14
2001; Mərdanov M., Q u l i y e v Ə., Azə rbaycan təhsili Xa lq Cü mhuriyyəti illərində (1918-1920), B., 2003.
XALQ MALĠYYƏ KOMĠSSARLIĞI (XMK) - Bakı Xalq Ko missarları Sovetinin (XKS) hakimiyyət orqanı.
Bakı Fəh lə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Ko missar vəzifəsinə sol
eser A.Kireyev təyin edilmiĢdi. Bə zi məlu mat lara görə, dövlət vəsaitinin oğurlanması üstündə fövqəladə komissiya
tərəfındən güllələn miĢdir. Gö rünür, bu iĢdə A.Kireyevin partiya mənsubiyyəti və Ba kı XKS-in maliyyə sahəsindəki
pozuntularını ört -basdır etmək cəhdi də böyük rol oynamıĢdı. XMK Bakı XKS-in süqutu ilə (1918 il, 31 iyul) ləğv
edilmiĢdir.
"XALQ SÖZÜ" -gündəlik qəzet. Ġlk nö mrəsi 1919 il iyunun 17-də çıxmıĢdır. Üçüncü nömrəsindən sonra
fəaliyyəti dayanmıĢdır. Əsas müəllifləri Seyid Hüseyn, Qədir Hüseynzadə, Məmmədəli Sidqi və Mirzə Bala Mə mmədzadə
idi. XALQ ġƏ HƏR TƏSƏRRÜFATI KOMĠSSARLIĞI (Xġ TK) - Ba kı Xalq Ko missarları Sovetinin (XKS) haki-
miyyət orqanı. Ba kı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 apre l tarixli qəra rı ilə yaradılmıĢdı. Nəriman
Nərimanov xa lq Ģəhər təsərrüfatı ko missarı təyin o lunmuĢdu. Ba kı XKS-in yarandığ ı Ģəraitdə be lə b ir ko missarlıq, əslində,
forma l xa rakter daĢıyırdı. Ən mühü m ko missarlıqlar (xarici iĢlər, da xili iĢlər, hərbi və dəniz iĢləri, maliyyə, ərzaq, maa rif
ko missarlıqları və s.) qeyri-azərbaycanlılar arasında [S.ġau myan, P.Caparid ze, Ġ.Su xartsev, Ġ. Fioletov, Q.Korqanov,
N.Kolesnikova, A.Qabrie lyan (Karinyan), A.Kireyev və b.] bölüĢdürülmüĢdü. Faktlar göstərir ki, xa lq Ģəhər təsərrüfatı
ko missarlığı dəftərxanasının əmrlər kitabçasında (1918, 2 may - 26 iyun) yalnız on gün ərzində (16-26 may) verilmiĢ
əmrləri Nərimanov imzalayıb. Sonrakı əmrlər onu əvəz edənlər tərəfındən imzalan mıĢdır. XġTK Bakı XKS-n in süqutu ilə
(1918, 31 iyul) ləğv edilmiĢdir.
Əd:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B. 2001; Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolĢeviklərin mübarizəsi (sənədlər və
materiallar), 1917-1918-ci illər, B., 1960; Məmmədli Q., Nəriman Nərimanov. 1870-1925 (həyat və yaradıcılığının salnaməsi), B., 1987.
XALQ YOLLAR, POÇT VƏ TELEQRAF KO MĠSSARLIĞI (XYPTK) - Bakı Xalq Komissarları Sovetinin
(XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli q ərarı ilə yarad ılmıĢdı.
XYPTK ko missarı vəzifəsinə Ġ.Su xartsev təyin edilmiĢdi. Sovet Rusiyasında təĢkil olunmuĢ müvafiq ko missarlıqlar kimi,
ümu mi istifadədə olan nəqliyyat və rabitə xid mətlərini həyata keçirməli id i. Ko missarlıq Bakı XKS-in süqutu ilə (1918, 31
iyul) ləğv edilmiĢdir.
"XALQÇI"- A zərbaycan Xalq Cü mhuriyyəti dövründə siyasi partiya. Fevral inqilabından (1917) sonra sağ
sosialist inqilabçılar partiyasından çıxan Aslan bəy Səfik ürdsk inin baĢçılığı ilə yarad ılmıĢdı. 1917 il noyabrın 26-28-də
Müəssislər məclisinə keçirilən seçkilərdə iĢtirak edən 8 əsas partiya sırasında "Xalqçı" partiyasının sələfı-159770 seçiciyə ma-
lik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə MSB həmin seçkilərdə 2 yer qazana
bilmiĢdi. Bununla da, A.Səfıkürdskinin baĢçılıq etdiyi MSB nüfuzlu və təĢkilati cəhətdən möhkəm b ir siyasi partiyaya çevrildi.
