9
rildilər. Bu dövrdə partiyanın Ba kı Ģöbəsi öz fəaliyyətini bərpa etdi. Kadetlərin b ir q ismi (A.Leontoviç, K.Ġretski)
Müvəqqəti hökumətin Bakıda təmsilçisi olan Ġctimai TəĢkilatlann Ġcraiyyə Ko mitəsinin (ĠTĠK) ü zvü oldu. Digərləri isə,
xalq azadlıq partiyasının təĢkilat ko mitəsini yaratdılar. Həmin ko mitəyə, bəzi mənbələrə görə, keçmiĢ partiya üzvləri --
B.L.Baykov, X.A.VermiĢev, M.Q.Alibeqov, M.F.PodĢibyakin, Fridland, P.M.KaraMurza ilə yanaĢı, F.x.Xoyski də üzv
seçilmiĢdi. Kadetlərin təĢkilat ko mitəsi Müvəqqəti hökumətin dəstəklənməsi, siyasi qüvvələrin birliy i və Antantadakı
müttəfıqlərlə b irgə müharibəni qələbəyədək aparmaq haqqında bütün vətəndaĢlara ünvanlanmıĢ bəyanat qəbul etmiĢdi.
Kadetlərin nümayəndələri, hə mçin in, o dövrdə Qafqazı idarə edən Xüsusi Zaqafqaziya Komitəsinin (Особый Закафказскии
Комитет-ОЗАКОМ) əsas tərkib hissəsini təĢkil ed irdilər.
Oktyabr çevriliĢindən (1917) sonra Rusiyada hakimiyyətə gəlmiĢ bolĢeviklər kadetlər partiyasını qadağan etdilər.
Bakı Ģöbəsinin bəzi ü zviəri Rus Milli ġurasının tərkibinə daxil oldu, bəziləri isə mühacirətə getdi. S.ġau myanın rəhbərlik
etdiyi Bakı Soveti azərbaycanlılara qarĢı 1918 ilin mart soyqırımı zamanı Rus Milli ġurasından öz məqsədləri üçün istifadə
etmə k istəyirdi. ġura ilk mərhələdə bu fıtnəkarlığa uysa da, sonradan bolĢeviklə ıiə daĢnakların öz məq-sədlərinə çatmaq
üçün yerli əhalini kütləvi surətdə qırdığını görüb, onlarla əlb ir olmaqdan çəkindi. 1918 ilin noyabrında Bakıya daxil olmuĢ
ingilis qoĢunlarının ko mandanı general To mson Rus Milli ġu rasının ü zvləri M.PodĢibyakini, Y.Smirnovu, B.Baykovu və
A.Leontoviçi qəbul edərkən onlar A zərbaycan hökumətinə daxil olmaq barədə ingilislərin təklifıni rədd etmiĢdilər. Onlar
Azərbaycanın öz milli müqəddəratını təyin et məsin in əleyhinə ç ıxır və onu yaln ız Rusiyanın tərkibində görmə k istəyirdilər.
La kin Azə rbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar edəndən sonra Rus Milli ġurası mövcud
vəziyyətlə barıĢmalı oldu. Onun bəzi üzv ləri Parla mentdə yaradılmıĢ slavyan-rus və Milli Azlıqlar fraksiyasına daxil oldular.
Əd.: A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Azərbaycan Xalq Cü mhuriyyəti (1918-1920), B., 1998; Багирова
И.С., Политеческие партии и организации Азербаиджана в начале XX века, Б., 1997; Шелохаев B.B., Кадеты-главная
партия либеральной буржуазии в борьбе с революцией 1905-1907 гг., M., 1983.
XALQ DAXĠLĠ ĠġLƏR KOMĠSSARLIĞI (XDĠK)
S.ġau myanın baĢçılıq etdiy i Bakı Xalq Ko missarları Sovetinin (XKS) hakimiyyət orqanı. Bakı Fəhlə, Əsgər və
Matros Deputatları Sovetinin 1918 il 25 aprel tarixli qərarı ilə yaradılmıĢdı. Sədri P.A.Caparid ze idi. Onun 8 may tarixli
əmri ilə, XKS tərəfindən təsdiq olunanadək, F.A.Çikalo və MəĢədi Əzizbəyov müvəqqəti olaraq Xalq Daxili ĠĢlər
Ko missarının müav inləri, Bünyad Sərdarov və L.D.Qoqoberidze isə ko missarın müvəkkilləri vəzifəsinə dəvət
olunmuĢdular.
