxüsusi dəstə yaradıldı. 

Qarabağda  döyüĢ  əməliyyatlarına  rəhbərlik  1-ci  A zərbaycan  diviziyasının  ko mandiri  Cəmil  Cahid  bəyə 

həvalə  olunmuĢdu.  Qarabağ  hərəkat ında  bu  diviziyanın   1-ci,  2-c i  və  3-cü  süvari  a layları,  2-c i  piyada  a layı,  milli 

könüllü böl-mələr, habelə bir ġnayder dağ taboru və zirehli avto mobillər iĢtirak edirdilər. 1-ci Azərbaycan div iziyası 

9-cu və 106-c i türk a layları ilə möh kə mləndirilmiĢdi. 

Nuru  paĢa  sentyabrın  21-də  Qarayazı  və  Ləzg i  süvari  alaylarının  Yevlağa  və  oradan  da  Bərdəyə  yola 

düĢmələrinə  hazrrlaĢ maları  barədə  əmr  verd i.  Onun  23  sentyabr  tarixli  əmri  ilə  digər  hərbi  hissələrin  də  yola 

salınmasına baĢlandı. 

Hə min hərbi hissələr sentyabrın 25-dən etibarən Qarabağ əra zisinə da xil olmağa baĢladıla r.  Cə mil  Cahid bəy 

tərksilah və A zərbaycan Höku mət inə tabe olmala rı barədə 

 

 



 


Yüklə 20,28 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə