35
tatarların zorla xristianlaĢ masından bəhs edən "Çolpan yolduzu" ("Dan u lduzu") əsəri də olmuĢdur.Birinci rus
inqilabı illərində Ġbrahimov siyasi mübarizəyə qoĢulmuĢ, Ümumrusiya müsəlmanlannın qurultaylarında fəal iĢtirak etmiĢdir.
Yaradılması birinci qurultayda qərara alınmıĢ "Ġttifaqi-müslimin" partiyasının məramnaməsi və nizamnaməsini hazırlayanlardan
biridir. O, "Ġttifaqi-müslimin" partiyasının müsəlmanlan birləĢdirmək məramını açıqlayaraq yazırd ı: "Müsəlmanlar arasında
qohumluq və hə mrəylik sözdə, kağız üzərində deyil, onların ürəyində və qanındadır. Buna görə də təkcə Rusiya
müsəlmanlarının deyil, bütün dünya müsəlmanların ın ittifaqı bərqərar o lmalı, bütün müsəlmanlar bir istiqamətdə hərəkət
etməlidirlər. Belə isə mən nə üçün "Ġttifaqi-islamın" (islam birliyinin - "panislanizm" in) ə leyhinə hərəkət et mə liyə m?".
"Ġttifaqi-müslimin" partiyasının 15 nəfərdən ibarət daimi fəaliyyət göstərən Mərkəzi Ko mitəsinin nəzdində
Əlimərdan bəy TopçubaĢov və Molla Abdulla Tonayevin daxil olduğu 3 nəfərdən ibarət büronun üzvlərindən biri də
Ə.Ġb rahimov idi.
Birinci rus inqilabın ın məğlubiyyətindən sonra ölkədə Stolıpin irticası Ģiddətlənərkən Ġbrahimov da Ġstanbula mü-
hacirət et miĢ, "Türk ocağı" dərnəyinin fəaliyyətində iĢtira k et miĢ, "Türk yurdu" jurnalı ilə ə mə kdaĢlıq et miĢdir. 1913 ildə
Ġstanbulda Ə.Ġbrahimovun redaktorluğu ilə "Ġslam dünyası" adlı məcmuə çıxmıĢdır. Ġbrahimov ö mrünün bir h issəsini
Tokioda yaĢamıĢ, yaponlar arasında islamın təbliğinə böyük əmək sərf etmiĢdir.
Ġbrahimovun Azərbaycanla sıx əlaqələri o lmuĢdur. 20 əsrin əvvəllərində "ġərqi-Rus", "Həyat" və s. qəzetlərdə
məqa lələ ri dərc edilmiĢ, ict ima i-siyasi fəaliyyəti A zərbaycan mətbuatında vaxtaĢırı iĢıq landırılmıĢdır. O da, ö z növb əsində,
"Ülfət" qəzetində M.Ə.Sab irin Ģerlərini dərc etdirmiĢdir. Lakin A zərbaycan mətbuatının Ġbrahimova münasibəti birmənalı
olmamıĢ, bir sıra fıkirləri C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağayev və b. tərəfindən tənqid edilmiĢdir.
Əd:. Bayramlı O.,Türkçülük və"Həyat" qəzeti,Hüseynzadə Ə., Türklər kimd ir və kimlərdən ibarətdir? kitabında,
B., 1997; Mustafayev T., XX əsrin əvvəllərində Azərbaycanda islam ideologiyası və onun tənqidi, B., 1973; T a h i r i
M.,ġərqin səyyah fılosoflarından biri ƏbdürrəĢid Ġbrah im, " Yeni A zərbaycan" qəzeti, 2003, 29 iyun; Гайнуллин М.,
Татарская литература и публицистика, Казань, 1983.
ĠCTĠMAĠ TƏġ KĠLATLARIN ĠCRAĠYYƏ KOMĠTƏS Ġ
-Rusiyada Fevral inqilabından (1917) sonra təĢkil o lunmuĢ Müvəqqəti hökumət in yerli idarəet mə orqanları. Cənubi
Qafqazın idarəsi üçün Xüsusi Zaqafqaziya Komitəsi (XZK; rus dilində OZAKOM-Osobıy Zakavkazskiy Ko mitet adlanır)
təsis edilmiĢdi. Quberniya və qəza larda ictima i təĢkilatların ic raiyyə ko mitələri yerli idarəet mə orqanları oldu. Ma rtın 3-də
Bakı ġəhər Du ması ictimai təĢkilatların müvəqqəti komitəsini yaratmağı qərara aldı, 5-də Bakı Ġctimai TəĢkilatlar ġu rası
yaradıldı, 17-də isə onun icraiyyə komitəsi seçildi (bax Bakı İctimai Təşkilatlar Şurası və onun Müvəqqəti İcraiyyə
Komitəsi). Ġcraiyyə ko mitəsinin tərkibinə L.L.Bıç (sədr, sonra onu V.Ġ.Frolov əvəz et miĢdi), Mə mməd Həsən Hacınski,
Ġbrahim bəy Heydərov və b. daxil id i. Yelizavetpolda (G ə n c ə) icraiyyə ko mitəsinin sədri Xəlil bəy Xasməmmədov seçil-
miĢdi. Ġcraiyyə ko mitələri ictimai təhlü kəsizliyi təmin et məli və yeni dövlət qanunların ı həyata keçirməli idi. Onlar
quberniya və qəza ko missarlarını təyin ed irdilər. Xüsusi Zaqafqaziya Ko mitəsi əldə edilmiĢ təcrübəni nə zərə almaqla,
aprelin 27-də "Zaqafqaziyada yerli idarəet mənin təĢkili haqqında" qərar qəbul etdi. Qərara uyğun olaraq, icraiyyə
ko mitə lərinə yeni seçkilər keç irilmə li idi. La kin bu seçkilər də yaĢamağa qadir yerli idarəçilik sistemi yarada b ilmədi. Ba kı
Soveti 1917 il Oktyabr çevriliĢindən sonra Bakıda hakimiyyəti ələ almağa cəhd göstərdi. Sovet oktyabrın 27-də keçirilən
yığıncağında ali hakimiyyət orqanı kimi Ġctimai Təhlükəsizlik Ko mitəsi yaratmağa nail oldu. La kin Sovetdə mövqelərini
möhkəmləndirən bolĢeviklər Bakıda ali hakimiyyət orqanı kimi Bakı Soveti Ġcraiyyə Ko mitəsini (sədr S.ġau myan)
yaratdılar. Təkhakimiyyətliliyə can atan Ġcraiyyə Ko mitəsi noyabrın 12-də Bakı Soveti ictimai təhlükəsizlik ko mitəsinin
ləğvi haqqında qərar qəbul etdi, noyabrın 22-də ict ima i təĢkilatla r Ģurası bura xıld ı. Siyasi Ģ əraitin mü rəkkəbləĢ məsi ilə
əlaqədar, Yelizavetpol quberniyasında hərbi vəziyyət elan olundu, 16 nəfərdən ibarət ictimai təhlükəsizlik komitəsi
yaradıldı. Ġcraiyyə ko mitələri azərbaycanlıların dövlət idarə orqanlarına cəlb edilməsində müəyyən rol oynadı.
Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Мильман А., Политический строй Азербаиджана в XIX веков Б., 1966; История
государства и права Азербаиджанской ССР, Б., 1964.
"ĠCTĠMAĠYYUN-AMĠYYUN" (" M ü c a h i d " ) - Ġran Sosia l-De mokrat Part iyası; iranlı (əsasən, Cənubi
Azərbaycandan olan) fəhlələ rin Ba kı bolĢevik təĢkilatı və onun "Hümmət" qrupunun fəal kö məyi ilə 1905 ilin sonlarmda
yaradılmıĢ ilk sosial-demo krat təĢkilatı. Azərbaycan azadlıq hərəkatı tarixində partiyanın əhəmiyyətli rolu olmuĢdur.
"Ədalət" qrupu (1904) əsasında yaradılmıĢ, sonralar (1917 ildə) "Ədalət" partiyasımn özəy ini təĢkil etmiĢdir. Yarad ıl-
masında Nə riman Nə rimanovun mühüm rolu o lmuĢdur.
Partiya iranlı fəhlələrin inqilabi Ģüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, ha-
belə Ġranda 1905-11 illər MəĢrutə hərəkatında mühü m ro l oyna mıĢdır. Part iyanın Mərkə zi Ko mitəsi Bakıda yerləĢird i.
N.Nə rimanov baĢda olmaqla, "Hü mmət" partiyasımn bir ço x üzv ləri "Ġctimaiyyun-a miyyun"un məra mna məsinin
hazırlan masında fəal iĢtirak etmiĢdilər. Məramnamənin layihəsi 1906 il dekabrın əvvəllərində Bakıda çap ed ilmiĢdir.
Hə min sənəd partiya təĢkilatla rın ın əsas fəaliyyət proqra mı ola raq, Cənubi Qa fqazda yayılmıĢ, habelə Ġrana göndərilərək,
partiyanın Ġran təĢkilatlarının, xüsusilə Təbriz təĢkilatının ölkədə ictimai-iqtisadi inkiĢafın səviyyəsi və inqilabın ilk
mə rhələsinin xüsusiyyətləri haqqında düzəliĢ və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyiĢiklikdən sonra
təkmilləĢdirilmiĢ və partiyanın proqra mı kimi, onun 1907 ildə MəĢhəddə keçirilən yığ ıncağında qəbul olun-