Bakı Soveti hakimiyyəti ələ aldıqdan sonra cəza orqanlarının fəaliyyətini öz səlahiyyətinə keçirməyə, sovet haki-
miyyətini möhkə mləndirmə k və onun düĢmənlə rinə qarĢı mübarizə aparmaq üçün onlardan istifadə et məyə ça lıĢırdı. Bu
məqsədlə yeni məhkə mə təsisatları sistemi yaradılmasına xüsusi fıkir verilird i. 1917 il dekabrın 12-də hərbi t ribunal
yaradılmıĢdı. 1918 il martın 7-də Bakı Soveti Ġcraiyyə Ko mitəsinin iclasında Ģəhər du masının səlah iyyətində olan bilsin
inqilabi qaydaların mühafızəsini təmin edə bilməməsi iddia o lunmuĢ, Caparidzen in təklifı ilə milisin Ģəhər sovetinin
ixtiyarına verilməsi barədə qərar qəbul edilmiĢdi. Ko missarlığın təĢkili ilə daxili iĢlər orqanları onun səlahiyyətinə
verilmiĢdi. Lakin XDĠK-in hüquq və səlahiyyətləri getdikcə artırıld ı. O, köhnə məhkəmə aparatın ın ləğvi, yerli və dairə
xalq məh kə mə lərinin təĢkili ilə də məĢğul olurdu. Ba kı XKS-nin qəra rı ilə icra iyyə ko mitəsinin rekv izisiya (müsadirə)
ko missiyası XDĠK-ya verilmiĢ və ayrıca rekvizisiya Ģöbosinə çevrilmiĢdi. Ko missarlıq ö z fəaliyyətində sovet
hakimiyyətinin ideya düĢmənlərinə qarĢı çıxanların həbsinə, təqib edilməsinə və fıziki cəhətdən məhvinə cəhd göstərir,
fəal rekv izisiya siyas əti həyata keçirərə k, sovet hakimiyyətinin maddi imkan larını möh kə mləndirməyə ça lıĢırdı. XDĠK-in
qeyri millət lərin nümayəndələri tərəfındən baĢçılıq edilən cə za ə mə liyyatları, baĢlıca o laraq, türk-müsəlman əhaliyə qarĢı
yönəldilmiĢdi. Xalq Daxili ĠĢlər Ko missarlığı Bakı XKS-in süqutu ilə (1918, 31 iyul) ləğv edilmiĢdir.
Əd.: Bax Xalq Komissarhğı məqaləsinin ədəbiyyatına
"XALQ EVLƏRĠ" CƏMĠYYƏTĠ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət
göstərmiĢ klub tipli müəssisələr. Əsas məqsədi Bakı Ģəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif iĢi
aparmaq id i. Xalq evləri bir ço x tədbirlə rin mə rkə zinə çevrilmiĢdi: burada savadartırma kursla rından tut muĢ, universitet
kurslarına qədər mü xtəlif kurs məĢğələləri keçirilir, kitab xana-qiraətxanalar təĢkil edilir, teatr tamaĢaları, konsertlər
göstərilird i.
QaraĢəhərdəki xalq ev i böyük mədəni-maarif iĢi aparılır, teatr tamaĢaları təĢkil ed irdi. Mövsüm bağlandıqdan sonra
dövlət teatrı öz fəaliyyətini burada davam etdirir və həftədə iki dəfə opera tamaĢaları göstərirdi. QaraĢəhərdəki cəmiyyət
nəzdində 1919 il may ın 1-də mədəni-maarif və musiqi-teatr bölmə ləri təĢkil edilmiĢdi. Ġyulun 2-də isə ġa ma xı xa lq evi
təsis edilmiĢdi.
Xalq evlərinə xeyriyyə kö məy i də göstərilirdi. Be lə ki, "Uriot" xeyriyyə cə miyyəti xalq evlərinə avadanlıq almması
üçün vəsait ayırmıĢdı. Məhz bu yardım sayəsində orada kino zalı yarad ılmıĢ və filmlərin nümay iĢ etdirilməsinə
baĢlanmıĢdı.
Qısa vaxt ərzində Bakı Ģəhərində, onun bütün mədən və zavod ərazilərində "Xalq evləri" cəmiyyətinin Ģöbələri
açılmıĢ, böyüklər üçün təĢkil ed ilmiĢ savad kurslarında 5 minə yaxın adam o xu maq və yazmaq öyrənmiĢdi. "Xalq evləri"
cəmiyyəti bu ku rslara 7 min manatdan çox vəsait xərc lə miĢdi. Aprel işğalından (1920) sonra cə miyyət öz fəa liyyətini
dayandırmıĢdır.
Əd.: A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.