1918 il yanvarın 5-də Rusiya Müəssislər məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya seyminin təsis iclası çağırıldı.
Seymin təĢkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma MSB-dən 7 nümayəndə seçildi. 1918 il mayın
27-də Məhəmməd Əmin Rəsulzadənin baĢçılığı ilə Azərbaycan Milli ġurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-
Aslanov və Ca mo bəy Hacınski daxil oldular. Milli ġuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müs əlman
bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habclə iyunun 18-də Ġstanbula yola düĢən
nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaĢı, MSB-nin sədri
A.Səfıkürdski də var id i.
1918 il dekabrın 7-də açılan Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentində sosialistlər 12 deputatla təmsil olun-
muĢdular. Onlar Qazax qəzasından deputat seçilmiĢ A.Səfıkürdskinin sədrliyi ilə Müsəlman Sosialist Fraksiyasını yarat-
mıĢdılar. Fraksiyaya ― xalqçı‖lardan baĢqa, sağ hümmətçilər S.Ağamalıoğlu, K.Camalbəyov, Ə.Qarayev, Ġ.Əbiləv da daxil
idilər. 1919 ilin noyabrında partiyanın mərkə zi ko mitəsi və eyni adlı qəzet (cəmi 7 nömrəsi çıxmıĢdır) fəaliyyətə baĢladı.
Müsəlman sosialist fraksiyasımn proqramında bütün millətlərin hüquq bərabərliyi əks olunmuĢdu. A.Səfıkürdski Par-
lamentin ilk iclasında siyasi məhbusların əfv olunmasına tərəfdar çıxmıĢdı. Fraksiya torpaq məsələsinin həllini qanunverici
orqanın ümdə vəzifəsi sayaraq, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsində təkid edir, demək olar ki, bütün mühüm
məsələlərin mü zakirəsində "Müsavat" partiyası ilə toqquĢurdu. Partiyanın lideri A.Səfıkürdski 1918 il dekabrın 26-da
yaradılan və daha sol təmayüllü 3-cü Höku mət kabinəsində poçt, teleqraf və əmək naziri, 1919 il aprelin 14-də yaradılan 4-cü
Höku mət kabinəsində ədliyyə və əmək naziri, C.Hacınski isə 4-cü və 5-ci Höku mət kabinələrində poçt-teleqraf naziri
vəzifələ rin i tut muĢdular.
1920 il aprelin sonlarında, 11-ci Qırmızı o rdunun Azərbaycana təcavüzündən bir neçə gün əvvəl yeni baĢ nazir
vəzifəsinə Məmməd Həsən Hacınski ilə yanaĢı, A.Səfıkürdskinin də na mizədliy i müza kirəyə qoyulmuĢdu. "Xalqçı"
qəzetinin Cü mhuriyyətin süqutu ərəfəsində çıxan son nömrəsində sovet hakimiyyəti a lqıĢlan ırdı. Lakin Aprel işğalı (1920)
yeni kabinənin təĢkilinə imkan vermədi, belə liklə, " Xalqçı" part iyasının da fəaliyyətinə son qoyuldu.
Sovet hakimiyyəti dövründə Bakı eser təĢkilatının azadlıqda qalan üzvlə ri ilə birgə ― xalqçı‖ lar da gizli fəaliyyətə
keçdilər. Lakin 1922 ilin sonunda Bakıda eser təĢkilatnın məhkəməsi baĢlandı. A.Səfikürdski daxil olmaq la, onların bütün
üzvləri sovet hakimiyyəti əleyhinə fəaliyyətdə ittiham edilərək həbs olundular. Sonralar onların çoxu qətlə yetirildi.
Əd: Aдpec-каледарь Азербаиджанской Ресбублики на 1920 г., Б., 1920; Azərbaycan tarixi, 7 cilddə, c 5, B.,
2001; Azə rbaycan Xalq Cü mhuriyyəti (1918-1920), B., 1998; Çıraq zadə V., Aslan bəy Səfikürdski, B., 1994.